Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1527/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət hadisəsi olmamasına və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınn 2 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə) Məhkum, 9 may 1977-ci il tarixdə Bakı şəhərində anadan ol muş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 30 aprel 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 (doqquz) ay 1 (bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 29 yanvar 2021-ci il tarixdə İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, İİ dərəcə əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət hadisəsi olmamasına və təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinay ət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.2.1 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmiş, o, CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun 17 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 5 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhru metmə cəzası saxlanılmış, məhkum olunmuş şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olmaqla kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən və ümumi təmiz çəkisi 3,269 qram olan 7 ədəd bükümlərdə narkotik vasitə heroini və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 3 ədəd bükümdə sikloheksanamin maddəsini əldə edib üzərində saxlamaqla daşımış, bir ədəd bükümdə, təmiz çəkisi 0,301 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs və 1 ədəd bükümdə, təmiz çəkisi 0,073 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şahid6 satmış, 17 oktyabr 2022-ci il tarixdə saat 18:00da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 5 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 və 0,5 83 qram olmaqla ümumi təmiz çəkisi 2,895 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram təşkil edən, şəffaf, rəngsiz, kristalşəkilli sikloheksanamin maddəsi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində Şahid8 qarşı irəli sürülmüş ittihamın 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 və 0,583 qram olmaqla ümumi təmiz çəkisi 2,895 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram təşkil edən, şəffaf, rəngsiz, kristalşəkilli sikloheksanamin maddəsini satış məqsədilə əldə etməsi, daşıması və saxlaması, 17 oktyabr 2022-ci il tarixdə isə həmin vasitənin və maddənin aşkar edilərək götürülməsi hissəsi üzrə cinayət hadisəsinin olması və Məhkum təqsirliliyi sübuta yetirilməsi müəyən edilmədiyindən bu hissədə ona bəraət verilmiş, ittihamda göstərilən digər əməlinə görə isə o, CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apellyasiya protestinə və məhkum Şahid8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ib arət tərkibdə) 2 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü Şahid8 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, ona CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ilədək endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 17 oktyabr 2022-ci il tarixdən 28 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: CPM-in bir sıra maddələrinə, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına, hamin aktlar üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrə istinad edərək törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası ibtidai araşdırma zamanı əldə o lunmuş işin obyektiv hallarına uyğun olan sübutları kifayət qədər yoxlamamış və lazımınca, yəni sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla onları qanuna müvafiq qaydada qiymətləndirməmiş, bununla da CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulmasına yol vermişdir. Həmçinin, apellyasiya instansiya məhkəməsi yekun qərarında CPM-in 125.2-ci maddəsində sadalanan hallara ümumi şəkildə istinad etməklə təhqiqatçı tərəfindən Şahid8 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin, həmin istintaq hərəkətinin həyata keçirilməsi nəticəsində tərtib edilmiş protokolun və ona əlavə edilmiş diskdəki videogörüntülərin, eləcə də, bu halla bağlı başqa sübutları (şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin aparılması haqqında protokolları və s.) Şahid8 elan olunmuş ittihamın əsasını təşkil edən sübutlar kimi qəbul etməkdən əsassız olaraq imtina etmişdir. Lakin, məhkəmənin gəldiyi qənaətdən fərqli olaraq məhkəmə baxışı zamanı şahid ifadələri, eyni zamanda cinayət işinin tədqiq edilmiş materialları ilə CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi təsdiqini tapmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan nəticəyə gələrkən bunu həlledici şəkildə birinci instansiya məhkəməsinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə, Xəzər RPl-nin 3-cü PŞ-dən daxil olmuş məktuba və s. hallara istinad etməklə əsaslandırmışdır. Lakin, məhkəmə nəzərə almamışdır ki, əlavə şahid qismində dindirilmiş şəxslərdən biri Şahid8 qardaşı Şahid8, digər 2 şahid isə, onların ifadələrinə əsasən, Məhkumlə yaxın və sıx qonşuluq münasibətlərində olan şəxslərdir. Həmin şəxslərin ifadələrinə nəzər saldıqda aşkar müəyyən edilir ki, məhz onlar (şahidlər Şahid7 və X4) verdikləri ifadələrində təkrar-təkrar, hətda onlara verilən sualların mahiyyəti tamamilə başqa olmasına baxmayaraq, Şahid8 məhz səhər saatlarında tutulmasına diqqəti cəlb edərək, həmin halı xüsusi vurğulamış, məhkəməyə gəlməkdə məqsədləri isə bu xüsusatı qabartmaq omuşdur. Məhz bu baxımdan qeyd olunan şəxslərin verdikləri ifadələrin mötəbərliyi sual altında olmaqla, təqsirləndirilən şəxsin qohumları tərəfindən onlara əvvəlcədən istiqamət verilərək hazırlanmalarına ciddi şübhələr yaradır. Lakin, məhkəmələr həmin ifadələrə istinad edərkən bu xüsusatları mübahisələndirilən prizmadan qiymətləndirməmişlər. Bundan başqa, məhkəmələr tərəfindən Şahid8 saxlanılmasında iştirak etmiş polis əməkdaşı Şahid1 ifadəsinə istinad olunaraq göstərilir ki, həmin şahid məhkəmədə verdiyi ifadəsində Şahid8 saat 10-11 radələrində saxlanılmasını göstərmişdir. Lakin, məhkəmələr yenə də nəzərə almamışlar ki, həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla qeyd olunan ziddiyyət araşdırılmış və o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hadisədən xeyli müddət keçdiyindən və bu müddət ərzində bir sıra digər tədbirlərdə də iştirak etdiyindən Şahid8 saxlanılması vaxtını düzgün göstərməyə bilər. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarıda Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş məktuba istinad olunsa da, qeyd olunan məktubda göstərilən halların yoxlanılması üçün Şahid8 barəsində ilkin təhqiqat materiallarını toplamış təhqiqatçısı X məhkəməyə dəvət olunub dindirilməmiş, halbuki onun dindirilməsi nəticəsində məktubda əksini tapmış ziddiyyətli məqam aydınlaşdırıla bilərdi. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məzmunundan görünür ki, məhkəmə faktiki olaraq protestdə irəli sürülən dəlilləri apellyasiya baxışında müəyyən etdiyi hər hansı nəticəyə, mübahisələndirilən çoxsaylı məsələlərə dair özünün gəldiyi qənaətə istinad etməklə cavablandırmamış, birinci instansiya məhkəməsinin hökmündə göstərilən əsaslandırmaya, həmin hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilmiş hallara və sübutlara istinad etməklə kifayətlənmişdir. Halbuki, apellyasiya protestində irəli sürülən dəl illərə və tələbə düzgün cavab verilməsi üçün iş üzrə məhkəmə istintaqının aparılması, bu dəlillər üzrə sübutların yenidən tam, obyektiv və hərətərəfli araşdırılması zəruri olmuşdur. Apellyasiya icraatına aid olan materialdan isə görünən odur ki, sübutların təkrarən tədqiqindən imtina etmiş apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən yekun qərarı faktiki olaraq bu məhkəmə tərəfindən məhkəmə iclasında araşdırılmış sübutlara deyil, yalnız birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlara əsaslanmışdır ki, bu da qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir, belə olduğu təqdirdə məhkəmənin həmin qərarı əsaslı və qanuni hesab edilə bilməz və buna görə də bu qərar kassasiya qaydasında ləğv edilməli, cinayət işi isə yeni apellyasiya baxışına təyin olunmalıdır. Şər h olunan dəlillərə əsaslanaraq, dövlət ittihamçısı İ.F.Yusifov sonda onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında digər proses iştirakçıları ilə yanaşı həmçinin məhkum Şahid8 də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum Şahid8 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.F.Yusifov tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş, məhkəmənin qəbul etdiyi qərarın əsasını yolverilməz sübutlar təşkil etmiş və məhkumun əməli CM-nn 234.2-ci maddə si ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. O dur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə də Şahid8 məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş və kassasiya qaydasında mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəy işdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafi əsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün halları nın müəyyən edilməsinə əsasən bu əməllərə, həmçinin Ş.Ə.Hüseynovun barəsində cəza tədbiri seçilərkən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının v ə azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. K onstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən b u və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, bu konstitusion müddəa eyni zamanda iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin öz təşəbbüsü ilə də əlavə sübutların əldə olunaraq araşdırılması və qiymətləndirilməsi vəzifəsindən azad etmir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. ci nayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirlə ndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-nin Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli və ya təqsirkara qarşı irəli sürülmüş ittiham üzrə qismən bəraət verilməli, yaxud da bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilmkələ onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 145, 146, 349 və 351-ci maddələrinin tələblərinə də əməl olunmalıdır. Belə ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tə ləblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın ko nstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən d igər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəti cəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqs iri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əs asında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbayc an Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üz rə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəm ə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmi şdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Şahid8 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qər arında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Şahid8 ona elan olunmuş ittiham üzrə törətdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib istintaq a məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda 3,269 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımaya görə” ona elan olunmuş ittiham üzrə təqsirliliyini müəyyən etməyərək onun törətdiyi əməlinin - məlum olmayan mənbədən, məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ümumi təmiz çəkisi 0,374 qram olan 2 (iki) ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımasının, həmin bükümlərdən birində olan, təmiz çəkisi 0,301 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs və digər bükümdə, təmiz çəkisi 0,073 qram təşkil edən, qəhvə yi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şahid6 satmasının sübuta yetirilməsi barədə nəticəyə gəlmiş və onun bu əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Şahid8 həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Şahid8 təqsirli bilindiyi əməli törətməsinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir, bu nəticənin əsasını isə yol verilməz deyil, yalnız qanuni üsullarla əldə olunmuş və tam, hərtərəfli və obyektiv sübutlar təşkil edir. Bununla bağlı, məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zərur bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid8 ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmazdan təxminən bir-iki il əvvəl narkotik vasitə istifa də edən şəxs kimi tanımışdır. 17 oktyabr 2022-ci il tarixdə, təxminən səhər saat 9 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş, çölə çıxdıqda qapını döyən şəxslərin polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada qoluna qandal taxılaraq xidməti otaqlardan birinə aparılmış, təxminən 11 nəfər polis əməkdaşı onu döyməyə başlamış, həmin döyülmə nəticəsində bədəninin arxa kürək nahiyəsində şiş əmələ gəlmişdir. Polis əməkdaşları onu döyərək narkotik vasitə satdığını etiraf etməsini tələb etmiş, o, da buna etiraz edərək narkotik vasitə satmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun yanına gətirərək birincidən onu tanıyıb-tanıma dığını, narkotik vasitəni ondan alıb-almadığını soruşduqda Təqsirləndirilən şəxs əvvəlcə onu tanımadığını bildirdiyi üçün polislər onun gözləri qarşısında Təqsirləndirilən şəxsə sillə vurmuşlar. Təqsirləndirilən şəxsə edilmiş təzyiqlərə görə o, da məcbur qalaraq narkotik vasitəni ondan aldığını bildirmişdir. Onu döyən polis əməkdaşlarından bəzilərini tanımış, onlardan Şahid2 Hüseynağa oğlu və Şahid1 xatırlayır. Şahid8 ona verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, ki, Təqsirləndirilən şəxs atası Xı da tanımış, ona görə Təqsirləndirilən şəxs etibar edərək öz istifadəsi üçün narkotik vasitə ilə bağlı ona müraciət etmişdir. O, nə Təqsirləndirilən şəxsə, nə də hər hansı başqa şəxsə narkotik vasitə satmamış, lakin Təqsirləndirilən şəxs lazım olduqda ondan tanıdığı şəxs kimi nark otik vasitə götürüb istifadə etmişdir. Təqsirləndirilən şəxsə və ya Təqsirləndirilən şəxsin dostlarına narkotik vasitə lazım olduğu təqdirdə Təqsirləndirilən şəxs ondan narkotik vasitə tapmasını xahiş etmiş, o, da başqa şəxsə müraciət etməmələri üçün onlara narkotik vasitə vermişdir. Narkotik vasitə satışı ilə məşğul olan şəxslər tanımadığı insanlara etibar edib narkotik vasitə satmadığı üçün o, narkotik vasitə aldığı şəxsi Təqsirləndirilən şəxslə tanış etməmişdir. Təqsirləndirilən şəxsi atasına görə tanıdığından ona etibar etmişdir. Ona edilən təzyiqlərlə bağlı heç bir orqana şikayət etməmiş, istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş, polis əməkdaşları tərəfindən döyülərkən kürək nahiyəsində xəsarət yaranmış, istintaq təcridxanasına göndərildikdən təxminən 15 gün s onra onun kürək nahiyəsində şiş əmələ gəlmiş, o da polis əməkdaşları tərəfindən döyüldüyü üçün həmin şişin yarandığını ehtimal etmişdir. İstintaq təcridxanasında olarkən şiş yarandıqdan sonra hər hansı müayinədən keçməmişdir. Şahid8 ifadəsinə əlavə edərək göstərmişdir ki, ittiham aktında onun 17 oktyabr 2022-ci ildə, saat 18 radələrində saxlanıldığı göstərilsə də, həqiqətdə polis əməkdaşları onu təxminən səhər saat 9-10 radələrində saxlayaraq polis bölməsinə aparmışlar. Şikayət etmək onun xarakterinə zidd olduğundan polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki və psixi təzyiqlərə və pis rəftara görə hər hansı bir şəxsə və ya dövlət orqanına şikayət etməmiş, barəsində qətimkan tədbiri seçilərkən hakimə də bu barədə bildirməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs göstərmişdir ki, o, Məhkum Binə qəsəbəsindən tanımış, ona ehtiyacı olduğu halda bir neçə dəfə pul vermiş, sonuncu isə tanımadığı hansısa şəxsdən narkotik vasitə alaraq ona vermişdir. O, narkotik vasitə aludəçisi olmuş, 17 oktyabr 2022-ci il tarixdə səhər saatlarında bədənində ağrılar olduğundan Məhkum sms yazaraq ondan narkotik vasitə istəmiş, Məhkum ona evinə gəlməsini bildirmiş, daha sonra Binə qəsəbəsində Məhkum yaşadığı evinə getmiş, evin qarşısında polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılmışdır. O, saxlanılarkən üzərində narkotik vasitə olmamış, polis şöbəsində ona fiziki və psixi təzyiqlər edilmiş, ağrıdığı üçün polis əməkdaşları tərəfindən ona istifadə etmək məqsədi ilə narkotik vasitə təklif edilmiş, buna görə də saxlan ılarkən üzərində narkotik vasitə olduğunu qəbul etmişdir. Başqa narkotik vasitə ala biləcəyi şəxs olmadığından o, ehtiyacı olarkən Məhkum pul vermiş, sonuncu da onun üçün başqa şəxslərdən narkotik vasitə əldə edib ona vermişdir. Binə qəsəbəsinə taksi sürücüsü X adlı şəxsin avtomobili ilə Şahid6 adlı şəxslə birgə getmiş, yolda Məhkumlə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə mesajlaşmış, lakin tutulduqdan sonra onunla mesajlaşan şəxsin Məhkum deyil, polis əməkdaşlarının olduğunu başa düşmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl narkotik vasitə qəbul etməmiş, Məhkum narkotik vasitə almamış, sonuncu əvvəllər pul müqabilində hansısa şəxsdən narkotik vasitə əldə edərək ona vermişdir. 17 oktyabr 2022-ci il tarixdə Məhkum 20 manat müqabilində 0,3-0,4 qram narkotik vasitə heroin əldə etmək üçün sonuncunun yaşadığı evə getmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, polis əməkdaşları üzərinə video çəkilişdən əvvəl narkotik vasitə heroin qoymuş, videoçəkiliş zamanı polislərin ona bildirdikləri kimi demişdir. Məhkum təxminən bir ildir tanımış və onunla birlikdə narkotik vasitə qəbul etmişdir. Binə qəsəbəsinə gedərkən Məhkumla yalnız mobil telefonla mesajla xəbərləşmiş, Məhkuma zəng etdikdə zənginə cavab verilməmişdir. Məhkumla mesajlaşan zaman ondan 20 manat məbləğində narkotik vasitə heroin istəmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Məhkumla özünün istifadəsində olan ***-**-** saylı mobil telefon nömrəsi ilə danışıb əlaqə saxlamış, lakin Məhkumun mobil telefon nömrəsini dəqiq xatırlamasa da, onun “Nar Mobile ” nömrəsi olmasını xatırlayır. Məhkumla əvvəllər də pul verərək ona narkotik vasitə almasını xahiş etmiş, bəzi hallarda Məhkumla birlikdə narkotik vasitə də qəbul etmişdir. 17 oktyabr 2022-ci il tarixdə Məhkumla vatsap vasitəsi ilə səs göndərmiş, Məhkum isə onu evlərinə çağırmış, o, da X idarə etdiyi avtomobillə Binə qəsəbəsinə Məhkumun yaşadığı evinə getmişdir. Məhkumun evinin qarşısında dörd nəfər polis əməkdaşı onu saxlayaraq polis şöbəsinə gətirmiş, polis şöbəsində Məhkum orada olduğunu görmüşdür. Saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamış, polis şöbəsində xatırlamadığı hansısa polis əməkdaşı onun sifətindən bir dəfə sillə vurmuş, polis əməkdaşları bədənində ağrılar olduğundan ona istifadə etməsi üçün narkotik vasitə təklif etmişlər. Üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, vaxtında narkotik vasitə qəbul edə bilmədiyi üçün və bədənində ağrılar olduğundan polis əməkdaşlarının ona verdiyi, miqdarını bilmədiyi narkotik vasitənin üzərindən çıxdığını deməyə razılaşmışdır. 17 oktyabr 2022-ci il tarixdə, təxminən saat 9:30 radələrində Məhkum narkotik vasitə almaq üçün yaşadığı evdən çıxaraq sonuncunun evinə doğru getmiş, “Koroğlu” metrostansiyasından Binə qəsəbəsinə təxminən 10-15 dəqiqə müddətində getmiş, Ramilin yaşadığı evin yaxınlığında saxlanılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşudur. 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsi evdən narahat formada çıxarkən görmüş, ondan nəsə olubolmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs ağrıdığını və “dərman” lazım olduğunu demiş, onunla birlikdə Binə qəsəbəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxslə birlikdə avtomobilə əyləşərək Binə qəsəbəsinə getmiş, yolda Təqsirləndirilən şəxs narkotik vasitə alacağı, sonradan adının Məhkum olduğunu bildiyi şəxslə mobil telefon vasitəsilə mesajlaşmış, Binə qəsəbəsinə çatdıqda Təqsirləndirilən şəxs ona avtomobildə gözləməsini, birazdan geri qayıdacağını demişdir. Qısa müddətdən sonra Təqsirləndirilən şəxsin əli qandallı vəziyyətdə polis əməkdaşları tərəfindən gətirildiyini görmüşdür. Onlar polis əməkdaşlarının xidməti avtomobilinə əyləşdirilərək polis şöbəsinə aparılmış, orada Təqsirləndirilən şəxs bədəninin ağrıdığını deyərək həkim çağırılmasını xahiş etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxslə yuxarı mərtəbədə söhbətləri olacağını bildirərək sonuncunu otaqdan çıxararaq aparmış, bir müddətdən sonra geri qaytarmışlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döydüklərini və növbə olacağını bildirmişdir. Daha sonra polis əməkdaşları onu otaqdan çıxarıb başqa otağa aparmış, orada polis əməkdaşları Binə qəsəbəsində saxlanıldıqları ünvanda kimi gözlədikləri ilə bağlı sorğu-sual edərək onu geri qaytarmış, Təqsirləndirilən şəxsi yenidən otaqdan çıxararaq aparmış, ona dərman verərək sakitləşdirmiş, narkotik vasitəni kimdən aldığını soruşmuşlar. Binə qəsəbəsinə gedərkən narkotik vasitəni alacağı şəxsi tanımamış, şəxsi axtarışdan əvvəl polis əməkdaşları onun üzərinə narkotik vasitə qoyaraq videoçəkiliş aparmışlar. Polis əməkdaşları tərəfindən onlara qarşı fiziki və psixi təzyiqlər edilmiş, ona sillə vurulmuşdur. Polis əməkdaşları onları 17 oktyabr 2022-ci il tarixdə, saat 10 radələrində saxlamış və həmin vaxt polis şöbəsinə gəldikdə orada sonradan tanıdığı Məhkum görmüşdür. Binə qəsəbəsinə gedəndə yol boyu Təqsirləndirilən şəxs mobil telefonda narkotik vasitə alacağı şəxslə mesajlaşmış, Təqsirləndirilən şəxs avtomobildən endikdən təxminən 2 dəqiqə sonra sonuncunun polis əməkdaşları tərəfindən tutularaq geri gətirildiyini görmüş, polis şöbəsində olarkən Məhkum təxminən saat 13 radələrində xidməti otaqda görmüşdür. Şahid6 həmçinin qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxslə birlikdə Binə qəsəbəsinə özləri üçün narkotik vasitə almaq məqsədilə getmiş, lakin Məhkum onlardan əvvəl tutulduğu üçün narkotik vasitə ala bilməmişlər. Polis şöbəsində Məhkum görəndə Təqsirləndirilən şəxslə telefo nla mesajlaşan şəxsin polis əməkdaşı olmasını düşünmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı əlavə şahid qismində dindirilmiş Şahid7, Şahid8, X4, hər birisi ayrı-ayrılıqda verdikləri ifadələrində Şahid8 polis əməkdaşları tərəfindən, ilkin araşdırma zamanı tərtib edilmiş sənədlərdə (tutma haqqında protokolda, Məhkum üzərində axtarışın aparılması haqqında protokolda, əməliyyat müvəkkilinin raportunda və digər sənədlərdə) göstərildiyi kimi, saat 18 radələrində deyil, səhər saat 9 radələrində tutularaq polis şöbəsinə aparılmasını təsdiq etmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış” və “məhkum olunanlar” adlı elektron portal sistemindən AZ22169 nömrəli operator tərəfindən əldə edilmiş məlumatlar çapa verilərək iş materiall arına əlavə edilmişdir. Şahid8 barəsindəki həmin məlumatlar üzrə sorğuların 17 oktyabr 2022-ci il tarixdə saat 11:11 və 11:13-də verilməsi müəyyən edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı X 24 avqust 2022-ci il tarixli, 3-13-45-3/2-9408 saylı məktubunda göstərilmişdir ki, polis şöbəsinə giriş-çıxışın və növbətçi hissənin izlənməsini təmin edən kameraların 17 oktyabr 2022-ci il tarixə dair videoqeydləri mövcud olmadığı üçün onların məhkəməyə təqdim olunması Lakin, həmin məktuba əlavə edilmiş Məhkum və Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilməsinə dair “Polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı” kitabın ın 17 oktyabr 2022-ci il tarixə aid olan müvafiq səhifələrin təsdiq edilmiş surətindən görünür ki, Şahid8 17 oktyabr 2022-ci il tarixdə, saat 09:45-də, Təqsirləndirilən şəxs isə 17 oktyabr 2022-ci il tarixdə, saat 10:30-da Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilərək sonradan Xəzər RPİ-nin MSY-ə təhvil verilmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid8 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,239 qram, 0,308 qram, 0,274 qram, 0,491 və 0,583 qram olmaqla, ümumi təmiz çəkisi 2,895 qram təşkil edən, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,322, 0,374 və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 1,042 qram təşkil edən, şəffaf, rəngsiz, kristalşəkilli sikloheksanamin maddəsi ni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxsdən satış məqsədi ilə əldə edərək daşımaqla saxlamasına dair ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmiş, məhkumun bu ittihamda göstərilən vaxtda tutulması, onun üzərində şəxsi axtarışın aparılması və təhqiqat zamanı aparılmış digər istintaq hərəkətlərinin vaxtları faktiki əldə olunmuş və araşdırılmış sübutlara müəyyən edilmiş vaxtlarla üst –üstə düşməmişdir. Belə ki, cinayət işi üzrə toplanmış və yuxarıda göstərilən sübutlarla dəqiqliklə müəyyən edilmişdir ki, Şahid8 17 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində deyil, həmin tarixdə, saat 9:45 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəf indən saxlanılaraq polis şöbəsinə gətirilmiş və müvəqqəti saxlama yerinə yerləşdirilmiş, bundan sonra o, saat 18 radələrinədək polis əməkdaşlarının nəzarətində olmuş, hətta bu müddətdə onun telefonu sonuncular tərəfindən əldə edilərək Təqsirləndirilən şəxslə onun adından yazışmalara aparılmış və yalnız yuxarıda göstərilən vaxtda onun tutulması rəsmiləşdirilərək bundan sonra üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Halbuki, prosessual qanunvericiliyin normaları cinayət törətməkdə tutulmuş şəxsin barəsində dərhal protokolun tərtib edilməsini və, zərurət varsa, onun üzərində şəxsi axtarışın bir neçə saat sonra deyil, tutulmadan dərhal sonra, yəni polis və digər hüquq mühafizə orqanına gətirildikdə aparılmasını tələb edir (CPM-in 148 və 246.2.1-ci maddələri). İş materiallarından isə görünür ki, həm Şahid8 Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkilləri tərəfindən 17 oktyabr 2022-ci il tarixdə saxlanılaraq həmin polis şöbəsinə gətirilmə vaxtı “Şübhəli şəxs qismində tutulma haqqında” qərar və protokolda bu hərəkətlərin icra edilməsi vaxtları çap şəklində yox, karandaşla qeyd edilmiş rəqəmlərin üzərindən sonradan diyircəkli qələmlə yazılmışdır. Halbuki, həmin sənədlər tam şəkildə kompyuterdə tərtib edilmiş və bu sənədlərdə yalnız vaxtlar sonradan diyircəkli qələmlə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6011 saylı rəyinə əlavə edilmiş aktdan da göründüyü kimi, Təqsirləndirilən şəxs, Şahid6 və Şa hid8 üzərində aşkar olunaraq götürülmüş əşyalar ekspert tərəfindən 17 oktyabr 2022-ci il tarixdə, saat 20:20-də qəbul olunmuşdur. Halbuki, iş materiallarına əsasən Şahid8 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti təhqiqatçı tərəfindən tərtib edilmiş protokola əsasən guya 19:00-dək davam etmiş, bundan sonra Şahid8 izahat alınmış, məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edilmiş, həmin qərar hər üç şübhəli şəxs qismində tutulmuş şəxsə müdafiəçiləri ilə birlikdə elan edilmiş və yalnız bundan sonra qeyd edilən əşyalar Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmişdir. Xəzər RPİ-nin 3-cü PŞ ilə ekspertiza idarəsi arasında kifayət qədər məsafənin olması (hamıya məlum olan fakt kimi) nəzərə alındıqda Şahid8 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunda həmin hərəkətin real keçirilməsi vaxtının deyil, sonradan təhqiqatçı tərəfindən əlyazma ilə uyğunlaşdırılmağa cəhd edilərək başqa vaxtları yazması qənaətinə gəlməyə əsas verir. Bu isə həmin sənəddəki vaxtın sonradan qələmlə düzəliş edilməklə yazılmasına dair haqlı şübhələr yaratmışdır. Yuxarıda qeyd edilən və birinci instansiya məhkəməsində icraat zamanı araşdırılmış sübutların təhlilindən görünür ki, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid7, Şahid8 və X4 ifadələrində Şahid8 17 oktyabr 2022-ci il tarixdə, təxminən saat 9-10 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evdən aparılmasını göstərmişlər. Həmçinin, Şahid8 münasibətdə ittiham tərəfinin əsas şahidlərindən biri olan Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, poli s baş leytenantı Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid8 17 oktyabr 2002-ci il tarixdə, təxminən saat 10-11 radələrində saxladıqlarını göstərmişdir. Eyni zamanda, Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində Şahid8 17 oktyabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində, Şahid3 isə ifadəsində onlar polis şöbəsinə çatdıqdan (saat 10:30) 10-15 dəqiqə sonra Şahid8 xidməti otaqlardan birində gördüklərini bildirmişlər. Bundan başqa, Şahid8 ibtidai istintaq zamanı bütün ifadələrində onun 17 oktyabr 2022-ci il tarixdə, günorta saatlarında saxlanılaraq polis şöbəsinə gətirilməsi göstərilmişdir. Qeyd edilən ifadələrlə göstərilən vaxtlar arasında müəyyən ziddiyyətlər olsa da, həmin ifadələrlə Şahid8 Xəzər RPİ-nin 3-cü PŞ-nə ibtidai araşdırma orqanının istintaq sənədlərində təqdi m etdiyi kimi 17 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində deyil, həmin vaxtdan xeyli əvvəl (azı 5-7 saat) tutularaq polis şöbəsinə gətirildiyini təsdiq olunur. İstər Şahid8 polis şöbəsinə gətirilmə vaxtına dair hökmün 102-ci bəndində qeyd edilən ifadələr, istərsə də hökmün 98-101-ci bəndlərində göstərilən sübutlar ittiham tərəfindən hər hansı digər sübutlarla inkar edilə bilməmişdir. Kassasiya protestinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş əlavə şahidlərdən birinin Şahid8 təqsirləndirilən şəxsin qardaşı, digər ikisinin (adları yuxarıda göstərilən) isə təqsirləndirilən şəxsin yaxın və sıx qonşuluq münasibətində olduğu şəxslər olmasına, bu səbəbdən də həmin şəxslərin ifadələrinin mötəbər sübut hesab edilə bilməməsinə dair dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidlər Məhkum polis əməkdaşları tərəfindən saxlanılmasının və özləri ilə aparılmasının bilavasitə şahidi olmuş şəxslərdir və onların verdikləri ifadələri nəinki biri-biri ilə, həm də onların göstərdikləri hala dair əldə olunmuş digər sübutlarla da tam uzlaşır. Belə olan halda isə məhkəmə kollegiyası həmin şəxslərin təqsirləndirilən şəxslə yaxın münasibətinin olması əsası ilə onların ifadələrinin qeyri-mötəbər hesab edilməsi üçün heç bir əsas görmür.. Həmçinin, kassasiya protestinin Şahid8 saxlanılmasında iştirak etmiş polis əməkdaşı Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Şahid8 saat 10-11 radələrində saxlanılmasını göstərməsi, lakin həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hadisədən uzun zaman keçməsi və bu müddət ərzində bir sıra digər tədbirlərdə də iştirak etdiyindən mübahisələndirilən vaxtla bağlı səhv edə bilməsi barədə dəlilinə də məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, adı çəkilən şahidin də verdiyi ifadələr araşdırılmış digər sübutlarla üst-üstə düşür İş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların fövqündə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şahid8 üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticələrinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülərin mötəbərliliyi və mümkünlüyü kifayət qədər şübhəli olduğundan və həmin sübutlar qanunsuz şəkildə əldə edildiyindən onların yolverilməzliyinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, belə nəticə və mövqe araşdırılmış sübutlarla yanaşı həmçinin prosessal qanunvericiliyinin aşağıdakı normasının tələblərinə də uyğundur. Belə ki, CPM-nin 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda bu yolla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarından görünür ki, Şahid8 faktiki olaraq tutulması və üzərində şəxsi axtarışın aparılması vaxtları həmin prosessual hərəkətlərinin aparılması haqqında tərtib edilmiş protokollarda düzgün göstərilməmiş, yəni bu hərəkətlərin aparılması zamanı prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, iş üzrə Şahid8 qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsinə əsas olmuş digər sübutlar isə (məhkəmə-kimyəvi ekspertiazsının rəyi və polis əməkdaşlarının ifadələri) məhz bu prosessual hərəkətlərdən qaynaqlanmışdır. Kassasiya protestində təhlil edilən məsələ ilə bağlı işin faktiki hallarının yoxlanılması üçün təhqiqatçı Xin dindirilməsinin labüd olması iddia olunsa da, analoji dəlil apellyasiya protestində əksini tapmış, lakin istər həmin protestin, istərsə kassasiya protestinin müəllifləri olan dövlət ittihamçıları müvafiq olaraq həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də apellyasiya şikayətinə və apellyasiya protestinə ilkin və məhkəmə baxışı iclaslarında bu haqda vəsatətlə məhkəmələrə müraciət etməmiş, məhkəmələr də çəkişmə prinsipinin tələbinə müvafiq olaraq araşdı rılmış sübutların fonunda öz təşəbbüsü ilə adı çəkilən təhqiqatçının əlavə şahid qismində dindirilməsini zəruri hesab etməmişlər, çünki təhqiqat zamanı sübutların qanun pozuntusu ilə ilə əldə edilməsi, əsasən də Şahid8 tutulması və üzərində axtarışını aparılması vaxtının bu haqda tərtib edilmiş sənədlərdə göstərilən vaxtlara uyğun olmaması təkcə məhkum olunmuş və əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə deyil, məhkəmə iclasında əldə olunmuş mötəbər sənədlərlə də tsdiq olunmuşdur. Dövlət ittihamçısının kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarda birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara istinad etməsi məsələsinin mübahisələndirməsinə gəldikdə isə, məhkəmə kollegiyası əvvəla qeyd edir ki, elə həmin p rotestdə də müvafiq dəlillər irəli sürülərkən onun müəllifi məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara istinad etməklə bu sübutların əldə edilməsi, araşdırılması qaydalarının qanuna zidd olması barədə iddia irəli sürməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, apellyasiya icraatına aid olan prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri apellyasiya müraciətlərinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxmış apellyasiya instansiyası məhkəməsinə iş üzrə qəbul etdiyi yekun qərarında həm ibtidai araşdırma zamanı toplanmış, həm də birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmış sübutlara əsaslanması üçün kifayət qədər imkanlar verir. Belə halın qanunsuz olması isə prosessual qanunverici likdə nəzərdə tutulmamışdır və məhkəmə təcrübəsi də göstərir ki, apellyasiya qaydasında baxılmış bir çox cinayət işləri üzrə əksər hallarda məhz belə yekun qərarlar, yəni birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsaslanan qərarlar qəbul edilir və bu kimi qərarlar dövlət ittihamçıları tərəfindən heç vaxt qanunsuz hesab edilməmiş və kassasiya qaydasında da mübahisələndərilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Şahid8 CM-in 234.4.1-ci maddəsi ilə ittiham elan olunarkən onun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatlar müəyyən olunmamış və istintaq orqanı həmin ittihamda sadəcə olaraq “şəxsiyyəti isti ntaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxladığını” göstərməklə kifayətlənmiş, onun gəldiyi qənaət üzrə isə hər hansı mötəbər sübut istər məhkəməyədək icraat dövründə, istərsə də məhkəmə iclaslarından əldə edilməmiş, belə sübutları ibtidai araşdırma orqanı ilə yanaşı dövlət ittihamçıları də məhkəmələrə təqdim etməmiş və buna görə ittihamın bu hissəsini təsdiq edən sübutlar məhkəmələr tərəfindən araşdırılmamışdır. Hətta ittiham tərəfinin mötəbər sübut hesab etdikləri şahid qismində dindirilmiş polis əməkdaşları da öz ifadə lərində bu xüsusat üzrə heç nə göstərməmişlər. Məhkəmə kollegiyası vurğulayır ki, kassasiya protestinin dəlillərinin əksinə olaraq, istər ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, istərsə də əlavə olaraq birinci instansiya məhkəməsinin məhkəmə iclasında əldə olunaraq araşdırılmış bütün sübutları həm bu məhkəmə, həm də onun nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri yekun məhkəmə aktlarında təsvir etməklə kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirib Şahid8 məhz CM-in 234.2ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni onun naməlum vaxtda və mənbədən satış məqsədilə 2 (iki) ədəd bükümdə cəmisi 0,374 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması, bu heroinin 0,301 qramını Ə.R.Tarverdiyevə, 0,073 qramını isə Şahid6 qanunsuz olaraq satması barədə mötəbər nəticəyə gəlmiş və onun faktiki törətdiyi əməli CM-in həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə nəticəyə gələrkən isə məhkəmələr həmçinin təqsirsizlik prinsipinə dair qanunvericiliyin tələblərinə də riayət edərək bütün şübhələri Şahid8 xeyrinə həll etmiş, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyyəti üzrə baxılarkən və apellyasiya icraatı zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraa tının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin dəlilləri qəbul edilməz sayaraq belə qənaətə gəlir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə, Şahid8 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət hadisəsi olmamasına və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsi ni rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət hadisəsi olmamasına və təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1527/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1527/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver