Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1525/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiy yəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1992-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 03 iyul 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 20 avqust 2021-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci in stansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2020-ci ilin noyabr ayında Qaradağ rayonu ərazisində “Lökbatan” dairəsinin yaxınlığında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu istintaqa məlum olmayan şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 14 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxil edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,830 qram, 0,820 qram, 0,729 qram, 1,001 qram, 1,411 qram, 0,910 qram, 0,790 qram, 0,892 qram, 0,812 qram, 0,439 qram, 0,822 qram, 0,771 qram, 0,394 qram və 25,880 qram ümumi təmiz çəkisi 36,501 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 7 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxil edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,950 qram, 0,810 qram, 0,782 qram, 1.368 qram, 18.260 qram və bir ədəd gümüşü rəngli kağızı bükümdə 0,720 qram ümumi təmiz çəkisi 23.320 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 11 ədəd kağız bükümdə və 1 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,215 qram, 0,260 qram, 0,304 qram, 0,243 qram, 0,298 qram, 0,447 qram, 0,294 qram, 0,298 qram, 0,214 qram, 0,331 qram, 0,262 qram, 0,190 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 3,356 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 04 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə əldə edib üstündə saxlamaqla şübhəli şəxs kimi Abşeron rayonu, Saray qəsəbəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı Məhkum əynində olan boz rəngli idman gödəkcəsinin sağ yan cibində olan 14 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,830 qram, 0,820 qram, 0,729 qram, 1,001 qram, 1,411 qram, 0,910 q ram, 0,790 qram, 0,892 qram, 0,812 qram, 0,439 qram, 0,822 qram, 0,771 qram, 0,394 qram tünd qəhvəyi rəngli, 25,880 qram qəhvəyi rəngli, ümumi təmiz çəkisi 36,501 qram olan maddələr kustar üsulla hazırlanmış heroin, 7 ədəd bükümdə, o cümlədən 6 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,950 qram, 0,810 qram, 0,782 qram, 1.368 qram, 18.260 qram və bir ədəd gümüşü rəngli kağızı bükümdə 0,720 qram ümumi təmiz çəkisi 23.320 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, 11 ədəd kağız bükümdə və 1 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,215 qram, 0,260 qram, 0,304 qram, 0,243 qram, 0,298 qram, 0,447 qram, 0,294 qram, 0,298 qram, 0,214 qram, 0,331 qram, 0,262 qram, 0,190 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 3,356 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-5/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 04 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-5/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində saxlanılarkən üzərində hər hansı narkotik vasitənin olmadığını, narkotikdən istifadəçi olsa da, heç vaxt onların satışı ilə məşğul olmadığını, əməlinə d üzgün qiymət verilmədiyini bildirərək, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, həbs olunduqdan sonra atasının dünyasını dəyişməsini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, həmin maddə ilə ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq e dilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum verdiyi kassasiya şikayətində törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilm əsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respubl ikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəx slər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum onun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbayca n Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum üzərində aşkar edilmiş 14 bükümdə ümumi xalis çəkisi 36,501 qram heroin, 7 bükümdə ümumi təmiz çəkisi 23.320 qram psixotrop maddə metamfetamin, eləcə də 11 bükümdə ümumi təmiz çəkisi 3,356 qram marixuananın özünün şəxsi istifadəsi üçün əldə etməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşılmalı, işin halları ilə uzlaşmayan qeyri-obyektiv ifadə kimi qəbul edilməli və məsuliyyətdən yayınmaq üçün verilən qeyri-səmimi ifadə kimi qiymətləndirməlidir ona görə ki, narkotik vasitə və maddənin miqdarı və xırda bağlamalara bölünməsi onların məhz satış məqsədi ilə saxlanılmasını təsdiqləyir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məh kəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
26. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəzasını yüngülləşdirən halların olmasına baxmadan ona yuxarı həddə cəza təyin etməsi ilə razılaşmayaraq hesab edir ki, bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.
27. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar yoxdur, eyni zamanda məhkumun himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi nəzərə alınan amillər mövcuddur. Lakin, apellyasiya instansiyası məhkəməsi onun cəzasını müəyyən edərkən bu halları nəzərə alsa da, məhkum edilmiş şəxsə həddindən artıq sərt cəza təyin etmişdir.
28. Məhkəmə kollegiyasının fikrincə, sadalanan məsuliyyəti yüngülləşdirən halların mövcudluğu və hər hansı cəzanı ağırlaşdıran halın olmadığı, Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas verir.
29. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 06 (altı) ay müddətinə qədər endirilməli və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
31. Odur ki, məhkəmə kol legiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4cümaddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 06 (altı) ay müddətinə qədər endirilsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-166/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.