Məhkəmə qərarları › İş №1(102)-1530/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1530/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1530/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə x xxx 1999-cu il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.3, 221.3 və 128-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2025-ci il tarixli 1(104)-60/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 1(100)-249/2024 nömrəli hökmü ilə (hakimlər: A.E.Məmmədov (sədrlik edən), M.M.Məmmədzadə və R.N.Ələkbərli) Məhkum - Azərbaycan Respublikası CM-in 126.2.3, 126.2.4, 221.3 və 128-ci maddə ləri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.2.3 və 126.2.4cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 128-ci maddəsi ilə isə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən, Ağstafa rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(015)-22/2023 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə tam toplanmaqla və hökmə əsasən çəkilmiş müddət qəti cəza müddətin dən çıxılmaqla ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət çıxılaraq Məhkum üzərində qəti olaraq 7 (yeddi) 11 (on bir) 27 (iyirmi yeddi) gün saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2025-ci il tarixli 1(104)60/2025 nömrəli qərarı ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), S.Ə.Əzizov və E.İ.Məmmədov) (Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2025-ci il tarixli (1(104)-60/2025 nömrəli qərarı nəzərə alınmaqla) verilmiş apellyasiya şikayəti qism ən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 1(100)-249/2024 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum irəli sürülmüş və təqsirli bilinərək məhkum olunduğu ittihamdan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azaldılaraq 6 (altı) il müddətə endirilmiş, ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə isə 6 (altı) altı ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhr umetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Ağstafa rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(015)-22/2023 nömrəli hökmü ilə Məhkum təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə tam toplanmaqla ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılaraq Məhkum üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 26 mart 2023-cü il tarixdə saat 16 radələrində bir müddət əvvəl mərhum qohumu azyaşlı qardaşı oğlu ilə zərərçəkmiş şəxsin övladının yaşadığı qəsəbədə bir-biri ilə dalaşması, bununla bağlı aralarında yaranmış mübahisə ilə əlaqədar Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında yerləşən taxıl sahəsində aralarında yaranmış narazılığa aydınlıq gətirilməsi üçün şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs2 istintaqa məlum olmayan çapıcı alətlə qəsdən vuraraq sonuncuya sol biləyin çapılmış yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Məhkum, 13 may 2023-cü il tarixdə saat 15 radələrində ictimai yer sayılan Ağstafa rayonu Heydər Əliyev prospektində yerləşən Ağstafa rayon pro kurorluğu və Ağstafa rayon məhkəməsinin inzibati binalarının qarşısında, nəqliyyatın və vətəndaşların hərəkətinin intensiv olduğu avtomobil yolunun hərəkət hissəsində hərəkətdə olan nəqliyyat vasitələrinin dayanması, ətrafdakı şəxslərin narahatçılığına səbəb olmaqla orada olan şəxslərin gözü qarşısında, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş etik davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı qərəzli surətdə laqeydlik və açıq etinasızlıq göstərərək, bir neçə gün əvvəl qardaşı oğlu X3 qəsdən öldürülməsi hadisəsi zamanı sonuncunun yanında olmuş Zərərçəkmiş şəxs1 qardaşı X10un hadisə barədə onlara vaxtında məlumat verməməsi ilə bağlı aralarında olan narazılıqla əlaqədar qohumları - qadınlar arasında başlamış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan ora gəlmiş əmisi oğlu Zər ərçəkmiş şəxs1 ilə mübahisə edib əvvəlcə yumruq və təpiklə bədəninin müxtəlif hissələrinə, sonra isə cinayətkar hərəkətlərini davam etdirərək zərərçəkmişin yaxın qohumları - atası Şahid4 və anası Şahid1 gözü qarşısında, onlara əzab verdiyini dərk edərək üzərində gəzdirdiyi ümumi uzunluğu 220 mm olan, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən məişət təyinatlı «kəpənək» formalı, açılıb-qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinə qəsdən bir dəfə vuraraq döş qəfəsinin sağ yarısının boşluğa keçən kəsilmiş-deşilmiş yarası, hemopnevmatoraks, sağ ağ ciyərin aşağı payının aşağı kənarının kəsilmiş-deşilmiş yarası ilə nəticələnən və yetirildiyi anda həyat üçün təhlükəli olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə, nəqliyyatın dayanmasına səbəb olan, ətrafdakı şəxslərin dincliyi, normal fəaliyyəti və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2025-ci il tarixli qərarının dəyişdirilməsi və barəsində ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2025-ci il tarixli qərarın ın ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Protestdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq təqsirləndirilən şəxs Məhkum ittihamından onun Azərbaycan Respublikası CM-in 126.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair müddəalar xaric edilmişdir. Belə ki, dövlət ittihamçısının fikrincə, Məhkum Zərərçəkmiş şəxs1 qardaşı X10un hadisə barədə onlara vaxtında məlumat verməməsi ilə bağlı aralarında olan narazılıqla əlaqədar qohumları - qadınlar arasında başlamış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, əmisi oğlu Zərərçəkmiş şəxs1 ilə mübahisə edib əvvəlcə yumruq və təpiklə bədəninin müxtəlif hissələrinə, sonra isə üzərində gəzdirdiyi cib bıçağı ilə bir də fə vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Protestdə həmçinin qeyd olunur ki, məhkəmə Məhkum təyin olunmuş cəzanın müddətinin hesablanmasında da səhvə yol vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM- in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum ittihamından əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair müddəaların xaric edilməsi xahiş olunur, həmçinin Məhkum təyin olunmuş c əzanın müddətinin hesablanmasında da səhvə yol verilməsi qeyd edilir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinə görə “Eyni əməllər: 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə— altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 128-ci maddəsində sağlamlığın qısa müdddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olu nması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir.” Məhkəmə kollegiyası ilkin olaraq kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli təhlil edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təq sirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin ( şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Məhkum təqsirli bilinərək məhkum olunduğu Azərbaycan Respublikası CM-in 126.2.3, 128 və 221.3-cü maddələrində nəzərdə tutulan ittihamla razılaşsa da, ona elan edilmiş və məhkum olunduğu Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum ittiham verilmişdir ki, o, xuliqanlıq niyyəti ilə qəsdən əmisi oğlu X1 ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsi də həmin ittihamla onu təqsirli bilərək məhkum etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə kollegiyası apellyasi ya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həm ibtidai istintaq həm də, birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə şəxsi münasibətlər zəminində baş vermiş, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs X10u qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurmamışdır. Belə ki, həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, hadisədən bir müddət əvvəl Məhkum qardaşı X oğlu başqa şəxs tərəfindən bıçaqlanaraq öldürülmüş, hadisənin şahidi olan digər əmisi Şahid4 oğlu X hadisəni həmkəndlilərinin törətdiyini görsə də, tanımadığı şəxsin törətməsini dediyi üçün əmisig illə aralarında narazılıq yaranmış və X barəsində prokurorluğa şikayət etmişlər və buna görə əmisigillə münasibətləri pozulmuşdur. Hadisə baş verən gün, yəni 13 may 2023-cü il tarixdə yenə həmin məsələ ilə bağlı aralarında mübahisə yaranmışdır. Buna görə zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun atası X, nənələri X və bibisi X şikayət etmək üçün prokurorluğa getmişlər. Həmin vaxt Şahid4 təqsirləndirilən şəxs Məhkum idarə etdiyi avtomobillə onların yanından keçib getdiyini görüb mübahisəyə aydınlıq gətirmək üçün oğlu X birlikdə öz idarə etdiyi avtomobilə əyləşib X arxasınca getmiş, onlar işarə edərək Məhkum avtomobili saxlamasını bildirsə də, Məhkum avtomobili saxlamayaraq sürüb getmişdir. Sonra şikayət etmək üçün rayon prokurorluğunun qarşısına gəlmişlər. Bir müddət sonra Məhkum da qətlə yetir ilmiş qardaşı oğlunun anası İlhamə ilə birlikdə prokurorluğun qarşısına gəlmişlər. Bu zaman tərəflər arasında yenidən mübahisə baş vermiş, Məhkum əmisi oğlu Şahid4la mübahisə edib dalaşarkən X oğlu zərərçəkmiş Zərərçəkmiş şəxs1 da davaya qoşularaq Məhkumla əlbəyaxa olmuş, dava-dalaş zamanı Məhkum əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən vurub sağlamlığına ağır zərər yetirmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, birinci instansiya məhkəməsi isə öz hökmündə Məhkum bir neçə gün əvvəl qardaşı oğlu X3 qəsdən öldürülməsi hadisəsi zamanı sonuncunun yanında olmuş Zərərçəkmiş şəxs1 qardaşı X10un hadisə barədə onlara vaxtında məlumat verməməsi ilə bağlı aralarında olan narazılıqla əlaqədar qohumları arasında başlamış münaqişə zamanı əmisi oğlu Zərərçəkm iş şəxs1 ilə mübahisə edib dalaşarkən onu qəsdən vurduğunu göstərsələr də, öz gəldikləri nəticəni yalnış olaraq heç bir əsaslı səbəb olmadan ora gəlmiş əmisi oğlu Zərərçəkmiş şəxs1 ilə mübahisə edib xuliqanlıq niyyəti ilə vurması kimi qiymətləndirmişlər. İş materiallarından görünür ki, hadisənin qeyd olunan səbəbə görə şəxsi münasibətlər zəminində baş verməsi, Məhkumla Şahid4 arasında dava-dalaş zaman X10un da davaya qoşularaq Məhkumla əlbə-yaxa olub dalaşması həm ibtidai istintaq, həm də birincin instansiya məhkəməsində sübut olunduğu halda, istintaq orqanı təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında, birinci instansiya məhkəməsi isə öz hökmündə bu xüsusatı nəzərə almayaraq, əsassız olaraq təqsirləndirilən şəxsin əməlini heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilmə si kimi qiymətləndirmişlər. Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilərkən hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi əsaslandırılmamışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək hesab edir ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna m alik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn heç bir səbəb olmadan). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmiş dirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci madd əsindəki tövsifedici əlamətlər və CM-in 121-123, 134-cü maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində baş vermiş nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (h ərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Əməlin xuliqanlıq niyyəti ilə törədilməsi üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisəl əndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin Məhkum təyin olunmuş cəza müddətinin hesablanmasında apelyasiya instansiyası məhkəməsi tərəfindən səhvə yol verilməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, Məhkum təyin olunmuş cəza müddətinin hesablanmasında birinci instansiya məhkəməsi tərəfindən də səhvə yol verilmiş, həmin hökm dövlət ittihamçısı tərəfindən həmin hökm mübahisələndirilməmişdir. Apellyasiya instansiya məhkəməsi baxışı zamanı dövlət ittihamçıs ı çıxışında həmin hökmün qüvvədə dəyişdirilmədən saxlanmasını xahiş etmiş və beləliklə də, məhkuma təyin olunmuş cəzanın hesablanmasına dair məhkəmə səhvi ilə razılaşmışdır. Azərbaycan Respublikası CPM-nin 409.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən kassasiya protesti vermək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təyin olunmuş cəzanın hesablanmasında yol verilmiş məhkəmə səhvi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2025-ci il tarixli 1(104)-60/2025 nömrəli “Məhkəmə qərarında yol verilmiş yanlışlığın aradan qaldırılmasına dair qərarı” ilə aradan qaldırılmışdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməs i ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterin i və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 5 azyaşlı uşaqları nın və yaşlı atası və anasının olmasını, zərərçəkmiş şəxs olan qohumu X7 ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya i nsan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsə di ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya protestinin d əlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi və kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2025-ci il tarixli qərarı (Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 mart 2025-ci il tarixli 1(104)-60/2025 nömrəli qərarı nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar