Məhkəmə qərarları › İş №1(102)-1525/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1525/2019

30.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1525/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2. 3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Tanrıverdi Azər Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Zeyqəm Hüseyn oğlu) xx xxxx 1956-cı ildə Ağstafa şəhərində anadan olmuş, ali təhsilli, ailəli, “xxxx” ASC-nin Sumqayıt filialının müdiri işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan t ədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 3.000 manat, CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə 2.500 manat, CM-nin 308.1-ci maddəsi ilə 1.500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3.500 manat miqdarında cərimə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 10.09.2003-cü il tarixdən 16.08.2016-cı il tarixədək “xxxx” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən fi lialın normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, mühasibat uçotunun, kassa-hesablaşma əməliyyatlarının təşkilinə nəzarət, yeni müştərilərin, həmçinin fiziki və hüquqi şəxslərin depozitlərinin cəlb edilməsini təmin etmək, kredit xidmətinin təşkili, borcalanların ödəmə qabiliyyətinin təhlili, girov əmlakın qiymətləndirilməsi, öz səlahiyyətləri çərçivəsində kreditlərin verilməsi ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək, verilmiş kreditlər və onların faizlərinin, müştərilərin digər öhdəliklərinin vaxtında yerinə yetirilməsinə, kredit portfelinin keyfiyyətinə nəzarət etmək və s. səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmə məqsədilə filialın müştərisi olan Zərərçəkmiş şəxs Yusif qızına bankda depozitə pul qoyaraq yüksək faizlə gəlir əldə edəcəyini yalandan vəd edib aldatmaqla, habelə aralarında olan tanışlıq münasibətlərinə, eləcə də, qulluq mövqeyinə görə sonuncunun ona qarşı yaranmış inam və etimadından istifadə edərək işlədiyi bankın ünvan 2 ünvanında yerləşən “Sumqayıt” filialında 08.06.2012-ci il tarixdə 6.000 (altı min) manat, 27.08.2013-cü il tarixdə 1.350 (min üç yüz əlli) manat, 10.11.2013-cü il tarixdə 1.350 (min üç yüz əlli) manat, 30.12.2013-cü il tarixdə 850 (səkkiz yüz əlli) manat olmaqla, ümumilikdə 9.550 (doqquz min beş yüz əlli) manat məbləğində pulu alıb öz şəxsi ehtiyaclarına xərcləyərək tamah niyyəti ilə guya qeyd edilən məbləğdə pulun depozit qoyulmasını təsdiq edən rəsmi sə nədə - Zərərçəkmiş şəxsin adına verilmiş əmanət kitabçasına qəbul etdiyi məbləğləri yazaraq imzalayıb bilə-bilə yalan məlumatları daxil edib sonuncuya təqdim etməklə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını təkrarən talama məqsədilə 03.03.2014cü il tarixdə Zərərçəkmiş şəxs Yusif qızı tərəfindən ******************** saylı depozit hesabına mədaxil olunmuş 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin 6.000 (altı min) manatını işlədiyi bankın ünvan 2 ünvanında yerləşən “Sumqayıt” filialında tamah niyyəti ilə rəsmi s ənədə - 30.03.2015-ci il tarixli 05 nömrəli xəzinə məxaric orderinin “Alanın imzası” qrafasına Zərərçəkmiş şəxsin imzasını oxşadıb icra edərək bilə-bilə yalan məlumatları daxil etməklə xəzinədardan alaraq ələ keçirib özünün şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş “xxxx” ASC-yə məxsus xeyli miqdarda əmlakı vahid qəsdlə mənimsəmə yolu ilə təkrarən talamışdır. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, habelə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını təkrarən talama məqsədilə işlədiyi bankın ünvan 2 ünvanında yerləşən “Sumqayıt” filialında müştərinin, yəni Zərərçəkmiş şəxs Yusif qızının iştirakı olmadan sonuncunun adına kredit rəsmiləşdirməyi filialın kredit şöbəsinə tapşıraraq tamah niyyəti ilə hazırlatdığı rəsmi sənədlərdə - 08.01.2016-cı il tarixli kredit müqaviləsinin “Borcalan Zərərçəkmiş şəxsY”, eyni tarixli girov müqaviləsinin “Borcalan” və xəzinə məxaric orderinin “Alanın imzası” qrafalarında Zərərçəkmiş şəxs imzasını oxşadıb icra edərək və 9.415 (doqquz min dörd yüz on beş) ABŞ dolları məbləğində pul vəsaitini kreditin təminatı olaraq göstərib bilə-bilə yalan məlumatları daxil etməklə 7.500 (yeddi min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 11.731,50 (on bir min yeddi yüz otuz bir manat əlli qəpik) manat məbləğində pulu xəzinədardan alaraq ələ keçirib özünün şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş “xxxx” ASC-yə məxsus xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə təkrarən talamış, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində ifadə olunan bu hərəkətləri ilə Zərərçəkmiş şəxs depozitini təhlükə altına qoymaqla, depozit hesabında olan pul məbləğini məxaric etmək hüququnu məhdudlaşdırmaqla, habelə “xxxx” ASC-ni nüfuzdan salan, müştərilər qarşısında etimadsızlığa gətirib çıxaran stabil və təhlükəsiz fəaliyyətinin həyata keçirilməsinə, yəni qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən verilmiş apellyasiya protestinə və zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Tanrıverdi Azər Rafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Mövsümov Nazim Rasim oğlu, hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələblərinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzası 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3.000 (üç min) manat cərimə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələblərinə əsasən Məhkum Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü ma ddələri ilə təyin edilmiş 2.500 (iki min beş yüz) manat cərimə cəzası 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2.500 (iki min beş yüz) manat cərimə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələblərinə əsasən Məhkum Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1.500 (min beş yüz) manat cərimə cəzası 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1.500 (min beş yüz) manat cərimə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məh rum edilməklə 3.500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan qərarından zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Tanrıverdi Azər Rafiq oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qərarının dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə daha ağır - azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi cəza təyin edərkən, cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməyərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Məhkəmə yüngüllüyünə görə Məhkum açıq-aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiy asında nəzərdə tutulmuş demək olar ki, ən aşağı həddə cərimə növündə cəza təyin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə tərəfindən sadalanan hallar məhkəmənin göstərilən nəticəyə gəlməsi üçün əsas ola bilməz. Məhkəmə nəzərə almamışdır ki, Məhkum tərəfindən zərərçəkmiş şəxsə ciddi məbləğdə maddi ziyan vurulmuşdur və bu zərərin məbləği də onun tərəfindən qarşılanmamışdır. Belə olan halda bu qədər böyük məbləğdə pul vəsaitini qanunsuz olaraq ələ keçirmiş bir şəxsin bu qədər yüngül cəzaya məhkum edilməsi heç bir halda ədalətli hesab edilməməklə yanaşı, cəmiyyətdə də digər insanlarda törədilmiş cinayətə görə cəzasız qalmaq təəssüratı yaradacaqdır. Məhkum cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, barəsində cəzanı yüngüllşədirən hallar nəzərə alınsa da, cinayətin ağır nəticələrə səbəb olmasını Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi, təqsirkarın cinayətlərin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışları əsassız olaraq nəzərə alınmamışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qərarının dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə daha ağır - azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhk umun və dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarı isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Tanrıverdi Azər Rafiq oğlunun kassasiya şikayətində ittihamın təsdiq olunduğu və əməlin tövsifi məsələləri mübahisələndirilmir, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə daha ağır - azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad olunur. Həmin dəlillər nəzərə alı nmaqla işin faktiki hallarının, iş materiallarında olan müvafiq sənədlərin, hökmdə və apellyasiya məhkəməsinin qərarında cəza təyini məsələsi ilə bağlı göstərilənlərin təhlili belə qənaətə gəlməyə əsas verir ki, kassasiya şikayətinin dəlilləri tam şəkildə əsassız hesab oluna bilməz. Hökmdə cəza təyini məsələsi ilə əlaqədar yalnız aşağıdakılar göstərilmişdir: “... Məhkəmədə Məhkum Azərbaycan Respublikasının CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar - cinayət nəticəsində dəymiş maddi zərəri qismən, yəni Zərərçəkmiş şəxs olan borcu tam şəkildə ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və iddiasının olmaması və yaşayış yerində müsbət xarakterizə olunması müəyyən edilmişdir. Məhkəmədə Məhkum Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzası nı ağırlaşdıran hallar müəyyən olunmamışdır. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə görə, həmin maddələrin sanksiyasında cəzalar ağırlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması nı və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Şərh edilənlərə əsasən, Məhkum cəza təyin edilərkən 01 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4. və 308.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzər almaqla daha yüngül cəza təyin-edil məsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların mövcudluğu, ağırlaşdıran halların olmamasını, həmçinin ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etdiyinə görə ona 01 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ei maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəzalar və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti cəza təyin etməyi məqsədə müvafiq hesab edir...”. Göründüyü kimi, hökmdə cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alındığı göstərilsə də, bunlara aid hansı amilin Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül növdə cəzanın təyin edilməsinə əsas verdiyi açıqlanmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə isə törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qiymətləndirilərkən bu məsələlərə aid bütün amillər (o cümlədən məhkum tər əfindən iki zərərçəkmiş şəxsə qarşı bir sıra tövsifedici əlamətlərlə bir neçə cinayətin törədilməsi) nəzərə alınmalı idi və yalnız bundan sonra cəzanı yüngülləşdirən hallar da nəzərə alınmaqla həmin amillərin maddələrin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsinə əsas verib-vermədiyi məsələsi həll olunmalı idi. Bundan başqa, qeyd olunmalıdır ki, cəza təyini məsələsi ilə əlaqədar hökmün özündə ziyanın yalnız bir zərərçəkmiş şəxsə tam ödənilməsi göstərilmişdr. Bu hal məhkəmə tərəfindən tamamilə haqlı olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, digər zərərçəkmiş şəxsə (qərardan kassasiya şikayəti vermiş şəxsə) ziyan ödənilməmişdir. Belə olan halda həmin cəzanı yüngülləşdirən halın (cəzanı yüngülləşdirən halların məcmusunu n) törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi ilə birlikdə Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinə əsas verib-vermədiyi, bu hallar məcmu qaydada nəzərə alınmaqla hansı cəzanın Məhkum islah olunması məqsədinə və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədlərə nail olunmasına imkan verdiyi məsələləri həll olunmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsi həll edilərkən bütün bu amillərin və halların nəzərə alındığı hökmdən görünmür. Apellyasiya məhkəməsi də bu çatışmazlığı aradan qaldırmamış, cəza təyini məsələsinin həllinə səthi yanaşmış, zərərçəkmiş şəxsin bu məsələlərlə bağlı dəlillərinə münasibət bildirməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni fakti ki olaraq əsaslandırmamışdır. Apellyasiya məhkəməsi qərarında “xxxx” ASC-yə vurulmuş ziyanla əlaqədar aşağıdakılara istinad etmişdir: “...cinayət işinə əlavə edilmiş Məhkum Əmanətlərin Sığortalanması Fonduna təqdim etdiyi 16.11.2018-ci il tarixli ərizədən görünür ki, o, “xxxx” ASC-yə vurulan 7.500 ABŞ dolları məbləğində ziyam birdəfəlik ödəmə qabiliyyətində olmamış, həmin ziyanın hissə-hissə ödənilməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Məhkum Əmanətlərin Sığortalanması Fonduna təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 20.11.2018-ci il tarixli ərizədən görünür ki, o, “xxxx” ASC-yə vurulan 7.500 ABŞ dolları məbləğində ziyanın öz pensiya kartından tutulmasına etiraz etmir...”. Məhkəmə kollegiyası vurgulayır ki, apellyasiya məhkəməsi həmin sənədlərə cə za təyini məsələsi ilə bağlı istinad edərkən zərərçəkmiş şəxsin belə təkliflə razı olubolmadığını, bununla bağlı hər hansı bir sənədləşmə aparılıb-aparmadığını (müvafiq qaydada müqavilə bağlayıb-bağlamadığını və sair) araşdırmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verməsi isə birmənalı olaraq göstərir ki, zərərçəkmiş şəxs bu təkliflə razılaşmamışdır. Apellyasiya məhkəməsi həmin sənədlərə istinad edərkən bunu da nəzərə almamışdır ki, istədiyi vaxt (o cümlədən hökm qüvvəyə mindikdən sonra) həmin təklifdən imtina etmək Məhkum hüququdur (hər hansı bir məhkəmə qərarında həmin vəsaitin Məhkum tutulması, bu tutulmanın onun pensiya hesabındakı vəsaitə yönəldilməsi nəzərdə tutulmamışdır). Bu baxımdan apellyasiya məhkəməsinin qərarında istin ad edilən bu sənədlər apellyasiya məhkəməsinin cəza təyini məsələsində mövqeyini heç cür əsaslandırmır. Mübahisəsizdir ki, belə çatışmaqlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən aşağıdakı normaların tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət tə qibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 01 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxm ayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı Məhkum cəza təyini hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməli (Azərbaycan Respublikası CPM-nin 416.0.2 və 416.0.21-ci maddələrində göstərilən əsaslarla), kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar