Məhkəmə qərarları › İş №1(102)-1529/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1529/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1529/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(10 6)-408/2021 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 05 sentyabr 1985-ci il tarixdə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 14 dekabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttiham aktına əsasən Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,108 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 10 oktyabr 2020-ci il tarixdə, saat 12:30-da Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri, S.Şıxalıyev küçəsində olarkən saxlanılaraq, ra yon polis şöbəsinə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda 02 ədəd bükümlərdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,173 qram, 0,08 qram, ümumi təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd kibrit qutusunda və 01 ədəd bükümdə şəxsi istehlak miqdarında ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,04 qram, ümumi təmiz çəkisi 0,108 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 01 ədəd bükümdə təmiz çəkisi 0,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 3. 03 fevral 2021-ci il tarixdə K ürdəmir Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsinin hökmündə müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini, şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,108 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz ola raq əldə edib, üzərində saxlayaraq daşımış, 10 oktyabr 2020-ci il tarixdə saat 12:30-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir şəhəri, S.Şıxalıyev küçəsində olarkən saxlanılaraq, rayon polis şöbəsinə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda 02 ədəd bükümlərdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,173 qram, 0,08 qram, ümumi təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd kibrit qutusunda və 01 ədəd bükümdə şəxsi istehlak miqdarında ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,04 qram, ümumi təmiz çəkisi 0,108 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarında 01 ədəd bükümdə təmiz çəkisi 0,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-08/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18.09.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 1 ay 18 gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazirki hökm üzrə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirilərək, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkməsinin əvvəlinin 10 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Dövlət ittihamçısı Eldəniz Əhmədov apelyasiya protesti verərək, Kürdəmir Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmünün ləğv edilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza t əyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Məhkum törətdiyi əməl Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərkən, cinayət işində olan başqa sübutlar, cinayətin törədilmə halları, təqsirləndirilən şəxsin şəxsiyyəti, keçirilən narkoloji tibbi yoxlama zamanı Məhkum narkomaniya xəstəliyi üçün səciyyəvi olan xəstəlik əlamətlərinin aşkar edilməməsi, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmiş meyarlar nəzərə alınmamışdır. Məhkəmə Məhkum q eyd olunan narkotik vasitə-heroini qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə etməsini, narkotik vasitələri 4 bükümlərə bölünmüş vəziyyətdə üzərində aşkar edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə baxmayaraq qeyd olunan narkotik vasitələri əldə edib 2 günlük icazə alıb Kürdəmir rayon ərazisinə gəlməsini, ibtidai istintaqda həmin narkotik vasitələri Rahim adlı şəxsdən aldığını göstərsə də, məhkəmə istintaqında tapılması ilə bağlı ziddiyyətli, qeyri-səmimi, özünü müdafiə xarakterli ifadələr verməsini, keçirilən narkoloji tibbi yoxlama zamanı Məhkum narkomaniya xəstəliyi üçün səciyyəvi olan xəstəlik əlamətlərinin aşkar edilməməsi, təfəkkürü, davranışı, emo siyaları və vegetativ sinir sisteminin vəziyyətində patoloji meyllilik (narkotik vasitə aclığı) sindromu əlamətlərinin aşkar olunmaması, heç bir yerdə işləməməsi, gəlir yerinin olmaması, bundan əlavə polis şöbəsində Məhkum narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə qərəzsiz məlumatın olması hallarını nəzərə almadan onun cinayət əməlini Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə əsassız tövsif etmişdir. Bundan əlavə hökmdə qeyd edilmişdir ki, Məhkum təqsirini etiraf etməklə əməlindən peşman olmasına Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymət verilir. Halbuki, səmimi peşmançılığın anlayışı Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən c inayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi verilmişdir. Səmimi peşman olan şəxs öz əməlini nəinki etiraf edir, həm də buna görə özünü daxilən mühakimə edir, cinayətin açılmasına, vurulmuş ziyanın aradan qaldırılmasına kömək edə biləcək halları düzgün göstərir, təqsirini "yumağa" çalışır. İstintaqda aşkar edilən sübutların təsiri altında təqsirkarın işə aid olan halları etiraf etməsi peşmançılıq kimi qiymətləndirilə bilməz. İşin hallarından görünür ki, Məhkum nəinki könüllü gəlib təqsirini boynuna almış, heç narkotik vasitələrin əldə edilmə mənbəyi, eləcə də onların saxlanma məqsədi barədə səmimi ifadələr verməmişdir. Onun ifadəsində qeyd olunan xüsusatlarla işin digər halları (narkotik vasitələrin miqdarı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları) arasında aşkar ziddiyyətlər vardır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci tarixli, 1(106)-408/2021 nömrəli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 1(041)-08/2021 saylı, 24 fevral 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Eldəniz Əhmədov tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-08/2021 saylı, 24 fevral 2021-ci il tarixli hökmü apelyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,04 qram, ümumi təmiz çəkisi 0,108 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 01 ədəd b ükümdə təmiz çəkisi 0,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi ilə bağlı epizodlar Kürdəmir Rayon Məhkəməsinin 1(041)-08/2021 saylı, 24 fevral 2021-ci il tarixli hökmünün təsviriəsaslandırıcı hissəsinin birinci abzasından və Məhkum qarşı elan olunmuş ittihamdan xaric olunmuş, hökm apelyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(106)-408/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri:

9. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçı sı onları təkrarlamaqla məhkəmənin əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etdiyini iddia etmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(106)-408/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhk əməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Dövlət ittihamçısı kassasiya protestin də məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu mad dəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021ci il tarixli, 1(106)-408/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini t apan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

21. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. 23.Apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Məhkum satış, yəni əvəzli və yaxud qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə istintaqa məlum olmayan m ənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarında ümumi təmiz çəkisi 0,108 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında təmiz çəkisi 0,15 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə mövcud sübutlarla öz təsdiqini tapmır, bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi Məhkum narkotik vasitələri və psixotrop maddəni s atış niyyəti ilə əldə etməsini təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur.

24. Bu səbəblərdən apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin şübhələrin məhkum olunmuş şəxsin xeyrinə həll edilməsi və onun əməlinin baş vermiş cinayətin nəticəsinə görə qiymətləndirilməklə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-cü maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımaya tövsif olunması və onun həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalı olmasına dair nəticəsi qanuni və əsaslı olmuşd ur.

25. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılma sı mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 27.Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

28. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1- ci maddəsi ilə ehtiva olunan pozuntulara yo l verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(106)408/2021 dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1(106)-408/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar