Məhkəmə qərarları › İş №1(102)-1525/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1525/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1525/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 195.1 və 308.1-ci maddələri ilə bəraət verilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X7 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağdam Rayon Məhkəməsinin (hakim: X9) 23 iyun 2020-ci il tarixli hökmü ilə 23 yanvar 1972-ci ildə Ağsu rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağsu şəhərində yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən bir il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətinə islah işləri cəzasına, CM-in 308.1ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən bir il altı ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il altı ay müddətinə islah işləri cəzasına məhkum edilməsi, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, iki il müddətinə islah işləri qəti cəzasının saxlanılması, islah işləri cəzası üzrə cəzaçəkmə müddətinin başlanğıcının Məhkum işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, Məhkum 25000 (iyirmi beş min) manat tutularaq zərərçəkmiş hüquqi şəxs - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələri ilə bəraət verilmiş, mülki iddia baxılmamış saxlanılmış, mülki iddiaçıya mülki mühakimə üsulu qaydasında Məhkum qarşı mülki iddia qaldırmaq hüququ izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum 19.04.2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ********** nömrəli X3 Nömrəsi (VÖEN) ilə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinə əsasən fərdi sahibkarlıqla məşğul olmaqla digər şəxslərlə əqdlərin bağlanılması, öhdəliklərin götürülməsi, öhdəliklərin vaxtında və düzgün icrasına görə məsuliyyət daşıması, işçilərin işlərin görülməsinə cəlb edilməsi, yerinə yetirilən iş üzrə fəaliyyətin təmsil edilməsi və sair hüquqi əhəmiyyət kəsb edən hərəkətlər edilməsində ifadə olunan təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmək səlahiyyətlərinə malik hüquqi şəxs yaratmadan sahi bkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etməkdən ötrü hüquqi ünvanı İmişli şəhəri, Heydər Əliyev prospekti 22 olan "xxxx" MMC-yə müraciət edib, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə güzəştli şərtlərlə alınacaq məqsədli dövlət kreditindən təyinatı üzrə istifadə etməyib özünün sair xərclərinə sərf etmək məqsədilə "xxxx" MMC-yə investisiya layihəsi təqdim etməklə həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin (hazırki adı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaiti hesabına güzəştli şərtlərlə ayrılacaq 25000 (iyirmi beş min) manat kredit vəsaiti və özü tərəfindən sərmayə olaraq qoyulacaq 1000 (bir min) manat investisiya hesabına ümumi dəyəri 26000 (iyirmi altı min) manat təşkil edən həmin layihə əsasında Ağdam rayonu Qərvənd kəndində yerləşən və həmin kəndin bələdiyyəsinin mülkiyyətində olmaqla bələdiyyə ilə arasında bağlanmış 14.02.2013-cü il tarixli, 42 saylı müqavilə üzrə 10 il müddətinə icarəyə götürdüyü iki hektar torpaq sahəsində investisiya layihəsinin həyata keçirilməsi, yəni 25000 (iyirmi beş min) manat dəyərində ümumi dəyəri 3000 (üç min) manat olan 2 baş iribuynuzlu, ümumi dəyəri 20900 manat olan 95 baş xırdabuynuzlu heyvan və ümumi dəyəri 1100 (bir min yüz) manat olan yem, arpa, dərman preparatlarının alınması, habelə özü tərəfindən sərmayə olaraq qoyulacaq 1000 (bir min) manat investisiya hes abına yem, arpa, dərman preparatlarının alınması ilə bağlı işləri göstərməsindən sonra, həmin Agentlik tərəfindən 12.12.2016-cı il tarixdə "xxxx" MMC-yə ayrılaraq sonuncu müəssisənin "xxxx" ASC-də olan AZ91AMRA******************** nömrəli hesabına köçürülmüş 100000 (bir yüz min) manat pul vəsaitindən 25000 (iyirmi beş min) manat olan hissəsini "xxxx" MMC-nin idarə heyətinin sədri X2 ilə özü arasında bağlanmış 27.12.2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsi əsasında qeyd edilən Agentliyin vəsaiti hesabına 36 ay, yəni 27.12.2016-cı il tarixdən 27.12.2019-cu il tarixədək olan müddətə, aylıq 0,583333 % olmaqla güzəştli şərtlərlə 25000 (iyirmi beş min) manat məqsədli dövlət kreditinin ayrılmasına nail olmaqla, 25000 manat pul vəsaitini 27.12.2016cı il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünv anında yerləşən ofisindən nağd qaydada şəxsən götürdükdən sonra həmin pul vəsaiti ilə 9 ay müddətində, yəni 2017-ci ilin sentyabr ayına qədər olan müddət ərzində investisiya layihəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlasa da, sonradan 2017-ci ilin sentyabr ayından etibarən təsərrüfatında olan heyvanların satışını təşkil edib Ağdam rayonu, Qərvənd kəndində yerləşən iki hektar torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi, iri, xırdabuynuzlu heyvanların, yem ehtiyatı, dərman peraparatının təyinatı üzrə alınması məqsədilə ayrıldığı və həmin fəaliyyətə xərcləməli olduğu halda, əldə etdiyi pul vəsaiti ilə qeyd edilən xeyli miqdar təşkil edən 25000 (iyirmi beş min) manat güzəştli şərtlərlə məqsədli dövlət kreditini qanunsuz olaraq istintaqla müəyyən edilməyən digər şəxsi ehtiyaclarına xərcləməklə təyinatı üzrə istifadə etməyib həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə (hazırki adı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) xeyli miqdarda ziyan vurmuş və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi sonuncu Agentliyin aqrar sahədə güzəştli kreditlərin verilməsi siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 21 aprel 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X7 tərəfindən kassasiya protesti verilərək həmin qərarın ləğv edilməsi işin yeni Apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq az ağır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində şahidlər oxşar məzmunlu ifadələr vermiş, müqavilə və investisiya layihəsinin təyinatına dair məlumatlarda Məhkum tərəfindən güzəştli şərtlərlə heyvandarlığı n inkişafı məqsədi ilə 25000 manat məqsədli dövlət krediti alınması öz təsdiqini tapmış, cinayət işi üzrə hər hansı ziddiyyət olmamışdır. Lakin, apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında Məhkum verdiyi ifadə daha möhtəbər hesab olunmuş, həmçinin iş materiallarında "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 00081 nömrəli kredit f müqaviləsinin və ödəniş cədvəllərinin surəti olduğu halda, məhkəmə kollegiyasının sorğusu əsasında 01,12.2020-ci il tarixli məktubla təqdim edilmiş fərqli məzmunlu (Heyvandarlığın və əkinçiliyin inkişafı) "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsi üstün hesab edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası hökmdə apelyasiya instansiyası məhkəməsinin sorğusu əsasında təqdim edilmiş fərqli məzmunlu (Heyv andarlığın və əkinçiliyin inkişafı) "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsinə əsassız olaraq istinad etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası bu qənaətə gələrkən “İnvestiva layihəsi haqqında” məlumatda, “sahibkarlıq subyektinə dair” məlumatda. ‘‘İnvestisiya layihəsini təyinatına dair" məlumata, “müqavilə üzrə ödəniş planına dar” məlumatda fəaliyyət və təyinat növünün heyvandarlıq olmasına, 15 avqust 2018-ci il tarixli təsərrüfatlarda monitorinq aparılması haqqında aktda isə kreditin təyinatı üzrə istifadə edilməməsinə dair məlumatlara obyektiv hüquqi qiymət verməmiş, 01,12.2020-ci il tarixli məktubla təqdim edilmiş fərqli məzmunlu kredit müqaviləsi ilə cinayət isinin materiallarında olan müqavilənin arası nda yaranmış ziddiyyəti araşdırmadan, müvafiq sorğusu əsasında alınmış fərqli məzmunlu “kredit müqaviləsinin” mötəbərliliyini yoxlamadan bəraət hökmü çıxarmışdır. Məhkəmənin müvafiq sorğusu əsasında alınmış "xxxx" MMC-nin 01.12.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" ofisi bir neçə dəfə yer dəyişdirdiyi üçün bəzi qovluq sənədləri itirilmişdir. "xxxx" ilə Məhkum arasında bağlanmış 27 r dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsi tələb olunan zaman Məhkum verilən müqavilə ondan götürülərək onun əsasında yeni müqavilə tərtib edilərək istintaq orqanına təqdim edilmişdir.” Məktubda göstərilənlər ciddi məhkəmə araşdırması tələb etsə də, məhkəmə işin faktiki hallarını araşdırmaqdan və obyektiv həqiqəti müəyyən etməkdən yayınmışdır. Həmin məktubu və məktuba əlavə ed ilmiş müqaviləni mötəbər hesab edən məhkəmənin aidiyyatı şəxslərin barəsində əməllərində CM-nin 313-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması barədə araşdırma aparılması üçün istintaq qurumuna məlumat verməyə lüzum görməməsi onu deməyə əsas verir ki, məhkəmə özü də həmin məktubda yazılanları inandırıcı hesab etməmişdir. Məktubda yazılanları doğru hesab edən məhkəmənin borcu idi ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora cinayət haqqında müvaviq məlumat versin. Məhkəmə iş materiallarında olan eyni nömrəli, eyni tarixli, eyni şəxslər arasında bağlanmış 2 fərqli müqavilənin mövcudluğunun üzərindən sükutla keçmişdir. Nəzərə alsaq ki, məhkəmə həmin məktuba əlavə edilmiş müqaviləni mötəbər _ sübut kimi qəbul etmişdir, həmin sübutun mənbəyini və mötəbərliyini yo xlamaq işin faktiki hallarını araşdırmaq səlahiyyətində olan məhkəmənin vəzifəsi idi. Həmçinin qeyd olunmalıdır ki, məhkəmənin sübut kimi qəbul etdiyi müqavilədə əsas kreditləşmənin təyinatı kimi heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi göstərilmişdir. Hətta həmin müqavilə mötəbər sübut kimi qəbul edilsəydi belə, şəxsə bəraət verilə bilməzdi. Çünki, Məhkum tərəfindən həmin kreditdən heyvandarlığın inkişaf etdirilməsi üçün ümumiyyətlə istifadə edilməmişdir. Həmin müqaviləyə əsasən, kreditin təyinatı yalnız əkinçilik üçün deyil, heyvandarlıq və əkinçilik üçün müəyyən edilmişdir. Məhkum tərəfindən isə heyvandarlığın inkişafı üçün həmin kreditdən istifadə edilməməsi, həmin kreditdən yalnız əkinçilik üçün istifadə edilməsi kreditdən təyinatı üzrə istifadə edilməməsi kimi qiymətləndirilmə lidir. Məhkəmə kollegiyası isə həmin müqavilənin şərtlərini öz subyektiv mülahizələri əsasında şərh etmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsinə əsasən məhkəmənin bu Məcəllənin 143-146-cı maddəsinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınması, kassasiya protestinin təmin olunması və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhk əmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya ins tansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kas sasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tə ləbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əsassız olaraq CM-nin 195.1 və 308.1-ci maddələri ilə bəraət verilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər han sı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslı lığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq toplanılmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılaraq əsaslı şəkildə Məhkum barəsində bəraət hökmü çıxarılmışdır, gəlinən nəticə işin faktiki hallarına tam uyğundur. İş materiallarında olan, aşağı instansiya məhkəməsi icl asında dindirilmiş Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, 19.04.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN ilə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinə əsasən kənd təsərrüfatı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2016-cı ildə dövlət tərəfindən heyvandarlığın inkişafı məqsədi ilə güzəştli şərtlərlə müvəkkil kredit təşkilatları tərəfindən kredit verilməsi xəbərini eşitdikdən sonra güzəştli şərtlərlə kredit götürmək qərarına gəlmişdir. "xxxx" MMC ilə əlaqə saxlayaraq müvafiq sənədlərini və görəcəyi işlər barədə məlumatı təqdim etmişdir. 27.12.2016-cı ildə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən ofi sində MMC ilə onun arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən heyvandarlığın və əkinçiliyin inkişafı məqsədi ilə ona aylıq 0,583333 faiz olmaqla 36 ay müddətinə 25000 manat pul verilmişdir. Həmin pula və özünün əvvəlcədən investisiya layihəsində göstərdiyi 1000 manat pulla 90 baş qoyun, 2 baş balalı inək, o cümlədən yem, arpa, dərman preparatları almış və heyvanları Ağdam rayonunun Qərvənd kəndində yerləşən və göstərilən kəndin bələdiyyəsi ilə arasında bağlanmış 14.02.2013-cü il tarixli müqavilə üzrə 10 il müddətinə icarəyə götürdüyü iki hektar torpaq sahəsində düzəltdiyi fermada saxlamağa başlamışdır. 2017-ci ilin sentyabr ayında heyvanların çox hissəsinin tələf olduğunu görüb qalan heyvanları 2017-ci ilin sentyabr ayından etibarən satıb həmin vaxtdan qeyd olunan ərazidə əkinçilik işləri, yəni soğan əkməyə başlamışdır. Kredit vəsaitini götürdükdən sonra 8-9 ay müddətində heyvandarlıqla məşğul olmuş, hər hansı bir cinayət əməli törətməmiş, götürdüyü krediti təyinatı üzrə istifadə etmişdir. Verilmiş kreditin təyinatını dəyişdirməmişdir. Götürdüyü kredit məbləğinin əsas hissəsindən maddi vəziyyətinin pis olması ilə əlaqədar hər hansı ödəniş edə bilmədiyini, 3000 manata yaxın faiz ödədiyini, götürdüyü 25000 manat kredit məbləğini hazırda əkdiyi taxıl məhsulunu yığdıqdan sonra qaytaracağına söz verdiyini qeyd etməklə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Onda kredit müqaviləsinin bir nüsxəsi olmuş, həmin müqavilədə kreditin məhz əkinçiliyin və heyvandarlığın inkişafı üçün götürüldüyü əks olunmuşdur. Lakin müqavilənin əsli ondan götürül dükdən sonra müqavilənin 1-ci vərəqəsi ona məlum olmayan şəxs tərəfindən dəyişdirilmiş və “əkinçilik və heyvandarlıq” sözləri “maldarlıq” kimi müqavilədə yazılmışdır. İş materiallarında olan "xxxx" MMC-in 14.12.2016-cı il tarixli idarə heyətinin 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, İdarə Heyəti çıxış və təklifləri nəzərə alaraq qərara alır: İttifaqın aşağıda adları göstərilən üzvlərinin adlarının qarşısında məbləğ göstərilməklə kredit vəsaiti ilə təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı “Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə” kredit sifarişi hazırlansın:

1. Məhkum-təyinatı əkinçilik və heyvandarlıq. İclas protokolu sədr və üzvlər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. (bax. i.v. 88-89) 27.12.2016-cı il tari xli 17 saylı bildirişin surətindən görünür ki, Məhkum 25000 manat məbləğində pulu "xxxx" MMC-dən qəbul etmişdir. Apelyasiya instansiya məhkəməsinin sorğusu əsasında alınmış "xxxx" MMC-nin 01 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsi bağlanarkən "xxxx"nın İdarə Heyətinin sədri X2 olmuşdur. "xxxx" ofisi bir neçə dəfə yer deyişdirdiyi üçün bəzi qovluq sənədləri itirilmişdir. "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsi Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tələb olunan zaman Məhkum verilən müqavilə ondan götürülərək onun əsasında yeni müqavilə tərtib edilərək istintaq orqanın a təqdim edilmişdir. Hal-hazırda "xxxx"da Məhkum adına açılmış qovluqda sadəcə 27 dekabr 2016-cı il tarixində Məhkum verilmiş 00081 nömrəli kredit müqaviləsi vardır. Həmin müqavilədə göstərilmişdir: Müqavilənin predmeti: Kreditor borc alana 25000 manat məbləğində kredit verir. Borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə verilən krediti qəbul edir. Əsas kreditləşmənin təyinatı: Heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi. Kredit borcalana nağd qaydada və ya bank vasitəsi ilə verilir. Borcalan ittifaqın üzvü olmalıdır və minimum üzvülük haqqı 20 manat təşkil edir. Tərəflərin hüquq və vəzifələri: Borcverən aşağıdakı hallarda kreditin əsas məbləğinin və ondan faktiki istifadə edildiyi müddət üçün hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb edə, tələbi yerinə yetirilmə dikdə isə tutma təminatı kimi girov qoyulmuş əmlaka yönəldilə bilər: Borcalan verilmiş kreditdən təyinatı üzrə istifadə etmədikdə; Borcalan kreditin əsas məbləğinin və (və ya) ona hesablanmış faizlərin tam məbləğinin, yaxud hər hansı hissəsinin bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini 15 bank günü və ondan artıq müddət ərzində icra etmədikdə; Borcalan bu Müqavilənin 4-cü bəndində müəyyən edilmiş vəzifələrini icra etmədikdə, yaxud lazımi qaydada icra etmədikdə; Borcalan vəfat etdikdə (hüquqi şəxs ləğv edildikdə) və ya müflis elan edildikdə; Bu Müqavilə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Borcalanın hüquqları: Borcalan əsas kredit məbləği üzrə borcu (yaxud ödənilməli olan hissəni) və kreditdən faktiki istifadə etdiyi müddət üç ün hesablanmış faizləri tam məbləğdə ödəyərək bu müqavilə üzrə öhdəliklərini vaxtından əvvəl icra edə bilər. Borcalanın vəzifələri: Alınmış kreditdən yalnız təyinatı üzrə istifadə etmək. Kreditin əsas məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış faziləri bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş məbləğdə və müddətlərdə qaytarmaq. Aldığı kreditin təyinatı üzrə istifadə edilməsinə və kreditin qaytarılması üçün təqdim edilmiş təminatın vəziyyətini yerində yoxlamaq məqsədilə borcverənin nümayəndəsinə lazımi şərait yaratmaq. Kreditdən istifadə edilməsinə görə faizlərin hesablanması: Borcalan aldığı kreditdən istifadə edilməsinə görə borcverənə illik 7%, hər gecikmiş gün üçün isə gecikmiş əsas məbləğin 1%-i olmaqla cərimə ödəyir. Faizlər verilmiş kreditin əsas məbləğinin qalıq hissəsinə hesablanır. Bu Müqaviləyə görə 1 il 360 gün, hesabat ayı 30 təqvim günü nəzərdə tutulur. Borcalan götürdüyü kreditin 10/1 mislində ittifaq pay haqqı qoyur. Borcverən borcalandan verilmiş kreditin 3%-i miqdarında komission haqqı tutur. Kreditin qaytarılması: Kreditin ödənişi Müqaviləyə əlavə edilmiş 1 saylı əlavəyə uyğun həyata keçirilir. Borcalan tərəfindən ödəmələr həyata keçirilərkən ilk növbədə cərimələr, sonra faizlər, sonra isə kreditin əsas məbləği üzrə borc silinir. Yalnız bütün cərimlər və faizlər üzrə borclar ödənildikdən sonra qalan məbləğ kreditin əsas məbləği üzrə borcun silinməsinə yönələcəkdir. Pul vəsaitləri borcverənin bank hesabına və ya nağd qaydada xəzinəyə təqdim etməklə ödənilir. Ödəniş günü qeyri-iş gününə düşdükdə ödəmə növbəti iş günü həyata keçirilir. Mü qavilənin qüvvədə olduğu müddət: Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz hüquq və vəzfilərini yerinə yetirənədək qüvvədə qalır. Son müddətlər: Bu Müqavilə bərabər hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib edilmişdir. Apellyasiya məhkəməsi iş materiallarını qarşılıqlı araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, Məhkum 19.04.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ********** nömrəli VÖEN ilə fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinə əsasən kənd təsərrüfatı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2016-cı ildə heyvandarlığın inkişafı məqsədi ilə kredit götürmək üçün "xxxx" MMC ilə əlaqə saxlayaraq müvafiq sənədlərini və görəcəyi işlər barədə məlumatı t əqdim etmişdir. 27.12.2016-cı ildə "xxxx" MMC-nin Bakı şəhərində yerləşən ofisində MMC ilə onun arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən heyvandarlığın və əkinçiliyin inkişafı məqsədi ilə ona aylıq 0,583333 faiz olmaqla 36 ay müddətinə 25000 manat pul verilmişdir. Həmin pula və özünün əvvəlcədən investisiya layihəsində göstərdiyi 1000 manat pulla 90 baş qoyun, 2 baş balalı inək, o cümlədən yem, arpa, dərman preparatları almış və heyvanları Ağdam rayonunun Qərvənd kəndində yerləşən və göstərilən kəndin bələdiyyəsi ilə arasında bağlanmış 14.02.2013-cü il tarixli müqavilə üzrə 10 il müddətinə icarəyə götürdüyü iki hektar torpaq sahəsində düzəltdiyi fermada saxlamağa başlamışdır. Kredit vəsaitini götürdükdən sonra 8-9 ay müddətində heyvandarlıqla məşğul ol muş, lakin 2017-ci ilin sentyabr ayında heyvanların tələf olduğunu görüb qalan heyvanları 2017-ci ilin sentyabr ayından etibarən satıb həmin vaxtdan qeyd olunan ərazidə əkinçilik işləri ilə məşğul olmuşdur. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndində Məhkum üçün kreditin təyinatı ilə bağlı iki vəzifə müəyyən edilmişdir: Heyvandarlıq və əkinçiliyin inkişafı. Bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən alınmış kreditdən təyinatı üzrə istifadə etmək Məhkum vəzifəsidir. "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndində göstərilən kreditin təyinatı ilə bağlı qeyd edir ki, həmin bə nddə kreditləşmənin əsas təyinatının heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi müəyyən edilərkən təyinatların ayrı-ayrı vaxtlarda və ya hər ikisinin eyni vaxtda icra edilməsində məhdudiyyət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş sübutlar və apellyasiya məhkəməsinin iş materiallarında olan sübutlar arasındakı ziddiyyətlərlə bağlı araşdırmasının nəticəsindən də görünür ki, "xxxx" MMC ilə Məhkum arasında bağlanmış kredit müqaviləsində kreditin heyvandarlıqla yanaşı, əkinçilik məqsədləri ilə verilməsi də qeyd edildiyindən onun güzəştli şərtlərlə götürdüyü kreditlərin təyinatdan kənar istifadə etməsi müəyyən edilməmişdir. Bundan başqa, cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqında” 24 favral 2020-ci il tarixli qərarda göstərilmişdir ki, X16 və Kazımov Asəf Məhə mmədəli oğlu kredit müqavilələri əsasənda müvafiq olaraq 16000 və 17000 manat pul götürmüş və müqavilədə nəzərdə tutulan qaydada götürdüklərə uyğun olaraq heyvandarlıqla yanaşı, həm də əkinçilik fəaliyyəti ilə məşğul olmuşlar. "xxxx" MMC ilə X16 və Kazımov Asəf Məhəmmədəli oğlu arasında bağlanmış kredit müqavilələrində kreditin heyvandarlıqla yanaşı, əkinçilik məqsədləri ilə verilməsi də qeyd edilmişdir. Odur ki, qeyd olunanlara əsasən X16 və Kazımov Asəf Məhəmmədəli oğlunun güzəştli şərtlərlə götürdükləri kreditlərin təyinatdan kənar istifadə edilməsi müəyyən edilməmiş və buna görə də, əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. Apelyasiya instansiya məhkəməsinin sorğusu əsasında alınmış "xx xx" MMC-nin 01 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsi bağlanarkən "xxxx"nın İdarə Heyətinin sədri X2 olmuşdur. "xxxx" ofisi bir neçə dəfə yer deyişdirdiyi üçün bəzi qovluq sənədləri itirilmişdir. "xxxx" ilə Məhkum arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli 00081 nömrəli kredit müqaviləsi Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tələb olunan zaman Məhkum verilən müqavilə ondan götürülərək onun əsasında yeni müqavilə tərtib edilərək istintaq orqanına təqdim edilmişdir. Hal-hazırda "xxxx"da Məhkum adına açılmış qovluqda sadəcə 27 dekabr 2016-cı il tarixində Məhkum verilmiş 00081 nömrəli kredit müqaviləsi vardır və həmin kr edit müqaviləsinin əsli təqdim edilmişdir. Təqdim edilmiş kredit müqaviləsində isə kreditləşmənin əsas təyinatının heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi olduğu göstərilmişdir. Qeyd olunanlara əsaslanaraq Apellyasiya məhkəməsinin qənaətincə işdə olan "xxxx" MMC ilə Məhkum arasında bağlanmış 27.12.2016-cı il tarixli 00081 saylı kreditin yalnız heyvandarlığın inkişafı üçün götürülməsinə dair kredit müqaviləsi və ödəniş cədvəlində göstərilənlər həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır, işin faktiki hallarına uyğundur. Məhkum Azərbaycan Respublikası CM-nin 195.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün heç bir əsas yoxdur. Hazırki işin hallarından göründüyü kimi Məhkum xidməti vəzifəl ərinin icrası zamanı 25000 manat məbləğində krediti təyinatı üzrə istifadə etmiş və onun əməlində CM-in 195.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə olan halda, C.M1 tərəfindən xidməti vəzifələrinin icrası nəticəsində hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə heç bir ziyan vurulmamışdır. Odur ki, onun əməlində CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri də mövcud deyildir. Vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası nəticəsində hər hansı zərərin vurulması müəyyən edilmədikdə, yaxud belə nəticələr mövcud olsa da, törədilmiş əməllərlə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olması sübuta yetirilmədikdə, şəxsin CM-nin 308.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Mess ege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta y etirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq pro sessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlam ətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflər in mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum əsassız yerə bəraət verilməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 195.1 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddəsinin tələblərinə uyğun olaraq t oplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində qərarın ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edil ənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 195.1 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar