Məhkəmə qərarları › İş №1(102)-1528/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1528/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1528/2022 29.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli, 1(103)-487/2022 nömrəli qərarından dövlət ittihamçısı - Azərbaycan Respub likası Baş prokurorluğu Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Ələskər oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 04 uşağı olan (onlardan 3-ü yetkinlik yaşına çatmayan), əvvəllər məhkum olunmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları, Nizami küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. 2. 20 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin (Vöen:**********) xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fəaliyyətinə faktiki rəhbərlik edib müəssisənin Nizamnaməsində nəzərdə tutulan funksiyaları tam yerinə yetirib sahibkarlıq fəali yyəti ilə məşğul olmaqla, vergitutma obyekti olan, vergilərin və məcburi dövlət sosial sığorta haqlarının hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla bağlı vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan, vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 196, 201, 219.1 və 220.1 və Azərbaycan Respublikası Sosial sığorta haqqında qanunun 1, 2, 6, 9-1, 12 və 14-cü maddələrinin tələblərini pozmaqla, müəssisənin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməmiş və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 65521,4 7 manat məbləğində vergiləri və sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum rəhbərlik etdiyi "xxxx" MMC-nin 2017-cü ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi tutulan dövriyyəsi 305540,66 manat, sadələşdirilmiş vergisi 4% hesabı ilə 12221,63 manat olduğu halda vergi orqanına bəyannamə təqdim etməyərək, 8410,73 manat (ödənilmiş vergi məbləği nəzərə alnaraq) sadələşdirilmiş vergini, cəmiyyətin əsas vəsaitlərinın qalıq dəyərinin 2017-ci ilin əvvəlinə 114000,0 manat, ilin sonuna amortizasiya xərcləri nəzərə alınmaqla 91200 manat olduğu və həmin əsas vəsaitlərə görə 1026,0 manat əmlak vergisi hesablayaraq ödəməli olduğu halda, vergi orqanına əmlak vergisi bəyannaməsi təqdim etməyərək 1026,0 manat əmlak vergisini, cəmiyyət adından təqdim etdiyi 2016-cı ilin 2- ci rübü üzrə “Sığorta edənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 40 nəfər, onlara ödənilmiş 22841,5 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 5710,39 manat göstərməsinə baxmayaraq, məcburi dövlət sosial sığorta haqqından (bundan sonra MDSS) 474,40 manat ödəyərək, 5235,99 manat; 2016-cı ilin 3-cü rübü üzrə “Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 291 nəfər, onlara ödənilmiş 92681,5 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 23170,38 manat göstərməsinə baxmayaraq, MDSS haqqını ödəməyərək, 23170,38 manat;2016-cı ilin 4-cü rübü üzrə “Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rübl ük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 192 nəfər, onlara ödənilmiş 74048 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 18512,0 manat göstərsə də, MDSS haqqını ödəməyərək 18512,0 manat; 2017-ci ilin 1-ci rübü üzrə “Sığortaedənin məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı”nda cəmiyyətin işçilərinin orta sayını 113 nəfər, onlara ödənilmiş 36665,50 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı məcburi dövlət sosial sığorta haqqını 9166,38 manat göstərməsinə baxmayaraq, MDSS haqqını ödəməyib 9166,37 manat, cəmi isə cəmiyyət üzrə 56084,74 manat məcburi dövlət sosial sığorta haqqını və ümumilikdə "xxxx" MMC üzrə 65521,47 manat məbləğində vergiləri və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

5. B akı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 1(006)503/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

6. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli hökmünün cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilmədən qəbul edildiyini, həmçinin Məhkum təyin edilmiş cəzanın onun etdiyi təklifə uyğun olmadığını əsas kimi qeyd etməklə, hökmün dəyişdirilməsini xahiş etmişdir.

7. Məhkəmənin hökmü ilə razılaşmayan Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli hökmünün ləğv olunması və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, sınaq müddəti müəyyən edilməklə ona şərti cəza təyin olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli, 1(103)-487/2022 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli, 1(103)-487/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri

10. Kassasiya prot estində Məhkum təyin edilmiş cəzanın yüngüllüyü mübahisələndirməklə yanaşı qeyd edilmişdir ki, məhkəmələr tərəfindən əlavə cəza təyin edilməsi özlüyündə cinayət qanunvericiliyinə zidd olmasa da, təyin etmənin qaydasında pozuntuya yol verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə b axılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birin ci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül cəza olduğuna görə açıq-aydın ədalətsiz cəza olduğunu, həmçinin cəza təyin edərkən cinayət qanunvericiliyinin normasını düzgün tətbiq edilmədiyini iddia edərək, tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın n əticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasit ədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin ed ə bilsin.

19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

20. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

21. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməs i və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

22. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

23. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

24. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və a ğırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

25. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, pozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

26. Kassasiy a protestində cəzanın yüngül cəza olması ilə bağlı irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

27. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.

28. Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəali yyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur.

29. Birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini cəzasını yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini və əməlindən peşman olmasını, ailəli olmaqla himayəsində 04 uşağının və onlardan 3-nün yetkinlik yaşına çatmayan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, onun barəsində verilmiş müsbət xasiyyətnaməni, dövlət vergisindən yayınmış olduğu məbləğdən 5000 manat ödəməsini nəzərə alıb, Məhkum Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə əsas cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin hökmünün cəza ilə bağlı nəticəsi ilə razılaşarkən qeyd edilən halları, həmçinin məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilən dövrdə vurulmuş maddi ziyanın hesabına əlavə olaraq 1.000 manat ödənilməsini, habelə apellyasiya icraatı dövründə onun tərəfindən əlavə olaraq dəymiş ziyanın hesabına daha 10.000 (on min) manat ödənilməsini və nəticədə ümumilikdə onun tərəfindən vurulmuş ziyanın hesabına 16.000 (on altı min) manat məbləğində pul ödənilməsini nəzərə almışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini və əməlindən peşman olmasını, ailəli olmaqla himayəsində 04 övladının və bunlardan 3-nün yetkinlik yaşına çatmayan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, onun barəsində verilmiş müsbət xasiyyətnaməni, dövlət vergisindən yayınmış olduğu məbləğdən 16000 manat ödəməsini, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Məhkum həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli əsas cəza təyin etmişlər.

31. Bununla belə, məhkəmə kollegiyası kassasiya protestinin məhkəmələr tərəfindən Məhkum əlavə cəza təyin edərkən Cinayət Məcəlləsinin müvafiq tələblərini nəzərə almadan edilməsi ilə bağlı dəlilləri ilə razılaşır.

32. Belə ki, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinin sanksiyasında şəxsə əlavə cəzanın təyin edilməsinin mümkünlüyü yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə müəyyən edilmişdir. Həmin maddənin sanksiyası əsas cəza kimi qeyd edilən islah işləri ilə yanaşı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əlavə cəza kimi təyin edilməsi istisna etməsə də, bilavasitə maddənin sanksiyasında belə imkan nəzərdə tutulmadığından, əlavə cəzanın təyin edilməsi yalnız Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə istinad edildikdə mümkündür.

33. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzə rə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.

34. Lakin birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə Məhkum 01 (bir) il 06 (altı) ay müddətinə sahibkarlıq sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunma əlavə cəzasını təyin edərkən, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinin sanksiyasında islah işləri ilə yanaşı əlavə cəzanın təyin edilməsinin mümkünlüyünün müəyyən edilmədiyini nəzərdən qaçırmış, əlavə cəzanı təyin edərkən Azərbayca n Respublikası CM-nin 46.2-ci maddəsinə istinad etməmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi isə qərarının təsviri hissəsində apellyasiya protestinin aidiyyəti dəlilinə münasibətini bildirsə də, qərarın nəticəvi hissəsində müvafiq düzəlişin təsvirinin əks edilməsini təmin etməmişdir. Bununla da Azərbaycan Respublikası CPM-nin 416.1.9-cu maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hala yol verilmişdir.

36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli, 1(103)487/2022 nömrəli qərarı ləğv edilməli, yuxarıda qeyd edilən nöqsanın aradan qaldırılması məqs ədilə cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinə əsaslanaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli, 1(103)-487/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar