Məhkəmə qərarları › İş №1(102)-1528/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1528/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1528/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Hacıyev Ziya Əli oğlunun, Məhkum2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 202 1-ci il tarixli, 1(106)-84/2021 nömrəli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum2 05 mart 1956-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşamışdır.

2. Məhkum1 05 noyabr 1985-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşamışdır. 3. 30 dekabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1, 234.4.3-cü maddə ləri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə metadonun əldə edilməsi, saxlanması və daşınması, habelə qeyd edilən vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirməsi barədə razılığa gəldikdən sonra, bu məqsədlə 06 iyun 2019-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərin də olan qrupun şəxsiyyəti məlum olmayan üzvündən qanunsuz əldə etdikləri bir bağlamada təsiredici maddəsinin ümumi miqdarı 4 qram təşkil edən 100 həb metadon narkotik vasitəsini Məhkum2 oğlu Məhkum1 təklifi ilə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə alt geyimində-tumanında yerləşdirib daşımış, həmin narkotik vasitəsini 07 iyun 2019-cu il tarixdə, saat 09 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara gömrük postundan gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərkən saxlanılan zaman dərhal bağlamanı alt tumanından çıxarıb sinə nahiyəsinə qoymuş, göstərilən narkotik vasitə üzərində aparılan şəxsi yoxlama zamanı aşkar edilərək götürülmüş, həmin gün bir neçə saat sonra isə Məhkum1 Astara gömrük postundan gömrük nəzarətindən keç ərkən saxlanılmışdır. 5. 22 yanvar 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 1(099)81/2020 nömrəli hökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respu blikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir; Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

7. Hökmdən məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 tərəfindən apelyasiya şikayətləri, həmçinin həmin şikayətlərə əlavələr verilmişdir.

8. Məhkum edilmiş şəxs Məhkum2 apelyasiya şikayətində və şikayətə əlavəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmünün ləğv edilib, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkum2 apelyasiya şikayətini və şikayətə əlavəsini onunla əsaslandırmışdır ki, narkotik vasitə oğlu Aqilə məxsus olmuş, Aqil özü bunu etiraf etmişdir, narkotikin onun çantasında olduğundan xəbəri olmamışdır. Narkotikin onun üzərindən çıxmasına dair cinayət işində heç bir sübut yoxdur. Onun 65 yaşı var, ağır formalı diabet xəstəliyindən əziyyət çəkir, hipertonikdir, tez-tez təzyiqi qalxır, 3-cü qrup əlildir. Əri müharibə veteranı olub və rəhmətə gedib. İki ö vladı var və hər ikisi həbsdədir.

9. Məhkum edilmiş şəxs Məhkum1 apelyasiya şikayətində və şikayətə əlavəsində cəzasının yüngülləşdirilməsini, anası Məhkum2 barəsində isə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkum1 apelyasiya şikayətini və şikayətə əlavəsini onunla əsaslandırmışdır ki, narkotik vasitə ona məxsusdur, anası Məhkum2 narkotik vasitədən xəbəri olmamışdır və anasının heç bir günahı yoxdur. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində törətdiyi cinayəti etiraf etmiş, səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa, anası yaşlı qadın olmaqla, xəstəlikdən əziyyət çəkir, ailəsindən iki nəfər tutulub. Bunları nəzərə almayan məhkəmə ona açıq-aşkar ağır cəza təyin etmişdir. 10.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli, 1(106)-84/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 tərəfindən verilmiş apelyasiya şikayətləri və şikayətlərə edilmiş əlavələr təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 1(099)81/2020 nömrəli hökmü həmin apelyasiya şikayətlərinə və şikayətlərə edilmiş əlavələrə əsasən dəyişdirilmədən saxlanılmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Məhkum2 həmçinin kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

12. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eyni olmuşdu r. Məhkum2 eyni dəlilləri təkrarlayaraq əməllərində cinayət tərkibi olmadığı üçün onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətinə əlavədə eyni dəlilləri qeyd etmişdir. 13.Məhkum1 kassasiya şikayətində qeyd etmişdir ki, heç bir cinayət törətmədiyi halda əsassız olaraq məhkum edilmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. 14.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməl ərindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərində cinayət törətmədiklərini, təqsirlili kləri sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilindiklərini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.6 və 416.1.8-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər.

20. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Məhkumlar Məhkum2 və Məhkum1 onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

22. Məhkum2 və Məhkum1 qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə məhkumların dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) onlar tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiya sı məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, şahidlərin ifadələri, maddi sübut, ekspert rəyləri və işdə olan digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum2 tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum2 və Məhkum1 hazırki qərarda təsvir edilmiş hərə kətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum2 və Məhkum1 əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onların təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-P rosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 və Məhkum1 oğlunun əməlinin Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onların bu maddələr ilə təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini hə min sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

25. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli, 1(106)-84/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər t utub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum2 və Məhkum1 kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Məhkum2 və Məhkum1 barələrində olan 12 mart 2021-ci il tarixli, 1(106)-84/2021 nömrəli qərarı onlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar