Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1528/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il ta rixli hökmü ilə (sədrlik edən hakim F.Z.Hümbətov, hakimlər H.S.Əliyev və A.T.Rzayevadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1988-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin 29 iyun 2021-ci il tarixdən hesablanması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara a lınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim F.Z.Hümbətov) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkum tərəfindən verilmiş vəsatət təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən hakim E.G.Rəhimov, hakimlər E.M.Əhmədov və A.İ.İsmayılovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin rədd olunması haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəmə sinin 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun bir ayağı amputasiya olunduğu (İ qrup əlil olduğu) üçün ayağında şişkinlik və ağrılar olmuş, yeriməkdə çətinlik çəkmiş və bu hallar birinci birinci instansiya məhkəməsinin hökmün çıxarılmasından sonra ona vaxtında apellyasiya şikayəti verməsinə mane olmuşdur. Lakin, prosessual müddətin bu cür üzrlü səbəblərdən buraxılmasına baxmayaraq, birinci instansiya məhkəməsi onun hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün qaldırdığı vəsatəti əsassız və qanunsuz olaraq tə min etməmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız dəlilər gətirməklə həmin qərarı dəyişdirilmədən saxlamışdır. Məhkum həmin hallara görə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarının ləğv edilməsini və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 5 may 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Azərbayca n Respublikası CPM-in 391.3.3-cü maddəsinin nəzərdə tutduğu prosessual müddətin bərpası məsələsi üzrə qərarı mübahisələndirdiyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.20-ci maddəsində göstərilən hal) kollegiya onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apelly asiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın sutərinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarına görə Məhkum barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ittiham hökmü 5 may 2023-cü il tarixdə çıxarılmış, hökmün surəti 8 may 2023-cü ildə məhkəmənin həmin tarixli müşayiətedici məktubu ilə Bakı İstintaq Təcridxanasında həbsdə olan Məhkum göndərilmiş və cinayət işinin 4-cü cildinin 165-ci vərəqində olan, təcridxanadan məhkəməyə daxil olmuş qəbzə əsasən 22 may 2023-cü ildə məhkum tərəfind ən alınmışdır. Məhkum isə yalnız 12 oktyabr 2023-cü ildə, yəni hökmün surətinin alındığı gündən (22 may 2023-cü il tarixindən) 4 aydan artıq vaxt keçdikdən sonra apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətlə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Məhkum əlilliyi ilə əlaqədar səhhətinin pisləşməsinə görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməməsinə istinad etsə də, belə vəziyyətin (səhhətinin pisləşməsinin) hökmün çıxarılmasından sonra meydana gəldiyini təsdiq edən hər hansı bir materialı birinci və ya apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Onun kassasiya icraatının aparılması ilə əlaqədar Ali Məhkəmənin Cinayət kollegiyasına təqdim etdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinin TSH-nin rəsi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli tibbi arayışda da sonuncu dəfə Məhkum səhhəti ilə bağlı 24 yanvar 2023-cü ildə, yəni birinci instansiya məhkəməsinin hökmü çıxarılana qədər (ibtidai həbsdə olduğu dövrdə) Penitensiar Xidmətin Müalicə Müəssisnə göndərildiyi və orada müalicə kursu keçdiyi göstərilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti ilə əlaqədar 22 sentyabr 2023-cü ildə keçirilən məhkəmə iclasında - Məhkum 13 saylı Cəzaçəkmə Müəssisəsindən videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmaqla, onun müdafiəçisi Müdafiəçi1 isə bilavasitə iştirak edərək, apelyasiya məhkəməsindən protestin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, onun, eləcə də birinci instansiya məhkəməsində də müdafiəsini həyata keçirmiş vəkil Müdafiəçi1 qanunla müəyyən edilmiş prosessual müddət daxilində apelyasiya şikayəti verməmələri həmin dövrdə tutduqları prosessual mövqedən, yəni hökmü mübahisələndirmək fikrində olmamalarından irəli gəlmişdir. Bu isə o deməkdir ki, Məhkum Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində 5 may 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti verməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 16 noyabr 2023-cü il və 23 yanvar 2024-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallar dan baş verməmişdir. Odur ki, məhkəmə kollegiyası buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə CPM-in 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2024-cü il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1528/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1528/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver