Məhkəmə qərarları › İş №1(102)-1530/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1530/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1530/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Eldar İsmayılov, hakimlər Cavid Hüseynov və Samir Əliyev) 1(101)-809/2021 saylı, 29 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə, CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzan ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-1534/2021 nömrəli 04 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. 15 iyul 2022-ci il tarixdə Məhkum barəsində olan cinayət işi məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur. Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilsin. Cinayət işinin materiallarını araşdırarkən müəyyən edilmişdir ki, cinayət işinin materiallarına kassasiya şikayətinin əsli deyil, onun kserosurəti əlavə edilmişdir. Həmin kassasiya şikayətinin (surətin) tərtib edilməsi tarixi 10 iyun 2021-ci il kimi göstərilmiş, bu tarix şikayət olunan qərardan əvvəl təsadüf edir. İşə əlavə edilmiş kassasiya şikayətinin sürətinin Bakı Apelyasiya Məhkəməsinə daxil olması, onun daxil olmasının tarixi hər hansı bir qeydlə və ya sənədlə müəyyən olunmur. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, həmin kassasiya şikayətinin tərtib etdiyi tarixdən sonra hazırki cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 04 no yabr 2021-ci il tarixli qərarından Müdafiəçi tərəfindən 10 noyabr 2021ci il tarixdə kassasiya şikayəti vermiş, Məhkum 26 aprel 2022-ci il tarixli ərizəsi ilə müdafiəçinin kassasiya şikayəti geri götürmüş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı ilə həmin şikayət baxışdan çıxarılaraq geri qaytarılmışdır. Məhkəmə iclasında Müdafiəçi bildirmişdir ki, onun tərəfindən Bakı Apelyasiya Məhkəməsinə kassasiya şikayətinin əsli göndərilmiş, cinayət işinə tarixi düzəldilmiş sənədin kserosurətinin əlavə edilməsi ilə əlaqədar heç nə izah edə bilməmişdir. Yuxarıda göstərilən hallar hazırki cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarından Müdafiəçi 10 iyun 2021-ci il tarixli kassasiya şikayətinə baxılmasına m ane edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apelyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apelyasiya i nstansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, Müdafiəçi kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1534/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar