Məhkəmə qərarları › İş №1(102)-1529/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1529/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1529/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-177/2023 saylı, 13 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən veril miş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1992-ci ildə Tovuz rayonu, Alakol kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 16 mart 2022-ci il tarixdə saat 17 radələrində atası X5 X7 tərəfindən döyülərək xəsarət alması səbəbindən həmin tarixdə saat 18 radələrində sonuncunun oğlu Zərərçəkmiş şəxs ilə evlərinin qarşısında küçədə mübahisə edərək küçədən götürdüyü ağac parçası ilə vurub ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir.

3. Tovuz Rayon Məhkəməsinin (sədrlik ed ən hakim Q.Y.Baxşıyev) 01 dekabr 2022-ci il tarixli, 1(062)-103/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı X1 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən Ə.G.Abdullayev, hakimlər S.B.Hüseynov və N.T.Əliyevdən ibarət tərkibdə) 13 mart 2023-cü il tarixli, 1(104)177/2023 saylı qərarı ilə apellyasiya protesti təmin edilməmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(062)-103/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 13 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri

7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd olunmuşdur ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə, kifayətedici sübutların əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin məhkəmə yalnız cinayət işi üzrə verilmiş ifadələri xuliqanlıq cinayətini aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübutun rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyə n xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini əsaslandırmamışdır. Bundan başqa, məhkəmələr sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, iş üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı halları ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və işin obyektiv hallarına uyğun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Məhkum əməlində xuliqanlıq cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CMnin 128-ci maddəsinə tövsif etmişdir.

8. Kassasiya protestinin müəllifi məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsini xahiş etmi şdir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən gö ründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Dövlət ittihamçıs ı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublik ası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)177/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

19. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

20. Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca h örmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il).

22. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin təhlili nəticəsində müvafiq vahid məhkəm ə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsir karın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi basa düşülür (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart 2004-cü il).

23. Eyni məqsədlə qəbul etdiyi digər sənəddə Azərbaycan Respublikası Ali Məhkəməsi müəyyən etmişdir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər ş əxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayə tinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). (“Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalı).

24. Dövlət ittihamçısının iddia etdiklərindən fərqli olaraq, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini CM-nin 128-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həmçinin işə baxılarkən dindirilmiş şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini əsas götürərək hadisə zamanı Məhkum ictimai qayda nı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmadığı, Məhkum qəsdinin atası X5 X7 tərəfindən döyülərək xəsarət alması səbəbindən sonuncunun oğlu olan zərərçəkmiş şəxs Famil İsayevə xəsarət yetirməyə yönəldiyi qənaətinə gəlmişdir.

25. Birinci instansiya məhkəməsi bu qənatə gələrkən Məhkum törətdiyi əməlin Məhkum atası Vidadi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs atası Famil İsayev arasında olan mübahisədən sonra baş verməsi və onunla əlaqədar olması, hadisə baş verən vaxt davada iştirak edən şəxslərdən, yəni hadisə üzrə tərəflərdən başqa heç kəsin olmaması, yalnız dava davam etdiyi müddətdən sonra, yəni faktiki olaraq zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs ayrıldıqdan sonra oraya qonşuların gəlməsi, təqsirləndirilən şəxsin hərəkəti zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət olunsa belə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərin mövcud olmaması kimi işin müəyyən edilmiş hallarına əsaslanmışdır.

26. Bundan əlavə istintaq orqanının gəldiyi nəticəyə görə ictimai asayişin pozulması halı heç bir əsaslı səbəb olmadan baş verdiyi hesab edilsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında 2016-cı ildən torpaq mübahisəsinin, həmçinin torpaq sahəsinə gediş-gəliş yoluna görə mübahisənin davam etdiyi, 07 fevral 2019-cu ildə Tovuz Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasındakı mübahisənin həll edilməsinə baxmayaraq münaqişənin faktiki olaraq hazırkı vaxtadək davam etdiyi, hadisə baş verən gün münaqişə tərəflərinin valideynləri arasında mübahisə baş verdiyi, hətta bir- birlərinə xəsarət yetirdikləri, bundan sonra hazırkı iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin yaşadığı evin qarşısına küçəyə gəlməsinin vəziyyəti daha da gərginləşdirərək münaqişəyə səbəb olduğu müəyyən edildiyindən birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, hazırkı mübahisənin az əvvəl olmuş hadisə ilə səbəbli əlaqəsi olduğundan baş vermiş hadisə “heç bir əsaslı səbəb olmadan” baş vermiş hadisə kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən zərərçəkmiş tərəfin əvvəlki davranışlarını da nəzərə almışdır.

27. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edir ki, Məhkum qəsdi ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməmiş, hadisə şəxsi münasibətlər zəminində baş vermiş, bununla da onun əməlində «xuliqanlıq» cinayətinin əlamətlərinin olmamış, qəsd zərərçəkmiş şəxsə xəsarət yetiməyə yönəlmişdir.

28. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

29. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin də lillərini müzakirə edərək, birinci və apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndir ilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)- 177/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar