Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1527/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs Məhkum iştirakları ilə, Məhkum Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü ilə isə onun təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı və cinayət hadisəsi olmadığı üçün ona bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə (hakim Qurbanov Teymur Əhməd oğlu) Məhkum, xx xxx 1964-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətənda şı, orta ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, “İ-Qafqaz” firmasının direktor müavini, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifələrində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində **********1 VÖEN ilə qeydiyyata alınmış “İ-Qafqaz” firması üzrə xx.xx.2018-ci il tarixli 106 nömrəli əmrlə həmin firmanın direktor müavini vəzifəsinə təyin edilib həmin vəzifədə işləməklə firma üzrə xx.xx.2018-ci il tarixli qərarla təsdiq edilmiş “Direktor müavininin vəzifə təlimatı”na müvafiq olaraq 194 nömrəli marşrutda işə qəbul olunan dəstə rəisi, sürücülərin və digər işçilərin işə qəbul olunmasını təşkil etmək, müvafiq sənədlər i imzalamaq və təsdiq etmək, 194 nömrəli marşrutda işləyən işçlərin tabelini təsdiq etmək, marşrutun nizam-intizamla işləməsinə cavabdeh olmaq, işçilərin əmək haqlarının paylanılmasını həyata keçirmək, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi üzrə norma və qaydalara əməl olunmasını təşkil etmək və buna nəzarət etmək və digər səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin xx.xx.2017-ci il tarixli 039 nömrəli Sərəncamı ilə sərnişindaşıma xidmətinin göstərilməsi üçün müvəqqəti olaraq ona həvalə edilmiş 194 nömrəli marşrut xəttinin avtobuslarını idarə etmək üçün 2018-ci ilin oktyabr ayından ayrı-ayrı sürücüləri işə qəbul edərək onlara işlədikləri günlərə uyğu n vaxtamuzd əmək haqqı hesablanmış və həmin şirkətə məxsus olmaqla sürücülərə ödənilməsi üçün özünə etibar edilmiş əmək haqlarını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq 2018-ci ilin oktyabr ayından 2020-ci ilin may ayınadək həmin marşrut xəttinin Ünvan 2 ünvanında yerləşən duracaq yerində (qarajında) əmək haqqı məbləğlərinin sürücülərə paylanılmasını təşkil etməyərək həmin sürücülərə özünün təsdiq etdiyi tabel cədvəli üzrə “İ-Qafqaz” firmasının baş mühasibi tərəfindən hesablanmış əmək haqqı məbləğlərini, o cümlədən xx.xx.2018-ci il tarixli 1BJMY8M000500 nömrəli əmək müqaviləsi üzrə 194 nömrəli marşrutun sürücüsü vəzifəsinə işə qəbul olunmuş və fasilələrlə, o cümlədən sonuncu dəfə xx.xx.2019-cu il tarixli, 1BJMY8M0010X0 nömrəli əmək müqaviləsi ilə həmin vəzifədə xx.xx.2020-ci il tarixədək işləmiş X7 gördüyü işə görə vaxtamuzd hesablanmış 2018-ci ilin oktyabr ayı üzrə 77,2 manat, noyabr ayı üzrə 145,37 manat, dekabr ayı üzrə üzrə 66,81 manat, ümumilikdə 3 ay üzrə hesablanmış cəmi 289,38 manat, sonuncunun gördüyü işə görə vaxtamuzd hesablanmış 2019-cu ilin yanvar ayı üzrə 173,70 manat, fevral ayı üzrə 173,70 manat, mart ayı üzrə 135,10 manat, aprel ayı üzrə 83,80 manat və noyabr ayı üzrə 28,72 manat olmaqla 5 ay üzrə hesablanmış cəmi 595,02 manat, ümumilikdə qeyd edilən formada X7a münasibətdə qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş cəmi 884,4 manat məbləğində, həmçinin eyni niyyətlə xx.xx.2018-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsi ilə 194 nömrəli marşrutun sürücüsü vəzifəsinə iş ə qəbul olunmuş və fasilələrlə, o cümlədən sonuncu dəfə xx.xx.2019-cu il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsi ilə həmin vəzifədə xx.xx.2020-ci il tarixədək işləmiş Zərərçəkmiş şəxs1 gördüyü işə görə vaxtamuzd hesablanmış 2018-ci ilin noyabr ayı üzrə 20,04 manat, dekabr ayı üzrə 172,72 manat olmaqla, 2 ay üzrə hesablanmış cəmi 192,76 manat, həmçinin sonuncunun gördüyü işə görə vaxtamuzd hesablanmış 2019-cu ilin yanvar ayı üzrə 25,73 manat, fevral ayı üzrə 94,09 manat, mart ayı üzrə 115,80 manat, aprel ayı üzrə 140,30 manat, may ayı üzrə 34,35 manat, sentyabr ayı üzrə 220,54 manat, oktyabr ayı üzrə 187,64 manat, noyabr ayı üzrə 101,22 manat, dekabr ayı üzrə 107,22 manat olmaqla, ümumilikdə 9 ay üzrə hesablanmış cəmi 1.026,89 manat, sonuncunun gördüyü işə görə vaxtamuzd hesablanmış 2020-ci ilin yanvar ayı üzrə 187,64 manat, fevral ayı üzrə 237,75 manat, mart ayı üzrə 89,35 manat olmaqla 3 ay üzrə 514,74 manat məbləğində, ümumilikdə qeyd edilən formada Zərərçəkmiş şəxs1 münasibətdə qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş cəmi 1.734,39 manat məbləğində, həmçinin eyni niyyətlə xx.xx.2019-cu il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsi ilə 194 nömrəli marşrutun sürücüsü vəzifəsinə işə qəbul olunmuş və həmin vəzifədə xx.xx.2020-ci il tarixədək işləmiş Zərərçəkmiş şəxs3 gördüyü işə görə vaxtamuzd hesablanmış 2019-cu ilin may ayı üzrə 46,15 manat, iyun ayı üzrə 86,85 manat, iyul ayı üzrə 88,11 manat, avqust ayı üzrə 88,11 manat, sentyabr ayı üzrə 76,76 manat, oktyabr ayı üzrə 89,16 manat, noyabr ayı üzrə 45,95 manat, dekabr ayı üzrə 83,91 manat olmaqla, 8 ay üzrə hesablanmış cəmi 605 manat, həmçinin sonuncunun gördüyü işə görə vaxtamuzd hesablanmış 2020-ci ilin yanvar ayı üzrə 83,91 manat, fevral ayı üzrə 86,16 manat, mart ayı üzrə 41,96 manat olmaqla 3 ay üzrə hesablanmış cəmi 212,03 manat, ümumilikdə qeyd edilən formada Zərərçəkmiş şəxs3 münasibətdə qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş cəmi 817,03 manat məbləğində, həmçinin eyni niyyətlə xx.xx.2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi ilə 194 nömrəli marşrutun sürücüsü vəzifəsinə işə qəbul olunmuş və həmin vəzifədə xx.xx.2020-ci il tarixədək işləmiş Zərərçəkmiş şəxs4 gördüyü işə görə vaxtamuzd hesablanmış 2020-ci ilin fevral ayı üzrə 40,21 manat, mart ayı üzrə 41,96 manat olmaqla, 2 ay üzrə hesablanmış cəmi 82,17 manat, Zərərçəkmiş şəxs4 münasibətdə qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş cəmi 82,17 manat məbləğində, həmçinin eyni niyyətlə xx.xx.2020-ci il tarixli xxxxxxx000701 nömrəli əmək müqaviləsi ilə "xxxx" MMC-nin yardımçı sürücüsü vəzifəsinə işə qəbul olunmuş və həmin vəzifədə xx.xx.2020-ci il tarixədək işləmiş Zərərçəkmiş şəxs5 gördüyü işə görə vaxtamuzd hesablanmış 2020-ci ilin mart ayı üzrə 86,85 manat, aprel ayı üzrə 50,11 manat olmaqla 2 ay üzrə hesablanmış cəmi 136,96 manat olmaqla, ümumilikdə 5 şəxsə münasibətdə cəmi 3.654,95 manat məbləğində “İ-Qafqaz” firmasına məxsus olmaqla sürücülər – X7, Zərərçəkmiş şəxs1, X13, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ödənilməsi üçün etibar edilmiş pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Hökmdən məhkumun müdafiəçisi K ərimli Nemət Ağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi) Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 19 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi) Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə) 02 dekabr 2021-ci il tarixli qərarı ilə kassa siya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmuş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İşə müdafiəçi N.A.Kərimlinin hökmdən verdiyi apellyasiya şikayətinə əsasən yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi) Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 04 aprel 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 iyun 2021-ci il il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 179.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı və cinayət hadisəsi olmadığ ı üçün bəraət verilmiş və bəraət almış şəxsə cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah olumuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Bəraət almış şəxs Məhkum, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ittiham aktında göstərilən digər sübutlara, iş üzrə çıxarılmış yekun məhkəmə aktlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarında əksini tapmış hüquqi mövqeyə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mə tndə CPM-nin) bir sıra normalarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli Qərarına istinad edərək işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və qiymətləndirməmiş və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq CM-nin 179.2.3-cü maddəsi ilə bəraət verilmişdir. Dövlət ittihamçısının mövqeyinə görə, cinayət işi üzrə toplanmış sübutlar, o cümlədən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizaların rəyləri əsasında Məhkum əməlində CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması açıq-aşkar təsdiq edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsində aparılan istintaq zamanı zərər çəkmiş şəxslər ibtidai araşdırma, eləcə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrini təsdiq edərək göstərmişlər ki, əmək haqlarını köçürülməsi üçün onlara verilmiş bank kartları Məhkum tapşırığı əsasında bir neçə gün ərzində onlardan alınmış və onların hesablarına köçürülən pul vəsaiti onlara verilməmişdir. Bununla da X7 cəmi 884,4 manat, Zərərçəkmiş şəxs1 cəmi 1.734,39 manat, Zərərçəkmiş şəxs3 cəmi 817,03 manat, Zərərçəkmiş şəxs4 cəmi 82,17 manat, Zərərçəkmiş şəxs5 cəmi 136,96 manat olmaqla ümumilikdə “İ-Qafqaz” firmasının 5 sürücüsünə ödənilməsi üçün etibar e dilmiş, cəmi 3.654,95 manat məbləğində pul vəsaiti Məhkum tərəfindən mənimsənilmişdir. Həmçinin dövlət ittihamçısı E.A.Mirzəyev “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində çıxarılmış bəraət hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsə konkret olaraq hansı əsasla bəraət verildiyini göstərməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müv afiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və Məhkum oğlunun təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, X22, Zərərçəkmiş şəxs2, X13 və Zərərçəkmiş şəxs4 məhkəməyə naməlum səbəblərdən gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə adları çəkilən zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarl a baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum bəraət verilməli olması haqqında nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış bəraət hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiy a protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi v ə ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə mübahisələndirilən hökmü yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkə məsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya insta nsiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin bu normalarının tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilm əsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. İlki növbədə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olun ması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Hazırki işin materiallarından görünür ki, istər işə birinci instansiya məhkəməsində, istərsə də sonuncu apellyasiya icraatı zamanı məhkəmələr yalnız ittiham orqanının təqdim etdiyi (ittiham aktında göstərilən) sübutları tədqiq edərək araşdırmaların nəticəsində qəbul etdikləri yekun məhkəmə aktlarında əksini tapmış müxtəlif qənaətlərə gəlmiş və məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə b aşqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmasına baxmayaraq, işə baxılmasında iştirak edən dövlət ittihamçıları da daxil olmaqla tərəflər bununla əlaqədar heç bir vəsatət qaldırmamış və yalnız işə sonuncu dəfə apellyasiya instansiyası tərəfindən baxılarkən məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini vermiş X1 dindirilməsini zəruri hesab hesab edərək bu haqda müvafiq qərar qəbul etmiş və ekspert X1 məhkəmə iclasında dindirilmişdir. Belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxarımş apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-ni n 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və buna görə bununla bağlı kassasiya protestinin dəlilini tamamilə əsassız hesab edir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə edlməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin hökmün əsasına məhz ittiham tərəfinin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlar qoyulmuş və həmin sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin heç bir mərhələsində mübahisələndirməmişdir. Buradan belə nəticə hasil olur ki, apellyasiya instansiyası məhkəməsinin araşdırdığı sübutlar CPM-nin 125.2-ci mad dəsində sadalanan pozuntularla əldə edilmədiyindən həmin məhkəmə tərəfindən CPM-nin 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol veriməmiş və buna görə bu məsələ ilə də bağlı kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Kassasiya protestinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsi rsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mə tbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli suby ektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə d üşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsi ndə müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin, habelə cinayət prosesi iştirakçılarının irli sürdükləri tələblərin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Bu o deməkdir ki, qanunun bu normasında nəzərdə tutulmuş başqa hallarla ya naşı cinayət prosesinin iştirakçısı tərəfindən apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinə ünvanlanmış apellyasiya, yaxud da kassasiya müraciətlərində hər hansı tələb irəli sürülərkən bu tələb də müvafiq sübubutlarla əsaslandırılmalıdır. Hazıki iş üzrə apellyasya instansiyası məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı E.A.Mirzəyev tərəfindən verilmiş kassasiya protestində isə Məhkum elan olunmuş ittiham üzrə cinayət xarakterli əməlin onun tərəfindən törədilməsini, yəni faktiki olaraq cinayət hadisəsinin baş verməsini təsdiq edən hər hansı mötəbər sübuta (ibtidai araşdırma orqanının təqdim etdiyi, lakin Məhkumun özgə əmlakını mənimsəməkdə təqsirli olmasına dəlalət etməyən sübutlar istisna olmaqla) istinad olunmamış, kassasiya müraciətinin çox hissəsi is ə ittihamın məzmununa, Ali Məhkəmənin 02 dekabr 2021-ci il tarixli qərarında əksini tapmış əsaslandırmaya və bəraətin əsaslarına dair qanunvericiliyin tələblərinə və Ali Məhkəmənin Plunumun 24 dekabr 2021-ci il tarixl Qərarındakı izah və tövsiyələrə həsr olunmuşdur. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 144cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidi r. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktl ar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olma yan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun m əhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin tə qsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin yuxarıda təsvir edilmiş tələblərinə uyğun olan belə hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Şərh olunanlarla əlaqədar, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, həm müvafiq qanunvericilik aktlarında, həm də cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni za manda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan və ya inzibati xətalardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti CM-nin 179.1-ci maddəsində, həmin əməllərin qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə məsuliyyət isə CM-nin 179.2.3-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, şəxsin CM-nin göstərilən maddələri ilə məsuliyyət məsələsinin həlli zamanı əvvəla özgə əmlakının ona hər hansı qaydada etibar edilməsi və bundan sonra təqsirkarın bu əmlakı bütövlükdə, yaxud onun bir hissəsini mənimsəməklə öz mülkiyyətinə (istifadəsinə, sərəncamına) keçirməsi, ya da bu əmlakı is raf etməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası CM-nin 179-cu maddəsinin tələbindən və mənasından çıxış edərək qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirkar tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israf etmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Mənimsəmə və ya israf etmə yolu ilə özgəsinin əmlakını talama əmlakın oğurluq yolu ilə qanunsuz götürülməsindən onunla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etibardan istifadə edir, oğurluğun törədilməsi zamanı isə şəxs özgənin əmlakını gizli yolla, əmlakın mülkiyyətçisinin iradəsinə zidd olar aq ələ keçirir. Belə mövqedən həmçinin Ali Məhkəmənin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 21-ci bəndində Plenum dələduzluq cinayətinin mənimsəmə və ya israf etmə cinayətində fərqləndirilməsi əsasları barədə izah verərkən məhkəmələrin diqqətinə çatdırmışdır ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və ya lnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Göründüyü kimi, şəxsin özgə əmlakını mənimsəmə yolu ilə talama cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün aşağıdakı halların sübuta yetirilməsi tələb olunur: 1) əmlak həmin şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibar edilməlidir (saxlama müqaviləsinə əsasən (yazılı və ya şifahi) müvafiq əmrlə və sair); 2) şəxs həm vəzifə səlahiyyətlərinə müvafiq olaraq, həm də digər əsaslara görə, məsələn, saxlama müqaviləsinə əsasən ona etibar edilmiş əmlakı müəyyən olunmuş müddətdə saxlamağı, qorumağı, mühafizə etməyi və etibar edənin razılığı olmadan həmin əmlakdan istifadə etməməyi, ona hər hansı qaydada sərəncam verməməyi və öz mülkiyyətinə keçirməməyi öhdəsinə götürməlidir; 3) şəxsin etibar edənin razılığı və ya icazəsi olmadan ona etibar edilmiş əmlak barəsində 2-ci bənddə göstərilən qadağanedici hərəkətlər etməsi qanunvericilikdə müəyyən olunmuş qaydada sübuta yetirilməlidir; 4) mənimsənilmiş əmlakın dəyəri əməlin cinayət kimi qiymətləndirilməsi üçün kifayət etməlidir (CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin tələbinə uyğun olaraq). Maddi-hüquq normalarına verilmiş təfsirlə və Məhkum törətməsi istinad olunan əməlinə bu təfsirə uyğun qiymət verilməsinin mümkünlüyü ilə əlaqədar məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlarla (bu sübutlar, o cümlədən bəraət almış şəxsin və zərərçəkmişlərin ifadələri apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür) işin müəyyən edilmiş faktiki hallarına müraciət etməyi zəruri bilir. Əvvəla, Məhkum qarşı CM-nin 179.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, hazırki cinayət işi üzrə göstərilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmşdir ona görə ki, o “İ-Q afqaz” firmasının direktor müavini kimi öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxslər X7a cəmi 884,4 manat, Zərərçəkmiş şəxs1 cəmi 1.734,39 manat, Zərərçəkmiş şəxs3 cəmi 817,03 manat, Zərərçəkmiş şəxs4 cəmi 82,17 manat, Zərərçəkmiş şəxs5 cəmi 136,96 manat məbləğində əmək haqqlarını ödəməyərək “İ-Qafqaz” firması tərəfindən ona etibar edilmiş həmin (ümumilikdə 3.654,95 manat) məbləğdə pulu (özgə əmlakını) mənimsəmişdir. Bu ittihamın əsasını isə həlledici şəkildə zərər çəkmiş şəxslər X7un, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ifadələri təşkil etmişdir. Göründüyü kmi, həmin ittihamın özü və həmin ittiham üzərində qurulmuş nəticə də ziddiyyətlidir və Məhkum qarşı Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla onun rəhbərl ik etdiyi “İ-Qafqaz” firmasına münasibətdə faktiki vəziyyətini aşkarlayan hallar, qəsdin yönəldiyi obyekt və zərərə məruz qalmış subyekt (subyektlərin dairəsi) haqqında nəticələr bir-biri ilə uzlaşmır. Belə ki, bir tərəfdən itthamda qeyd olunur ki, Məhkum mənimsədiyi pul vəsaiti ona “İ-Qafqaz” firması tərəfindən etibar olunmuşdur, digər tərəfdən isə onlara maddi ziyan vurulduğuna görə həmin ittiham üzrə zərər çəkmiş şəxs qismində firmanın sürücülərin tanınmışlar. Lakin, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsi, sübutların qiymətləndirilməsi haqqında qəbul edilmiş qərarlardan, iş üzrə tərtib edilmiş ittiham aktından və sonuncunun barəsindəki ittiham hökmündən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X13un, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 on lara məxsus hər hansı əmlakı, o cümlədən pul vəsaitini Məhkum etibar etmələri görünmür, belə hala görə Məhkum ittiham da elan olunmamış və həmin ittihamın məzmununa görə sonuncunun mənimsədiyi pul vəsaiti adları çəkilən şəxslər tərəfindən deyil, “İ-Qafqaz” firması tərəfindən ona etibar edilmişdir. Eyni zamanda, təhlil edilən ittiham üzrə Məhkum faktiki Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X13un, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 cəmisi 3.654,95 manat məbləğində əmək haqlarını ödəməməsinə görə təqsirləndirilir ki, belə əmələ görə də CM-də cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hətta belə halın baş verməsi məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilsə idi belə, bu hal heç də cinayət hadisəsinin baş verməsi barədə nəticəyə gəlmək üçün əsas vermirdi və bununla bağlı məsələnin yalınz mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi, Məhkum isə bunun üçün kifayət qədər əsaslar müəyyən edildikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.3, yaxud da 192.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilinməsi üçün əsas yaradardı. Belə ki, İXM-nin 192.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə, İXM-nin 192.4-cü maddəsində isə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntuları na yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 192.4-cü maddəsinin məzmunundan isə görünür ki, hətta işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar belə inzibati xəta hesab edlmir. Hərçənd iş üzrə zərər çəkmiş şəxslər kimi tanınmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X13un, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, hər birisinin məhkəmə iclaslarında ayrı-ayrılıqda verdikləri ifadələrindən və onların məhkəməyə ünvanladıqları ərizələrdən görünür ki, onlar ibtidai araşdırma zamanı verdikləri və ittiham aktında qeyd olunmuş ifadələrinin həqiqəti əks etdirmədiyini, əmək haqqlarını vaxtlı-vaxtında aldıqlarını, prokurorluğun qaynar xəttinə Məhkum şikayət etmələrinə isə özlərinin hesablamalarda səhvə yol vermələrinin səbəb olduğunu bildirmişlər. Bundan başqa, o da qeyd olunmalıdır ki, btidai araşdırma orqanının cinayət işinin başlanması haqqında 10 oktyabr 2020-ci il tarixli qərarında həmin işin başlanmasına əsas kimi “İ-Qafqaz” firmasında sürücü kimi işləmiş Zərərçəkmiş şəxs3, X16, X2, X19, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 adlarına hesablanmış əmək haqlarının onlara təqdim edilməməsi göstərilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında eyni tarixli qərarında isə ilkin yoxlama zamanı müəyyən edilmiş hal kimi adlarına hesablanmış əmək haqlarının onlara təqdim edilməməsi ilə yanaşı, Məhkum tərəfindən həmin sürücülərin əmək haqqı kartlarını özündə saxla maqla onların əmək haqqını X24 vasitəsilə nağdlaşdırması göstərilmişdir. Göründüyü kimi, istintaq orqanı tərəfindən qəbul edilmiş eyni tarixli qərarlarında uzlaşmayan və bir-birini tamamlamayan məlumatlar, yəni bir qərarda cinayət işinin başlanılmasına əsas olmuş mənimsəmə cinayətinin törədilməsinin üsulu kimi “əmək haqqının sürücülərə təqdim edilməməsi” göstərildiyi halda, digər prosessual sənəddə mənimsəmənin həyata keçirilməsi üsulu kimi “Məhkum tərəfindən sürücülərin əmək haqqı kartlarını özündə saxlaması və onların əmək haqqını X24 vasitəsilə nağdlaşdırması” göstərilmişdir. Bunula belə, Məhkum qarşı irəli sürülmüş ittihamda onun tərəfindən sürücülərin əmək haqqı kartlarını özündə saxlaması və onların əmək haqqını X24 vasitəsilə nağdlaşdırması halı təsvir edilməmiş və ittiham aktında d a öz əksini tapmamışdır. Buna görə, Məhkum tərəfindən belə əməli törətməsinə hallar məhkəmə baxışlarının predmeti olmamışdır ona görə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq zərərçəkmiş şəxslərin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasını, ittihamı təsdiq edən başqa sübutların ümumiyyətlə təqdim olunmadığını, zərər çəkmiş şəxslərin ziddiyyətli ifadələrinin şəxsin təqsirli bilinib məhkum olunması üçün yetərli olmamasını, iş üzrə aparılmış istintaqın və tərtib olunmuş prosessual sənədlərin, o cümlədən sübutların qiymətləndirilməsi haqqında qərarın kifayət qədər natamam və ziddiyyətli olduğunu, eskpert rəyinin sübut kimi qəbul edilməsinə mane olan kifayət qədər əsaslı şübhələrin mövcud olduğunu, istintaq orqanının natamamlığının Məhkum ziyanına təfsir edilməsinin yolverilməz olmasını, ən əsası isə, cinayət üzrə zərərçəkmiş şəxslərin əmək haqlarını mənimsəməsi halının, habelə bu cinayətin törədilmə üsulunun müəyyən edilmədiyini, zərərçəkmiş şəxslərin aldıqları əmək haqqının məbləğinin işdən azad olunduqdan sonra onlara aşağı məbləğdə verilməsi düşüncəsi yaransa və bu onları qane etməsə də, işlədikləri müddətdə mübahisəsiz olaraq əmək haqqı almalarını nəzərə alaraq tamamilə düzgün hesab etmişdir ki, Məhkum əməlllərinin CM-nin 179-cu maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək onu əmək mübahisələrinin və münasibətlərinin sübyektindən mənimsəməyə yol vermiş şəxsə çevirmir və iş üzrə Məhkum kriminal xarakterli niyyətinin olmadığını, cinayət hadisəsinin isə baş vermədiyini təsdiq edir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsindəki ittiham hökmündən verilmiş apellyasiya şikayətinə baxan, təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv tədqiq edən və hər sübütü ayrı-arılıqda və məcmu şəklində qiymətləndirən (CPM-nin 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq) apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi tam əsaslı və qanunidir və məhkəm ə qanunçuluq, çəkişmə və cinayət mühakimə icraatının digər prinsiplərinə əməl etməklə CPM-nin 416.1.2-ci maddəsində təsbit edilmiş pozuntuya yol verməmişdr. Belə olan halda məhkəmə kollegiyası apellyasya instansiyası məhkəməsi tərəfindən sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsi barədə də kassasiya protestinin dəlillərini əsassız sayır və bu hisssədə də həmin protestin təmin edilməsini mümkün bilmir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin müəllifi öz müraciətində “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, apeliyasiya instansiyası məhkəməsi Məhkum barəsində çıxarılmış bəraət hökmünün nəticəvi hissəsində təqsirləndir ilən şəxsə konkret olaraq hansı əsasla bəraət verildiyini göstərməmişdir. Kassasiya qaydasında mübahisələndirilən hökmdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bəraət hökmü çıxararkən hesab etmişdir ki, Məhkum CM-nin 179.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı və cinayət hadisəsi olmadığı üçün bəraət verilməlidir. Halbuki, məhkəmə kollegiyası bununla bağlı vurğulamağı lazım bilir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli qərarının 58 və 59 bəndlərində göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsv iri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş (CPM-nin 42.1-ci maddəsində göstərilən) hansı əsasla bəraət verildiyini göstərməlidir. CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-nin 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizl iyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-nin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-nin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməs inə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətm əkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. Məhkəmə kollegiyası şərh olunanlardan çıxış edib və şərh olunan izah və tövsiyələrə əsaslanıb işin müəyyən edilmiş faktiki hallarına və apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməklə gəldiyi nəticəyə istinad edərək, belə qənaətə gəlir ki, hazırki iş üzrə cinayət hadisəsinin baş verməməsini müəyyən edən həmin məhkəmənin Məhkum bu əsasla, yəni CPM-nin 42.1.1-ci maddəsində göstərilmiş əsasla bəraət verilməsi həm işin müəyyən edilmiş faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə uyğundur, ona eyni zamanda əməlində cinayət tərkibinin olmaması və təqsirliliyi sübuta yetirilmədiyi əsasları ilə bəraət verilməsi haqqında nəticə isə artıqdır. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin təhlil edilən məsələ ilə bağlı dəlilləri ilə razılaşaraq və kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun və həmin protestin təmin edilməməsi barədə bəraət almış Məhkum çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti qismən təmin edilməklə Məhkum əməlində cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsinə dair müddəalar onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 04 aprel 2022-ci il il tarixli hökmündən xaric edilməli, bu əsasla da kassasiya qaydasında mübahisələndirən bu hökm dəyişdirilməli, qalan hissədə isə həmin hökm dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı və cinayət hadisəsi olmadığı üçün bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmü dəyişdirilsin. Məhkum əməlində cinayət tərkibi olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bə raət verilməsinə dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli hökmündən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1527/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1527/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver