Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1525/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 1(101)-142/2024 nömrəli (hakimlər: Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli hökmünə əsasən CMin 126.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 avqust 2020-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qər arı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 1 may 2020-ci il tarixli qanunu tətbiq edilərək cəzası 9 il 10 aya endirilmiş, 22 aprel 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 8 ay 24 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun 15 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək tutuldu ğu 1 (bir) gün müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 6 sentyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmiş, maddi sübutların taleyi və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyas iya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli 1(103)-847/2024 nömrəli (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməs inin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir, оna görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 15 iyul 2022-ci il tarixdə, saat 02:30-da Əlahiddə Çevik Polis Alayının 7ci Patrul Bölüyünün və Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən xxx küçəsində yerləşən xxx nömrəli tam orta məktəbin yaxınlığında sərnişin qismində əyləşdiyi “Kia Rio” markalı 77-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb, ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üz ərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,338 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd bükümdə təmiz çəkisi 0,550 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə satma barədə əvvəlcədən razılaşma əldə edərək həmin razılaşmaya əsasən təkrarən qanunsuz otaraq külli miqdarda ümumilikdə 35,91 qram çəkidə narkotik vasitə heroin əldə edib yaşadığı ünvan 1 ünvana qanunsuz daşıyaraq, həmin n arkotik vasitə heroini özündə olan 1 ədəd elektron tərəzi ilə çəkib 15 ədəd xırda bükümlərə ayırmaqla üstündə saxlamış, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən o, həmin külli miqdarda narkotik vasitə heroinin satışının təşkil edilməsi üçün müştəri tapılmasında qrupun digər üzvü Təqsirləndirilən şəxs tapşırıq verib, hamin narkotik vasitənin 1 qramının 30-35 manata satışı təşkil edildiyi halda, bunun müqabilində özü üçün 25 manat pul tələb edib, pulun qalan hissəsinin gəlir qismində özü tərəfindən götürülməsini təklif etmiş, Təqsirləndirilən şəxs onun təklifini qəbul edib, bu məqsədlə sonuncudan külli miqdarda 2 bükümdə ümumilikdə təmiz çəkisi 10,434 qram narkotik vasitə heroin əldə edib, hamin narkotik vasitə heroinin 5,481 qramını 1 ədəd bükümdə olmaqla üstündə, na rkotik vasitə heroinin qalan 4,953 qram hissəsini 1 ədəd bükümdə olmaqla yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə daşıyaraq evin qonaq otağındakı dolabın içərisində gizlədərək qanunsuz saxlamış, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 17:30-da xxx küçəsi 49 saylı binanın qarşısında saxlanılıb, ünvan 5 ünvanda yerləşən Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki köynəyin sinə nahiyəsindəki cibindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 5,481 qram açıq qəhvə yi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, ardınca Təqsirləndirilən şəxs yazılı razılığı əsasında yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı, polis əməkdaşlarının təklifinə əsasən sonuncunun evin qonaq otağındakı dolabın içərisindən çıxarıb təqdim etdiyi külli miqdarda təmiz çəkisi 4,953 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Məhkum 6 sentyabr 2022-ci il tarixdə saat 18:45-də xxx küçəsi 17 saylı binanın qarşısında saxlanılıb, ünvan 5 ünvanda yerləşən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki şalvarın qabaq sol yan cibindən külli miqdarda 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,055 qram, 0,035 qram, 0,282 qram, 0,852 qram, 0,431 qram, 0,404 qram, 0,806 qram, 0,499 qram, 0,889 qram, 0,433 qram, 0,803 qram, 0,495 qram, 0,492 qram, ümumi təmiz çəkisi 25,476 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və həmin şalvarın arxa sağ cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməs i formal olaraq cinayət qanunvericiliyinin normalarına istinad etməklə, heç bir araşdırılma aparmadan qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan istintaq hərəkətləri həyata keçirmədən, özünün və şahidlərin ifadələrinə əhəmiyyət verməyərək formal olaraq ittihamda qeyd olunanları hökmə köçürtməklə nəticəyə gəlmişdir. Polis bölməsində işgəncə verilərək zor tətbiq edilmiş, yaxınlarının da bu iş üzrə cəlb ediləcəyi barədə təzyiq göstərilərək narkotik vasitələri qəbul etmək məcburiyyətində qalmışdır. İş üzrə toplanılmış sübutlarla onun elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin apellyasiya instansiyası mə hkəməsində apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirib, ona daha yüngül cəzanın verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddə sinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyin i kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Lakin, kassasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum özünü təqsirli bilməsi, əməlindən səmimi peşman olması barədə çıxış edib barəsində təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsini xahiş etmişdir ki, bununla da barəsində təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası bu müraciəti səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respu blikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə ona daha yüngül cəzanın təyin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrarən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə icla sında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən kassasiya məhkəmə kollegiyası qarşısında edil miş məhkəmə çıxışına əsasən ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Məhkəmə kollegiyası bu barədə məhkəmə çıxışının dəlillərinə qiymət verərək aşağıda göstərilənləri qeyd etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədin i müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yü ngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcə k bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində azyaşlı uşaqlarının olması, peşmançılıq hissi keçirməsi, ailənin yeganə qazanc mənbəyi olması) və ağırlaşdıran (əməlində cinayətlərin təhlükəli residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza, yəni əməlində cinayətlərin təhlükəli residivinin olmasını və CM-in 65.2-ci maddəsinin tələblərini nəzərə aldıqda minimum həddə cəza təyin edilmişdir. Belə ki, cinayət işin in materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Məhkum əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 9 il 10 aya endirilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş q alan 8 ay 24 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl azad etmə müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. CM-in 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin, yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş da ha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Məhkum hazırda törətdiyi əməldə CM-in 126.3-cü maddəsi ilə bağlı yaranmış məhkumluğuna görə cinayətlərin təhlükəli residivi vardır. Belə ki, CM-in 83.3.4cü maddəsinə əsasən Məhkumluğu ödənilməmişdir və CM-in 18.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Ka ssasiya məhkəmə kollegiyası məhkumun, barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, cəzanı yüngülləşdirici halların mövcudluğu qanunvericiliklə müəyyən edilmiş müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, tör ədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hü quqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən məhkumun dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, onun, cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etd ikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1525/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1525/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver