Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1525/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Səbinə Məmmədzadə) 20 aprel 2023-cü il tarixli, 1(101)204/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəza ları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.5ci maddəsinə əsasən Məhkum hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə təyin edi lmiş cəzanın çəkilmiş 4 (dörd) ay 5 (beş) gün hissəsi bu iş üzrə təyin edilmiş əsas cəzadan çıxılsın, onun üzərində 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı 18 avqust 2022-ci il tarixdən hesablanmışdır. Müdafiəçi3 vəsatət verərək, buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatətini o, Məhkum cəzasını çəkdiyi Bakı İstintaq Təcridxanasının daxili qaydalarına riayət etməsi, islah olunduğu, törətdiyi cinayət əməli ndən peşman olduğu, həmçinin xəstəlikdən əziyyət çəkən anasının olması ilə əsaslandırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Telman Hüseynov) 06 mart 2024-cü il tarixli, 1(101)-204/2023 nömrəli qərarı ilə Məhkum barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(101)-204/2023 saylı hökmündən apellyasiya şikayətinin vermə müddəti üzrlü səbəblər olmadan buraxıldığından Məhkum müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 27 mart 2024-cü il tarixli, 11(103)-848/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-204/2023 nömrəli, 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli, 11(103)-848/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum özündən asılı olmayan səbəblərdən hökmdən apellyasiya şikayəti verə bilməmişdir. Belə ki, hökm ona verilən vaxtdan onun ailəsində bir-birinin ardı ilə xoşa gəlməyən hadisələr baş vermişdir. Atası və anası ağır xəstəliyə tutulmuş, hətta azyaşlı övladı da xəstəlikdən o vaxtlar əziyyət çəkmişdir. Bütün bunların hamı sı onun hökmdən apellyasiya şikayəti verməsinə mane olmuşdur. Özünün həbsdə olması, ailənin belə duruma düşməsi heç ona hökmü oxumağa belə imkan verməmişdir. Hesab edir ki, belə olan halda müddətin buraxılması üzrlü hesab edilməli və bərpa edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-ci il tarixli, 1(101)-204/2023 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 6 (altı) ay dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 7 (yeddi) ay 25 (iyirmi beş) gün azadlıq dan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi3 vəsatət verərək buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatəti o, Məhkum cəzasını çəkdiyi Bakı İstintaq Təcridxanasının daxili qaydalarına riayət etməsi, islah olunduğu, törətdiyi cinayət əməlindən peşman olduğu, həmçinin xəstəlikdən əziyyət çəkən anasının olması ilə əsaslandırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 1(101)-204/2023 nömrəli qərarı ilə Məhkum barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(101)-204/2023 saylı hökmündən apellyasiya şikayətinin vermə müddəti üzrlü səbəblər olmadan buraxıldığından Məhkum müdafiəçisi, Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 apellyasiya şik ayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli, 11(103)-848/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-204/2023 nömrəli, 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə hökm onun iştirakı ilə 20 aprel 2023-cü il tarixdə elan edilmiş, hökmün surəti məhkuma 25 aprel 2023-cü ildə göndərilmişdir. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, Məhkum məhkəmə hökmünü 11 may 2023-cü il tarixdə almış, daha sonra hökm qanuni qüvvəyə mindiyindən 31 may 2023-ci il tarixdə icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə g östərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə bura xıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(101)-204/2023 nömrəli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum müdafiəçisi Müdafiəçi3 vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittiha mçısının və müdafiəçinin çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1525/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1525/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver