Məhkəmə qərarları › İş №1(102)-153/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-153/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-153/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X9 Ağa oğlunun sədrliyi, hakimlər X5 və X3 ibarət tərkibdə) 11 may 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1988-ci il tarixdə Sabirabad rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasın ın Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə) 21 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmü Məhkum barəsində onun və müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müda fiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 01 fevral 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavəl ər etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olu nması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar