Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1529/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə x xxxxxx 1994-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(103)-156/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(008)668/2023 nömrəli hökmü ilə (hakim E.H.Rəcəbova) X9 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya prote sti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(103)-156/2024 nömrəli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(008)-668/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X9 ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, X11 istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 0,976 qram olan narkotik vasitə heroini ə ldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində Sabunçu rayon Polis idarəsinin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində saxlanılıb Şöbəyə gətirilmiş və Şöbədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,976 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq bəraət almış şəxsa CM-in 234.1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, bəraət almış şəxsun törətdiyi CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış digər materiallarla təsdiq edildiyindən, ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin təqsirləndirilən şəxs X8 ibtidai istintaqa verdiyi cinayəti törətməsi barədə səmimi ifadəsini polis əməkdaşlarının onun döyməsi nəticəsində məcbur qalıb verməsi dəlili əsassız olmuşdur. Be lə ki, nə təqsirləndirilən şəxs, nə də müdafiəçi tərəfindən ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin döyülməsi barədə vəsatət qaldırılmamışdır. Bundan savayı, onun döyülməsi barədə gətirdiyi xüsusat məhkəmə tərəfindən heç bir araşdırılma aparılmadan, o cümlədən, məhkəmə tibbi ekspertizası təyin edilmədən, təqsirləndirilən şəxsin iddia etdiyi xəsarətin polis əməkdaşları tərəfindən yetirilməsi barədə məlumatı araşdırılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara göndərmədən, əassız olaraq yalnız onun formal ifadəsi və diskdə sifət nahiyəsində olan görüntünü polis əməkdaşları tərəfindən yetirilməsi kimi həqiqət hesabat edilməklə qəbul edilmişdir. Bundan əlavə, məhkəmənin bəraət verərkən əsaslandığı təqsirləndirilən şəxs X8 üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçək ilişin qeydə alındığı diskə baxış zamanı sonuncunun üzərindən narkotik vasitə aşkarlanması barədə heç bir görüntü olmaması, görüntünün təqsirləndirilən şəxsin otağa daxil olması, təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrin izah edilməsinə qədər məhdudlaşması, bundan sonra videogörüntünün yarımçıq kəsilərək başa çatması barədə dəlilənə münasibətdə qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları təhqiqatçı X10, əməliyyat müvəkilləri Şahid2, Şahid1 ifadələrindən görünür ki, Sabunçu rayon Polis idarəsinin 12-ci Polis şöbəsində xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs bəraət almış şəxsun üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə aşkar edilmiş və bu hal həmin vaxtı istifadə edilmiş videoçəkilişdə öz əksini tapmış, həmin disk istintaq a təqdim edilmişdir. Bundan başqa, məhkəmənin hökmündə təsvir edilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqinin tərtib etdiyi CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X1 sonra Sabunçu rayon Polis idarəsinin 12-ci PŞ-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı, polis mayoru X10 tərəfindən saxlanılan X9 özünü təqdim etməsi bildirir. Bundan sonra X11 özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. X11 isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra X7 üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir v ə bununla bağlı etirazının olub-olmaması soruşulur. X11 etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman X11 əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etdi. Bükümə baxış keçirildiyi zaman qəhvəyi rəngli maddə aşkar edildi. Göründüyü kimi, məhkəmənin həmin diskə baxış protokolunu öz hökmündə təsvir etməsi, mübahisələndirməməsi, ona hüquqi qiymət verməməsi, ümumiyyətlə münasibət bildirməməsi məhkəmənin özünün də diskdə olan görüntünün tam şəkildə olmasının mövcudluğuna inanmasına, həqiqət kimi qəbul etməsinə açıq-aşkar dəlalət edir. Belə olan halda məhkəmənin bəraət hökmünün əsas qayəsinin məhz şəxsi axta rış və götürmə protokoluna əlavə edilmiş diskdə videogörüntülərin hansısa texniki səbəblər üzündən silindiyi üçün olmaması üzərində qurulması, heç bir məntiqə sığmır və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını göstərir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramanada yerləşən Şuşa qəsəbəsində ilk öncə o polis əməkdaşları tərəfindən saxlanılmış, təxminən 20 dəqiqə sonra isə bəraət almış şəxsi saxlamışlar, o bəraət almış şəxsə heç bir narkotik vasitə satmamış, üzərində narkotik vasitə olmamışdır. Lakin iş materiallarında olan X6 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023 ci il tarixli hökmü ilə müəyyən edilmiş hallardan görünür ki, X10 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,801 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,801 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmay an mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,901 qram və 0,976 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmin iki büküm narkotik vasitə olan heroindən bir bükümünü-0,976 qram çəkidə heroini tanışı X9 20 manata satmış, yerdə qalan bir büküm 0,901 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada gəzərkən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş və şöbədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rə ngli şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdə təqsirləndirilən şəxs X6 heç kimə narkotik vasitə satmaması barədə gətirdiyi dəlil özünü müdafiə xarakteri kimi qiymətləndirilərək bu halın məsuliyyətdən boyun qaçırmağa yönəlməsi qeyd edilmişdir. Məhkəmə isə bəraət verərkən həmin hökmdə göstərilənləri nəzərə almamışdır. Bundan əlavə, məhkəmənin hökmündə təqsirləndirilən şəxs X8 X4 narkotik vasitə almaması barədə dəlilinə münasibətdə qeyd edilir ki, X6 Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmünün təsv iri hissəsində göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6386 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «tədqiqat Obyekti №59» ştamp əksi olan 2 (iki) ədəd paketdə, vət. X8 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin vət. X6 üzərindən aşkar edilmiş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Lakin məhkəmə isə bəraət verərkən bu halı nəzərə almamışdır. Lakin hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməm işdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı E.İbrahimovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbər liliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutl arı kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna ə saslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini m ənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiy ası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməs i qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X9 ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,976 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 1 sentyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində saxlanılıb Şöbəyə gətirilmiş və Şöbədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 0,976 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X11 ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir, X11ı əvvəllər Bakı şəhərində işləyərkən tanımış, onunla bir neçə dəfə narkotik vasitə alaraq istifadə etmişdir, 01 sentyabr 2022-ci il tarixdə yaşadığı Kürdəmir rayonundan Bakı şəhərinə maşın yuma məntəqəsində işləmək üçün gəlmiş, mobil telefon işlətmədiyi üçün Kürdəmirdə anasının telefonundan X11a yığıb danışmışlar ki, Sabunçu rayonunda Ramana qəsəbəsində, Şuşa şəhərciyində axşam görüşsünlər, həmin vaxt Şuşa şəhərciyinə gəlmiş, 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq tutmuşlar, polis əməkdaşları onu saxlamamışdan əvvəl X11ı tutub saxlamışlar, onun üzərində narkotik vasitə olmamışdır. X11 ondan əvvəl polis əməkdaşları tərəfindən tutulduğundan ondan narkotik vasitə ala bilməz di. Polis bölməsində olan zaman ona fiziki zor tətbq edilmiş, o da məcburiyyət qarşısında X11dan narkotik vasitə alması ilə bağlı ifadələri imzalamışdır. Üzərində narkotik vasitə olmamış, həmin günü o Kürdəmirdən Bakıya gəlmiş, ilk öncə X11ı polislər saxlamış, sonra onu tutub bölməyə gətirmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X10 təqsirləndirilən şəxs X8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, 1 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Ramanada yerləşən Şuşa qəsəbəsində ilk öncə o polis əməkdaşları tərəfindən saxlanılmış, təxminən 20 dəqiqə sonra isə bəraət almış şəxsi saxlamışlar, o bəraət almış şəxsə heç bir narkotik vasitə satmamış, üzərində narkotik vasitə olmamışdır, hadisədən əvvəl bəraət almış şəxs ona zəng etmiş, b ildirmişdir ki, “əlin çatan yer varsa narkotik vasitə götür, gəlim bir yerdə istifadə edək”. bəraət almış şəxs Kürdəmir rayonunda yaşadığından orada narkotik vasitə tapa bilmədiyindən ona narkotik vasitə tapmasını demişdir, danışmışlar ki, hər biri 10 manat qoyub narkotik vasitə alsınlar, o da narkotik vasitə almaq üçün gedərkən məhəllədəki marketə girərək içmək üçün “Bizon” almaq istəmiş, həmin vaxt onu polislər saxlamış, təxminən 15-20 dəqiqə sonra polislər bəraət almış şəxsi tutub gətirmişlər. Bölmədə olarkən fiziki zor tətbiq olunmuş, üzərinə narkotik vasitə qoyaraq məcbur etmişlər ki, ona məxsus olduğunu bildirsin, onun üzərində narkotik vasitə olmamış, narkotik vasitə almağa getdiyi vaxt onu polis əməkdaşları saxlamışlar, bəraət almış şəxsə narkotik vasitə satmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Sabunçu rayonu, Şuşa şəhərciyində iş yoldaşı Şahid1lə birlikdə xidmət apararkən Bağırov bəraət almış şəxsi uzaqdan görmüşlər, 10 dəqiqəyə kimi onu müşahidə etmişlər, həmin vaxt bəraət almış şəxs nəsə gözləyən şəxs kimi özünü aparmış, şübhəli şəxs kimi ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər, bəraət almış şəxs onlardan yayınmağa çalışmış, ona sual verdikdə bildirmişdir ki, yaxında kirayədə yaşayır, üzərində heç bir sənəd olmadığından onu şöbəyə dəvət etmişlər, raportla rəhbərliyə məruzə edilmiş, üzərinə şəxsi axtarış aparılmış, üzərindən bir büküm heroin çıxmışdır, təxminən çəkisi 0,9 qram olmuşdur. Verilmiş suallara cavab ola raq bildirmişdir ki, bəraət almış şəxsun üzərinə baxış keçirilərkən o həmin narkotik vasitəni kimdənsə bir neçə gün öncə aldığını bildirmişdir, bəraət almış şəxsu tək saxlamışlar, narkotik vasitəni aldığı şəxsin kim olduğunu bilməmiş, həmin şəxsi onlar saxlamamışlar. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 isə ifadəsində göstərmişdir ki, X11 Xudiyev barəsində əməkdaşlardan birinə daxil olmuş əməliyyat məlumatı əsasında onlar saxlanılmışlar, əslində X11 Xudiyevə görə bəraət almış şəxs saxlanılmışdır, digər polis əməkdaşları onları saxlamış, onlar da “Hyundai Tucson” markalı avtomobillə arxadan köməyə gəlmişlər. İş materiallarında olan Şahid2 və Şahid1 ifadələrindən müəyyən edilmişdir ki, şahid qismində dindirilmiş polis əməkdaşları ibtidai istintaq dövründə və məh kəmə istintaqı zamanı ziddiyətli ifadələr vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verilmiş etirafedici ifadəsi ilə bağlı aşağı instansiya məhkəmələri düzgün olaraq qeyd etmişlər ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında X11 özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni polis bölməsində fiziki zor tətbiq edildiyi üçün verdiyini bildirmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, X3 göz altı nahiyyəsinin qançırı, dodağının sol tərəfinin şişməsi müşahidə olunur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin bədəni üzərində olan xəsarətlərin vizual olaraq açıq aşkar görünməsinə baxmayaraq, istintaq orqanı onun döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə lazımi qaydada araşdırmanı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı tərəfindən sübut kimi istifadə edilmiş X8 üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair protokol və videoyazı ilə bağlı, X8 üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilsə də, məhkəmə iclası zamanı videoçəkilişə baxış keçirilərkən onun narkotik vasitəni təqdim etməsi və ya üzərindən aşkar edilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə əsasən axtarış və ya götürmə foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparıl ır, axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, X8 üzəri nə keçirilmiş şəxsi axtarış zamanı iştirak etmiş şahidlər Şahid2 və Şahid1 Əflatun oğlu onun üzərindən narkotik vasitə olan heroin aşkar edilməsini göstərsə də, həmin şahidlər cinayət prosesində şəxsi marağı olmayan şəxs hesab edilə bilmədiyindən hal şahidi kimi qəbul edilə bilməzlər, bununla da, şübhəli şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürməni əks etdirən videogörüntü tam olmadığından (şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi ilə bağlı görüntü mövcud deyil), həmçinin həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı iki hal şahidi (cinayət prosesində şəxsi marağı olmayan) iştirak etmədiyindən “şəxsi axtarış və götürmə aparılması haqqında” 1 sentyabr 2022-ci il tarixli protokolun sübutedici qüvvəsinin olmadığı qənayətə gəlmişlər. Məhkəmə kollegiyası aşağı instansiy a məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, bəraət almış şəxsun tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən, onun barəsində narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh e dilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törət məkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə ç ox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə itti hamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hal larının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X9 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X8 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetiri lməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci m addəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmi n edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №1(102)-1529/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1529/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver