Məhkəmə qərarları › İş №1(102)-1530/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1530/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1530/2021 12.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyası nın 06 may 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rasim Kazımov) 1(044)-19/2021 nömrəli 03 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında saxlandığı 11 (on bir) ay 16 (on altı) gün müddət CM-in 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 2 (iki) il müdd ətinə azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 11 (on) ay 2 (iki) gün çıxılmaqla üzərində 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq 5 ədəd kibrit qutusunda, 3 ədəd kağız bükümdə, 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,788 qram, 3,265 qram, 3,264 qram, 3,190 qram, 0,431 qram, 1,632 qram, 3, 306 qram, 1,802 qram, 6,425 qram, 9,812 qram ümumi təmiz çəkisi 33,915 qram, həmçinin 2 ədəd sellofan paketdə, ayrı ayrılıqda təmiz çəkiləri 25 qram, 50 qram, ümumi təmiz çəkisi 75 qram olan, həmçinin 2 ədəd sellofan paketdə, ayrı-ayrılıqda təmi z çəkiləri 65 qram, 67 qram, ümumi təmiz çəkisi 132 qram, ümumilikdə 240,915 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi 160 saylı yaşayış evinin 2-ci mərtəbəsində öz istifadəsində olan mətbəx otağında saxlamış, 09 fevral 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin evə baxış keçirilərək Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxlamış olduğu ümumi çəkisi 240,915 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 1(104)-205/2021 nömrəli 06 may 2021-ci il tarixli qərarı ilə Gən cə şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı2 verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, işin hallarından isə görünür ki, istintaqa məlum olmaya n vaxt və mənbədən şəxsi istehlak miqdarında dəfələrlə çox - yəni, 14 ədəd bükümdə təmiz çəkisi 240 qram olan narkotik vasitə qurudulmuş marixuana, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyan Təqsirləndirilən şəxs məhkəmə əsassız olaraq CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı cəza növü, yəni azadlığın məhdulaşdırılması cəzası təyin etmişdir. Məhkəmə sonuncuya cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da, ona CM-in 234.1-ci maddəsində nəzərdə tu tulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını mümkün edən islah olunma yolunda olmamasını, belə olan halda Təqsirləndirilən şəxs gələcəkdə islah olunması üçün ona azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlamaqla daşıdığı 14 ədəd bükümdə təmiz çəkisi 240 qram olan narkotik vasitə qurudulmuş marixuana müvafiq qanunla müəyyən edilmiş həmin növ narkotik vasitənin şəxsi istehlak miqdarından 48 dəfə çoxdur. Həmin hal məhkəmə tərəfindən cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını cəza təyini zamanı nəzərə almamışdır. Beləliklə, məhkəmə Təqsirləndi rilən şəxs cəza təyin edərkən cinayət qanunvericiliyinin cəza təyin edilməsi ilə bağlı normalarının tələblərini və Ali Məhkəmənin Plenum qərarının tövsiyələrini, Təqsirləndirilən şəxs 14 ədəd bükümdə təmiz çəkisi 240 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamasını və işin digər faktiki hallarını nəzərə almamış, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzanın təyin olunması onun tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, səmimi peşman olmasını əsassız olaraq CM-in 59-cu maddəsinə əsasən cəz anı yüngülləşdirən hallar kimi nəzərə almaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədini təmin etməyən cəza təyin etməkdə səhvə yol vermişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halların hansı qaydada Təqsirləndirilən şəxs cəzasına necə təsir etməsini əsaslandırmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Bununla da, məhkəmə CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək Təqsirləndirilən şəxs əsassız olaraq yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 29.03.2020-ci il tarixli 218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsi isə hazırki hökmü çıxararkən məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd olunan Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınması məsələsini müzakirə etməmiş, apellyasiya məhkəməsi də ümumiyyətlə həmin dəlilə qərarda hər hansı mövqe bildirməmişdir. Mə hkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin ba şlıca dəlili məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törəd ilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzal arın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Apellyasiya protestində məhkumun qanunsuz saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın 14 bükümdə olması onun əməlinin ictimai təhlü kəlilik dərəcəsinin daha yüksək olmasını təsdiq edən hal kimi qeyd edilmişdir. Məhkəmə kollegiyasının fikrincə satış məqsədi və digər ağırlaşdıran hallar olmadan şəxsin narkotik vasitəni özünün istifadəsi üçün qanunsuz olaraq bir bükümdə deyil, bir neçə bükümdə saxlaması onun cəzasını ağırlaşdıran və ya əməlinin daha yüksək ictimai təhlükəlilik dərəcəsini göstərən hal kimi qiymətləndirilə bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (1 ildə n 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya protestinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, cinayəti səmimi etiraf etmiş, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmələr tərəfindən təyin edilmiş cəzanın ağırlaşması üçün əsas yoxdur, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Təqsirləndirilən şəxs cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs haqqındakı Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-c i maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar