Məhkəmə qərarları › İş №1(102)-1530/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1530/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1530/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri X6 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Nural Əliyev və Dadaş İmanov) 11 oktyabr 2022-ci il tarixli, 1(100)-73/2022 nömrəli hökmü ilə xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görəbəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X11 təqsirləndirilir ondan ötrü ki, o, naməlum vaxtda və mənbədən satış məqsədilə ümumilikdə təmiz çəkisi külli miqdar hesab edilən 1007,937 qram çəkidə narkotik vasitə olan heroini və təmiz çəkisi külli miqdar hesab edilən 600 qram çəkidə narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib, heroinin 1005 qram çəkidə olan hissəsini, tiryəkin hamısını qanunsuz olaraq yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, 148a saylı binanın 29 saylı mənzilində, heroinin qalan 2,937 qram hissəsini isə qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində o, 07 may 2021-ci il tarixdə saat 16-30 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi 148a saylı binanın qarşısında müəyyən edilib ünvan 2 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib saat 17.35 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyində içərisində təmiz çəkisi külli miqdar hesab edilən 2,937 qram çəkidə narkotik vasitə olan heroin, yaşadığı ünvan 4 ünvanına həmin gün saat 18-20 dəqiqədə baxış keçirmə zamanı yataq otağında yerləşən çarpayının yanındakı dolabın siyirməsinin içərisinə gizlətdiyi 02(iki) ədəd iç-içə keçirilmiş şəffaf polietilen torbaların birində təmiz çəkisi külli miqdar hesab edilən 1005 qram çəkidə narkotik vasitə olan heroin və digər şəffaf polietilen torba kəsiyində isə təmiz çəkisi 600 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Salman Hüseynov) 14 fevral 2023-cü il tarixli 1(104)-136/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, ibtidai istintaq z amanı təqsirləndirilən şəxs X5 təqsirliliyi tam sübuta yetirilmiş həmçinin ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmadığını, heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. İttihamın əsaslandırılması üçün ittihamda göstərilmiş sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və digər şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Belə ki, təqsirləndirlən şəxs Elsevər Nəbiyev 08 may 2021-ci il tarixdə şübhəli şəxs qismində, 09 may 2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qi smində dindirilərkən ifadələrində üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını göstərərək etirafedici ifadələr vermişdir. Şübhəli şəxs qismində verdiyi ifadəsi videoçəkilişlə aparılmışdır. Eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilərkən törətdiyi əməli səmimi etiraf edərək, hər hansı təzyiq və ya fiziki zorakılığa məruz qalmasını bildirməmişdir. Elsevər Nəbiyev istintaqın ilkin mərhələsində etirafedici ifadələr verib, prokurorluqda aparılan araşdırma zamanı narkotik vasitənin ona məxsus olmadığını, döyüldüyünü bildirdiyi halda, bundan sonra istintaqın sonrakı mərhələsində özünü qismən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu da təqsirləndirilən şəxsin ifadələrinin sərbəst və özü iradəsi ilə verməsini göstərməklə, həmin ifadələrin f iziki zor tətbiqi və ya psixoloji təsir nəticəsində verilməsini birmənalı olaraq istisna etmiş olur. Bundan başqa məhkəmə telefon məlumatlarına və azadlığın məhdudlalaşdırılması cəzasını çəkməsini əsas gətirməklə Elsevər Nəbiyevin ifadəsində qeyd edilən tarixlərdə Bakı şəhərində olmadığını isbat etməklə, Elsevər Nəbiyevin həmin xüsusatla bağlı ifadəsinin obyektiv olmaması qənaətinə gəlmişdir. Lakin, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, təqsirləndirilən şəxs narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı özü sərbəst ifadə vermiş, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi ilə bağlı istintaq zamanı verilmiş əməliyyat tapşırığı ilə bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Elsevər Nəbiyevin narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək olmamış, bununla bağlı ayrıca icraata cinayət işi ayrılmış, narkotik vasitənin əldə edilməsi mənbəyi ilə bağlı Elsevər Nəbiyevə verilmiş ittihamda narkotik vasitənin “istintaqa məlum olmayan mənbədən və məlum olmayan vaxtda” əldə edilməsi göstərilmişdir. Odur ki, təqsirləndirilən şəxsin ifadəsində narkotik vasitənin əldə edilməsi mənbəyi və vaxtı ilə bağlı göstərdiyi xüsusatların qeyri-səmimi olması, ümumiyyətlə istintaq və məhkəmə təcrübəsində əksər hallarda həmin xüsusatla bağlı təqsirləndirilən şəxslər tərəfindən qeyri-müəyyən və həqiqətə uyğun olmayan ifadələr verilməsi nəzərə alınmaqla, məhkəmə tərəfindən düzgün qiymətləndirmə aparılmayaraq Elsevər Nəbiyevin istintaq zamanı verdiyi etirafedici ifadələrin həqiqətə uyğun olmaması ilə bağlı yanlış nəticəyə gəlinmişdir. Bundan başqa Elsevər Nəbiye vin xəsarət alması ilə bağlı Gəncə şəhər prokurorluğunda aparılmış araşdırma zamanı onun saxlanılarkən polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalmasını öz təsdiqini tapmadığı üçün 23 yun 2021-ci il tarixli qərar əsasında cinayət işinin başlanması rədd edilmişdir. E.Nəbiyevin xəsarət alması ilə bağlı İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması barədə Gəncə şəhər prokuroru tərəfindən 24 yun 2021-ci il tarixli qərar qəbul edilmişdir. Gəncə şəhər prokurorluğunda aparılmış araşdırma ilə bağlı 27 may 2021-ci il tarixli izahatında Elsevər Nəbiyev üzərində və yaşadığı evdə narkotik vasitə olmadığını, döyülmə nəticəsində etirafedici ifadələr verməsini 8 ay əvvəl Şahid1 tərəfindən üzərinə narkotik vasitə qoy ulmasına cəhd etməsi ilə bağlı özünə xəsarət yetirməsini bildirmişdir. Araşdırma materialı üzrə dindirilmiş polis əməkdaşları izahatlarında Elsevər Nəbiyev saxlanılarən üzərində xəsarət olmasını, Elsevərə onlar tərəfindən hər hansı fiziki zorakılıq və ya psixoloji təsir göstərilmədiyini, Şahid1 isə izahatında Elsevər Nəbiyevin doğru göstərmədiyini, əvvəllər onu tanımadığını bildirmişdir. Polis əməkdaşları istintaq həm də məhkəmə istintaqı zamanı izahatlarında göstərdikləri həmin xüsusatları eyni ilə təsdiq etmişlər. Həmin materialda olan X14 izahatında Elsevər Nəbiyevi 2 saylı istintaq təcridxanasında məhkumluq dövründə tanıdığını, Elsevər Nəbiyevin sonuncu dəfə 2021-ci ilin may ayının əvvəllərində xatırlamadığı tarixdə Gəncə şəhərində yerləşən “Sultan” marketin qarşısında gördüyünü, həmin vaxt Elsevərin gözünün altında, burnunun üstündə göyərtilər, ayağında sıyrıq və qolunda qızartılar olmasını gördüyünü, səbəbini soruşduqda isə onu tanımadığı uşaqların narkotik satışında ittiham edərək döydüklərini bildirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 prokurorluğa verdiyi izahatında göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Həmçinin qeyd edilməlidir ki, Anar Məmmədovun CM-in 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirləndirlməsi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində olan cinayət iş üzrə Anar Məmmədov məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitənin bir hissəsinin ona məxsus olduğunu, digər hissəsinin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Lakin, Anar Məmmədov polis əməkdaşlarına qarşı qərəzli mövqedə olduğu, o cümlədən Elsevər Nəbiyevlə yaxın münasibətdə olduğu halda belə səmimi ifadə verərək araşdırma zamanı izahatında göstərdiyi xüsusatları məhkəmə istintaqı zamanı da eyni ilə təsdiq etmişdir. Qeyd olunanlar Anar Məmmədova araşdırma zamanı hər hansı kənar təsir olmadan izahat verməsini, izahatında göstərdiklərini məhkəmə istintaqı zamanı da eyni ilə təsdiq etməsi, onun ifadəsinin həqiqiliyini özündə ehtifa etməklə, məhkəmənin Anar Məmmədovun ifadəsinə tənqid yanaşması ilə bağlı möqveyinin düzgün olmadığına dələt edir. Bundan başqa məhkəmə Elsevər Nəbiyevin xəsarət alması ilə bağlı toplanılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarın preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağl ı hər hansı əsaslandırma və qiymətləndirmə aparmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilm ir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökmün qüvvədə saxlamasının qan unsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, X5 narkotik vasitənin hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. X7 qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində və yaşadığı mənzildə narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. İstintaq orqanı X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittihamı elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X5 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzərində şəxsi axtarış keçirilməsi, məhkumun yaşayış evinə baxış keçirilməsi haqqında 07 may 2021-ci il tarixli protokolları, telefon məlumatlarından çıxarışı, şəxsi axtarışda və baxışda iştirak etmiş şəxslər Şahid1, Şahid2, Şahid3, X2 və Şahid5 şahid ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları təkrarən araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, X5 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X7 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüq uq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respub likası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birin ci instansiyası məhkəməsi X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün nəticəyə gəlmişlər. Məhkəmələr hazırki iş üzrə ittihamın əsasını təşkil edən X5 üzərində şəxsi axtarış keçirilməsi, məhkumun yaşayış evinə baxış keçirilməsi haqqında 07 may 2021-ci il tarixli protokolları qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 07 may 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 148a, mənzil 29-da yaşayan Elsevər adlı şəxsin üzərində və yaşadığı ünvanda narkotik vasitələr saxlaması barədə məlumat daxil olmuş, həmin məlumata əsasən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat-axtarış tədbirlərinin nəticəsində X3 şəhəri, Ü.Hacıbəyov küçəsi, 148a evin yanında müəyyən edilmiş və Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Elsevər Nəbiyevi tutmuş polis əməkdaşlarının ifadələrindən görünür ki, o, polis tərəfindən saat 16:30-da tutulmuş və polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Elsevər Nəbiyev saat 17:00-da tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 147.4-cü m addəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göründüyü kimi X16 şəhəri, Ü.Hacıbəyov küçəsi 148a nömrəli binanın yaxınlığında tutulmuşdur. Elsevər Nəbiyev həmin binanın 29 №-li mənzilində yaşayır, yəni öz mənzilinin yanında tutulmuşdur. Əməliyyat axtarış tədbirinin keçirilməsinə dair 07 may 2021-ci il tarixli qərarda onun üzərində və yaşadığı mənzildə təxirəsalınmadan baxış keçirilməsi nəzərdə tutulsa da, mənzilinin yaxınlığında tutulmuş Elsevər Nəbiyevin üzərinə və yaşayış yerinə baxış keçirilməsi mümkün olsa da, həmin tədbirlər həyata keçirilməmiş, o polis şöbəsinə gətirilmiş, orada üzərində axtarış keçirilmiş, bundan sonra yenidən yaxınlığında tutulduğu mənzilinə aparılaraq yaşayış yerinə baxış keçirilmişdir. Els evər Nəbiyevin azadlığı 16:30-da məhdudlaşdırılsa da, onun üzərində axtarış 17:35-də aparılmışdır. Yaşayış yerinə baxış isə 18:20-də başlamışdır. Hazırkı işdə şəxsi axtarış və yaşayış yerinə baxışın şübhəli şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Göründüyü kimi şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində və yaşayış yerində saxlaması barədə məlumat daxil olmuş, lakin tutulduğu an onun üzərinə və yaşayış yerinə baxış keçirilməmiş, axtarış yalnız polis şöbəsində həyata keçirilmiş, bundan sonra o yenidən mənzilinə aparılmış və yaşayış yerinə baxış keçirilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Elsevər Nəbiyev polislərin n əzarəti altında olduğu bir vaxtda yenidən yaşadığı evə gətirilmiş, həmin vaxt mənzilinin qapısı açıq olmuş, yəni mənzil artıq Elsevər Nəbiyevin nəzarətinə və məsuliyyətində olmadığı halda evinə baxış keçirilmişdir. Qeyd edilməlidir ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bundan başqa Elsevər Nəbiyevin yaşadığı mənzilinə baxış keçirilməsi barədə videogörüntüdən də görünür ki, mənzilə baxış keçirilməsindən əvvəl mənzilin giriş qapısının açıq olmuşdur. Mənzilə əvvəlcə polis əməkdaşı daxil olur, bundan sonra həmin polis əməkdaşı Elsevər Nəbiyevin q olundan tutaraq onu narkotik vasitənin aşkar olunduğu otağa salmışlar və həmin otaqda Elsevər Nəbiyev sellofan torbanı dolabdan çıxardaraq təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan halları nəzərə alıb əsaslı olaraq nəticəyə gəlmişdir ki, Elsevər Nəbiyevin tutularkən onun üzərində və yaşayış yerinə dərhal baxış keçirilməməsi həmin prosessual hərəkətlərlə bağlı ciddi şübhə və anlaşılmazlıqlar yaradır. Bütün bu pozuntuları əlaqəli şəkildə tədqiq etdikdə, müdafiə tərəfinin iddiaları əsaslı görünür və ittiham tərəfinin sübutlarını şübhə altına alır. Əməliyyat axtarış tədbirində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə gəldikdə məhkəmələr həmin polis əməkdaşlarının təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları olduğundan onların maraqlı tərəf olmalarını düzgün qiymətləndirmişdir. Həmçinin protestdə əks olunmuş ekspertiza rəyi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitələrin təqsirləndirilən şəxsə məxsus olması ilə bağlı şübhələrin olduğu təqdirdə, həmin rəy narkotik vasitənin növünü, tərkibini və miqdarını müəyyən etsə də, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmasını təsdiq edə bilməz. Kassasiya protestinin əsas dəlillərdən biri X5 istintaqın ilkin mərhələsində etiraf edici ifadələr verib, prokurorluqda aparılan araşdırma zamanı narkotik vasitənin ona məxsus olmadığını, döyüldüyün bildirdiyi halda, bundan sonra istintaqın sonrakı mərhələsində özünü qismən CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyi, həmçinin şahid X8 ifadəsində X5 bədəni üzərində əvvəlcədə n xəsarətlərin olmasını bildirdiyi göstərilməsidir. O cümlədən, X5 polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı cinayət işinin başlanmasının rədd qərarının olmasına istinad edilməsidir. Həmin dəlillər ilə bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Elsevər Nəbiyev istintaq təcridxanasına daxil olanadək verdiyi ifadələrində narkotik vasitələrin ona məxsus olmasını bildirmiş, istintaq təcridxanasına daxil olduqdan sonra bədəni üzərində xəsarətlər aşkar olunmuş və o, təcridxana rəhbərliyinə vermiş olduğu izahatında polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Elsevər Nəbiyev həm birinci instansiya məhkəməsində, həm apellyasiya məhkəməsinin iclasında ona ibtidai istintaq zamanı zorakılıq tətbiq edilməsini, işgəncə altında ifadələrinin alındığını göstərmişdir. Həmçinin həmin məsələləri Elsevər Nəbiyev ibtidai istintaq zamanı da irəli sürmüş, lakin onun həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Elsevər Nəbiyevə ibtidai istintaq zamanı işgəncə verilib-verilməməsinin müəyyən edilməsi məqsədi ilə onun müraciəti əsasında Gəncə şəhər prokurorluğunda aparılmış araşdırmanın materialları alınaraq öyrənilmiş və belə nəticəyə gəlinmişdir ki, Elsevər Nəbiyevin ondan ifadə zorakılıq və hədə qorxu tətbiq edilməklə alınması istisna olunmur. Məhkəmə kollegiyası da məhkəmələrin gəldiyi bu nəticəni əsaslı hesab edir. Belə ki, Gəncə şəhər prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul olunmuş 23 iyun 2021-ci il tarixli 261-c-21 sayl ı qərardan görünür ki, araşdırma zamanı X5, polis əməkdaşlarının, eləcə də X8 izahatı alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş yekunda Elsevər Nəbiyevin pis rəftara məruz qalması ilə bağlı müraciətinin əsassız olduğu nəticəsinə gəlinmişdir. İşin hallarından görünür ki, X11 07 may 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və MSY-nə gətirilmişdir. X5 08 may 2021-ci il tarixli şübhəli şəxs qismində və 09 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadələrindən görünür ki, o, həmin tarixli ifadələrində narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. X11 istintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlər aşkar olunmuş və o, həmin xəsarətləri polis əməkdaşlarının ona yetirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman ı ibtidai istintaqın ilkin mərhələsində narkotik vasitələrin ona məxsus olmasını bildirməsini belə izah etmişdir ki, ilkin istintaq zamanı ona zorakılıq edildiyi üçün narkotikin ona məxsus olmasını bildirmişdir. Sonradan isə döyülməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdir. Məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin ifadələrində olan bu məqamları işin şübhəli hallarından hesab edir. Gəncə şəhər prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı X5 barəsində olan məhkəmə-tibb ekspertizasının 27 may 2021-ci il tarixli 781 saylı rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun və hər iki gözaltı nahiyələrin qançırları, sol said və sol iç topuq oynağı nahiyələrinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni 07 may 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Araşdırma aparan orqan (Gəncə şəhər prokurorluğu) X5 dəlillərini əsassız hesab edərkən öz mövqeyini belə əsaslandırmışdır. “X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər o, polis əməkdaşları tərəfindən tutulmamışdan əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən yetirilmişdir. Ona polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin edilməsi öz təsdiqini tapmır”. Araşdırma aparan orqan bu nəticəyə gələrkən X8 izahatına istinad etmişdir. Həmin material üzrə izahatı alınmış X14 ifadəsində göstərmişdir ki, Elsevər Nəbiyevi 2021-ci ilin may ayının təqribən 5-6-sı Gəncə şəhərində yerləşən “Sultan” marketin qarşısında görmüş, h əmin vaxt Elsevərin gözünün altında, burnunun üstündə göyərtilər, ayağında sıyrıq və qolunda qızartılar olmasını görmüş, səbəbini soruşduqda isə onu tanımadığı uşaqların döydüklərini bildirmişdir. Məhkəmələr X8 ifadəsinə qiymət verərək onun yolda qarşılaşdığı şəxsin ayağında (yəni bədənin paltarla örtülü sahəsində) olan xəsarəti görməsi şübhə doğurur. Təqsirləndirilən şəxs Elsevər Nəbiyevdə həmin halı eyni qaydada şərh etmiş, Anar Məmmədovun onu görmədiyini və göstərdiklərinin yalan və həqiqətə zidd olduğunu bildirmişdir. X13 barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Elsevər Nəbiyevdə aşkar olunmuş xəsarətlər 07 may 2021-ci il tarixə uyğun gələ bilər. X14 isə ifadəsində Elsevər Nəbiyevi 2021-ci ilin may ayının təqribən 5-6-sı gördüyünü göstərmişdir. Qeyd olunan ha l X8 ifadəsinin mötəbərliyini şübhə altına alır və həqiqəti əks etdirmədiyini göstərir. Bundan başqa qeyd etmək lazımdır ki, 07 may 2021-ci il tarixdə Gəncə şəhər Polis İdarəsinin MSY-ə daxil olarkən Elsevər Nəbiyevin bədəni üzərində xəsarətin aşkar edilməmişdir. 10 may 2021-ci il tarixdə istintaq təcridxanasından Gəncə şəhər prokurorluğuna məktub göndərilərək Elsevər Nəbiyevin bədəni üzərində xəsarətlərin aşkar olunması faktı bildirilmişdir. İşin məhz bu halı onu göstərir ki, Elsevər Nəbiyev həmin xəsarətləri polis əməkdaşlarının nəzarəti altında olduğu müddətdə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə şəhər prokurorluğunda təqsirləndirilən şəxs X5 bədəni üzərində olan xəsarətlərlə bağlı səmərəli və qərəzsiz araşdırma aparılmamış və bu səbəbdən Avropa İnsan Hüquqları Məhkəməsini n president hüququna əsasən həmin qərar Elsevər Nəbiyevin hazırki cinayət işi üzrə təqsirli olub-olmamasını müəyyən edərkən onun ilkin ifadəsinin zorakılıq tətbiq edilməsi nəticəsində alınmasını istisna edən hal kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti saxlama yerlərinə aparılan şəxslərin bədəni üzərində hər hansı bir xəsarət olmadığı halda, həmin şəxslər oradan istintaq təcridxanasına keçirilərkən və ya azad olunarkən bu zaman şəxsin bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi müvafiq dövlət orqanının üzərinə düşür və həmin orqan bunu edə bilmədikdə Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı məsələ ortaya çıxır. Hazırki işin hallarından da görünür ki, X11 MSY-nə apar ılarkən onun bədəni üzərində hər hansı xəsarətin olması ilə bağlı hallar mövcud olmamış, yalnız sonradan bədəni üzərində xəsarətlərin olması müəyyən edilmiş, X11 bu xəsarəti polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülərək aldığını bildirmişdir. Eyni zamanda tədqiq olunmuş ekspertiza rəyindən də görünür ki, X5 bədəni üzərində aşkar olunmuş xəsarətlər onun göstərdiyi tarixə uyğun gəlir. Həbsdə olan şəxsə zorakılıq tətbiq edilməsi barədə məlumat üzrə araşdırma aparan Gəncə şəhər prokurorluğu zorakılıq faktını təkzib edərkən hər hansı mötəbər sübuta istinad etməmiş, bu isə həmin məlumatla əlaqədar səmərəli araşdırmanın aparılmadığı qənaətinə gəlməsi üçün kifayətdir. Kassasiya protestinin digər dəlili X5 istintaqın sonrakı mərhələsində təqsiləndirilən şəxs qismində verdiyi 16 avqust 202 1-ci il tarixli ifadəsində ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmadığını, heç bir təzyiq və təsirə məruz qalmadığını bildirməsidir. Lakin cinayət işinin materiallarının birinci cildinin198-200-cü səhifələrində olan X5 16 avqust 2021-ci il tarixli ifadəsindən görünür ki, həmin ifadə sual-cavab əsasında qurulmuş, ona zor tətbiq olunması, təzyiq və təsirə məruz qalması ilə bağlı heç bir sual verilməmiş və o, bu barədə ifadə verməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının X9 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən əsaslandığı sübutlardan biri də telefon danışıqlarına dair məlumatlardır. Lakin həmin məlumatlarda X5 onda aşkar edilmiş narkotik vasitənin hər hansı şəxsə satmasını təsdiq edə biləcək mesajlar yoxdur. X11 tərəfindən hər hansı şəxsə həmin narkotik vasitənin satılması ilə bağlı hər hansı mesajın yazılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X7 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış keçirilməsi barədə və yaşayış evinə baxış keçirilməsi barədə protokolları, şahidlər Şahid1, Şahid2, Şahid3, X1 Xəyyam Xəzani oğlunun ifadələri şübhə doğurur və mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə və Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında y aranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X5 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyas ı məhkəməsinin X11 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edil miş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar