Məhkəmə qərarları › İş №1(102)-1533/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1533/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1533/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 24 may 2022-ci il tarixli, 1(105)-254/2022 nömrəli qərarından dövlət ittihamçısı Alverdiyev Ramiz Xalıqverdi oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 11 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki h allarına görə, Məhkum dövlət qeydiyyatına alınmış “Cənnət Bağı Şirkətlər Qrupu”nun tərkibində olmaqla, Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin 20 oktyabr 2019-cu il tarixdən direktoru vəzifəsində işləyərkən həmin vəzifə üzrə təlimata əsasən, istirahət mərkəzində idarəetmə prinsiplərinin təşkilini həyata keçirmək, marketinq və satış üzrə planları hazırlamaq, satışın artırılmasına dair proqnozlar aparmaq, fəaliyyətin rentabelliyini təmin etmək, istirahət mərkəzinə gələn qonaqlara yüksək xidmətin göstərilməsinə və rahat şəraitin yaradılmasına nəzarət etmək, istirahət mərkəzinin personalının peşəkar hazırlığını təşkil etmək, edilən məsrəflərə (xərclərə) qənaət edilməsinə nəzarət etmək və digər tədbirlər görməyə məsul vəzifəli şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə “Cənnət Bağı Şirkətlər Qrupu” ilə Altıağac Milli Parkı arasında bağlanmış Parkın Altıağac sahəsinin 7-ci dolayının (əvvəlki adı ilə 6-cı dolayının) 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət (rekreasiya) zonasının Xızı rayonunun inzibati ərazisində yerləşən 35 hektar təşkil edən hissəsinin 15 il müddətinə şirkətlər qrupunun istifadəsinə verilməsinə dair 19 iyun 2017-ci il tarixli, 2 saylı xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilə əsasında istifadədə olan 8 hektar və 10 hektarlıq ərazisində qeyd olunan müqavilənin, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun olmayan şəkildə saxlanılan ümumilikdə 195 baş olmaqla Xallı maral və Altay maralı cinsindən olan heyvanlar tərəfindən ərazidəki ağacların gövdələrinin və qabıqlarının yeyilərək məhv edilməsinin qarşısının alınması üçün hər hansı zəruri mühafizəedici tədbirlər görməməsi ilə əlaqədar marallar tərəfindən son bir ilə xarakterik təsirlər nəticəsində 3589 ədəd müxtəlif cinsli və diametrli köküstə yaş ağacların, o cümlədən göyrüş ağacı - 273 ədəd diametri 8 santimetrlik, 117 ədəd diametri 12 santimetrlik, 281 ədəd diametri 16 santimetrlik, 135 ədəd diametri 20 santimetrlik, 11 ədəd diametri 24 santimetrlik, 11 ə dəd diametri 32 santimetrlik, 26 ədəd diametri 36 santimetrlik, ağcaqayın ağacı -364 ədəd diametri 8 santimetrlik, 114 ədəd diametri 12 santimetrlik, 231 ədəd diametri 16 santimetrlik, 43 ədəd diametri 20 santimetrlik, 35 ədəd diametri 24 santimetrlik, 6 ədəd diametri 28 santimetrlik, 1 ədəd diametri 36 santimetrlik, palıd ağacı 55 ədəd diametri 8 santimetrlik, 79 ədəd diametri 12 santimetrlik, 185 ədəd diametri 16 santimetrlik, 131 ədəd diametri 20 santimetrlik, 104 ədəd diametri 24 santimetrlik, 32 ədəd diametri 28 santimetrlik, 31 ədəd diametri 32 santimetrlik, 19 ədəd diametri 36 santimetrlik, 1 ədəd diametri 40 santimetrlik, 1 ədəd diametri 44 santimetrlik, vələs ağacı -355 ədəd diametri 8 santimetrlik, 61 ədəd diametri 12 santimetrlik, 376 ədəd diametri 16 santimetrlik, 186 ədəd diam etri 20 santimetrlik, 55 ədəd diametri 24 santimetrlik, 5 ədəd diametri 28 santimetrlik, qarağac ağacı -119 ədəd diametri 8 santimetrlik, 31 ədəd diametri 12 santimetrlik, 23 ədəd diametri 16 santimetrlik, 12 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, armud ağacı - 23 ədəd diametri 8 santimetrlik, 11 ədəd diametri 16 santimetrlik, 4 ədəd diametri 20 santimetrlik, 5 ədəd diametri 24 santimetrlik, yemişan ağacı -15 ədəd diametri 8 santimetrlik, 16 ədəd diametri 12 santimetrlik və 5 ədəd diametri 16 santimetrlik olmaqla marallar tərəfindən gövdə qabıqlarının soyularaq zədələnməsi və bioloji inkişafdan qalmasına görə təbiətə 22234 manat, habelə maral növündən olan heyvanların saxlandığı 10 hektar ərazidə öt örtüyünün korlanmasına görə 4400 manat, ümumilikdə 26634 (iyirmi a ltı min altı yüz otuz dörd) manat ziyan vurulması ilə dövlətin ekologiya, ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə mane olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla, səhlənkarlıq etmişdir. Bundan başqa, Məhkum 20 oktyabr 2019-cu il tarixdən “Cənnət Bağı Şirkətlər Qrupu”nun tərkibində olmaqla, Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və direktoru olduğu Altıağac “Cənnət Bağı” istirahət mərkəzi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni istirahət mərkəzinə daha çox müştəri cəlb edərək qonaqlamaq imkanı yaradıb müəssisənin daha yüksək gəlirlə fəaliyyət göstərməsini təmin etmək üçün “Cənnət Bağı Şirkətlər Qrupu” ilə Altıağac Milli Parkı arasında bağlanmış Parkın Altıağac sahəsinin 7-ci dolayının (əvvəlki adı ilə 6-cı dolayının) 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət (rekreasiya) zonasının Xızı rayonunun inzibati ərazisində yerləşən 35 hektar təşkil edən hissəsinin 15 il müddətinə şirkətlər qrupunun istifadəsinə verilməsinə dair 19 iyun 2017-ci il tarixli, 2 saylı xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilə əsasında istifadədə olan ərazidə, həmçinin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilən Milli Parkın kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə yaradılmış həmin ərazilərin sanitariyamühafizə zonasında qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı, eləcə də Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılmasının yalnız Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizasından keçmiş müqavilələr əsasında yol verilməsi tələbinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 2019cu ilin noyabr-dekabr aylarından başlayaraq, müvafiq ekoloji ekspertizadan keçmiş müqavilə olmadan, verdiyi tapşırıq əsasında istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə həmin ərazidə müxtəlif tikililər, o cümlədən 3x3 metr ölçüdə olmaqla, 9 kvadrat metr qazanxana, 12,5x8,5 metr ölçüdə olmaqla, 106,25 kvadrat metr hamam binası, 4x6 metr ölçüdə olmaqla, 24 kvadrat metr yardımçı tikili, 44 kvadrat metr ölçüdə olan hissəsi həmin əraziyə düşən 25x18 metr ölçüdə 2 mərtəbəli yaşayış binası inşa etdirib, bunlardan əlavə 20x5 metr ölçüdə və 30x4 metr ölçüdə qazıntı işi aparmaqla, həmin işlərin aparılması zamanı tikinti və qazıntı altına düşən torpağın münbit qatını qəsdən korlayıb “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi n əticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli Qərarına uyğun olaraq təbiətə 27689,93 (iyirmi yeddi min altı yüz səksən doqquz manat, doxsan üç qəpik) manat məbləğində ziyan vurub, dövlətin ekologiya, ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində həyata keçirdiyi fəaliyyəti pozmaqla, bununla əlaqədar aparılan siyasətə mane olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, Məhkum 20 oktyabr 2019-cu il tarixdən “Cənnət Bağı Şirkətlər Qrupu”nun tərkibində olmaqla, Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru vəzifəsində işləyərkən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs qismində, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və direktoru olduğu Altıağac “Cənnət Bağı” istirahət mərkəzi üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni istirahət mərkəzinə daha çox müştəri cəlb edərək qonaqlamaq imkanı yaradıb müəssisənin daha yüksək gəlirlə fəaliyyət göstərməsini təmin etmək üçün “Cənnət Bağı Şirkətlər Qrupu” ilə Altıağac Milli Parkı arasında bağlanmış Parkın Altıağac sahəsinin 7-ci dolayının (əvvəlki adı ilə 6-cı dolayının) 22-ci kvartalının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmadığı turizm və istirahət (rekreasiya) zonasının Xızı rayonunun i nzibati ərazisində yerləşən 35 hektar təşkil edən hissəsinin 15 il müddətinə şirkətlər qrupunun istifadəsinə verilməsinə dair 19 iyun 2017-ci il tarixli, 2 saylı xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilə əsasında istifadədə olan ərazidə qeyd olunan müqavilənin, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olaraq 12 sentyabr 2020-ci il tarixdən 14 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində istirahət mərkəzinin otel binasına aparan yolun ətrafındakı cəmi 8247,78 manat dəyərində 2039 ədəd müxtəlif cinsli və diametrli köküstə yaş a ğacların, o cümlədən palıd ağacı -344 ədəd diametri 8 santimetrlik, 43 ədəd diametri 12 santimetrlik, 13 ədəd diametri 16 santimetrlik, 10 ədəd diametri 20 santimetrlik, 4 ədəd diametri 24 santimetrlik, 1 ədəd diametri 28 santimetrlik, 1 ədəd diametri 32 santimetrlik, 1 ədəd diametri 40 santimetrlik, 1 ədəd diametri 44 santimetrlik, 1 ədəd diametri 60 santimetrlik, vələs ağacı 139 ədəd diametri 8 santimetrlik, 18 ədəd diametri 12 santimetrlik, 3 ədəd diametri 16 santimetrlik, 1 ədəd diametri 20 santimetrlik, yemişan ağacı -10 ədəd diametri 4 santimetrlik, 243 ədəd diametri 8 santimetrlik, 10 ədəd diametri 12 santimetrlik, 1 ədəd diametri 16 santimetrlik, söyüd ağacı -204 ədəd diametri 8 santimetrlik, 1 ədəd diametri 12 santimetrlik, göyrüş ağacı -477 ədəd diametri 8 santimetrlik, 24 ədəd d iametri 12 santimetrlik, 15 ədəd diametri 16 santimetrlik, 3 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, 2 ədəd diametri 28 santimetrlik, 1 ədəd diametri 36 santimetrlik, ağcaqayın ağacı -6 ədəd diametri 4 santimetrlik, 113 ədəd diametri 8 santimetrlik, 17 ədəd diametri 12 santimetrlik, 2 ədəd diametri 16 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, armud ağacı- 129 ədəd diametri 8 santimetrlik, 25 ədəd diametri 12 santimetrlik, 2 ədəd diametri 16 santimetrlik, 2 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, qarağac ağacı -108 ədəd diametri 8 santimetrlik, 24 ədəd diametri 12 santimetrlik, 2 ədəd diametri 16 santimetrlik, 1 ədəd diametri 20 santimetrlik, 2 ədəd diametri 24 santimetrlik, alça ağacı -29 ədəd diametri 8 santimetrlik, 1 ədəd diametri 12 santimetrlik, 1 ədəd diametri 20 santimetrlik, 1 ədəd diametri 24 santimetrlik, həmçinin 321 manat dəyərində 107 ədəd müxtəlif cinsli kollar, o cümlədən 12 ədəd zirinc kolu, 32 ədəd göyəm kolu, 39 ədəd itburnu kolu, 11 ədəd gərməşov kolu, 13 ədəd mundarça kolu, 18 manat dəyərində ot örtüyü olmaqla, ümumilikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli Qərarına uyğun olaraq cəmi 8586,78 (səkkiz min beş yüz səksən altı manat, yetmiş səkkiz qəpik) manat dəyərində bioloji inkişafda olmuş yuxarıda göstərilən köküstə yaş ağac və kolları, habelə ot örtüyünü verdiyi tapşırıq əsasında istintaqa məlum olmayan şəxs(lər) vasitəsilə kəsib götürməklə, öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla xüsusi mühafizə olunan təbiət ərazilərində ağacları, kolları və digər yaşıllıqları vahid niyyətlə qanunsuz kəsmiş, həmin hərəkətləri ilə dövlətin ekologiya, ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində həyata keçirdiyi fəaliyyəti pozmaqla bununla əlaqədar aparılan siyasətə mane olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir.

3. Xızı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 1(068)-1/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 259.2.3 və 259.2.4-cü maddələri ilə 8000 manat, CM-nin 308.1-ci maddəsi ilə 3000 manat, CM-nin 314.1 -ci maddəsi ilə isə 2000 manat cərimə cəzasına məhkum olunmuş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10000 (on min) manat cərimə cəzası saxlanılmışdır.

4. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilərək Məhkum Azərbaycan Respublikası CM-nin 259.2.3, 259.2.4, 308.1 və 314.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xızı Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmünün, ona təqsirli bilindiyi maddələr və cinayətlərin məcmusu üzrə əsas və əlavə cəza təyin edilməklə dəyişdirilməsi xahiş etmişdir..

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(105)-254/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanı lmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli, 1(105)-254/2022 nömrəli qərarından dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri

7. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM) 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

10. Qanunv ericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

12. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

13. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

14. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsini n qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 59.1.9 və 60- cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

15. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüqu qi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

16. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

17. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61 ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

18. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

19. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

20. Məhz bu cür ("açıq-aydın” yüngül v ə yaxud "açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

21. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası ("məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin c əzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza "açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

22. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın "açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq daha böyük, p ozuntu isə daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

23. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

24. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən halla r kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır.

25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM- nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hal kimi ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının müvəkkil etdiyi nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Məhkum həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası üçün nəzərdə tutulan sanksiya daxilində cəza təyin etməklə Azərbaycan Respublikası CM-də nəzərdə tutula n cəzanın məqsədlərini təmin etmişdir.

28. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz. 29.Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21 -ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 30.Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1 -ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 may 2022-ci il tarixli, 1(105)-25

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar