Məhkəmə qərarları › İş №1(102)-1532/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1532/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1532/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlu oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum2 müdafiəçisi Müdafiəçi9, Məhkum1 müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi10 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Çərkəz oğlunun iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1 -ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.1, 29, 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli, 1(103)-207/2025 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı Ağır Cinayətlər Məhkəməsinin (X12 Qəhrəman oğlunun sədrliyi, hakimlər X3 və X5 ibarət tərkibdə) 2024-cü il 8 oktyabr tarixli, 1(101)-508/2024 nömrəli hökmü il ə, xx xxxx 1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2irayədə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, dövlət ittihamçısının təklifi qəbul edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4 və 234.4.2-ci maddələri Məhkum1 qarşı irəli sürülmüş ittihamdan çıxarılması, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 3 mart 2023cü il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxx 1988-ci il tarixdə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, ev 4 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli hökmü ilə Məhkum2 təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tam toplanaraq, ona 6 (altı) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunan vahid cəzadan çıxılaraq, Məhkum2 üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, dövlət ittihamçısının təklifinin qəbul edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4 və 234.4.2-ci maddələri Məhkum2 qarşı irəli sürülmüş ittihamdan çıxar ılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 mart 2023-cü il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, təyin edilmiş cəzanı çəkib qurtarmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c i maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 3 mart 2023-cü il tarixdən 5 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, dövlət ittihamçısının təklifi qəb ul edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan çıxarılmış, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin 5 mart 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, xx xxxx 1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşamış, təyin edilmiş cəzanı çə kib qurtarmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 234.1 -1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 3 mart 2023-cü il tarixdən 5 mart 2023-cü il tar ixədək həbsdə saxlanıldığı 03 (üç) gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, dövlət ittihamçısının təklifi qəbul edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.4-cü maddəsi Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan çıxarılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 5 mart 2023-cü il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən müdafiə tərəfi apellyasiya şikayəti, dövlət ittihamç ısı isə apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X8 Çingiz oğlunun sədrliyi, X9 və X1 ibarət tərkibdə) 2025-ci il 4 fevral tarixli, 1(103)-207/2025 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3, 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 29, 234.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə 03 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Məhkum1 kirayədə yaşadığ ı ünvan 8 ünvanında yerləşən mənzildə olarkən Məhkum1 və Məhkum2 narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində "whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, "Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyini öyrənməsindən sonra, qeyd olunan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehla k miqdarından artıq miqdarda psixotrop maddə metafetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmək üçün həmin yerə getmiş, qeyd olunan yerdə axtarış apararkən saat 05:50 radələrində ərazidə xidmət edən şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqlarından iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilməmiş, daha sonra 03 mart 2023-cü il tarixdə saat 10:25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, "Lökbatan- Xocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi hissədə Təqsirləndirilən şəxs2 narkotik vasitəni könüllü surətdə təhvil verdiyindən Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edi lmiş və məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, Təqsirləndirilən şəxs1 əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Məhkum1 kirayədə yaşadığı ünvan 8 ünvanında yerləşən mənzildə olarkən Məhkum1 və Məhkum2 narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində "whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qar adağ rayonu, "Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyini öyrənməsindən sonra, qeyd olunan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmək üçün həmin yerə getmiş, qeyd olunan yerdə axtarış apararkən saat 05:50 radələrində ərazidə xidmət edən şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqlarından iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilməmiş, daha sonra 03 mart 2023-cü il tarixdə saat 10:25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şə həri, Qaradağ rayonu, "Lökbatan- Xocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi hissədə Təqsirləndirilən şəxs1 narkotik vasitəni könüllü surətdə təhvil verdiyindən Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsin in tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilmiş və məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edib, saxlamaqla daşımış və satmış və qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik v asitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Məhkum1 2023-cü ilin fevral ayının sonunda qohumu Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Adəm” adlı şəxsdən qanunsuz olaraq satış məqsədilə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,358 qram çəkidə psixotrop maddə metamfetamin və kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,990 qram çəkidə narkotik vasitə heroini əldə edib, kirayədə yaşa dığı ünvan 9 ünvanında yerləşən evə daşıyaraq gətirib, bükümlərə bölərək saxlamış və 03 mart 2023-cü il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda tanışı Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,358 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satdıqdan sonra, təkrarən həmin tarixdə tanışı Təqsirləndirilən şəxs1 əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin bir qismini şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 01 ədəd bükümdə 0,297 qram çəkidə narkotik vasitə heroini satmışdır. Bundan başqa, Məhkum1 təkrarən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində döv riyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, qohumu Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet informasiya ehtiyatlarından istifadə etməklə "whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, "Lö kbatanXocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyi barədə məlumatı əldə etdikdən sonra bu barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirməklə yanaşı, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satışını həyata keçirilməsini sövdələşib razılaşdıqdan sonra, sonunculara həmin yerdən qeyd olunan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafetamini götürüb daşıyaraq onun yaşadığı evə gətirməsi üçün göndərmiş və onlar həmin yerə gedərək narkotik vasitə və psixotrop maddələri əldə etmək üçün axtaran zaman, saat 05:50 radələrində ərazidə xidmət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqları üçün, Təqsirl əndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilmədiklərindən, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmiş və 03 mart 2023-cü il tarixdə saat 10:25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, "Lökbatan- Xocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qra m çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum1 təkrarən qohumu Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Adəm” adlı şəxsin vasitəsi ilə əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin qalan hissəsini yaşadığı ünvan 10 ünvanında yerləşən mənzilə daşıyaraq iki bükümə bölərək, təmiz çəkisi 0,455 qram və digər bükümdə isə 0,238 qram narkotik vasitə heroini evin qonaq otağındakı qara rəngli şüşə masanın üzərində 01 ədəd çəhrayı rəngli pul kisəsinin içərisində çəhrayı rəngli dəmir qabda saxlamış, 03 mart 2023-cü il tarixdə saat 21:05 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həmin evə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,455 qram və digər bükümdə isə 0,238 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edib, saxlamaqla daşımış və satmış və qabaqcadan əlbir olan bir qrup ş əxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Məhkum2 2023-cü ilin fevral ayının sonunda qohumu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Adəm” adlı şəxsdən qanunsuz olaraq satış məqsədilə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından ar tıq miqdarda 0,358 qram çəkidə psixotrop maddə metamfetamin və kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 0,990 qram çəkidə narkotik vasitə heroini əldə edib, Məhkum1 kirayədə yaşadığı ünvan 9 ünvanında yerləşən evə daşıyaraq gətirib, bükümlərə bölərək saxlamış və 03 mart 2023cü il tarixdə saat 02 radələrində qeyd olunan ünvanda tanışı Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,358 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satdıqdan sonra, təkrarən həmin tarixdə tanışı Təqsirləndirilən şəxs1 əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin bir qismini şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 01 ədəd bükümdə 0,297 qram çəkidə narkotik vasitə heroini satmışdır. Bundan başqa, Məhkum2 təkrarən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, qohumu Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet İnformasiya ehtiyatlarından istifadə etməklə "whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üs ulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, "LökbatanXocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyi barədə məlumatı əldə etdikdən sonra bu barədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirməklə yanaşı, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satışını həyata keçirilməsini sövdələşib razılaşdıqdan sonra, sonunculara həmin yerdən qeyd olunan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafetamini götürüb daşıyaraq onun yaşadığı evə gətirməsi üçün göndərmiş və onlar həmin yerə gedərək narkotik vasitə və psixotrop maddələri əldə etmək üçün axtaran zaman, saat 05:50 radələrində ərazidə xidmət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqları üçün, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilmədiklərindən, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə təkrarən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmiş və 03 mart 2023-cü il tarixdə saat 10-25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, " Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum2 təkrarən qohumu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Adəm” adlı şəxsin vasitəsi ilə əldə etdiyi 0,990 qram çəkidə narkotik vasitə heroinin qalan hissəsini Məhkum1 yaşadığı ünvan 10 ünvanında yerləşən mənzilə d aşıyaraq iki bükümə bölərək, təmiz çəkisi 0,455 qram və digər bükümdə isə 0,238 qram narkotik vasitə heroini evin qonaq otağındakı qara rəngli şüşə masanın üzərində 01 ədəd çəhrayı rəngli pul kisəsinin içərisində çəhrayı rəngli dəmir qabda saxlamış, 03 mart 2023-cü il tarixdə saat 21-05 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həmin evə baxış keçirilən zaman şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,455 qram və digər bükümdə isə 0,238 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş dir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan özünün psixotrop maddəyə olan təlabatını Ödəmək üçün 03 mart 2023cü il tarixdə saat 02 radələrində ünvan 11 ünvanında yerləşən mənzildə tanışı Məhkum1 və Məhkum2 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olara q şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış 0,358 qram çəkidə 01 ədəd bükümdə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamış, 03 mart 2023cü il tarixdə saat 05-50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, "LökbatanXocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsi olan yerdə olan zaman, həmin ərazidə xidmət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 12 ünvanında yerləşən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilmiş və həmin tarixdə qeyd olunan polis bölməsinin inzibati otaqlarının birində saat 09-40-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi-axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,358 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1, Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 ilə birlikdə 03 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Məhkum1 kirayədə yaşadığı ünvan 11 ünvanında yerləşən mənzildə olarkən Məhkum1 və Məhkum2 narkotik vasitə və psixotrop maddələrin satış məqsədi i lə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı "Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet informasiya ehtiyatlarından istifadə etməklə "whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, "LökbatanXocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyini öyrənməsindən sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qeyd olunan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından ar tıq miqdarda psixotrop maddə metafetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib Məhkum1 yaşadığı evə daşınması üçün həmin yerə getmiş, qeyd olunan yerdə axtarış apararkən saat 05:50 radələrində ərazidə xidmət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqlarından iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilməmiş, daha sonra 03 mart 2023-cü il tarixdə saat 10:25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, "Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında "60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çə kisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edilməsinə, saxlanılmasına, daşınmasına cəhd etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təq sirləndirilən şəxs1 satış məqsədi olmadan özünün narkotik vasitəyə olan tələbatını ödəmək üçün 03 mart 2023-cü il tarixdə saat 02 radələrində ünvan 10 ünvanında yerləşən mənzildə tanışı Məhkum1 və Məhkum2 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış 0,297 qram çəkidə 01 ədəd bükümdə narkotik vasitə heroini əldə edərək üzərində saxlamış, 03 mart 2023-cü il tarixdə saat 05-50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsi olan yerdə olan zaman, həmin ərazidə xidmət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 14 ünvanında yerləşən Bakı şəhəri Qaradağ Rayo n Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilmiş və həmin tarixdə qeyd olunan polis bölməsinin inzibati otaqlarının birində saat 07-55-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsiaxtarış aparılarkən əynindəki tünd qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,297 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2, Məhkum1 və Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə sövdələşib razılaşmaqla cinayət əlaqəsinə girərək, Təqsirlənd irilən şəxs2 ilə birlikdə 03 mart 2023-cü il tarixdə saat 02 radələrində tanışı Məhkum1 kirayədə yaşadığı ünvan 11 ünvanında yerləşən mənzildə olarkən Məhkum1 və Məhkum2 narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Adəm” adlı şəxsin bank kart hesabına 200 manat məbləğində pul ödəyərək həmin pulun müqabilində internet informasiya ehtiyatlarından istifadə etməklə “whatsapp” proqram təminatı ilə sifariş verdikləri təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkıdə psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, “LökbatanXocasən” nəqliyyat yolunun kəna rında “60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədildiyini öyrənməsindən sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qeyd olunan külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini satış məqsədi İlə qanunsuz olaraq əldə edib Məhkum1 yaşadığı evə daşınması üçün həmin yerə getmiş, qeyd olunan yerdə axtarış apararkən saat 05-50 radələrində ərazidə xidmət edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X11 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanıldıqlarından iradələrindən asılı olmayan səbəbə görə cinayət törətməyə yönəldilmiş hərəkətlərini başa çatdıra bilməmiş, daha sonra 03 mart 2023-cü il tarixdə saat 10-25 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 iştirak ı ilə Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altına baxış keçirilərkən, oradan 01 ədəd karton stəkanın içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,955 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi ittihamla qismən razılaşmış, Məhkum1 və Məhkum2 CM-in 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Rəhman oğlunu CM-in 234.1, 29, 234.1-1-ci maddələri ilə təqsirli bilərək məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum1 və Məhkum2 münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, lakin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Rəhman oğluna münasibətdə onlar CM-in 234-cü maddəsinin Qeydinə əsasən CM-in 29, 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİLƏRİN, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri və hökmlə CM-nin 29, 234.1-1-ci maddəsi ilə tövsif edilmiş (şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan Adəm adlı şəxsin hesabına 200 manat məbləğində pul ödəyərək əvəzində 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1,955 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmələri epizodu) əməl üzrə CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən təqsirləndirilən şəxslər tərəfindən könüllü surətdə təhvil vermə kimi qiymətləndirilmiş və bu xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. İlk olaraq qeyd edilməlidir ki, ikinci epizod üzrə təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərək məhkəmələr qənaətə gəlmişlər ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında qoyularaq gizlədilmiş 5,849 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə o lan heroini və təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 1,955 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq əldə etməyə cəhd etmişlər. Dövlət ittihamçısı bildirmişdir ki, məhkəmələrin bu gəldikləri nəticə ilə tamamilə razılaşmır. Belə ki, cinayət işi üzrə birinci epizod üzrə məhkəmələr ittiham tərəfinin mövqeyi ilə razılaşaraq Məhkum1 və Məhkum2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını, yəni onların həmin maddələri satması faktını qəbul etmişdir. Habelə, məhkəmələr həmin şəxslərə münasibətdə ikinci epizod üzrə narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsinə cəhd etmələrini də sübuta yetirilmiş hesab etmiş və həmin maddələrlə məhkum etmi şlər. Belə olan halda birinci epizod üzrə Məhkum1 və Məhkum2 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz maddə satdığını qəbul edildiyi halda, sonuncu iki şəxs əldə etməyə cəhd etdikləri qanunsuz maddələrinin dövriyyəsi ilə məşğul olan şəxslərin xahişi əsasında etdikərini, əldə etdikləri halda gətirib onlara verəcəklərini görmüş, dərk etmiş və şüurlu surətdə buna yol vermişlər. Əvvəla, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılıb polis şöbəsinə gətirildikdən sonra ayrı-ayrı vaxtlarda dindirmişlər. Belə olan halda, gizlədilmiş qanunsuz maddələr üzrə məlumat “duet” şəklində verilə bilməzdi. Belə ki, iş materiallarına əsasən xx.xx.2023-cü il tarixdə saat 07:55-də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən sonuncu saxlanıldıqları yerdə başqa bir na rkotik maddələrinin olması barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 izahatı alınarkən sonuncu həmin məlumatı təsdiq edərək daha gizlədirilmiş qanunsuz maddələr barədə daha dəqiq məlumatlar vermişdir. Bundan sonra, saat 09:40-da Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən sonuncu Təqsirləndirilən şəxs1 verdiyi məlumatı təkrar olaraq vermişdir. Bununla da aydın görünür ki, Təqsirləndirilən şəxs2 məlumatı verərkən, həmin məlumat aktuallığını itirmişdir. Hətta əmindir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı ilə əməkdaşlıq etməsi artıq məlum olmuş, məhz buna görə Təqsirləndirilən şəxs2 belə bir “səmimiyyət” göstərmişdir. Lakin məhkəmə bu xüsusata əhəmiyyət verməmişdir. Bununla yanaşı, həmin dindirmə protokollarını təhlil etməyə zərurəti vardır. Belə ki, təqsirləndirilən şəxslər dindirilərkən gizlədilmiş maddələr üzrə dərhal məlumat verməmişlər, yalnız onların gecə vaxtı Lökbatan-Xocasən yolunda nə iş görmələri barədə suala cavab olaraq həmin yerə sifariş verdikləri maddələrin götürülməsi üçün gəldiklərini bildirmişlər. Buradan da artıq görünür ki, təqsirləndirilən şəxslərin gecə saat 05 radələrində Lökbatan- Xocasən yolunda olmaları özü-özlüyündə şübhəli bir hal kimi qiymətləndirilmiş və onlar öz cinayət əməllərini gizlətmək üçün hər hansı bir məntiqli cavab verə bilmədiyindən həqiqəti bildirməyə məcbur olmuşlar. Bu hissəyə dövlət ittihamçısının 3-cü dəlili ondan ibarətdir ki, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz maddələr aşkar olunduqdan sonra, o nlara dindirmədə həmin qanunsuz maddələrinin haradan əldə etmələri barədə suallar verilmiş və onlar mənbə olaraq Məhkum2, Elnarə Heydərova və Məhkum1 göstərmişlər. Hesab edir ki, bu andan etibarən Dadaşov və Cabbarovun Lökbatan-Xocasən yoluna getmələri barədə səbəb onların özləri bu barədə məlumat vermədikləri halda, bir neçə saat ərzində başqa mənbədən ifşa olunacaqdı. Dadaşov və Cabbarov bunu dərk edib törətdikləri cinayət əməlləri barədə məlumat verməyə məcbur olmuşlar. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki yekun qərarı qəbul edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Təqsirlə ndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.1,29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, müdafiə etdiyi şəxsə ibtidai istintaq zamanı edilən psixoloji və fiziki təzyiqlər ətraflı araşdırılmamışdır, bu hal işə baxan məhkəmələr tərəfindən də nəzərə alınmamışdır. İstər birinci instansiya, istər apellyasiya məhkəməsində müdafiə etdiyi Məhkum1 və digər təqsirləndirilən şəxslər biri-birinə qarşı ifadələr verməmişdir. Digər üç təqsirləndirlən şəxslərin heç biri narkotik vasitələri müdafiə etdi yi şəxsdən satın almaları barədə ifadə verməmişlər. Təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı narkotik vasitərinin satışında özünü təqsirli bilməmiş, bu barədə istintaq tərəfindən təqdim edilən sənədlərə təzyiq nəticəsində imza atdığını bildirmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, narkotik vasitələrlə özünün bağlılığını sadəcə istifadəçi olaraq qeyd etmiş və yalnız bununla bağlı hissədə təqsirini etiraf etmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair heç bir sübut, o cümlədən yanakı sübutlar öz əksini tapmamışdır. Nə mobil telefonlara dair yazılı mesajlar, nə telefon danışıqları, nə də digər narkotik vasitələrin satışını təsdiq edən sübutlar. Bununla bağlı polis əməkdaşları tərəfindən də heç bir əməliyyat-axtarış tədbiri keçirilməmiş, təqsirləndirilən şəxslərin cinayət başında tutulması istiqamətində, həmçinin narkotik vasitələrin satış məqsədilə əldə edilməsinin sübut edilməsi üçün digər tədbirlər görülməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan Məhkum1 barəsində yüngüllləşdirici hallar kifayət qədər nəzərə alınmamışdır. Belə ki o, məhkumluğu olmayan şəxsdir, gəncdir, narkotik xəstəiliyindən əziyyət çəkmiş, himayəsində 1 az yaşlı uşağı olmuşdur. Hökmdə bu halların nəzərə alındığı yazılsa da, formal olaraq bu barədə qeyd edilmiş, cəza təyin edilərkən nəzərə alınmamışdır. Məhkum1 məhkəmə iclasında dindirilənkən özündən başqa digər təqsirləndirilən şəxslərin də narkotik istifadəçisi olduğunu bildirmiş eyni zamanda digər şəxslər də Məhkum1 istifa dəçi olduğunu desələr də, nədənsə məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə fərqli yanaşmışdır. Belə ki, məhkəmə iclasında Məhkum1 narkotik vasitələrin satışını həyata keçirməsini təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə iclasında Fərid Zeylanov ona işgəncələr verildiyini bildirmiş, bu barədə təcridxanadan daxil olmuş tibbi məlumatlardan da bu halı açıq aşkar müəyyən etmək mümkündür. Lakin məhkəmə tərəfindən bu faktın araşdırılması istiqamətində heç bir tədbir görülməmişdir. Bundan başqa, İstər birinci instansiya, istərsə də apellyasiya instansiyası tərəfindən cəza təyin edilərkən nəzərə alınmayan vəziyyətlərdən biri də cəza təyin edilərkən məhkumlara bərabər yanaşılmaması olmuşdur. Belə ki, cəza təyin edilərkən Məhkum1 məhkumluğunun olmaması nəzərə alınmamışdır. Məhkum1 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-207/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının Məhkum1 Xəlil oğluna aid hissədə dəyişdirilməsini və onun əməllərinin Azərbaycan Respublikası 29, 234.4.1, 29, 234.4.2, 29, 234.4.3 və 234.4.1-ci maddələrindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsi və ona bu maddənin sanksiyası həddində minimum cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, “Sovetski” deyilən ərazidə yaşamış, Fərid isə Nərimanov rayonunda yaşamışdır. O, həmin gün Fəridgilə qonaq getmiş, Fərid onların yez nəsidir, o isə Fəridin qaynıdır. Onlar həmin gün Fərid ilə əyləşmişlər. Bir qədər sonra ayrı-ayrı olaraq, Xanbala və Ənvər evə gəlmişlər. Xanbala evdə çox qalmamış, evə gəldikdən 15-20 dəqiqə sonra da gedəsi olmuşdur. Ənvər getməmişdən əvvəl çölə çıxmış, daha sonra geri qayıdıb koridorda Fərid ilə söhbət etməyə başlamışdır. O, Ənvərə hara getdiyini soruşmuş, Ənvər isə “işim var” deyə cavab vermişdir. Bu zaman Xanbala Ənvərə əgər gedirsə, yolüstü onu da gedəcəyi ünvana aparmasını xahiş etmiş, Ənvər də razılaşmışdır. Xanbala Ənvərə onu da məhəlləyə qədər aparmasını xahiş etmişdir. O, Xanbala ilə Ənvər getdikdən sonra yenidən evə qayıdıb, telefonda “kazino” oynamağa başlamışdır. Elə orada da yuxuya getmişdir. Səhər onun üzərinə su tökərək onu oyatmışlar. O, gözlərini açdıqda evdəkilərin üzü d ivara dayandıqlarını görmüşdür. O, nə baş verdiyini soruşduqda, dayanmadan onu döyməyə başlamışlar. Eyni anda evdə olan digər şəxsləri də polis əməkdaşları döymüşlər. O nəyə görə polislərin evə basqın etdiklərini və onları döymələrini anlaya bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanbala və Ənvər axşam “zakladka” dalınca getmiş və polis əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra onları bölməyə aparmışlar. O, orada da polislərdən onu nəyə görə buraya gətirib saxladıqlarını soruşmuşdur. Polislər ona Xanbalagilin “zakladka” dalınca gedərkən saxlandıqlarını və onun da onlarla əlbir olduğunu demişlər. O, bu hadisə ilə bağlı heç bir əlaqəsi olmadığını demiş və polislərdən onu rəisin yanma aparmalarını xahiş etmişdir. O, bölmə rəisi ilə görüşmüş, rəis ona “sən heç kimi zakladka dalın ca göndərməmisən?” deyə sual vermişdir. O, isə cavabında heç kimi “zakladka” dalınca göndərmədiyini bildirmişdir. Həmin zaman polis rəisi ona əgər heç kim onu “zakladka” dalınca göndərdiyini deməsə və günahsız olduğu aşkar olunsa, onu buraxacaqlarını bildirmişdir. Daha sonra Ənvəri otağa gətirmişlər. Polislər Ənvərdən onu kimin “zakladka” dalınca göndərdiyini sual etdikdə, Ənvər “məni Şahin göndərib” cavabını vermişdir. O, bu zaman Ənvərə etiraz etmiş və onun ümumiyyətlə hara getdiyi barədə məlumatı olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları Ənvəri cəld otaqdan çıxarmış və onu döyməyə başlamışlar. Polislər onu döyə- döyə “təqsirini boynuna al” demişlər. O, isə onlara dönədönə heç bir təqsiri olmadığını bildirmişdir. Daha sonra polislər ona videoçəkilişə gedəcəklərini bildirmişlə r. O, polislərə videoçəkilişdə heç nə deməyəcəyini, onun olmayan heç bir təqsiri boynuna götürməyəcəyini, yalnız söyüş söyəcəyini bildirmişdir. Məhz buna görə də o, videoçəkilişə aparılmamış, bölmədə qalmışdır. Onun heç bir günahı yoxdur. Onun əvvəllər cinayət törətməyi, indi də onun bu işdə iştirakı olduğu anlamına gəlmir. O, 10 il bundan öncə cinayət törətmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, bu iş ilə hər hansı əlaqəsi yoxdur. Onun saxlanılan zaman da Yasamal Rayon Məhkəməsində işinə baxılmış, həmin məhkəmədə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilmişdir. Böyük ehtimalla orada azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandınlacaqmış. Məhkum2 suallara cavab olaraq bildirdi ki, o, mütəmadi olaraq narkotik maddələrdən istifadə etmi şdir. Fərid də mütəmadi olaraq narkotik maddə istifadəçisi olmuşdur. Təxminən həftədə 1-2 dəfə Fərid ilə birlikdə narkotik istifadə etmişlər. Fəridin həmin gün özündə narkotik maddə olmamışdır. Onda olan narkotiki ikisi bir yerdə istifadə etmişlər. Onlar narkotik vasitəni elə yerdə istifadə edirlər ki, evdə yaşayanlar onları görməsin. Ənvər və Xanbalanı təxminən 4-5 ildir ki, tanımış, bir məhəllədə yaşamışlar. Ənvər heroin istifadəçisi olmamış, o, metamfetamin istifadə etdiyini bilmişdir. Xanbala isə heroindən istifadə etmiş, bir neçə dəfə Ənvər və Xanbala ilə birlikdə narkotik istifadə etmişlər. O, axşam saat 10-11 radələrində evə gəlmiş, 5 dəqiqə sonra Xanbala evdən çıxmışdır. Qapının yanında Xanbala ilə Ənvər nə isə danışmış, lakin nə danışdıqlarını o, bilməmişdir. O, həmin zaman divand a əyləşib “kazino” oyunu oynamışdır. Xanbalagil getdikdən sonra o, Fərid və Qabil evdə qalmışlar. O, elə divanda da, “kazino” oynayaoynaya yuxuya getmiş, Ənvərin niyə gəldiyini bilməmişdir. Ənvər evə gəlsə də, lakin, koridordan içəri girməmişdir. O, içəridən sadəcə onun səsini eşidib Ənvər olduğunu bilmişdir. Xanbala içəridə oturmuş, o, gələndə evdə Fərid, ailə üzvləri və Xanbala olmuşdur. Evdə bir yerdə olarkən narkotik maddə almaq, əldə etmək barədə söhbət etməmişlər. O, Xanbalagilin “zakladka” dalınca getdiklərini bilməmişdir. O, hətta Xanbaladan hara getdiklərini də soruşmuş, lakin o, “işimiz var” demiş, başqa bir şey deməmişdir. O, bir də Xanbalanı səhər polislər tərəfindən evə gətiriləndə görmüş, Ənvəri isə ümumiyyətlə görməmişdir. O, onların narkotik dalınca getmələri, kiminlə və ha rada görüşmələri, necə saxlanılmaları barədə heç nə bilməmişdir. Hətta bu günə qədər onların həmin axşam başına gələnlər barədə məlumatı yoxdur. Onun üzərində saxlanılan zaman narkotik maddə olmamış, səhər polislər evə basqın edərkən, bilinən adamlardan başqa, usta və Qabil də orada olmuşdur. Həmin şəxslərin üzərində də narkotik olmamışdır. Polislər səhər Xanbalanı evə gətirmiş, Ənvər isə 4-cü polis bölməsində qalmışdır. O, bölməyə getdikdən sonra orada rəisin otağında rəisə izahat verərəkən Ənvəri otağa gətirmişlər və o, Ənvəri orada görmüşdür. O, Ənvər və Xanbalaya narkotik maddə satmamış, bir gün əvvəl Ənvər və Xanbala ilə görüşməmişdir. Ənvər və Xanbalanın “zakladka” dalınca getmələrindən də xəbəri olmamışdır. Polis əməkdaşları onu ona görə döymüşlər ki, onun da bu hadisədə iştirakı ol duğunu boynuna götürsün. Zahiri olaraq üzdə görünən xəsarətləri olmasa da, zərbələrin təsirindən bədəni ağrımışdır. İstintaq təcridxanasına aparılarkən xəsarətlərinin olmadığı qeyd olunmuşdur. O, Bakı İstintaq Təcridxanasına aparılarkən döyüldüyünə görə ağrımış və halsız olmuşdur. Məhz buna görə də, prosedurun tez bir zamanda qurtarması üçün ondan xəsarətlərinin olubolmaması soruşularkən, o, olmadığını bildirmişdir. O, heç vaxt narkotik vasitə satmamış, polis əməkdaşları sırf ondan əl çəksinlər deyə sənədlərə imza etmiş, həmin sənədlərin məzmunu ona məlum olmamışdır. Məhkum2 hələ ibtidai istintaq zamanı ona elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən ilkin dindirmə zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin dindirilmə si haqqında” və xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokollardan göründüyü kimi Məhkum2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində Məhkum1 yalan məlumat verdiyini, sadəcə uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin ona elan olunmuş ittihamı qəbul etmədiyi üçün etirazını bildirirək xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarı imzalamaqdan imtina etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində Şahinlə bağlı bildirmişdir ki, o, Şahindən narkotik vasitə istəməmiş, onunla elə bir münasibəti olmamışdır. Həmçinin ifadəsində bildirmişdir: “...Ünvanı Fərid demiş və öz telefonunu da ona vermiş... O, narkotiki götürüb Fəridə verəcəkmiş, Fərid isə həmin narkotikdən onun istifadəsi üçün narkotik vasitə verəcəkmiş, qalan hissə Fəridin özündə qalacaqmış... Saxlanılan zaman üzərində narkotik maddə olmamışdır...Videoçəkiliş zamanı üzərindən aşkar edilmiş metamfetamini ona polis əməkdaşları vermişdir. Ona narkotik vasitə verən post-patrul əməkdaşı deyil, Vüqar adlı başqa bir polis əməkdaşı olmuşdur.” Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən göründüyü kimi Məhkum2 ona narkotik vasitə satmamış, verməmiş, həmçinin narkotik vasitəni götürməsi üçün göndərməmisdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxsl ər polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı şikayətlər vermişdirlər, lakin Qaradağ Rayon Prokurorluğunun 24 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Polis əməkdaşları tərəfindən tutulan zaman təqsirləndirilən şəxslərin döyülməsi və onlara bədən xəsarətləri yetirilməsinin danılmaz bir fakt olmasına baxmayaraq, Qaradağ Rayon Prokurorluğunun bu barədə obyektiv qərar qəbul etməsini gözləmək onsuz da absurddur. Belə ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində dişləri və çənəsi sınmışdır. Hansı ki vizual şəkildə ona yetirilmiş xəsarətin əlamətləri görünür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun vəkili tərəfindən bu xüsusat bildirilsə də, polis əməkdaşları tərəfindən təkzib olunmuş, həmişəki standart ifadələrindən istifadə edərək təqsirləndirilən şəxslərə heç bir zor tətbiq etmədiklərini bildirmişlər. Lakin heç kəs Təqsirləndirilən şəxs1 dişlərinin qırılmasının necə və hansı şəraitdə baş verməsini əsaslandıra bilməmişdir. Məhkum2 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-207/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının hüquqlarını müdafiə etdiyi şəxsə dair hissədə ləğv edilməsini və Məhkum2 barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Məhkum2 kassasiya şikayətlərinin təmin olunmasını, kassasiya protestinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında i ştirak edən məhkumların müdafiəçiləri Müdafiəçi6, Müdafiəçi9, Müdafiəçi10 və Müdafiəçi1 çıxış edərək kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətlərinin isə təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən as ılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirərək və onların cinayət məsuliyyətindən düzgün azad edilmədiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbləri ni CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkum1 müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkum2 müdafiəçisi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əla qədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etmək lə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətb iqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya müraciətləri barədə cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zərurui hesab edir. Kassasiya protestindən görünür ki, protest əsasən 2 hissədən ibarətdir: birincisi, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin birinci instansiyası məhkəməsi tərəfindən CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrindən CM-in 29, 234.1-1-ci maddəsinə tövsif edilməsi; ikincisi, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 29,234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi. Məhkəmə kollegiyası kassasiya protestinin birinci hissəsi ilə razılaşmayaraq qeyd edir ki, şəxsi narkotik vasitə və ya psixotrop maddənin satışı və ya satış məqsədi ilə cinayət əməli törətməsi ilə bağlı təqsirli bilərək məhkum etmək üçün satış məqsədinin mötəbər dəlillərlə sübuta yetirilməsi zəruridir. Cinayət işi üzrə toplanmış və mötəbər sübut kimi qiymətləndirilmiş sübutlara nəzər saldı qda satış məqsədinin müəyyən edilməsi mümkün görünmür. İttiham tərəfinin satış məqsədini təsdiq edən heç bir sübutu yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti birinci hissədə əsassızdır. Protestin ikinci tələbi ilə bağlı qeyd edilməsi zərurudir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 29,234.1-1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edərək cinayət təqibinə xitam verilməsi barədə nəticəyə gələrkən mövqeyini qərarda belə əsaslandırmışdır ki: “...Məhkəmə kollegiyası bu qənaətini aşağıdakılarla əsaslandırır. Cinayət işinin materiallarına əsasən şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid6 və şahidlər Azərbaycan Respublikası Dax ili İşlər Nazirliyinin Əlahiddə X11 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid4 ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhələndiklərindən onlara yaxınlaşmış, bundan sonra şübhəli şəxslər yuxarıda qeyd edilən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında fəal iştirak edən və narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən hərəkətlər etmişlər. Bundan sonra gizlədilməklə saxlanılan narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülmüşdür. Əvvəla, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair məlumat olmamış, onlar həmin məlumat əsasında saxlanılmamışdır. Onlar t əsadüfən post-patrul əməkdaşları tərəfindən saxlanılmışdır (özlərini şübhəli apardığına görə). İkincisi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında narkotik vasitə gizlətməsi barədə cinayət təqibini həyata keçirən orqanda məlumat olmamış, həmin hal onlara bəlli olmuşdur. Üçüncüsü, həmin narkotik vasitə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində, yaşadığı evdə, həyətyanı sahəsində və s. gizlədilməmiş, cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan Bakı şəhəri, Qaradağ rayonu, “LökbatanXocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında gizlədilmiş, cinayət təqibini həyata keçirən orqanın həmin narkotik vasitəyə çatımlılığı olmamışdır. Fikrimizcə cinayət törətmiş şəxslərin həmin narkotik vasitə üzərində sərəncam vermək imkanı olduğu və tükənmədiyi halda əməlini davam etdirməkdən vaz keçmək kimi seçim etmək imkanı onun əlindən alınmamalıdır. Çünki, məqsədə çatması belə cinayət törətmiş şəxslərin öz iradəsi ilə hərəkət etmək imkanını məhdudlaşdırmır və onları seçim sərbəstliyindən məhrum etmir. Onlar imkanları olduğu vəziyyətdə narkotik vasitəni saxlamağı yox, məhz polisə təqdim etməyi seçirsə, bu onların iradəsinin ifadəsi kimi çıxış etməli, şüurlu və sərbəst şəkildə ictimai faydalı və ictimai ziyanlı davranış modelləri arasında seçimi birincinin xeyrinə etdiyini göstərməlidir. Beləliklə, cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda - Bakı şəhər i, Qaradağ rayonu, “Lökbatan-Xocasən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altında narkotik vasitəni saxladığını bildirib həmin predmetləri səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şübhəli şəxslərin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxslərin sərəncamında qalmaqla onlar tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməli, həmin hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməldir...” Kassasiya instansiyası məhkəmə qeyd edilənlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hisəsinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 25-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində özündə olan və ya istintaq hərəkətinin aparıldığı məkanda saxlanılan narkotik vasitəni (psixotrop maddəni, prekursoru, narkotik vasitələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddəni) təhvil verməsi təqsirkarın barəsində Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Lakin şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli 34 maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzər dən keçirilməlidir. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onlar ı törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan cinayətləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmə dedikdə, təkcə cinayətin törədilməsində iştirak etmiş digər şəxslər bu cinayətin predmetlərinin saxlandığı, hazırlandığı və satıldığı yer haqqında deyil, onların qanunsuz dövriyyəsindən əldə edilən əmlakın olduğu yer haqqında da hüquq mühafizə orqanlarına məlumat vermə başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “könüllülük özü-özlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur”. Göründüyü kimi, Konstitusiya Məhkəməsi “könüllülüyü şəxsin öz hərəkətlərinə şüurlu surətdə yanaşması ilə şərtləndirir, “şüurlu surətdə yanaşmanı” isə ona hər hansı bir psixi və ya fiziki təsirin olmaması ilə əlaqələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 1 oktyabr 2024-cü il tarixli qərarında da göstərilmişdir ki, Cinayət Məcəlləsinin “qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” adlı 234-cü maddəsinin “Qeyd” hissəsində göstərilmiş hərəkətlərin cinayət məsuliyyətindən azad etmənin şərtləri kimi nəzərdə tutulmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının yerinin aşkar edilməsinin, tapılaraq qanunsuz dövriyyədən çıxarılmasının, onlardan istifad ə olunmaqla törədilən cinayətlərin açılmasının və ya qarşısının alınmasının, cinayətkarların müəyyən edilməsinin asanlaşdırılması və təmin edilməsi üçün belə cinayətləri törədən şəxsləri istintaq orqanları ilə əməkdaşlığa stimullaşdırmaqdır. Həmin hərəkətlərin icra edildiyi halda şəxsin cinayət məsuliyyətindən azad edilməsinin səbəbi, bu hərəkətlərin icrası nəticəsində cinayət əməlini törətmiş şəxsin şəxsiyyətinin və ya onun törətdiyi əməlin öz ictimai təhlükəliliyini itirməsi ilə deyil, şəxsin törətmiş olduğu əmələ tənqidi münasibətinin yaranması, cinayət təqibi orqanlarının aşkar etmə ehtimalı çox az və ya belə ehtimalın olmadığı halda narkotik vasitələrin aşkarlanıb qanunsuz dövriyyədən çıxarılmasına, bu vasitələrdən istifadə olunmaqla törədiləcək cinayətlərin qarşısının alınmasına mühü m töhfə verməsi ilə bağlıdır. Bu halda ictimai təhlükəsizliyə ciddi təhdid hesab edilən maddə və vasitələr dövriyyədən çıxarılmaqla onlardan istifadə nəticəsində yaranacaq mənfi halların qarşısı alınır ki, bununla da ictimai qayda və təhlükəsizliyin təmin edilməsinə, əhalinin həyat və sağlamlığının qorunmasına nail olunur.” Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, işin birinci və apellyasiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə yerində olarkən şübhələnildiyinə görə tutulmuş, polis idarəsinə aparılmış, orada dindirilmiş və artıq polis əməkdaşları tərəfindən yaxalandıqdan sonra narkotik vasitələrin yeri barədə polisə məlumat vermişlər. Bu zaman nəzərə alınmalıdır ki, CM-in 234-cü maddənin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməsi üçün şəxsin cinayətin açılmasında fəal iştirakı mötəbər sübutlarla müəyyən edilməlidir. Şəxs hər hansı bir təsir, təzyiq və qorxu altında etiraf ifadəsi verirsə, bu cinayətin açılmasında fəal iştirak kimi qiymətləndirilə bilməz. Bundan başqa, müdafiə tərəfinin iddialarından da göründüyü kimi, məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı döyülmüşlər və ifadələrini də işgəncə təsiri altında vermişlər. Belə olan halda işgəncə və cinayətin açılmasında fəal iştirak bir-birinə zidd anlayışlar olmaqla, ikisinin bir yerdə olması qeyri-mümkün olmaqla araşdırmanın natamamlığını təsdiq edən faktordur. Məhkəmə kollegiyası hesab edir ki, ikinci tələbə dair hissədə kassasiya protesti təmin edilməli dir. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Məhkum1 münasibətdə əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi, Məhkum2 münasibətdə isə məhkuma bəraət verilməsi xahiş edilmişdir. Hər iki şəxsə qarşı irəli sürülmüş ittiham 3 hissədən ibarətdir:

1. İttihama əsasən məhkumlar Məhkum1 və Məhkum2 3 mart 2023-cü il tarixdə gecə saat 2 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 metamfetamin (0,358 qram) və heroini (0,297 qram) satmışlar. İttihama əsasən sonradan həmin metamfetamin və heroin Polis idarəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə baxış keşirilərkən onların üzərindən aşkar edilmişdir. Məhkəmə kollegiyası bu epizodla bağlı qeyd e dir ki, bu hissədə ittihamın özünün mövqeyi ziddiyətlidir. Lakin məhkəmələr bu ziddiyyəti araşdırmamış və bu məsələyə müvafiq qiymət verməmişlər. Belə ki, birinci instansiya məhkəməsində açıq məhkəmə iclasında dindirilən polis əməkdaşı DİN Əlahiddə ÇPA 10-cu PB-nin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün, baş verənləri tam dəqiq xatırlamır. Hadisə mart ayında baş vermişdir. Təqsirləndirilən şəxsləri şübhəli şəxs kimi saxlayaraq polis bölməsinə dəvət etmişlər. Hadisə Lökbatan ərazisində baş vermişdir. Hadisə haqqında xatırladıqları bundan ibarətdir. Şahid4 suallara cavab olaraq bildirdi ki, “Meyvəli” deyilən ərazidə şübhəli şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Təxminən gecə saat 03:00-03:30 radələri olmuşdur. Daha sonra onları polis bölməsinə gətirmişlər. Onlar şübhəli şəxslərdən orada nə etdiklərini soruşmuşlar. Onlar taksi sifariş verdiklərini və onu gözlədiklərini bildirmişlər. Onlar həmin şəxsləri avtomobilə mindirərək telefon işığı ilə əraziyə baxış keçirmişlər. Bu zaman yerdə daşın arxasında, bükümdə narkotik maddə aşkar olunmuşdur. Şübhəli şəxslərin üzərində narkotik maddə olmamış, narkotik maddə yerdən aşkar olunmuşdur. Şübhəli şəxslər narkotik maddənin onlara məxsus olduğunu və onun dalınca gəldiklərini etiraf etmişlər. Gecə saat 03:30 olmuş və həmin şəxslərin boş bir ərazidə olması onlarda şübhə oyatmışdır. Onlar şübhəli şəxslərə yaxınlaşıb ilk olaraq burada nə etdiklərini soruşmuşlar. Onlar şübhəli şəxslərə taksinin onları nəyə görə kimsəsiz ərazidə düşürdüyünü soruşmuşlar və şübhələnmişl ər. Bu zaman biri şübhəli şəxslərin yanında qalmış, digəri isə əraziyə baxış keçirmişdir. Bu zaman yerdən bükümdə narkotik maddə aşkar etmişlər. Şübhəli şəxslər ilk olaraq narkotik maddənin onlara məxsus olduğunu boyunlarına almamışlar, lakin, sonradan etiraf etmişlər ki, narkotik maddə onlarındır. Şübhəli şəxslərin narkotik maddəni kimdən əldə etməsi onlara məlum olmamışdır. Onlar daha sonra şübhəli şəxsləri bölməyə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Şübhəli şəxslərin hər ikisi narkotik maddənin onlara məxsus olduğunu etiraf etmişlər. Onların özləri də aşkar olunan predmetin narkotik maddə olduğunu bildirmişlər. O, şübhəli şəxslərin yanında qalmış, digər əməkdaş isə əraziyə baxış keçirmiş və maddəni aşkar etmişdir. Xanbalanı vizual olaraq tanıyır. Qeyd etdiyi 2 nəfər şübhəli şəx sdən biri o olmuşdur. O, həmin vaxt avto-patrulda olmuş, patrul yoldaşı Namiq Sarıyev olmuşdur. Onlar torpaq yol ilə 2 nəfərin hərəkət etdiyini görmüşlər və həmin şəxslərə yaxınlaşıb burada nə etdiklərini soruşmuşlar. Onlar taksinin onları burada düşürdüyünü bildirmişlər. O, həmin şəxslərin yanında qalmış, Namiq isə telefon işığı ilə əraziyə baxış keçirmişdir. Bir qədər sonra Namiq əlində narkotik maddə aşkar edib gətirmişdir. Narkotik maddə daşın yanına qoyulmuşdur. Həmin şəxslər narkotik maddəni götürməmişlər. Şübhəli şəxslər ilə narkotikin aşkar olunduğu daşın arasında 3-5 metr məsafə olmuşdur. Şübhəli şəxslər özləri narkotik maddənin onlara məxsus olduğunu etiraf etmişlər. Şübhəli şəxslərin adlarını bilmir, lakin, zahiri əlamətlərinə görə onları tanıyır. Onun fikrincə, şübhəli şəxslər onları görən zaman özləri narkotik maddəni daşın arxasına gizlətmişlər. Bölmədə şübhəli şəxslərin üzərinə baxış keçirilərkən o da iştirak etmişdir. Şübhəli şəxslərin üzərlərindən telefon və pul aşkar olunmuşdur. Sabahı gün onlar yenidən şübhəli şəxsləri saxladıqları əraziyə qayıdaraq baxış keçirmişlər. Onlar təhqiqatçı ilə birlikdə səhəri gün yenidən oraya getmişlər. Gecə aşkar olunan bükümü də özləri ilə həmin əraziyə aparmışlar. Səhəri gün yenidən videoçəkiliş aparmışlar. Videoçəkilişin məzmunu ona aydın olmamışdır. O, ilk dəfə belə bir tədbirdə iştirak etdiyindən, həm də hadisənin üzərindən kifayət qədər uzun müddət keçdiyi üçün baş verənləri xatırlamır. Təqsirləndirilən şəxslər öz ifadələrində hər hansı qadından bəhs etməmişlər. Büküm tapılmamışdan qabaq şübhəli şəxslər orada taksi göz lədiklərini bildirmişlər. Büküm tapıldıqdan sonra isə narkotik maddəni etiraf etmişlər. İbtidai istintaq zamanı müstəntiqə 10-cu polis bölməsində ifadə vermiş, 10-cu polis bölməsindən başqa hər hansı bir polis idarəsinə bu işlə bağlı getməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə hazırki ifadəsinin arasında yaranan ziddiyyətin səbəbi hadisənin üzərindən kifayət qədər çox vaxt keçməsi və bəzi məqamları unutmasıdır. Göründüyü kimi, ittiham tərəfinin şahidi, polis əməkdaşı açıq məhkəmə iclasında, hakimlərin qarşısında ifadə verir və hadisənin hansı ardıcıllıqla baş verdiyini bütün detalları ilə göstərir. Lakin məhkəmələr bu mötəbər sübuta düzgün qiymət verməmişlər. Halbuki hadisələrin bilavasitə iştirakçısı olan polis əməkdaşının ifadəsi təqsirləndirilən şəxslərin məhkəmə qarşısında v ermiş olduğu ifadələrlə üst-üstə düşür və məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 metamfetamin və heroin satılmasına dair ittihamı da böyük şübhə altına salır. Çünki polis əməkdaşı olan və hadisəni bilavasitə öz gözləri ilə görən şahid də inandırıcı şəkildə göstərir ki, hadisə vaxtı məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində metamfetamin və heroin olmamışdır. Halbuki ittihamın mövqeyinə görə məhkumlar Məhkum1 və Məhkum2 əlbir olaraq satdığı metamfetamin və heroin baxış zamanı məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüşdür. Əgər məhkumlar Məhkum1 və Məhkum2 əlbir olaraq satdığı metamfetamin və heroin ilkin baxış zamanı məhkumlar Təqsirləndirilən şəxs2 və T əqsirləndirilən şəxs1 üzərində olmamışsa, neçə olur ki, Polis İdarəsində aşkar olunur (?!), bu məsələ məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmişdir, məhkəmə qərarlarında bu mühüm məsələyə qanuna müvafiq, inandırıcı münasibət bildirilməmiş, müdafiə tərəfinin bu arqumenti cavabsız qalmışdır.

2. İttihama əsasən, Məhkum1 və Məhkum2 əlbir olaraq məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayonu “Lökbatan-Xocəsən” nəqliyyat yolunun kənarında “60 km” sürət nişan lövhəsinin altına qoyulmuş heroin və metamfetamini götürmək üçün göndərmişlər.

3. İttihama əsasən, Məhkum1 və Məhkum2 əlbir olaraq Məhkum1 evində qonaq otağındakı qara rəngli şüşə masanın üzərində 1 ədəd çəhrayı rəngli pul kisəsinin içərisində çəhrayı rəngli dəmir qabda 0,455 qram və 0,238 qram he roini saxlamış və 3 mart 2023-cü il tarixdə saat 21:05-də polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən həmin 2 bükümdə heroin aşkar edilərək götürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamlarla əlaqədar Məhkum1 birinci instansiya məhkəməsində ifadə verərək göstərmişdir: - Tanışı Məhkum2 ilə birlikdə, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 19 ünvanında yerləşən evində olarkən, səhər saat 8-9 radələrində, polis əməkdaşları gözlənilmədən evə daxil olmuş və onların hər ikisini saxlamışlar. Polis əməkdaşlarının sayı 15-20 nəfər olmuş, onlar evdə axtarış aparsalar da, heç nə tapmamışlar. Daha sonra polis əməkdaşlarının evə niyə basqın etmələrinin səbəbi onlara məlum olmuşdur. Bir gün əvvəl Xanbala və Ənvər, əvvəlcədən “zakladka” edilmiş narkotik maddəni əldə etmək üçün getmiş, bu zaman polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışlar. Onlar bir gün polis idarəsində saxlanılmış, sabahı gün polis əməkdaşları onların yaşadığı evə axtarış keçirmək üçün gəlmişlər. Bu zaman Xanbala da polislərlə birlikdə gəlmiş, əvvəlcə Xanbala qapını döymüş, daha sonra polislər evə daxil olmuşlar. Onlar polislərə Xanbala və Ənvərin onların tərəfindən “zakladka” dalınca göndərildiklərini demişlər. Bu zaman polis əməkdaşları onu və Şahini də şübhəli şəxs qismində saxlayaraq polis bölməsinə aparmışlar. Onlar 2 gün polis idarəsində qalmışlar. Orada onlara AR Cinayət Məcəlləsinin hansı maddələri ilə təqsirləndirildikləri bildirilmişdir. Xanbala və Ənvər getdikləri yerdə narkotik maddəni tapa bilməmişlər. Məhkum1 suallara cavab olaraq bildirdi ki, ona elan olunan ittiham i lə tanış olmuşdur. Xanbala, Ənvər və Şahini tanıyır. Onlar dördü də narkotik vasitə istifadəçisidirlər. Həmişə dördü bir yerdə narkotik vasitə istifadə etmişlər. Bəzən elə olmuşdur ki, dördü ayrı-ayrı yerlərdə və vaxtda narkotik istifadə etmişlər. Ancaq “kakos” adlanan narkotik maddə istifadənin istifadəçisi olmuşlar. Psixotrop maddə “metamfetamin”dən istifadə etməmişlər. Saxlanılmamışdan bir gün qabaq 2 mart 2023-cü ildə dördü bir yerdə narkotik maddə istifadə etmişlər. Bəzən tanımadıqları adamlarla da narkotik istifadə etdikləri olmuşdur. Onlar narkotik maddəni “Sovetski” deyilən ərazidən, tanımadıqları adamdan almışlar. Narkotiki Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 19 ünvanında yerləşən evdə istifadə etmişlər. Müxtəlif yerlərdən də narkotik aldıqları olmuşdur. Narkotik vas itəni “Sovetski” deyilən ərazidən, “Asif” adlı şəxsdən almışlar. Onlar 2 mart 2023-cü ildə kiməsə narkotik maddə satmamışlar və ya Xanbala və Ənvərə narkotik maddə verməmişlər. Asif daha sonra vəfat etdiyindən, onlar “zakladka” üsulu ilə narkotik maddə əldə etməyə başlamışlar. “Zakladka” qoyan “Adəm” adlı İran İslam Respublikası vətəndaşı olmuşdur. Adəm ilə necə tanış olduqlarını xatırlamır. Adəm ilə Azərbaycan dilində “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə danışmışlar. Adəmin istifadə etdiyi mobil nömrə İran operatoruna aid olmuşdur. Sonuncu dəfə onun telefonu vasitəsilə narkotik vasitə sifariş etmişlər. Onlar sonuncu dəfə “kakos” adlanan narkotik maddə sifariş vermişlər. Onlar narkotik vasitəni Qaradağ rayonu ərazisindən götürəcəkmişlər. Narkotik vasitənin dalınca Xanbala v ə Ənvər getməli olmuşdur. Ənvər və Xanbala gecə təxminən saat 12-1 radələrində narkotik vasitəni götürmək üçün getmişlər. Onlar sonradan öyrənmişlər ki, Ənvər və Xanbala narkotiki tapa bilməyib geri qayıdarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışlar. Onlar bu məlumatı telefon vasitəsilə öyrənmişlər. Narkotik yerində tapılmasa, onlar daha Adəmə zəng etmirmişlər. Onlar Ənvərgil geri qayıtdıqdan sonra Adəm ilə məsələni aydınlaşdıracaqmışlar. Onun telefonu həmin vaxt Xanbalada olmuşdur. Xanbalagil ilk dəfə zəng edərək narkotiki tapa bilmədiklərini və geri qayıtdıqlarını, ikinci dəfə zəng edərək artıq polis tərəfindən saxlanıldıqlarını bildirmişlər. Ənvər və Xanbala saxlanıldıqdan sonra polisə verdikləri ifadədə onların, yəni o və Şahinin də onlarla birlikdə olduqların ı bildirmişlər. Evdən narkotik maddə tapılmamış, “Zakladka” qoyulduğu deyilən yerdə də narkotik maddə olmamışdır. Evdə də narkotik maddə olmamış, evə keçirilən ilk axtarışda narkotik maddə aşkar olunmamışdır. Sonra polis bölməsinə getmişlər. Həmin günün axşamı evə videoçəkilişlə baxış keçirmək üçün ikinci dəfə gəlmişlər. Bu zaman polis əməkdaşları evə 2 büküm narkotik maddə yerləşdirmiş və ondan həmin narkotikin ona məxsus olması və evdən aşkar olunması barədə ifadə verməsini tələb etmişlər. O, polislərə etiraz etmiş, lakin, onlar buna məhəl qoymamışlar. Evə ikinci dəfə gələn zaman polislər dördündən yalnız onu özləri ilə gətirmişlər. Onun ibtidai istintaq zamanı verdiyi ifadəyə müstəntiq tərəfindən çox əlavələr olunmuşdur. Evə axtarış keçirilən zaman müstəntiq iştirak etməmişdir. Saxlanıl an zaman ona zor tətbiq olunmuşdur. Aldığı xəsarətlərin hamısı Bakı İstintaq Təcridxanasına daxil olan zaman qeydiyyata alınmışdır. Bakı İstintaq Təcridxanasında olarkən onu çağırıb, xəsarətlərinin olub-olmamasını soruşmuşlar. O, xəsarət aldığını bildirmişdir. Ona həmin zaman şikayət edib-etməyəcəyini soruşmuşlar. O, şikayətin nəyisə dəyişib-dəyişməyəcəyini soruşmuş, ona “xeyr” cavabı verildiyi üçün bu zaman artıq şikayət etməyinə də ehtiyac olmadığını bildirmişdir. Şahin onlara saxlanılmamışdan bir gün əvvəl, axşamüstü gəlmişdir. Şahin mütəmadi olaraq onlara gəlmişdir. Onlar Şahinlə həm də qohumdurlar.Qabil adlı usta və Sabir adlı güləş müəllimi onların evində olmuşlar. Həmçinin, övladı və həyat yoldaşı da evdə olmuşlar. Həmin axşam Şahin onlarda qalmışdır. Divanda yatmış, o da daha Şahi ni oyatmamışdır. Şahinin həmin gün evə getmək fikri olmuşdur. Səhər saat 8 radələrində polis əməkdaşları evə gələrək onları birbaşa polis bölməsinə aparmışlar. Şahini də onunla bərabər polis bölməsinə aparmışlar. Polis bölməsində Şahinin kim olduğunu ondan soruşmamışlar. Pul qarşılığında ümumiyyətlə heç kimə narkotik maddə verməmişdir. Lakin, bəzən “ağrıda” olan dost-tanışa əvəzsiz olaraq narkotik maddə vermişdir. Təqsirləndirilən şəxs1 ilə bir məhəllədə qalmışlar. Təxminən 3-4 ildir ki, Xanbalanı tanımış, Xanbala çox nadir hallarda onların yanına gəlmişdir. Ona qarşı irəli sürülmüş ittihamlarla bağlı Məhkum2 birinci instansiya məhkəməsində ifadə verərək göstərmişdir: - “Sovetski” deyilən ərazidə yaşamış, Fərid isə Nərimanov rayonunda yaşamışdır. O, həmin gün Fəridgilə qonaq getmiş, Fərid onların yeznəsidir, o isə Fəridin qaynıdır. Onlar həmin gün Fərid ilə əyləşmişlər. Bir qədər sonra ayrı-ayrı olaraq, Xanbala və Ənvər evə gəlmişlər. Xanbala evdə çox qalmamış, elə gəldikdən 15-20 dəqiqə sonra da gedəsi olmuşdur. Ənvər getməmişdən əvvəl çölə çıxmış, daha sonra geri qayıdıb koridorda Fərid ilə söhbət etməyə başlamışdır. O, Ənvərə hara getdiyini soruşmuş, Ənvər isə “işim var” deyə cavab vermişdir. Bu zaman Xanbala Ənvərə əgər gedirsə, yolüstü onu da gedəcəyi ünvana aparmasını xahiş etmiş, Ənvər də razılaşmışdır. Xanbala Ənvərə onu da məhəlləyə qədər aparmasını xahiş etmişdir. O, Xanbala ilə Ənvər getdikdən sonra yenidən evə qayıdıb, telefonda “kazino” oynamağa başlamışdır. Elə orada da yuxuya getmişdir. Səhər onun üzərinə su tökərək onu oyatmışlar. O, gözlərini açdıqda evdəki lərin üzü divara dayandıqlarını görmüşdür. O, nə baş verdiyini soruşduqda, dayanmadan onu döyməyə başlamışlar. Eyni anda evdə olan digər şəxsləri də polis əməkdaşları döymüşlər. O nəyə görə polislərin evə basqın etdiklərini və onları döymələrini anlaya bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xanbala və Ənvər axşam “zakladka” dalınca getmiş və polis əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra onları bölməyə aparmışlar. O, orada da polislərdən onu nəyə görə buraya gətirib saxladıqlarını soruşmuşdur. Polislər ona Xanbalagilin “zakladka” dalınca gedərkən saxlandıqlarını və onun da onlarla əlbir olduğunu demişlər. O, bu hadisə ilə bağlı heç bir əlaqəsi olmadığını demiş və polislərdən onu rəisin yanına aparmalarını xahiş etmişdir. O, bölmə rəisi ilə görüşmüş, rəis ona “sən heç kimi zakladka dalınca göndərməmisən?” deyə sual vermişdir. O, isə cavabında heç kimi “zakladka” dalınca göndərmədiyini bildirmişdir. Həmin zaman polis rəisi ona əgər heç kim onu “zakladka” dalınca göndərdiyini deməsə və günahsız olduğu aşkar olunsa, onu buraxacaqlarını bildirmişdir. Daha sonra Ənvəri otağa gətirmişlər. Polislər Ənvərdən onu kimin “zakladka” dalınca göndərdiyini sual etdikdə, Ənvər “məni Şahin göndərib” cavabını vermişdir. O, bu zaman Ənvərə etiraz etmiş və onun ümumiyyətlə hara getdiyi barədə məlumatı olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları Ənvəri cəld otaqdan çıxarmış və onu döyməyə başlamışlar. Polislər onu döyə-döyə “təqsirini boynuna al” demişlər. O, isə onlara dönədönə heç bir təqsiri olmadığını bildirmişdir. Daha sonra polislər ona videoçəkilişə gedəcəklərini bildirmişlər. O, polislərə videoçəkilişdə heç nə deməyəcəyini, onun olmayan heç bir təqsiri boynuna götürməyəcəyini, yalnız söyüş söyəcəyini bildirmişdir. Məhz buna görə də o, videoçəkilişə aparılmamış, bölmədə qalmışdır. Onun heç bir günahı yoxdur. Onun əvvəllər cinayət törətməyi, indi də onun bu işdə iştirakı olduğu anlamına gəlmir. O, 10 il bundan öncə cinayət törətmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, bu iş ilə hər hansı əlaqəsi yoxdur. Onun saxlanılan zaman da Yasamal rayon məhkəməsində işinə baxılmış, həmin məhkəmədə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilmişdir. Böyük ehtimalla orada azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılacaqmış. Məhkum2 suallara cavab olaraq bildirdi ki, o, mütəmadi olaraq narkotik maddələrdən i stifadə etmişdir. Fərid də mütəmadi olaraq narkotik maddə istifadəçisi olmuşdur. Təxminən həftədə 1-2 dəfə Fərid ilə birlikdə narkotik istifadə etmişlər. Onun həmin gün üzərində 0,02 qram heroin olmuşdur. Fəridin həmin gün özündə narkotik maddə olmamışdır. Onda olan narkotiki ikisi bir yerdə istifadə etmişlər. Onlar narkotik vasitəni elə yerdə istifadə edirlər ki, evdə yaşayanlar onları görməsin. Ənvər və Xanbalanı təxminən 4-5 ildir ki, tanımış, bir məhəllədə yaşamışlar. Ənvər heroin istifadəçisi olmamış, o, metamfetamin istifadə etdiyini bilmişdir. Xanbala isə heroindən istifadə etmiş, bir neçə dəfə Ənvər və Xanbala ilə birlikdə narkotik istifadə etmişlər. O, axşam saat 10-11 radələrində evə gəlmiş, 5 dəqiqə sonra Xanbala evdən çıxmışdır. Qapının yanında Xanbala ilə Ənvər nə isə danışmış, lakin nə danışdıqlarını o, bilməmişdir. O, həmin zaman divanda əyləşib “kazino” oyunu oynamışdır. Xanbalagil getdikdən sonra o, Fərid və Qabil evdə qalmışlar. O, elə divanda da, “kazino” oynaya-oynaya yuxuya getmiş, Ənvərin niyə gəldiyini bilməmişdir. Ənvər evə gəlsə də, lakin, koridordan içəri girməmişdir. O, içəridən sadəcə onun səsini eşidib Ənvər olduğunu bilmişdir. Xanbala içəridə oturmuş, o, gələndə evdə Fərid, ailə üzvləri və Xanbala olmuşdur. Evdə bir yerdə olarkən narkotik maddə almaq, əldə etmək barədə söhbət etməmişlər. O, Xanbalagilin “zakladka” dalınca getdiklərini bilməmişdir. O, hətta Xanbaladan hara getdiklərini də soruşmuş, lakin o, “işimiz var” demiş, başqa bir şey deməmişdir. O, bir də Xanbalanı səhər polislər tərəfindən evə gətiriləndə görmüş, Ənvəri isə ümumiyyətlə g örməmişdir. O, onların narkotik dalınca getmələri, kiminlə və harada görüşmələri, necə saxlanılmaları barədə heç nə bilməmişdir. Hətta bu günə qədər onların həmin axşam başına gələnlər barədə məlumatı yoxdur. Onun üzərində saxlanılan zaman narkotik maddə olmamış, səhər polislər evə basqın edərkən, bilinən adamlardan başqa, usta və Qabil də orada olmuşdur. Həmin şəxslərin üzərində də narkotik olmamışdır. Polislər səhər Xanbalanı evə gətirmiş, Ənvər isə 4-cü polis bölməsində qalmışdır. O, bölməyə getdikdən sonra orada rəisin otağında rəisə izahat verərəkən Ənvəri otağa gətirmişlər və o, Ənvəri orada görmüşdür. O, Ənvər və Xanbalaya narkotik maddə satmamış, bir gün əvvəl Ənvər və Xanbala ilə görüşməmişdir. Fəriddən başqa heç kimə narkotik maddə verməmiş, Ənvər və Xanbalanın “zakladka” dalınca getmələrindən də xəbəri olmamışdır. Polis əməkdaşları onu ona görə döymüşlər ki, onun da bu hadisədə iştirakı olduğunu boynuna götürsün. Zahiri olaraq üzdə görünən xəsarətləri olmasa da, zərbələrin təsirindən bədəni ağrımışdır. İstintaq təcridxanasına aparılarkən xəsarətlərinin olmadığı qeyd olunmuşdur. O, Bakı İstintaq Təcridxanasına aparılarkən döyüldüyünə görə ağrımış və halsız olmuşdur. Məhz buna görə də, prosedurun tez bir zamanda qurtarması üçün ondan xəsarətlərinin olub-olmaması soruşularkən, o, olmadığını bildirmişdir. Ağrımasının səbəbi bədəninin narkotik maddə tələb etməsi olmuşdur. O, heç vaxt narkotik vasitə satmamış, polis əməkdaşları sırf ondan əl çəksinlər deyə, sənədlərə imza etmiş, həmin sənədlərin məzmunu ona məlum olmamışdır.” Məhkəmə kollegiyası hesab edir ki, işə ba xan məhkəmələr tərəfindən müdafiə tərəfinin irəli sürdüyü dəlillərə əsaslandırılmış cavablar verilməmiş, Məhkum1 və Məhkum2 əlbirliyinin nədə ifadə olunması, hansı mötəbər sübutlarla təsdiq olunması araşdırılmamış, ümumiyyətlə, S.Heydərovun hazırkı cinayət işi üzrə təqsirliliyinin müəyyən edilməsi üçün mümkün qanuni üsullardan istifadə edilməmiş, hər dörd məhkum müxtəlif maddələrlə təqsirli bilinərək məhkum olunarkən yalnız məhkumların ibtidai istintaq zamanı vermiş olduğu ifadələr əsas götürülmüş, açıq məhkəmə iclaslarında hakimlər qarşısında verilmiş ifadələr nəzərə alınmamış, həmin ifadələrə uyğun araşdırma aparılmamış, həqiqətin müəyyən edilməsi üçün səy göstərilməmişdir. Bundan əlavə, Məhkum1 və Ş.Dostəliyev məhkəmələr tərəfindən satışa və satış məqsədinə görə təqsirli bilinərək məhku m edilmələrinə baxmayaraq, onların digər iki məhkuma narkotik vasitənin satılması şahid polis əməkdaşının ifadəsi ilə təkzib edilməsinə baxmayaraq bu məsələyə düzgün hüquqi qiymət verilməmiş, Məhkum1 evindən aşkar edilmiş heroinlə bağlı baxışın qanuna müvafiq aparılıb aparılmaması, bununla bağlı Məhkum1 və Məhkum2 ifadələrində qeyd edilənlərin, baxışın tarix və saatı və ya təkrar baxış keçirilməsi ilə bağlı məsələlərə obyektiv müşahidəçini qane edəcək səviyyədə inandırıcı münasibət bildirilməmiş, eləcə də “60km” yol nişanının yanında aşkar edilmiş heroin və metamfetaminin satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübuta istinad edilməmiş, telefon danışıqları, mesajlar tədqiq edilməmiş, nəticədə məhkəmə araşdırması tam həcmdə aparılmamışdır. Bundan başqa, məhkəmələr tərəfindən hər dörd məhkumun ibtidai istintaq zamanı müdafiə hüquqlarının təmin edilib edilməməsi, səmərəli müdafiə vasitələri ilə təmin edilibedilməməsi yoxlanılmamışdır. Eyni zamanda, cinayət işinin materiallarından da görünür ki, bütün məhkumlar onlara ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı iddia irəli sürmüşlər. Apellasiya instansiyası məhkəməsi bu müraciətlərə qərarda aşağıdakı kimi münasibət bildirmişdir: “Məhkum edilmiş Məhkum2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətində məhkum olunmuş Məhkum1 ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan məlumatlar verməsi ilə bağlı qeyd etmişdir ki, o, həbs edilən zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış, yalan ifadə verməyə məcbur olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İst intaq Təcridxanasına məhkəmə tərəfindən verilmiş həbs edilən şəxslərin sağlamlığı barədə sorğuya cavab məktubu və onların adına açılmış tibbi kitabçaların surəti məhkəməyə təqdim edilmişdir. Həmin cavab məktubundan da göründüyü kimi müayinə zamanı Məhkum1 döş qəfəsinin sağ nahiyəsində iki ədəd 2-3 sm ölçüdə sarımtıl rəngli qançır, hər iki çiyinin arxa səthində 5-6 sm ölçüdə tünd bənövşəyi rəngli qançır, alt çənənin sağ nahiyəsində 1 sm ölçüdə qərtməkli yara müşahidə edilmişdir. Beləliklə, aydın olur ki, Məhkum1 öz qohumu barədə həqiqətə uyğun olmayan ifadə verməyə polis əməkdaşları tərəfindən təzyiqlərlə məcbur edilmişdir. İş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı şikayətlər vermişdirlər, lakin Qaradağ Rayon Prokur orluğunun 24 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir......Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəç isinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kollegiya apellyasiya şikayətlərinin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxs Məhkum1 ibtidai istintaqda zamanı Məhkum2 əleyhinə verdiyi ifadəsi işdə olan və yuxrıda qeyd edilmiş digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma, həmçinin fiziki işgəncə ilə bağlı qeyd edilən xüsusatlar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə öz təsdiqini tapmamışdır. Odur ki, ibtid ai istintaq zamanı verilmiş ifadələr, şahid ifadələri, şəxsi axtarış və götürmə, eləcə də digər sübutlar Məhkum2 bəraət verilməsini və Məhkum1 əməlinin narkotik vasitənin şəxsi istifadəsi əməlinə tövsif edilməsini istisna edir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən nəzərə alır ki, təqsirləndirilən şəxslər və onun müdafiəçiləri cinayət prosesini həyata keçirən orqanın qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Beləliklə, müdafiə tərəfi Məhkum1 istintaq zamanı verdiyi ifadələri təzyiq və təsirlə əlaqələndirsə də, bu əsaslı olmamış, Məhkum1 pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Məhkəmə k ollegiyası təqsirləndirilən şəxslərin bütün ifadələrini yoxlamaqla, ifadələrini dəyişməsi səbəbini əsaslı hesab etməməklə, həmçinin ifadələrə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onların ibtidai istintaq zamanı verdiyi ifadələrinin işdə olan sübutlarla uzlaşdığını nəzərə alır və üstünlük verir.” Cinayət işinin materiallarına əlavə edilmiş “Bakı şəhər Qaradağ rayon prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, hazırkı cinayət işi üzrə hər dörd məhkum saxlanıldıqları zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldıqlarını bildirmiş, izahatlar vermiş, öz dəlillərini gətirmişlər. Həmin qərardan da görünür ki, məhkumlar polis tərəfindən tutulduqdan 7 ay sonra məhkəmə-t ibb ekspertizasından keçirilmişlər. Eyni zamanda, Məhkum1 adına tərtib edilmiş tibbi kartada onun bədəni üzərində xəsarətlərin aşkar edildiyi müəyyən edilmiş, lakin qərarda bu məsələyə, eləcə də digər məhkumların işgəncə ilə bağlı iddialarına heç bir münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən hər dörd məhkumun ibtidai istintaq zamanı onlara işgəncə verilməsi ilə bağlı müraciətləri CPM-in və Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququnun müddəlarına uyğun araşdırılmamış və qiymətləndiriməmişdir. Məhkəmələr nəzərə almamışlar ki, prokurorluq tərəfindən “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsi məhkəmələri CPM-in 125ci maddəsinin (o cümlədən CPM-in 125.2.2-ci maddəsinin) tələblərinə uyğun araşdırma aparmaq vəzif əsindən azad etmir və məhkəmələrin CPM-in tələblərinə uyğun olaraq bu iddianı müstəqil araşdırmaq hüququnü saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutlarını sadalasa da, lakin detallı və müqayisəli şəkildə həmin sübutları təkzib edən müdafiə tərəfinin inandırıcı dəlillərini qəbul etdikləri qərarlarında əks etdirməmiş, ibtidai istintaq zamanı verilmiş ifadələrin məhkəmə istintaqı zamanı dəyişdirilməsinin, müdafiə yönümlü ifadələr verilməsinin səbəblərini müəyyənləşdirməmiş, bu məsələyə əsaslandırılmış mövqe nümayiş etdirməmiş, CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmişlər. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə qi smən razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2-ci və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 4.2.2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılma sı zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi6 və Məhkum2 müdafiəçisi Müdaf iəçi9 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 fevral tarixli, 1(103)-207/2025 nömrəli qərarı kassasiya müraciətlərinə münasibətdə tam ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar