Məhkəmə qərarları › İş №1(102)-1531/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1531/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1531/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Məmmədov Qara Məhərrəm oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-192/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakəri m oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Məmmədov Qara Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XX XX XX-cu il tarixdə Şirvan şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Gəndab kəndində qeydiyyatda olmaqla, x1 ünvanında yaşamışdır. 2. 12 may 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 126.2.4 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 15 noyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanının qarşısında dayanmış şahidə yaxınlaşıb əxlaqsız təkliflər etməsi səbəbindən oraya yaxınlaşan sonuncunun əri zərərçəkmiş şəxs ilə mübahisə edib əlbəyaxa olmaqla, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında zərərçəkmiş şəxsya zor tətbiq edərək xuliqanlıq niyyətilə özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla zərərçə kmiş şəxsnun bədən nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qarının ön divarının periton boşluğuna nüfuz edən qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. 3. 30 may 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 15 noyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanının qa rşısında dayanmış şahidna yaxınlaşıb əxlaqsız təkliflər etməsi səbəbindən oraya yaxınlaşan sonuncunun əri zərərçəkmiş şəxs ilə mübahisə edib əlbəyaxa olmaqla, özündə olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla zərərçəkmiş şəxsnun bədən nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qarının ön divarının periton boşluğuna nüfuz edən qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1370/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkuma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 42.1.2-ci maddəsinə əsa sən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Məmmədov Qara Məh ərrəm oğlu apellyasiya şikayəti verib, hökmün ləğv olunması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyi sübuta yetməməsi əsası ilə Azərbaycan Respublikası CPM-nin 42.2.3-cü və 42.2.4-cü maddələrinə əsasən Məhkumnun barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət veriliməsi, bu mümkün olmadıqda əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 130-cu maddəsinə tövsif olunması barədə hökm çıxarılmasını xahiş etmişdir.

7. Hökmdən dövlət ittihamçısı da apellyasiya protesti verib hökmün ləğv edilməsini, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə Məhkuma həmin maddənin sanksiyası həddində daha ağır cəza təyin edilib məhkum edilməsinə dair yeni hökm çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-192/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1370/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti və məhkumun müdafiəçisi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr məhkum Məhkumnun əməlinin Azərbaycan Respublikası CM-nin 126. 2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinə dair qərar qəbul edərkən tədqiq edilmiş sübutları düzgün qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişlər. İş materiallarında olan sübutlardan görünür ki, məhkumun xuliqanlıq niyyəti özünü şahidə qarşı qeyri-etik hərəkətlər etməsində biruzə verir. zərərçəkmiş şəxs isə ümumi davranış qaydalarına xas olmayan və kənar şəxslərin narahatlığına səbəb olan hərəkətlərə dair haqlı irad bildirdiyi halda Məhkum ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-192/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin e dilməsi xahiş edilir.

11. Kassasiya şikayətinin də dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, müdafiəçi həmçinin əvvəllər qaldırdığı məsələləri təkrarlamaqla qeyd etmişdir ki, cinayət hadisəsinin Məhkum tərəfindən törədilməsinin sübuta yetirilməsinə dəlalət edən hər hansı bir mötəbər, təkzibedilməz sübutun mövcud olmamasına baxmayaraq, məhkəmələr məhkum barəsində ittiham hökmü çıxarmış, bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-192/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüq uqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittiha mçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun tədqiq edilmədiyini, nəticədə Məhkumnun törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

18. Müdafiəçi kassasiya şikayətində Məhkumun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-192/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

20. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barəd ə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

21. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş məqsədlərin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi ka ssasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

22. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan kassasiya müraciətlərinin dəlilləri məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində və dövlət ittihamçısının apellyasiya protestində qaldırılan iddialarla eynilik təşkil edir, həmin müraciətlərin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında onlara müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.

23. Hazırki kassasiya müraciətlərinin müəllifləri mübahisəsini etdi kləri qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.

24. Baxılan kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

25. Bu s əbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM -nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

27. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

28. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416-cı maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 1(103)-192/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti və məhkumun müdafiəçisi Məmmədov Qara Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-192/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar