Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1531/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlunun iştirakları ilə, xx xxxx 1976-cı ildə Ucar rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 204.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2110/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən L.Əsgərova-Məmmədova, hakimlər R.Sadıxov və N.Kərimovdan ibarət tərkibdə) 1(101)-536/2024 nömrəli 22 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, onun 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçə kmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 23 mart 2023-cü il tarixdən hesablanması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, Məhkum 37.944 (otuz yeddi min doqquz yüz qırx dörd) manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, Məhkum 68.500 (altmış səkkiz min beş yüz) ABŞ dolları (ödəniş günü məzənnəsi ilə) pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs3 ödənilməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2110/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən), Q.X.Babayev və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə xeyli miqdarda saxta pul əldə etmiş və təkrar satmışdır. Belə ki, Məmmədova X2 Murad Mehman oğlu ilə satış məqsədilə saxta pul əldə etmə və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, ölkə xaricində olan Murad Əbdürrəhimovdan saxta pulları əldə edərək Azərbaycan Respublikasının ərazisində sonuncunun dediyi şəxslərə satmaq üçün pulların saxta olmasından məlumatı olmayan tanışı X4 ilə 21 fevral 2023-cü il tarixdə Türkiyə Respublikasına gedərək orada Murad Əbdürrəhim ovdan ümumilikdə 40.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən xarici valyutanı satış məqsədilə əldə edərək Azərbaycan Respublikasına gətirmiş, bundan başqa 26 fevral 2023-cü il tarixdə pulların saxta olmasından məlumatı olmayan tanışı Şahid11 ilə Türkiyə Respublikasına gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə 30.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycan Respublikasına gətirmiş, bundan başqa ofset çap ü sulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən 54.300 saxta ABŞ dolları məbləğində olmaqla, xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycan Respublikasına gətirmiş, bundan sonra cinayətkar fəaliyyətin davamı olaraq Murad Əbdürrəhimov ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən, sonuncunun tapşırığı ilə əldə etdiyi ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən cəmi 124.300 saxta ABŞ dolları nominallı pul əskinaslarından 27 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” adlı marketin qarşısında Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs4 34.000 manat dəyərində saxta 20.000 ABŞ dolları, 9 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində “Park” adlı kafedə Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs2 23.120 manat dəyərində saxta 13.600 ABŞ dolları, 12 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 1 nömrəli tam orta məktəbin qarşısında Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs1 çatdırması üçün Şahid2 37.740 manat dəyərində saxta 22.200 ABŞ dolları və 19 mart 2023-cü il tarixdə ünvan 2 ünvanda Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs3 çatdırması üçün Şahid1 116.450 man at dəyərində xeyli miqdarda saxta 68.500 ABŞ dolları nominallı pul əskinaslarını təkrarən satmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin, hökmdə Məhkum tərəfindən dələduzluq cinayətinin törətməsi barədə gəldiyi nəticə, məhkəmə iclasında tədqiq edilmiş sənəd-sübutlarla, habelə şahid ifadələri ilə işin faktiki hallarına uyğun deyildir. İş kassasiya instansiyası məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsinə dair ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Müdafiəçi3 və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şik ayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkumnun kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1531/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1531/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver