Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1529/2022 29.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(103)-466/2022 nömrəli hökmündən dövlət itt ihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 01 avqust 1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 28 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 6,036 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini əldə edib üzərində qanunsuz saxlamaqla Abşeron rayonu, Bakı-Sumqayıt şosesinin 22-ci kilometrliyinin yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 14 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum həmin tarixdə saat 15:00-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına aparılmış, Baş İdarədə saat 16:30-da n etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,380 qram və 2,656 qram olmaqla, ümumi təmiz çəkisi 6,036 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 1(101)1072/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmişdir.
5. Məhkəmənin həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli bəraət hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilib həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə məhkum edilməsinə dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin mübahisələndirdiyi hökmündə Məhkum bəraət verilməsi barədə sadaladığı cinayət işinin halları və həmin ha llara dair sübutlar həqiqətə uyğun deyil, Məhkum təqsirini sübut edəcək sübutların mötəbərliyini şübhə altına ala biləcək heç bir hal müəyyən edilməmişdir. Məhkəmə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan əsassız bəraət hökmü çıxarmış, halbuki iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən Məhkum qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşıması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(103)-466/2022 nömrəli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 iyul 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək həbsdə olması nəzərə alınaraq hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(103)-466/2022 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazl ar
8. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edildiyi və sonuncuya yüngül cəza təyin edilməsi mübahisələndirilmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli hökmünü ləğv edərək, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təqsirliliyinin təsdiqi faktiki olaraq yeganə hal – məhkəmə nəzarəti qaydasında xüsusi qərardadın qəbul edilməsi ilə təsdiqlənən içgəncə təsiri altında verilmiş izahatı üzərində qurulmuşdur. Cinayət işi üçü üzrə toplanmış bütün digər sübutlar cinayət-prosessual qanunvericiliyinin pozuntuları ilə əldə edilmiş, təhrif edilib ittiham aktında əksini tapmış, bunun təsdiqi birinci instansiya məhkəməsində çoxsaylı sübutlarla təqsdiq edilmişdir. Birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum barəsində bəraət hökmü çıxarıb qərarını ətraflı əsaslandırsa da, apellyasiya instansiyası məhkəməsi bəraət hökmündə göstərilənlərin əksinə heç bir dəlil gətirmədən, sonuncunu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib məhkum etmişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 1(101)-1072/2021 nömrəli hökmünün tam qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qa ydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlar ının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, həmçinin məhkuma yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla əlaqələndirmişdir.
16. Məhkum müdafiəçisi Müda fiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyini, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi haqqında tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kollegiya hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmaya n şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.
20. Həmin Məcəllənin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
21. Həmin Məcəllənin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
22. Məhkəmə kollegiyası həmçinin xatırla dır ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
23. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
24. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmet inin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
26. Həmin Məcəllənin 349.5.1-349.5.3-cü maddələrinin ümumi məzmununa tələblərinə görə isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökm ü əsaslı hesab edilir.
27. Həmin Məcəllənin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
28. Həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrinin ümumi məzmununa əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq sübuta yetirilmiş hesab edilə bilər.
29. Həmin Məcəllənin 353.2, 353.2.1-353.2.1-ci maddələrinin üm umi məzmununu ilə müəyyən edilir ki, cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar; ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir.
30. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olm alıdır.
31. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə praktikasının tənzimləməsi ilə verdiyi töfsiyələrində öz əksini tapmış, müvafiq Plenum qərarında qeyd edilmişdir ki, Apellyasiya müraciətinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin hökmünün müəyyən hissədə ləğv edilməsi və həmin hissədə yeni hökmün çıxarılması, digər hissələrdə isə hökmün dəyişdirilmədən saxlanılması və yaxud dəyişdirilməsi üçün əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsinin hökmü həm hökmə, həm də apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına və yaxud dəyişdirilməsinə dair apellyasiya instansiyası məhkəməsinin digər yekun qərarına xas olan xüsusiyyətləri təsviri əsaslandırıcı və nəticəvi hissələrdə nəzərdə tutmalıdır. Apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tərəflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yanaşı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir. Nəzərə alm aq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin istər hökmü, istərsə də digər yekun qərarı olsun, məhkəmə aktının qanuniliyi və əsaslılığı meyarları ilə ehtiva olunan tələblərə cavab verməli, apellyasiya müraciətlərinə məhkəmənin adekvat cavabını əks etdirməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı, № 15, §§ 89 və 91-92, 24 dekabr 2021-ci il).
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsaslanaraq milli məhkəmələr qarşısında ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsi üçün müəyyən etdiyi başlıca prinsiplərdən biri ondan ibarətdir ki, məhkəmə və tribunallar qəbul etdiyi qərar ların əsasında olan səbəbləri aydınlıqla göstərilməlidirlər (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 35, 2 aprel 2020-ci il, Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022--ci i və Fətullayev Azərbaycana qarşı (No. 2), № 32734/11, § 83, 7 aprel 2022-ci il).
33. Kassasiya şikayəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin hökmü yuxarıda qeyd edilən cinayət-prosessual qanunvericiliyinin normaları, eləcə də onların təfsirini verən ali məhkəmələrin qərarları ilə əlaqəli şəkildə müqayisə edildikdə, kassasiya şikayətinin dəlillərinin qismən əsaslı olduğu müəyyən edilir.
34. Apellyasiya instansiyası məhkəməsinin hökmü cinayət işinin digər materialları ilə müqayisə edildikdə görünür ki, 17 noyabr 2021-ci il tarixli bəraət hökmündə birinci instansiya mə hkəməsinin qeyd etdiyi - Məhkum qeyri-insani rəftara məruz qalması və onun müdafiə hüququn pozulması, ibtidai istintaq orqanının çoxlu sayda kobud prosessual pozuntulara və Məhkum ittiham edildiyi cinayətin törədilməsində təqsirliliyinin təsdiq edilməsi üçün topladığı sübutların təhrifinə yol verməsi barədə nəticəyə gəlməyə imkan verən dəlillər, Məhkum barəsində bəraət hökmünün çıxarılmasına əsas verən cinayət işinin halları və müvafiq təsdiq edici sübutlar ətraflı təsvir edilsə də (cild 3, səhifələr 291-300; məhkəmə kollegiyası onların təkrarlanmasına lüzum görmür), apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi həmin hökmü ləğv edərkən, bir tərəfdən, bunun edilməsinə səbəb verən hüquqi mövqeyini hər hansı üsulla əsaslandırmamış, digər tərəfdən isə, Məhkum törədilməsi eht imal edilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini yalnız sonuncunun tutulduğu ilk 2 gün ərzində verdiyi ifadələri ilə əsaslandırmağa çalışmış, lakin nəzərdən qaçırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə hətta öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
35. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hökmündə həmçinin cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası CPM-nin 144-cü və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılm ış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin müddəalarına da riayət edilməsini təmin etməmiş, bütün yuxarıda qeyd edilən ümumilikdə götürüdükdə, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.
36. Odur ki, Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsində ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların bir hissəsinin tədqiqindən əsassız imtina edilməsi, digərlərinin isə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun tədqiq edilməməsinə dair dəlilləri (Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələri) əsaslı hesab edilməli və bu pozuntuların aradan qaldırılmasını təmin etmək məqsədilə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmü ləğv edilməli, iş yeni yeni məhkəmə baxışına təyin edilməlidir.
37. Kassasiya protestinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona yüngül cəza təyin edilməsinə dair iddialarına (Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələri) gəldikdə, yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində təsbit olunmuş əsaslara görə apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi, sübutların yenidən araşdırılması, təqsirlilik və cəzanın təyin edilməsi kimi məsələlərə apellyasiya məhkəməsi tərəfindən münasibətin bildirilməsini labüd etdiyindən, məhkəmə kollegiyası ha zırki mərhələdə həmin dəlillərin araşdırılmasını və bu dəlillər üzrə kassasiya protestinin təmin edilməsini mümkün hesab etmir.
38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(103)-466/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən t əmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(103)-466/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.