Məhkəmə qərarları › İş №1(102)-1526/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1526/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1526/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Qəribov Fikrət Atlıxan oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1989-cu il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla yaşamış, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 67.1-ci maddəsinə əsasən Məhkum Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan m əhrum etmə və 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, azadlıqdan məhrum etmə cəzasını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 iribuynuzlu və xırdabuynuzlu heyvanlar alsa, həmin heyvanları özü saxlayacağı və bunun müqabilində, heyvanların gələcəkdə doğulacaq quzularını öz aralarında bərabər böləcəklər i adı ilə aldadıb yalan vəd verərək özünə inandırmış, bundan sonra Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, 2017-ci ilin iyun ayının əvvəllərində, Xaçmaz rayonu, Nərəcan kəndində saxlaması üçün ona alıb verdiyi cəmi 1.850 (bir min səkkiz yüz əlli) manat dəyərində 01 baş inək və 01 baş dananı; 2017-ci ilin iyun ayının ortalarında Xaçmaz rayonu, Müqtədir qəsəbəsində alınmış hər birinin qiyməti 140 (yüz qırx) manat olmaqla, ümumi dəyəri 7.980 (yeddi min doqquz yüz səksən) manat təşkil edən 57 baş quzunu, hər birinin qiyməti 160 (yüz altmış) manat olmaqla, ümumi dəyəri 320 (üç yüz iyirmi) manat təşkil edən 02 baş qoyunu və 20 iyul 2017-ci il tarixdə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində alınmış hər birinin qiyməti 200 (iki yüz) manat olmaqla, ümumi dəyəri 20.000 (iyirmi min) manat təşk il edən 100 baş qoyunu Xaçmaz rayonu ərazisində Zərərçəkmiş şəxs2dən xəbəbrsiz və icazəsiz sataraq əldə etdiyi 30.150 (otuz min yüz əlli) manat məbləğdə, həmçinin iribuynuzlu və xırdabuynuzlu heyvanlar alaraq satmaqla birgə əldə edəcəkləri qazancı öz aralarında böləcəkləri adı ilə aldadıb 29 iyul 2017-ci il tarixdə Xaçmaz rayonu Nərəcan kəndində Zərərçəkmiş şəxs2 6.000 (altı min) manat məbləğdə nağd pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 36.150 (otuz altı min yüz əlli) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 iribuynuzlu və xırdabuynuzlu heyvanlar alsa, həmin heyv anları özü saxlayacağı və bunun müqabilində, heyvanların gələcəkdə doğulacaq quzularını öz aralarında bərabər böləcəkləri adı ilə aldadıb yalan vəd verərək özünə inandırmış, bundan sonra Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, 2017-ci ilin iyun ayının ortalarında Xaçmaz rayonu, Müqtədir qəsəbəsində saxlaması üçün ona alıb verdiyi hər birinin qiyməti 140 (yüz qırx) manat olmaqla, ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edən 03 baş quzunu; 22 iyun 2017-ci il tarixdə Xaçmaz rayonu, Alıc-qışlaq kəndində alınmış hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla, ümumi dəyəri 14.850 (on dörd min səkkiz yüz əlli) manat təşkil edən 99 baş qoyunu və hər birinin qiyməti 100 (bir yüz) manat olmaqla ümumi dəyəri 3000 (üç min) manat təşkil edən 30 baş quzunu, 2017-ci ilin iyul ayını n əvvəllərində Xaçmaz rayonu Müqtədir qəsəbəsində alınmış birinin qiyməti 370 (üç yüz yetmiş) manat və digərinin qiyməti 350 manat (üç yüz əlli) manat olmaqla, ümumi dəyəri 720 (yeddi yüz iyirmi) manat təşkil edən 02 baş qoçu; 15 iyul 2017-ci il tarixdə Xaçmaz rayonu Müqtədir qəsəbəsində alınmış 320 (üç yüz iyirmi) manat dəyərində 01 baş qoçu; 20 iyul 2017-ci il tarixdə Xaçmaz rayonu Müqtədir qəsəbəsində alınmış hər birinin qiyməti 200 (iki yüz) manat olmaqla, ümumi dəyəri 25.600 (iyirmi beş min altı yüz) manat təşkil edən 128 baş qoyunu Xaçmaz rayonunun ərazisində Zərərçəkmiş şəxs1 xəbəbrsiz icazəsiz sataraq əldə etdiyi 44.910 (qırx dörd min doqquz yüz on) manat məbləğdə, həmçinin iribuynuzlu və xırdabuynuzlu heyvanlar alaraq satmaqla birgə əldə edəcəkləri qazancı öz aralarında böləcəklər i adı ilə aldadıb 01 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 200 ünvanda yerləşən 11 saylı Notariat Kontorunun inzibati binasında Zərərçəkmiş şəxs1 10.000 (on min) manat məbləğdə nağd pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 54.910 (əlli dörd min doqquz yüz on) manat məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 27 may 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. 08 aprel 2022-ci il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək əməlinin CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsini və həmin maddələrlə ona ədalətli cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 18 may 2022-ci il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmiş, onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilmə müddətinin bərpa olunmasından isə imtina edilmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və vəsatətin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarı proses iştirakçılarının, o cümlədən onu özünün və müdafiəçisinin iştirakı ilə elan edilsə də, qərar nə elan olunduğu anda, nə də sonradan ona yazılı surətdə təqdim edilmə mişdir. Odur ki, qərarın surətinin ona yazılı surətdə təqdim olunmamasını üzrlü səbəb kimi nəzərə alaraq onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin təmin edilməsini və həmin məhkəmənin 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələbl ərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icras ı və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM- nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübu tların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4-cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxar ıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsin də nəzərdə tutulmuş “Keçid müddəaları”nda müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhnə, həm də yeni normalarına və 25 iyun 2020ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum - ona qərarın verildiyi tarixdən, müdafiəçisi isə - həmin qərarın çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Məhkum apellyasiya şikayətinə məhkəmə baxışının bütün iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarı da onun və müdafiəçinin iştirakı ilə elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarının surəti elə həmin tarixdə də Məhkum, onun müdafiəçisi K.B.Bağırova, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəbzə imza etdirilməklə təqdim edilmiş, lakin qərarın elan edildiyi vaxtdan keçən uzun müddət ərzində Məhkum həmin qərarın surətinin ona təqdim edilməməsini bildirməyərək bu haqda apellyasiya instansiyası məhkəməsinə müraciət etməmişdir. Göründüyü kimi, 15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 18 aylıq prosessua l müddətin axımı 27 may 2019-cu il tarixdən başlamış və 27 noyabr 2020-ci il tarixdə başa çatmışdır. Beləliklə də, müəyyən olunur ki, Məhkum onun haqqında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayətini 27 noyabr 2020-ci il tarixə kimi, yəni qanunla (15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan cinayət-prosessual qanunvericiliyində) müəyyən edilmiş 18 ay ərzində deyil, həmin müddət keçdikdən 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün sonra vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 18 may 2022-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblər inə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, sonuncu istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində şəxsən iştirak etməsinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə ona verilməsinə baxmayaraq, CPM-nin 410.1.4cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə özünün müəyyən etdiyi yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səb əb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum vəsatətindən onun barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum 27 may 2019-cu il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunver icilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum 18 may 2022-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum, kassasiy a şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar