Məhkəmə qərarları › İş №1(102)-1526/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1526/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1526/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və X2 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 1(101)-491/2024 nömrəli, 23 yanvar 2024cü il tarixli hökmü ilə, 4 yanvar 1968-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə olduğu 1 (bir) gün müddət təyin edilmiş cəzad an çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Ona qarşı Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan dövlət ittihamçısının imtina etməsi ilə əlaqədar həmin maddə ümumi ittihamdan xaric edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İttihama əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi qanunsuz hərəkət müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Dövlət Attestasiya Komissiyasının 19 iyun 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Gəncə filialı tərəfindən 2009-cu ildə təqdim edilməklə “Maarif’ fakültəsinin “İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi faktını təsdiq edən, lakin hüquqi və faktiki əsası olmadığından saxta sənəd olduğu müəyyən edilmiş B seriyalı, 086275 nömrəli diplomun etibarlı sayılması və təlim-tərb iyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyi Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin vakant direktoru vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar, qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə 2021-ci ilin dekabr ayında Bakı şəhəri ərazisində özünə müraciət etmiş Zərərçəkmiş şəxs üzərinə götürdüyü öhdəliyi icra etmək iqtidarında olduğunu yalandan bildirərək qabaqcadan əlbir olduğu şəxslərlə müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq B seriyalı, 086275 nömrəli diplomun etibarlı sayılmasını və sonuncunun Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin vakant direktoru vəzifəsinə təyin olunmasını təmin etdirəcəyinə dair yalan vəd verib, məsələnin müsbət həll olunmasından ötrü Azərbaycan Respublikası Təhsi l Nazirliyində məsul vəzifələrdə işləyən şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəkləri qanunsuz hərəkətlərə görə, yəni qanunsuz inzibati akt hesab olunan Dövlət Attestasiya Komissiyasının 19 iyun 2008-ci il tarixli qərarı əsasında verilmiş B seriyalı, 086275 nömrəli saxta diplom “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquqi prosedura daxilində aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya məhkəmə qaydasında ləğv olunmalı, yaxud da əlverişlilik şərtləri nəzərə alınmaqla qüvvədə saxlanılmalı olduğu halda, sözügedən diplomun qanunla müəyyən edilməmiş qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya s isteminə daxil edilərək etibarlı sayılması, həmçinin dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul olmaq istəyən namizədlər “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnaməyə və “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən, müsabiqədə iştirak edərək müvəffəq nəticə əldə etməli olduğu halda, Zərərçəkmiş şəxs qanunvericilikdə təsbit edilmiş proseduralardan kənar qanunsuz formada direktor vəzifəsinə təyin olunması müqabilində vahid niyyətlə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu X3, X7, X8, X5, Süleymanova Hicran Xəlfə qızı və X6 vasitəsilə maddi nemət olan 98.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçək miş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin niyyətlə 2021-ci ilin dekabr ayında Elsevər Usubov vasitəsilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında 15.000 manat, eyni niyyətlə 2022-ci ilin yanvar ayında Elsevər Usubov vasitəsilə Zərərçəkmiş şəxs atası X1 Abşeron rayonu, Məmmədli kəndində 28.000 manat, eyni niyyətlə 2022-ci ilin fevral ayında Elsevər Usubov vasitəsilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanında 30.000 ABŞ dolları və ya həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 manat və 4.000 manat olmaqla, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan müddət ərzində vahid niyyətlə ümumilikdə 98.000 manat məbləğində pul vəsaitini şəxsən və əlbir olduğu şəxslər vasitəsilə Zərərçə kmiş şəxs alıb həmin pul vəsaitini qabaqcadan əlbir olduğu qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 98.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəkləri qanunsuz hərəkətlərə görə birbaşa yolla özü və əlbir olduğu şəxslər vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlə r Qədim Babayev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Anar Tanrıverdiyev) 03 aprel 2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarının ləğv edilməsi və törədilmiş cinayət əməlində Məhkum təqsirsiz olmağına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdı r ki, törədilmiş cinayət əməlində konkret olaraq Məhkum təqsirini sübuta yetirən hallar əsaslandırılmayıb. Məhkəmə qərarında qabaqcadan əlbir olmuş bir qrup şəxsin əməlləri qeyd olunur. Lakin, Məhkum hər hansı cinayət əməli və ya törədilmiş cinayət əməlində onun rolu aydınlaşdırılmır. Onun heç bir ifadəsində etirafedicilik yoxdur. O, heç bir ifadəsində kimisə aldatdığını, kimdənsə pul aldığını etiraf etməyib. Yalnız ibtidai istintaq zamanı müstəntiqin Könüldən 1000 manat alıb, sonra qaytarmasını yazdığına diqqət etməmiş və ifadəni imzalamışdır. Halbuki, digər heç bir ifadələrdə və hətta Könülün ifadəsində bu hal təsdiqini tapmamışdır. Görünən odur ki, Məhkum əvvəllər tanımadığı zərərçəkəni aldatmasına dair heç bir sübut yoxdur. Məhkəmənin hökmdə istinad etdiyi bütün sübutlarda, eləcədə üzl əşmələrdə, səs yazılarında Məhkum adı çəkilmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hökmü əsasında zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Bu da onu göstərir ki, Məhkum həmin işlə, dəymiş ziyanla heç bir əlaqəsi yoxdur. Eyni əməl üzrə cinayət törədənlərə ondan daha az cəza verilib, o isə həbs cəzasına məhkum edilib. Məhkum ittiham aktında adları qeyd edilən Hicran və Hökümə adlı şəxsləri tanımır və heç bir zaman onlarla ünsiyyəti olmayıb. O, yalnız Şahları və onun qonşusu Qisməti tanıyır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək olan dövrdə dəqiq xatırlamadığı tarixdə Şahlar adlı tanışı ona müraciət edərək Zərərçəkmiş şəxs adlı tanışının Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilmiş bakalavr diplomunun saxta olduğunu deyib və həmin d iplomun tanınmasına, o cümlədən Əzizənin həmin məktəbə direktor təyin olunmasına köməklik göstərmək imkanının olub olmadığını soruşub. Məhkum isə bu məsələ ilə bağlı tanışı Könül xanımın onlara kömək edə biləcəyini və onunla danışacağını deyib. O, Könül ilə Şahları tanış edib. Məhkum nə Şahlardan, nə Əzizədən pul alıb, nə də ona kimsə “şirinlik” kimi pul verib. Şahlardan Könülün pul aldığını da, daha sonra bilib. Digər pul məbləğlərindən də xəbərsiz olub. İstintaq müddətində də Şahlardan başqa heç kəs ona hər hansı bir formada, hər hansı bir məbləğdə pul verməsini bildirməyib. Şahların isə dediyi ümumi ziyanın 20/1 hissəsidi. Bu səbəblərdən ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etmir. Çünki orda müstəntiq tərəfindən yazılmış bəzi cümlələrə diqqət etməyib. İfadəsi yazılarkən ittiham olunacağını düşünməyib, bu ifadəsini də tam oxumayıb. Düşünüb ki, heç kimi aldatmayıb, heç kimin pulunu talamayıb və günahsızdır. Bütün istintaq müddətində Məhkum təqsirsiz olması, ona elan olunan ittihamın əsassız olması araşdırılmadan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. Bakı Ağır Cinayətlər Məhkəməsində də məhkəmə istintaqı obyektiv, hərtərəfli və ədalətli aparılmayıb. Məhkəmə prosesində Məhkum təqsirsiz olmasına dair sübutların hamısı əhəmiyyətsiz hesab edilib, əksinə mötəbər hesab edilməyən sübutlara əsaslanıb. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsi 23 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 3 aprel 2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hesab edirik ki, həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsinin qərarları qanunsuz və əsassızdır. O cümlədən, qanunvericiliyin tələblərinin, ədalətli məhkəmə araşdırılması hüququnun pozulması ilə çıxarılıb. İşin faktiki və hüquqi hallarına uyğun deyil. Bu səbəblərdən də ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya pr osessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, Məhkum hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, lakin buna baxmayaraq onun barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nətic əyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxs Ə.E.Abdiyevanın, məhkumla birlikdə cinayət törətməsində iştirak edən və hazırkı cinayət işi üzrə şahid qismində dindirilmiş K.R.Əliyevanın, H.X.Süleymanovanın, A.Q.Cəfərovun, Ş.Ə.Bədirovun, E.L.Usubovun, habelə digər şahidlər E.B.Abdiyevin və G.Q.Babyevanın ifadələrini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nətic ələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin faktiki hallarına düzgün qiymət vermişdir. Həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən aydın olur ki, Məhkum “Anar” adı altında bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq cinayətində iştirak etmiş və cinayət qrupunun üzvlərinin ümumi niyyətinə uyğun olaraq zərərçəkmiş şəxsin aldadılmasında fəal rol oynamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli CM-in 1 78.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi və məhkumun təqsirliliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəza il ə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırl aşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qər arında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Zərərçəkmiş şəxs iş üzrə vurulmuş 98.000 manat maddi ziyanın 27.000 manatı Süleymanova Hicran Xəlfə qızı tərəfindən ödənilməsini zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsi kimi qəbul edib, Məhkum cəzasını Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsində nəzərdə tutulan yüngülləşdirən hal kimi nəzərə almış və onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla məhkəmə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, Məhkum 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin e tmişdir. İşə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyan cinayətdə iştirak edən digər şəxslər tərəfindən tamamilə ödənilmişdir. Həmin fakt Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edən ərizəsi ilə təsdiq olunur, habelə K.R.Əliyevanın, H.X.Süleymanovanın, A.Q.Cəfərovun və H.A.Əliyevanın barələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(101)361/2024 nömrəli hökmü ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs N.T. Kərimov tərəfindən törədilmiş cinayət mülkiyyət əleyhinə qəsdən törədilmiş ağ ır cinayətdir. Dələduzluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgənin əmlakını ələ keçirməklə mülkiyyət münasibətlərinə qəsd edir, bu münasibətlərə ciddi ziyan vurur və vətəndaşları onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etmək imkanından məhrum edir. Göründüyü kimi, dələduzluq cinayətinin obyekti məhz mülkiyyət münasibətləridir. Bu səbəbdən, təqsirkarın aldatma yolu ilə ələ keçirdiyi əmlakın dəyərini könüllü şəkildə ödəməsi zərərçəkmiş şəxsin mülkiyyət hüququnun bərpasına, mülkiyyət münasibətlərinə vurulmuş zərərin aradan qaldırılmasına gətirib çıxarır və bununla da həmin cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum əvvəllər cinayət məsuliyyətinə cəl b olunsada ona təyin edilmiş islah işləri növündə çəkilməmiş qalmış cəzadan amnistiya aktına əsasən azad edilmiş və məhkumluq ödənilmişdir. Cinayət işinin materiallarında Məhkum cəzasını ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Azəırbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinin tələblərinə əsasən məhkuma cəza təyin edərkən Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxslə barışaraq sonuncunun ona qarşı şikayət və tələbinin olmaması, habelə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş ən aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 aprel 2024-cü il tarixli, 1(103)-728/2024 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) ilə endirilsin. Onun həbsdə olduğu 1 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərarın qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar