Məhkəmə qərarları › İş №1(102)-1525/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1525/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1525/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X5 iştirakları ilə, Bakı Apelyasiya Məhk əməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əhməd Quliyev (sədrlik edən), Azər Paşayev və İradə Həsənzadə) 1(101)-419/2022 nömrəli 16 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 2001-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası İstanbul Beykent Universitetinin tibb fakültəsinin 3-cü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlli 17 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 17 avqust 2021-ci il tarixdə saat 00:15 radələrində idarə etdiyi «AUDİ Q7» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə maşın bazarı istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddin ə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və yaşayış məntəqəsi daxilində avtomobili icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32/1 ünvanının qarşısında avtomobili 110 km/saat sürətlə idarə etməklə həmin yolda hərəkətdə olan, Zərərçəkmiş şəxs2 sürücülük hüququ olmadan idarə etdiyi “VAZ21015” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində ehtiyyatsızlıqdan «VAZ-21015» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən daxili orqanların zədələnməsi nəticəsi ndə baş vermiş kəskin qanitirmə Zərərçəkmiş şəxs2 ölümünə səbəb olmuş, bundan başqa, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almış, həmin xəsarətlərdən Zərərçəkmiş şəxs3 ölümünə səbəb olmuş, eləcə də “VAZ-21150” markalı ** BU *** dövlət qeydiyyat nişanlı maşının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 6000 manat miqdarında maddi ziyan vurmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Qədim Babayev) 1(103)-769/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya p rotesti, zərərçəkmiş şəxslərin hüquqi varisləri X6 və X7, məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı məhkum edilmiş şəxs Məhkum barəsində onun şəxsiyyətinə, törətdiyi cinayətin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum tərəfin dən törədilmiş cinayətin ictimai təhükəliliyinin xarakteri yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər və bunun əsasında duran insan həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Onun tərəfindən törədilən cinayətin ictimai təhlükəliliyinin dərəcəsi isə işin hallarından göründüyü kimi avtomobili yaşayış məntəqəsi daxilində 110 km/saat sürətlə idarə etməsi ilə iki nəfərin ölümündən ibarət olan ağır nəticənin baş verməsidir. Qeyd edilən xüsusatlar törədilən cinayət əməlinin ağırlığına dəlalət edən hallar olmaqla bərabər Məhkum şəxsiyyətini də xarakterizə edən əlamətlərdir. Bununla əlaqədar, məhkəmənin hökmündə Məhkum barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmək üçün ayrı-a yrı hallara heç bir əsaslandırma aparmadan yüngülləşdirici hal qismində istinad etməsi də onun haqlı mövqeyi ilə bağlı olmamışdır. Məhkəmə Məhkum müsbət xarakterizə olunmasını əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümum davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə Məhkum müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını və şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəs ində göstərməmişdir. Belə olan halda məhkəmə Məhkum müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxs Məhkum törətdiyi əməlin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, öz əməlinin ictimai xarakterini dərk etmiş, onların insan sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənmə nəticəsində yol nəqliyyat hadisəsi törətməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum cinayətkarcasına özünəgüvənmə nəticəsində törətdiyi əm əl CM-in 15.4-cü maddəsinə əsasən, ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Qeyd edilənlərə əsasən, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimai-təhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası CM-in 59.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Lakin məhkəmə Məhkum ilk dəfə ehtiyatsızlıqdan cinayət əməlini törətməsini qanunsuz olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə Məhkum nümunəvi tələbə olmaqla ölkə xaricində ölkəni layiqincə təmsil etməsinin hansı sübutlarla təsdiq edilməsini, bu halı hansl toplanmış sübutlar əsasında cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Cinayət qanununun müəyyən edib tənzimlənməsini nəzərdə tutduğu norma üzrə məhkəmə özünəməxsus və qanunun tələblərini pozan qiymətləndirmə aparmış, həmin normanın tələblərinə zidd davranmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hökmündə Məhkum münasibətdə yuxarıda qeyd edilən halları yüngülləşdirici hallar qismində nəzərə almaqla cəza təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədlərini təmin etməyən səhv nəticəyə gəlmiş və onun barəsində aşağı həddə cəza təyin etməklə bunun motivlərini belə hökmündə göstərməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin səhvi aradan qaldırmamışdır. Məhkəmə törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin mövqe ilə razılaşmışdır. Həmin mövqe isə hazırda bu qəbildən olub nəqliyyatda insanların həyat və sağlamlığına qəsd edilməsi kimi ən ağır nəticəyə səbəb olan cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə bərabər cəzanın ümumi xəbərdaredici məqsədə nail olunması imkanını da qeyri-mümkün edir. Bu isə məhkəmənin ədalət mühakiməsinin həy ata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bunda n başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxs lərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci i l tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş dən görünür ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri müvafiq olaraq hökm və qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hüquqi varisləri X7, X6 və Zərərçəkmiş şəxs1 ilə barışmasını, onlara vurulmuş maddi və mənəvi zərəri ödəməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələblərinin, iddialarının olmamasını, hadisə baş verdikdən dərhal sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün onlara yaxınlaşaraq Təcili Tibbi Yardım a zəng edib, onların həyatda qalmaları üçün cəhd göstərməsini, nümunəvi tələbə olmaqla ölkə xaricində ölkəni layiqincə təmsil etməsini, tibb fakültəsi tələbəsi kimi cəmiyyət üçün gələcəkdə lazımlı şəxs olmasını, gənc olmasını, yol-nəqliyyat hadisəsinin baş verməsində “Vaz-21015” markalı, **-BU-*** nömrəli avtomobilin sürücüsü sürücülük hüququ olmadan avtomobili idarə edən Zərərçəkmiş şəxs2 da təqsirinin müəyyən olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyası (5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 5 il müddətinə azadlıqdan məhru m etmə cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir. Belə ki, Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir, cinayət işi üzrə Məhkum əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət həm məhkumun, həm qəza nəticəsində ölmüş zərərçəkmiş şəxsin qarşılıqlı təqsiri ucbatından törədilmişdir. Cinayət materiallarından görünür ki, məhkum tərəfindən hər iki zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etmiş, cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyan onun tərərfindən tamamilə ödənilmişdir. Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası bu halların cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınması üçün əsas görməsə də və kassasiya protestinin bu dəlili ilə razılaşsa da, məhkuma cəza təyin edilərkən həmin halların Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkumun şəxsiyyətini xarakterizə edən hallar k imi nəzərə alınmasını əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alıb Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddə cəza təyin etməklə onun islah oluna biləcəyi barədə nəticəyə gələrək həm milli qanunvericiliyinin normalarına, həm də Avropa Məhkəməsinin tövsiyələrinə düzgün əməl etmişlər. Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 41.1 və 58.3-cü maddələrinin tələbləri baxımından açıq-aşkar ədalətsiz cəza kimi qiymətləndirilə bilməz. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya prote stinin dəlilləri əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protesti ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab e dir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar