Məhkəmə qərarları › İş №1(102)-1526/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1526/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1526/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-7/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qə bul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qızıllı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamışdır. 2. 17 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum və Təqsirləndirilən şəxs tamah niyyəti ilə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları Rauf və Rəsul adlı şəxslərin naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdikləri və satışını təşkil etməklə birgə qazanc əldə etmək üçün istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü vasitəsilə ona göndərdikləri külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroini, eləcə də 0,646 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi «BMW 528i» markalı, **-PD*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıdıqdan sonra Məhkum özünün faktiki yaşadığı ünvan 1 ünvanında narkotik vasitə heroini gizlətməklə saxlamış, həmin psixotrop maddə metamfetamini isə aralarındakı razılaşmaya görə satış məqsədi ilə saxlaması üçün Təqsirləndirilən şəxs vermiş, Məhkum qanunsuz əməlləri haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs 2 may 2020-ci il tarixdə, saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 5 ünvanının yaxınlığında saxlanaraq idarəyə dəvət edilib orada göstərilən tarixdə saat 16:00-dan etibarən əvvəlcə Məhkum üzərində şəxsi axtarış və götürmə aparılmaqla sonuncuya məxsus çantanın içərisindən narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar olunmuş, saat 17:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən onun satış məqsədi ilə bundan əvvəl Məhkum qanunsuz olaraq əldə etdiyi və əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdəki 0,646 qram təmiz çəkidə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, saat 19:00-dan etibarən yuxarıda qeyd edilən ünvanda yerləşən, Məhkum yaşadığı mənzilə baxış keçiriləndə sonuncunun dəhlizdəki stulun altından bir ədəd ağ rəngli sellofan torbada qanunsuz olaraq satış məqsədi ilə saxladığı üç ədəd şəffaf polietilen paketin içərisində ayrı-ayrılıqda 175 qram, 210 qram və 295 qram təmiz çəkidə külli miqdarda, ümumilikdə 680 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-689/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 206. 3.2-ci maddəsi ilə 06 (altı) il və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə 18 noyabr 2015-ci il təvəllüdlü övladı X4 14 yaşına çatanadək hökmün icrasının təxirə salınması hökm edilmiş, eləcə də maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfin dən apellyasiya protesti verib, hökmün Məhkum dair hissədə sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-7/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-689/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamdan dövlət ittihamçısının imtinası qəbul edilərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 66.3-cü və 79.1-ci maddələrinə dair müddəaların xaric edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-689/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3.-cü maddələri ilə Məhkum təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 may 2020-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 1 ay 19 gün çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 4 (dörd) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayəti ndə himayəsində azyaşlı uşağının olması və hazırda hamilə qalması nəzərə alınmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-7/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, cəza təyini zamanı barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsini tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məh kəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edil ib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin əsassız və qanunsuz olaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 79.1ci maddəsinin tətbiq edilməsinə dair müddəaların birinci instansiya məhkəməsinin hökmündən xaric edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası CM-nin 79.1ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətm əyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

19. Bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir.

20. Qeyd olunan məqsədlər, xüsusilə uşağın hüquqlarının təmin edilməsinə olan ictimai maraq Azərbaycan Respublikası CM-ni n 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilən təqsirkar şəxsin nə dərəcədə buna hazır olduğu, o cümlədən şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, təqsirli bilindiyi cinayətin törədilmə halları da nəzərdən qaçırılmamalıdır.

21. Onu da nəzərə almaq lazımdır ki, cinayət və cinayət-prosessual qanunvericiliyi cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzanın təyin edilməsini istisna edən əsaslar olmadığı halda Azərbaycan Respublikası CM-nin müvafiq normalarının, o cümlədən 8, 58.3-cü maddələrinin tələbləri gözlənilməklə cəzalandırılmalı olmalarını təsbit edir (cinayət-mühakimə icraatının vəzifələrindən biri kimi göstərir). Bununla yanaşı Cinayət Məcəlləsinin 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınad ək təxirə salınması imkanının nəzərdə tutulması və Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin dispozitiv xarakter daşıyıb bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz səlahiyyətini müəyyənləşdirməsi onu göstərir ki, sözügedən institut (cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması) işin həqiqi hallarından törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Zərurət olmadıqda və yaxud zəruriliyin mövcudluğu lazımınca əsaslandırılmadıqda isə təqsirkar şəxsin ittiham hökmünün qüvvəyə minməsindən sonra cəzaya məruz qalmamasına bəraət qazandırmaq, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair məhkəmə qərarını əsaslı və inandırıcı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.

22. Belə təfsirlə müqayisədə apellyasiya instansiya məhkəməsi tər əfindən qəbul edilmiş mübahisələndirilən qərara baxdıqda müəyyən olunur ki, məhkəmə haqlı olaraq Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları nəzərə alıb, birinci instansiya məhkəməsinin hökmünü onun barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair hissəsini dəyişdirməklə həmin maddəyə dair müddəaların hökmdən xaric edilməsi qənaətinə gəlmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olan ağır cinayət törətmişdir. Onun təqsirli bilindiyi cinayətin törədilmə halları n əzərə alındıqda, Məhkum real cəzanın təyin edilməməsi, eyni xarakterli cinayətlərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol verir. Nəticədə himayəsində azyaşlı uşaqlar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanunvericiliyinin xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranır.

24. Belə olan halda Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların birinci instansiya məhkəməsinin hökmündən xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanan, qanun i və əsaslı nəticə kimi qiymətləndirilməlidir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(105)-7/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-7/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar