Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-153/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lo kal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 və X4, Məhkum və onun müdafiəçiləri Bakı şəhəri “Prestij” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(103)16/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1981-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Odlar Yurdu Universitetində müəllim və Azərbaycan Neft və X17 Həmkarlar İttifaqı Respublika Komitəsinin Sosial İqtisad şöbəsində müdir vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 213.1-ci maddəsi ilə ittiham elan olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, İsmayılov X5 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4d Məsuliyyətli Cəmiyyətinin (MMC) (VÖEN: **********) təsisçisi və direktoru vəzifəsində işləyərkən, müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olar aq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 78.3, 82.1, 82.4, 85.1, 103, 104, 105, 130.1, 130.2, 149.2, və 152.1-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək "xxxx" MMC-də xeyli miqdar təşkil edən 103429,10 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.
3. Belə ki, Məhkum təsisçisi və direktoru olduğu "xxxx" MMC-də 2016-cı il üzrə ümumi gəlir 3102873,24 manat, gəlirin əldə edilməsinə sərf edilmiş xərclər 2585727,70 manat, vergiyə cəlb edilməli mənfəət 517145,54 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 103429,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi gəliri 2375150,53 manat, gəlirin əldə edilməsinə sərf edilmiş xərcləri 2352797,75 manat, vergiyə cəlb edilməli mənfəəti 22352,78 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 4470,56 manat bəyan edib ödəməyərək, 103429,10 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim: X2) 31 avqust 2022-ci il tarixli, 1(007)-22/2022 nömrəli hökmü ilə Məhku m CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasının təyin edilməsi və cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanması, cəzanın icrasının Məhkum yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın təmin edilməsi və Məhkum 103429,10 manat tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
5. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi M üdafiəçi3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 1(007)22/2022 nömrəli hökmünün ləğv edilməsini və yeni hökm çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət məhkəmə tərkibində) 22 iyul 2024-cü il tarixli, 1(103)-16/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs-mülki cavadeh Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-22/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum olunduğu CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdi yindən ona “hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilməsi” barədə göstərişlərin hökmdən xaric edilməklə CM-in 213.1-ci maddəsi ilə cəza təyin edilməməsi, Məhkum elan olunmuş ittiham üzrə onun tərəfindən dövlət büdcəsinə ödəməkdən yayındırılmış mənfəət vergisinin məbləğinin 89.952,55 (səksən doqquz min doqquz yüz əlli iki manat əlli beş qəpik) məbləğində müəyyən olunması, hökmlə təmin edilmiş mülki iddianın məbləğinin dəyişdirilərək Məhkum 89.952,55 (səksən doqquz min doqquz yüz əlli iki manat, əlli beş qəpik) tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(103)16/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfin dən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmadığına görə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(103)-16/2024 nömrəli qərarının ləğv edilməsi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və əməlində cinayət hadisəsi olmadığından cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən isə kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçilər i hər biri ayrı-ayrılıqda çıxış edərək, tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X12 və X7 hər biri ayrı-ayrılıqda çıxış edərək, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi m əsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunun bu tələbindən göründüyü kimi, kassa siya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Məhkum müdafiəçisi kassasiya şikayəti ndə məhkumun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
19. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024cü il tarixli, 1(103)-16/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin et məlidir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 22. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət ve rilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.
23. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.
24. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçilərinin, kassasiya şikayətinin rədd edilməs i barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
25. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi hazırkı cinayət işi üzrə mübahisə obyekti olan əsas məsələ ekspert rəyləridir.
26. Apellyasiya instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-in 213.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə barəsində cəza təyin edilməməsi qənaətinə gələrkən öz nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə apellyasiya icraatı zamanı ke çirilmiş təkrar məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları üzrə 02 may 2024-cü il tarixli, 9/1785-9/1843 rəyin nəticə hissəsindən görünür ki, rəsmi sənədlərlə təsdiq olunmuş xərclər nəzərə alınmaqla Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən "xxxx" MMC-nin 2016-cı il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi 89.952,55 (səksən doqquz min doqquz yüz əlli iki manat əlli beş qəpik) məbləğində müəyyən edilmişdir və həmin məbləğ də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə kollegiyası mülki iddia məsələsini də müzakirə edərək hesab etmişdir ki, iş üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış mənfəət vergisinin miqdarı iş üzrə keçirilmiş sonuncu ekspert rəyinə uyğun olaraq 89.952,55 (səksən doqquz min d oqquz yüz əlli iki manat əlli beş qəpik) məbləğində müəyyən olunduğundan mülki iddia da həmin məbləğdə təmin olunmalıdır.
27. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi yekun qənaətinin əsası qismində istinad etdiyi yuxarıda qeyd edilən ekspertiza rəyi ilə ziddiyyət təşkil edən və yekun nəticəyə gələrkən həmin ziddiyyətlərin aradan qaldırılması istiqamətində heç bir əsaslandırma aparılmayan cinayət işi materiallarında olan sübutlara istinad edir.
28. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə "xxxx" MMCdə 103429,10 manat məbləğində vergi öhdəliyinin (2016-cı ilin mənfəət vergisi) olması təsdiq edilmişdir.
29. Cinayət işi materiallarında olan s übutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, aparılmış istintaqla "xxxx" MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləği 103429,10 manat təşkil etdiyindən Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilmişdir.
30. Apellyasiya icraatı zamanı keçirilmiş komisyon məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının rəylərinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin komisyon məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 yanvar 2024-cü il tarixli, 9/8721-9/8731 saylı (X15, Orxan İsgəndərov, Elvin Qəhrəmanov) rəyindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası üzrə: rəyin tədqi qi hissəsində göstərilənlər nəzərə alınmaqla iş materiallarında olan 19 iyun 2017-ci il tarixli “Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair akta” əsasən vergi orqanı tərəfindən 2016-cı il üzrə hesablanmış 103.429,11 manat məbləğində mənfəət vergisinin düzgünlüyü müəyyən edilmir. İş materiallarında olan sənədlərə və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının nəticəsinə əsasən isə "xxxx" MMC-nin 2016-cı il üzrə dövlət büdcəsinə ödənilməli olan vergi borcu 8.568,38 manat məbləğində müəyyən edilir.
31. CPM-in 127.3-cü maddəsinin tələbinə əsasən, ekspert rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətlə ndirilməlidir. Ekspertin rəyi ilə razılaşmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır.
32. Cinayət işi materiallarından müəyyən edilir ki, qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı ekspertlər dəvət edilərək ifadələri alınsa da, məhkəmə kollegiyası yekun qərarında sadəcə sübutları sadalamaqla kifayətlənmiş, məhkəmə istintaqı zamanı əldə edilmiş 12 yanvar 2024-cü il tarixli, 9/8721-9/8731 saylı ekspertiza rəyini sübut kimi qəbul etməməsinin səbəblərini, həmçinin sübut kimi qəbul etdiyi 02 may 2024-cü il tarixli, 9/1785-9/1843 ekspertiza rəyi ilə ibtidai istintaq zamanı əldə edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinin müqayisəli tədqiqini aparmadan, nəyə görə sonuncu ekspert rəyinə üstünlük verdiyini əsaslandırmamış, həmçinin apellyasiya icra atı zamanı xx.xx.2023-cü il tarixli ekspertiza təyini və 19.2.2024-cü il tarixli ekspertiza rəyini qərarlarına münasibətdə nəyə görə sonuncuda mənfəət vergisinin hesablanması tələbinə münasibətdə Nazirlər Kabinetinin 55 nömrəli qərarına istinad etdiyinin hüquqi əsaslandırmasını aparmamışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, vergi sahəsində formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
34. Vergi Məcəl ləsinin 67.1-ci maddəsinin 2016-cı il üzrə qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş v ergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. ve rgi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
35. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2016-cı ildə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır.
36. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2016-cı ildə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə e dilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi.
37. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan ekspert rəylərindən Vergi Məcəlləsinin qeyd olunan tələblərinə əməl edilməklə vergi məbləğinin hesablanması görünmür.
38. Hazırki qərarın əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmadığından və qarşıya qoyulmuş suallara əsaslandırılmış, inandırıcı cavablar verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarını qanuni və əsaslı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işləri üzrə məhkəmə araşdırmasının əsas vəzifəsi və məqsədi obyektiv gerçəkliyi müəyyən etməkdi r. İstintaq orqanının əsaslandığı ibtidai istintaq dövründə əldə edilən sübutlar məhkəmələr tərəfindən tam, hərtərəfli və ədalətli araşdırılmalı, lazım gəldikdə obyektiv həqiqəti müəyyən etmək üçün əlavə sübutlar əldə edilməlidir.
40. Digər tərəfdən, istintaq orqanının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən vergi borcunun hesablanması, şəxslərin vergi borcunun tamamilə mövcud olmaması anlamına gəlmir. Obyektiv həqiqətin müəyyən edilməsi prinsipinə əsasən, məhkəmə işdə olan sübutlardan, sənədlərdən, cinayət işinin digər materiallarından çıxış edərək, vergidən yayınmanın müəyyən edilməsi istiqamətində bütün imkanlardan istifadə etməlidir.
41. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(103)-16/2024 nömrəli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir.
42. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur.
43. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(103)-16/2024 nömrəli qərarı ləğv olunsun və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.