Məhkəmə qərarları › İş №1(102)-1527/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1527/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1527/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, X1 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə xx xxxx xxxx-ci ildə xxxx xxx xxx anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, xxx xxx xxxx yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 259.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Niftəliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.B.hü seynov (sədrlik edən), Ə.G.Abdullayev və N.T.Əliyev) apellyasiya protesti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanının mövqeyinə görə Məhkum 2022-ci ilin iyul ayının əvvəllərində məlum olmayan gün və vaxtda yaşadığı xx xxxx xxxx həmin kəndin bələdiyyəsinə məxsus həyətyanı torpaq sahəsində meşə fonduna daxil olmayan 180 manat dəyərində 01 ədəd 18 sm diametrli, 180 manat dəyərində 01 ədəd 19 sm diametrli, 180 manat dəyərində 01 ədəd 20 sm diametrli, 350 manat dəyərində 01 ədəd 35 sm diametrli, 800 manat dəyərində 01 ədəd 48 sm diametrli kök üstə yaş vəziyyətdə, bioloji inkişafda olan beş ədəd qovaq cinsli ağacları «Yaşıllıqların götürülməsi qaydası haqqında» Azərbaycan Respublikası Nazir lər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq olunmuş yaşıllıqların götürülməsi qaydalarının tələblərinə zidd,yəni qaydaların tələblərini pozaraq gələcəkdə ağacların aşmaqla yarada biləcək təhlükəsinin qarşısını almaq üçün özünə məxsus olan "Novıy tiqr" 5800 markalı elektrik mişarı ilə qanunsuz olaraq kök boğazından kəsməklə, zərərçəkmiş hüquqi şəxs xxxx xxxx xxxxx ümumilikdə 1690 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasi ya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi, cinayət nəticəsində vurulmuş ziyanı ödəməsi və zərərçəkmiş tərəfin ondan şikayətçi olmaması, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığı nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi barədə qəbul edilmiş qərarı qüvvədə saxlaması əsassız olmuşdur. Dövlət ittihamçısının fikrincə, təqsirləndirilən şəxs tərəfindən 5 ədəd qovaq ağaclarının kəsilməsi nəticəsində vurduğu 1690 manat maddi ziyanı ödəməsi və digər yüngülləşdirici hallar onun cinayət məsuliyyətindən azad edilməsi v ə barəsində olan cinayət işinin xitam edilməsi üçün əsas ola bilməzdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Z.Əliyevanın, çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədə n də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyanı ödəməsi və digər yüngülləşdirici hallar onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin xitam edilməsi üçün əsas ola bilməzdi. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsinə əsasən: “Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılma sı və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum Azərbaycan R espublikası CM-in 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azat etmiş və barəsində olan cinayət işinə xitam vermişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən “Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.” Göründüyü kjimi, Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: -barəsində cinayət təqibi başlanmış şəxsin əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlərə aid olması; -təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və ya vurulmuş zə rəri aradan qaldırması; -təqsirləndirilən şəxs zərərçəkmişlə barışması. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsində nəzərdə tutulan tələblər baxımından Məhkum törətmiş olduğu cinayət əməlinin xarakterini,ictimai təhlükəlilik dərəcəsini,şəxsiyyətini qiymətləndirərkən aşğıdakı nəticəyə gəlmişdir: ”İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan Məhkum tərəfindən ödənilmişdir, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur, işin icraatına xitam verilməsini xahiş edir. Digər tərəfdən təqsirləndirilən şəxs əməlindən peşmandır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir və həmin cinayət böyük ictimai təhlükə törətməyən cina yətdir. Sadalanan hal təqsirləndirilən şəxsin hərəkətinin CM-in 73.1-ci maddəsinin təsiri altına düşməsinin göstəricisidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə verilmiş kassasiya protestinin dəlillərini əsassız hesab edir. İş materialları ilə müəyyən edilir ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan Məhkum tərəfindən ödənilmişdir, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs əməlindən peşmandır, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir və həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsasında qəranın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı ma ddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad etmiş və barəsində olan cinayət işini xitam etmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya prote stinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə də

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar