Məhkəmə qərarları › İş №1(102)-1531/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1531/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1531/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-194/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfin dən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində ünvansız fərdi yaşayış evində yaşamışdır. 2. 30 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmiş, həmin tarixdə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

3. M əhkəmə tərkibinin öz-özünə etirazı ilə bağlı cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, 27 aprel 2022-ci il tarixdə həmin məhkəmənin icraatına daxil olmuşdur. 4. 11 may 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 24 dekabr 2012-ci il tarixdə “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Məhkum ilə cinayət əlaqəsinə girə rək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin əvvəllərindən qeyd olunan “Xəbər kanalı” səhifəsində Goranboy Rayon İcra Hakimiyyəti Başçısının aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs2, əvvəllər Su və meliorasiya İdarəsinin Goranboy rayon Subartezian quyularının istismarı idarəsinin rəisi işləmiş sonuncunun atası Akif İbrahimov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kəlbəcər rayon şöbəsində baş əməliyyat müvəkkilli vəzifəsində işləyən qardaşı Xaliq İbrahimov və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi, rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsi və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin fevral ayının ortalarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncunun özü, atası Akif İbrahimov və qardaşı Xaliq İbrahimov barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı özlərində başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkumlə birlikdə bildirib, qeyd e dilən səhifədə Zərərçəkmiş şəxs2 və qeyriləri barədə yayımladıqları video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Məhkum və özünə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Məhkumlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatla r yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayının 11-də qeyd olunan “Xəbər kanalı” səhifəsində X9 İstismar İdarəsinin Goranboy xidmət sahəsində çilingər vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 özünün, eləcə də qardaşı Goranboy rayonu üzrə maliyyə idarəsinin müdiri İltifat Sadıqov tərəfindən guya dövlətə məxsus pul vəsaitlərinin mənimsənilməsi, rayon ərazisində qanunsuz olaraq torpaq sahələrinin zəbt olunması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin aprel ayının ortalarında özünə müraciət e tmiş Zərərçəkmiş şəxs3 ilə Yevlax şəhərinin ərazisində görüşərək, sonuncunun özü və qardaşı İltifat Sadıqov barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların da özlərində olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkumlə birlikdə ona bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs3 və yaxını barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Məhkum və özünə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Məhkumlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, “Youtube” internet üzərind ən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayından etibarən qeyd olunan “Xəbər kanalı” səhifəsində Goranboy rayonu Səfikürd kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, qanunsuz olaraq şagirdlərdən pul toplaması və digər xarakterli, onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kana lı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci aprel ayının sonlarında özünə müraciət edən Zərərçəkmiş şəxs4 və anası Şahid1 26 aprel 2021-ci il tarixdə Goranboy rayonunun Qızıl Hacılı kəndinin ərazisində görüşdükləri zaman Zərərçəkmiş şəxs4 barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların da özlərində olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkumlə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs4 barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb edib, Zərərç əkmiş şəxs4 barəsində rüsvayedici məlumatların qeyd edilən internet səhifəsindən tədricən silinməsi və sonradan yeni video çarxların paylaşılmamasına görə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 məxsus 300 manat məbləğində pul vəsaitini 26 aprel 2021-ci il tarixdə Qızıl Hacılı kəndində hədə-qorxu ilə almağa nail olduqdan sonra cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs4 ilə “WhatsApp” mobil proqramı vasitəsi ilə əlaqə saxlayaraq, eyni məlumatları yenidən hədə-qorxu gəlməklə bəyan edib, sonuncu barəsində yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə əlavə olaraq 300 manat məbləğində pul vəsaitinin verilməli olduğu bildirərək hədə-qorxu hərəkətlərini vahid niyyətlə d avam etdirməklə, Məhkumlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etmək məqsədilə “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində 2021-ci ilin fevral ayından etibarən Goranboy rayon icra hakimiyyəti başçısının aparatının Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənim sənilməsi və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yaydıqdan sonra, 2021-ci ilin aprel ayının sonlarında “Whatsapp” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq əlində sonuncunun guya icra nümayəndəliklərindən və yerli bələdiyyə orqanlarından pul toplamağı, qanunsuz olaraq torpaq sahəsini müxtəlif şəxslərə istifadəyə verməyi barədə xidməti iş və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağını hədə-qorxu gəlməklə bəyan edib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs5 və qeyriləri barədə yayınlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə 1.500 ( bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb etmiş, lakin Zərərçəkmiş şəxs5 həmin pul vəsaitini vermək üçün onunla görüşməməsinə baxmayaraq, cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2021-ci ilin may ayının ortalarında yenidən “Whatsapp” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq eyni məlumatları yenidən hədə-qorxu gəlməklə bəyan edib, sonuncu barəsində yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olduğu bildirərək, həmin pul vəsaitini hədəqorxu ilə ondan təkrarən tələb etmişdir. Bundan baş qa, Təqsirləndirilən şəxs təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Məhkum ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin əvvəllərindən qeyd olunan “Xəbər kanalı” səhifəsində Goranboy rayon icra hakimiyyətinin başçısının müavini Zərərçəkmiş şəxs1 və icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi, rayon icra hakimiyyətinin tabeliyində olan səhiyyə orqanlarında guya qanunsuz fəaliyyətlə məşğul olunması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin iyul ayının əvvəllərində özünə müraciət edən Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə həmin tarixdə Goranboy rayonunun ərazisində görüşərək, sonuncuya özündə Goranboy Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağı hədəsini Məhkumlə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs1 və qeyriləri barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların ya yımlanmaq üçün hazırlanmamasından ötrü Məhkum və özünə 4.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən “Azərbaycan Nəşriyyatı”nın inzibati binasında yerləşən iş otağında Şahid2lə yenidən görüşdükdə eyni məlumatları sonuncuya Məhkumlə birlikdə yenidən hədə-qorxu gəlməklə bəyan edib, əldə edəcəyi pulun bir hissəsinin guya özünün həmin rayona gediş-gəliş zamanı xarab olmuş avtomaşınının təmiri üçün də ödəyəcəyini bildirərək hədə-qorxu hərəkətlərini vahid niyyətlə davam etdirib, İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsi olan Zərərçəkmi ş şəxs1 və qeyriləri barədə rüsvayedici məlumatların qeyd edilən internet səhifəsindən 2021-ci ilin avqust ayının sonundan başlayaraq tədricən silinməsi və sonradan yeni video çarxların paylaşılmamasına görə Məhkum iştirakı ilə Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almağa nail olub Məhkumlə aralarında böldükdən sonra, eyni niyyətlə, 10 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Şahid2 məxsus “Mercedes Benz C180” model AZ **-GE***” dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan Məhkumlə birlikdə gəlmiş cinayətdən xəbərsiz olan oğlu Şahid3 vasitəsi ilə qalan 2.000 manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini almaqla, Məhkumlə qa baqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır.

6. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-233/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

7. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir.

8. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri məhkəmə tərəfindən lazımi qaydada protokollaşdırılmamış, həmin şəxslərin məhz məhkəmə istintaqı zamanı yox, istintaq dövründə alınmış ifadələri məhkəmə hökmündə öz əksini tapmışdır. Məhkəmə irəli sürülmüş uydurma ittihamı təsdiq etmək üçün işin həqiqi hallarını müəyyən etmək əvəzinə, istintaq orqanı tərəfindən alınmış birtərəfli ifadələrə istinad etmişd ir. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olması barədə irəli sürülmüş ittiham uydurma olmaqla əsası olmayan xüsusatlara əsaslanıb ehtimallardan irəli gəlmişdir. Məhkəmə istintaqı üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilməməsi, zərərçəkmişlərin və şahidlərin ifadələrinin düzgün protokollaşdırılmaması və lazımi qaydada qeydiyyatının aparılmaması, məhkəmənin istintaq orqanının mövqeyinə meylli olmaqla sərbəst və obyektiv mühakimə imkanından istifadə etməməsi, əməlində cinayət tərkibinin əlamətləri olmamasına baxmayaraq, hökmlə məhkum edilməsi müdafiə etdiyi şəxsə münasibətdə Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun qorunması haqqın da tələblərə əməl edilməməsinə gətirib çıxarmışdır. Xüsusilə də nəzərə almaq lazımdır ki, hətta hər iki şəxsin əməlində cinayət tərkibinin əlamətləri mövcud olsa belə, bu vəziyyətdə Məhkum təyin edilmiş cəza ədalətsiz olmaqla cinayət qanunvericiliyinin prinsiplərinə uyğun olmamışdır.

9. Hökmdən həmçinin Təqsirləndirilən şəxs və müdafiəçiləri A.M.Məmmədov və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmiş, şikayətlərdə Təqsirləndirilən şəxsa aid hissədə ləğv edilməsi və ona bəraət verilməsi xahiş edilmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-194/2023 nömrəli, 28 fevral 2023-cü tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-233/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şik ayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin əlamətləri olmadığı iddia edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)194/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi, məhkum edilmiş şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər h ansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmadığını iddia etmə klə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-194/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüqu qi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-c u maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

25. Belə ki, Məhkum müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istin taq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsinin təsdiqi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, keçirilmiş əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətinin aparılmasına dair protokollar, səs yazıları, ekspertiza rəyləri, maddi sübutlar, işin araşdırılmış digər obyektiv halları, eləcə də cinayət işinin materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

26. Apellyasiya instansiyası məhk əməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırkı qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

28. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etmə si və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

29. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-194/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(104)-194/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar