Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1532/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbayc an Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, heç yenrdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törə tməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində 06 (altı) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilərək, Məhkum 68000 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ümumilikdə 68030 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, təkrarən özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. B elə ki, Məhkum tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Zərərçəkmiş şəxs xx.xx.2014-cü il tarixdə "xxxx" (Şərur) MTK tərəfindən inşa edilmiş Ünvan 2ndə yerləşən ümumi sahəsi 96.23 kv/m olan 106 saylı 2 otaqlı mənzili Şahid1 70000 ABŞ dollarına, yəni həmin dövrün məzənnəsi ilə 54600 manata Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda etibarnamə əsasında aldıqdan sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getməsi səbəbindən həmin mənzilinə dair sənədlərini, yəni etibarnamə və Şahid1 ilə "xxxx" MTK arasında bağlanılmış alqı-satqı müqaviləsini yaxın rəfiqəsi olmaqla aralarında etibarlı münasibət olduğundan saxlanması üçün ona etibar edilməsindən suiistifadə edərək, Zərərçəkmiş şəxs mülkiyyəti ndə olan həmin əmlakı satıb pulunu ələ keçirmək niyyətilə onun iradəsinə zidd olaraq sonuncunun icazəsi və razılığı olmadan xx.xx.2014-cü il tarixdə həmin mənzili digər şəxsə, yəni X1 65000 manata sataraq pulları ələ keçirməklə Zərərçəkmiş şəxs 65000 (altmış beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs mülkiyyətində olan Ünvan 2ndə yerləşən ümumi sahəsi 96.23 kv/m olan, 106 saylı 2 otaqlı mənzilinin sonuncunun razılığı və xəbəri olmadan başqasına satması barədə məlumatı bildikdən sonra aldadıldığını bilib ondan pullarını tələb edərkən, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2014-cü il tarixdə X1 65000 manata sataraq pulunu tam almasına baxm ayaraq Zərərçəkmiş şəxs yenidən yalan vədlər verməklə aldadıb guya mənzilə görə 26000 manat məbləğində nəğd pul almasını bildirib həyat yoldaşı Şahid8 məxsus Ünvan 3 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 75,5 kv/m sahəsi olan 2 otaqlı mənzili 30000 manata satacağına dair yalandan vəd verərək inandırıb aldatmış, bu məqsədlə 2014-cü ilin avqust ayında Şahid8 mülkiyyətində olan həmin mənzildə əlavə olaraq Zərərçəkmiş şəxs 4000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib həmin mənzili digər şəxsə, Şahid10 35000 manata sataraq Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum və müdafiəçiləri Quliyev Elxan Ağalar oğlu, Abılova Radmila Abul qızı, Həsənov İmamqulu Vəliqulu oğlu tərəfindən verilmiş apellyasiy a şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandıırmışdır ki, məhkəmələr onun barəsində əsassız, qeyri-obyektiv və qərəzli qərar qəbul etmişlər. Belə ki, həm ibtidai araşdı rma,Ö həm də məhkəmə istintaqı zamanı o, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, bu ittiham üzrə baş vermiş hadisənin şahidi və iştirakçısı olmuş həyat yoldaşı vəfat etdikdən sonra zərər çəkmiş şəxslər ondan şikayət edərək onu həbs etdirmişlər. Məhkəmələr isə həm bu halları, həm də ilk məhkumluğunu, qadın olmasını, ən əsası isə himayəsində ona möhtac olan övladının olması nəzərə allmamış və nəticədə o, ağır cəzaya məruz qalmışdır. Qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçılar qa nuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin həmin şikayətə əsasən işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəndən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizəsi 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən imzalanmış 06 dekabr 2022-ci il tarixli xx/xx-2197 saylı müşaiyətedici məktubla Ali Məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikay əti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə təsbit edilmişdr ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmr anovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1532/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1532/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver