Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1533/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə X5 qarş ı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2023-cü il tarixli hökmü ilə isə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum X3nin müdafiəçisi Abdullayev Asif Saleh oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) X5, 08 dekabr 1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Yevlax Rayon Məhkəməsinin 02 iyul 2003-cü il tarixli hökmü ilə CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tədbiq edilmiş, Yevlax Rayon Məhkəməsinin 17 fevral 2005-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Yevlax Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X5 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, 2 ədəd sellofon bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 0,339 qram olan, ümumi təmiz çəkisi 1,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 2 ədəd sellofo n bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram,1,177 qram olan, ümumi təmiz çəkisi 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 8 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında, istifadəsində və satışında şübhəli bilindiyi üçün Tərtər rayonunun Sarov kəndi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,65 qramkustar üsulla hazırlanmış narkotik vasitə o lan heroin və külli miqdarda ümumi təmiz çəkisi 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 03 mart 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, X7 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,CM-nin 69.3-cü maddəsinə əsasən X3nin 09 yanvar 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 9 (doqquz) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaq yolu ilə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti, məhkumun müdafiəçisi A.S.Abdullayev isə kassasiya şikayəti verərək, hər birisi həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlaruıın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarına, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən hökm qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən X3nin əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda dövlət ittihamçısı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tari xli Qanununa və həmin qanunla təsdiq edilmiş I Siyahıya əsaslanaraq qeyd etmişdir ki, X3nin üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarından 11 dəfə çox olması, külli miqdarda ümumi təmiz çəkisi 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin miqdarının isə şəxsi istehlak miqdarından təxminən 16 dəfə çox olması, bunların bükümlərə ayrılaraq bölünməsi, X3nin əvvəllər də məhkum olunması, 08 yanvar 2022-ci il tarixdə saat 22-23 radələrində 25 manat pul qarşılığında taksi ilə tək yaşadığı Yevlax şəhərindən Tərtər rayonuna gəlməsi, onun heç yerdə işləməməsi, narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsi ilə bağlı maddi durumu, narkotik vasitənin və y a psixotrop maddənin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları, bununla bağlı polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar və bu kimi işin digər faktiki halları məhkumun narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək saxlayıb daşımasına, apellyasiya instansiyası məhkəməsinin isə iş üzrə düzgün nəticəyə gəlməməsinə dəlalət edir. Bununla bağlı əldə olunmuş sübutlara və kassasiya protestində göstərdiyi digər dəlillərə əsaslanaraq həmin protestin müəllifi onun kassasiya müraciətinin təmin olunmasını xahiş edir. Müdafiəçi A.S.Abdullayev də cinayət və cinayət-prosessual qanunvericiliklərinin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Rlenumunun bəzi qərarla rına istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X3 barəsində ittiham hökmü çıxarmaqla yanlış nəticəyə gəlmiş, işdə olan sübutlara obyektiv qiymət verməmiş, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlar tam və hərtərəfli yoxlanmamış, əldə olunmuş sübutlar müqayisəli şəkildə təhlil olunmamışdır. Həmçinin şikayət müəllifi bildirir ki, iş materiallarından görə, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmələrdə verdiyi ifadələrində üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin yalnız iki bükümünün ona aid olduğunu, digər iki bükümün isə ona aid olmadığını bildirmiş, üzərinə baxış keçirilərkən ağır dərəcədə narkotik sərxoşluğu vəziyətində olmuş, bu səbəbdən də gö zü görsə də ətrafda baş verənləri tam qavraya bilməmiş, qulağında küy olduğunu polis əməkdaşlarına və vəkilə bildirsə də heç kəs buna məhəl qoymamışdır. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid4 da ifadələrində X3nin şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş bükümlərin yalnız ikisinin ona məxsus olduğunu, digər 2 bükümün isə ona məxsus olmadığını söylədiyini bildirmişdlər. Qeyd olunan hal 09 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokola əlavə edilmiş videoşəkilişdə də öz əksini tapmışdır. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, onun üzərində 1 qramdan bir az artıq heroin və metamfetamin olmuş, yolda olarkən narkotikə görə ağrıları olduğu üçün üzərində olan nar kotikdən təqribən 1 qram heroin və metamfetamindən qarşıdırıb iynə ilə damarına vurmuşdur. Üzərində olan narkotikdən kiçik bir hissəsini isə sonradan istifadə etmək üçün cibində saxlamış və videoçəkiliş zamanı üzərində ancaq 2 bükümün olduğunu bildirmişdir. Buna baxmayaraq nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında 4 bükümdən hansı 2 bükümün ona aid olması dəqiqləşdirilməmiş, həmçinin təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olduğu üçün göstərdiyi 2 bükümün çəkisinə də dəqiqliklə diqqət yetirə bilməmişdir. Müdafiəçinin qənaətinə görə, təqsirlədirilən şəxsin üzərindən aşkar olunmuş bükümlərdən ancaq 2 bükümün ona aid olduğunu bildirməsi həmin bükümlərin çəkisi də şübhə doğurur və belə olan halda şəxsi axtarış və götürmə aparılması haqqında protokol və onun əsa sında əldə edilmiş sübutlar yolverilməz sübutlar kimi qiymtələndirilməlidir. Qeyd olunanlardan başqa Gəncə Apellyasiya məhkəməsi digər 2 bükümün kimə aid olması barədə heç bir araşdırma aparmamış və həmin hissədə ehtimallara əsaslanaraq X3nin ifadələrinin inandırıcı olmadığını hesab etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi A.S.Abdullayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum X3 qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, müdafiəçi A.S.Abdullayev isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla b ağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə məhkum X3nin və onun müdafiəçisi A.S.Abdullayevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Q.A.Riz vanovun həmin protestinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edlmiş hökmünün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Müdafiəçi A.S.Abdullayev isə kassasiya şikayətində iş üzrə toplanmış sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, X3 barəsində yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini, bunun da nəticəsində hüquqlarını müdafiə et diyi şəxsin qanunsuz və əsassız olaraq məhkum olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməli olması barədə kassasiya tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində müəyyən edilmiş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübu tlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini və müdafiəçi A.S.Abdullayevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə X3nin məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış və kassasiya qaydasında mübahisələndirilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2023-cü il tarixli hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üz rə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələbləri nə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edil mişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi y oxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dər əcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunm uş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəmən i də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qa nunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cin ayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb ed ən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəz anı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü m addəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmet inin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. X3nin barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla (X3 dindirilməklə) baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi yekun məhkəmə aktında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, m ümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq həmin hökmdə X3nin ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da narkotik vasitəni satmasını müəyyən etməyərək sonuncunun həmin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etməklə onun həmin maddə ilə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların X3nin həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayə t etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum X3nin satış məqsədi olmadan narkotik vasitə olan 1,65 qram çəkidə olan heroini və 2,412 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əksinə olaraq isə, dövlət ittihamçısı hesab edir ki, X3nin əldə edərək üzərində gəzdirdiyi və daşıdığı psixotrop maddənini miqdarı şəxsi istehlak miqdarından təxminən 16 dəfədən, narkotik vasitənin isə 11 dəfədən çox olmuşdur ki, bu hal da məhkum olunmuş şəxsin ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir. Lakin, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili X3nin üzərində aşkar edilərək götürülmüş narkoik vasitənin yalnız miqdarına görə sonuncu tərəfindən həmin narkotik vasitənin satış məqsədilə əldə edilməsi, daşınması və saxlnılaması barədə fikir yürütmək üçün əsas vermir, bunu təsdiq edən başqa sübutları isə ibtidai araşdırma orqanı məhkəmələrə təqdim etməmiş, dövlət ittihamçısı da öz kassasiya protestində belə mötəbər və təkzib edilməz sübutlara istinad etməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zərur bilir. Belə ki, ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsində baxılarkən X3 ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ardıcıl olaraq göstərmişdir ki, o, həbs edilməmişdən əvvəl təxminən 2-3 il ərzində narkotik vasitə olan heroin və metamfetamini iynə yolu ilə damarına vurmaqla istifadə etmişdir. Narkotik vasitə istifadə etdiyinə görə 2018-ci ildə Yevlax Rayon Məhkəməsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək a zadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 yanvar 2021-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. 08 yanvar 2022-ci il tarixdə saat 22 radələrində o, tanışı - Goranboy rayon sakini Razi ilə görüşmək üçün Yevlax rayon sakini Rizvan adlı şəxslə Tərtər rayonunda yerləşən "Xan” restoranına getmişdir. Həmən vaxt onun üzərində 1 qramdan bir az artıq heroin və metamfetamin olmuşdur. Yolda olarkən ağrıları olduğu üçün üzərində olan təqribən 1 qram heroini və metamfetamini qarşıdırıb iynə ilə damarına vurmuş, narkotik vasitənin kiçik bir hissəsini isə başqa vaxt istifadə etmək üçün cibində saxlamışdır. Narkotik vasitəni və psixotrop maddəni iynə ilə damarına vurduğu üçün onların təsirini dərhal hiss etmiş və buna görə eyforiya vəziyyətinə, yəni ağır narkotik sərxoşluğu vəziyyətinə düşmüşdür. Elə bu anda "Xan” restoranının yanında Tərtər rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış, müvazinətini saxlaya bilmədiyi üçün qoluna girərək onu Tərtər RPŞ-yə aparmışlar. Həmin vaxt onun üzərində biri heroin, digəri metamfetamin olan olduqca kiçik çəkidə iki büküm olmuşdur. Rayon Polis Şöbəsinin inzibati binasında üzərinə onun hüquqlarını açıqdan açığa müdafiə etməyən vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı bükümləri üzərindən götürüb masaya qoyduqda dörd büküm olduğunu görmüşdür. Həmin vaxt o, 2 bükümün ona aid olduğunu, digər iki 2 bükümün isə ona aid olmadığını bildirmişdir. Həmin maddələr vəkillin iştirakı ilə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərinə baxış keçirilərkə n ağır dərəcədə narkotik sərxoşluğu vəziyətində olmuş, bu səbəbdən gözü görsə də qulaqları ətrafda baş verənləri tam eşitməmiş, qulağında küy olmuşdur. Narkotik vasitənin təsiri altında olduğunu, ağır dərəcədə narkotik sərxoşluğunda olduğunu polis əməkdaşlarına və vəkilə bildirsə də heç kəs buna məhəl qoymamışdır. Apellyasiya protestinə məhkəmə baxışı iclasında isə X3 əvvəlki ifadələrindən imtina edərək polis əməkdaşları tərəfindən saxlanılarkən ümumiyyətlə üzərində narkotik vasitə və psixotrop maddənin olmadğını bildirmişdir ki, onun da bu ifadələri ibtidai araşdırma və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri ilə ziddiyyət təşkil etsə də, o, bu ziddiyətin səbəbləri barədə inandırıcı şəkildə izah edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal, yə ni X3nin müxtəlif şəraitdə biri-biri ilə uzlaşmayan ifadələr verməsi onun cinayət məsuliyyətində yayınmağa cəhd etməsindən xəbər verir və apellyasiya instansiyası məhkəməsi həmin halı nəzərə alıb tamamilə əsaslı olaraq iş üzrə toplanmış və araşdırılmış digər mötəbər sübutları çıxardığı hökmün əsası kimi qəbul etmiş, lakin bu sübutların fonunda da məhkum olunmuş şəxsin narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməlində satış məqsədinin olmasını müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Tərtər RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə ona Yevlax şəhər sakini X3 Tərtər rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində qanunsuz olaraq narkotik vasit ə saxlaması və satması barədə məlumat daxil olmuşdur. O, həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra X3nin əməllərini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, bundan sonra o, Tərtər RPŞ-nin CAB-nın əməliyyat müvəkilləri polis kapitanı Şahid4, polis baş leytenantı Cabbarov ElmidarXəlil oğlu və polis leytenantı Şahid3 ilə birlikdə 08 yanvar 2022-ci il tarixdə saat 23 radələrində X3ni ağır dərəcədə narkotik sərxoşluğu vəziyyətində Tərtər rayonunun Sarov kəndi ərazisində saxlayaraq Polis Şöbəsinə gətirmiş və onun hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçinin və onların iştirakları ilə videoçəkiliş aparılmaqla sonuncun un üzərində şəxsi axtarış keçirilmişdir. Həmin axtarış zamanı X3nin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ağ rəngli büküm aşkar edilərək götürülmüş, bu büküm açdıldıqda isə onun içərisindən ayrı-ayrı 04 (dörd) ədəd selofan bükümlərin olması müəyyən edilmişdir. Həmin bükümlər də açıldıqda onların ikisinin içərisində narkotik vasitə olan herionə bənzər kütlə, digər iki bükümləri içərisində isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bu kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin 1,9 qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin 2,8 qram çəkidə olmaları müəyyən edilmiş, bundan sonra isə aşkar edilmiş əşyalar zərfə qablaşdırılaraq ekspertiza tədqiqatının aparılması üçün ekspertiza müəssisəsinə göndərilmişdi r. Üzərində şəxsi axtarış zamanı X3 ondan aşkar edilərək götürülmüş bükümlərin yalnız ikisinin ona məxsus olduğunu bildirsə də, bu hal hər hansı sübutla təsdiq olunmamış, X3 saxlanılarkən isə onlar tərəfinin sonuncunun cibinə heç bir şey, o cümlədən narkotik vasitə və psixotrop maddə yerləşdirilməmiş, ona qarşı başqa qanunsuz hərəkətlər də edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Bu ifadələrin, həmçinin ibtidai araşdırma zamanı dindirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş şahid X6 ifadələrinin təhlili göstərir ki, adları çəkilən şahidlər öz ifadələrində X3nin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına, yaxud da onun üzərində aşkar edilərək gö türülmüş narkotik vasitəni və psixotrop satmaq niyyətində olmasına dair hər hansı məlumatın olmasını bildirməmiş, bununla bağlı ibtidai araşdırma orqanına heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı da törədilmiş cinayətin subyektiv cəhətinə aid olan bu mühüm halın araşdırılmasına təşəbbüs göstərməyərək adları çəkilən şahidlərə bununla bağlı hətta sual belə verməmişdir. X3ün isə narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olması və onun həqiqətən də narkomaniya xəstəliyindən əzab çəkməsi onun narkoloji kabinetdə qeydiyyatda olması barədə AzərbaycanRespublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanserin Yevlax rayon Narkoloji kabinetinin 8 fevral 2022-ci il tarixli 209 nömrəli arayışı və məhkəmə narkoloji ekspertiza sının 28 mart 2022-ci il tarixli 380 nömrəli rəyi ilə təsdiq olunur. Tərtər Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini A.Dostuyevin 12 mart 2022-ci il tarixli 46/220660002-22 saylı məktubundan görünür ki, X3nin digər şəxslərlə narkotik vasitə və psixotrop maddələri satması və bu məqsədlə ünvan 2 ünvanında qeydiyyatda olan X14 ilə əlbir olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların fövqündə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X3nin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə yalnız mülahizələrə söykənmiş, toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq olun mur və bu nəticə apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı yoxlanılaraq araşdırılmış mötəbər sübutların məcmusu ilə təkzib edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündə bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirərək X3nin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və külli miqdarda olan psixotrop maddə metamfetani əldə edərək saxlaması və daşımasının tam sübuta yetirilməsini hesab etmiş, onun bu əməli satış məqsədilə törətməsinə dair isə heç bir sübut əldə olunmamışdır. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegyiası onu da vurğu lamağı lazım bilir ki, X3nin narkotik vasitənin və psixotrop maddənin satışını təşkil etməsi də cinayət işinin materialları ilə öz təsdiqini tapmır, onun üzərində aşkar olunmuş psixotrop maddənin külli miqdarda olması isə məhkumun heç də həmin maddəni və ondan aşkar edilərək götürülmüş narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə, saxlamasına və daşımasına dəlalət etmir. Digər tərəfdən, iş materiallarının təhliili göstərir ki, X3nin onda aşkar edilrərək götürülmüş metamfetani və heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunula sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə kassasiya protestinin dəlilləri də heç bir sübuta istinad edilmədən irəli sürülmüş və bu dəlillər də yalnız ehtimal xarakteri daşıyır. Bundan başqa, satılacaq psixotrop maddənin və n arkotik vasitənin müqabilində X3nin kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ibtidai araşdırma orqanı X3nin təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CMnin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkred göstər ilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununu n müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəs inə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiya sına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından (əldə edilmiş sübutla rdan) göründüyü kimi, X3nin əməlinin CMnin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və psixotrop maddəninr külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış hallar da müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, X3nin əməlinin predmeti olan narkotik vasitədən və psixotrop maddədən daim istifadə etməsi və onların əldə edilməsi zamanı müəyyən risklərlə üzləşə biləcəyinə görə heroini şəxsi istehlak miqdarından dəfələrlə çox miqdarda, m etamfetamini isə külli miqdarda bir dəfəyə əldə edib saxlaması da ağlabatan görünür. X3yə CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham isə yalnız narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddənin isə külli miqdarda olmasına və onların ayrı-ayrı bükümlərdə qablaşrılımasına, onun üzərində axtarışın və götürmənin aparılmasında iştirak etmiş şəxslərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da məhkum olunmuş şəxsin üzərində aşkar edilmiş həmin əşyaları məhz satış məqəsədi ilə əldə edərək saxlaması və daşıması görünmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən əldə olunmamış, belə sübutları işə məhkəmələrdə baxılarkən dövlət ittihamçıları, o cümlədən kassasi ya protestinin müəllifi də məhkəmələrə təqdim etməmişər. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutlara əsasən apellyasiya instansiyası məhkəməsi X3yə istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəsini və psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlini CM-nin 234.4.3cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilib ehtimallar üzərində qurulmuş yekun məhkəmə aktının qəbul edil məsindən imtina edərək prosessual qanunvericiliyin aşağıdakı normalarının tələblərinə tam əməl etməklə və həm Azərbaycan Respulikası Konstitusiya Məhkəməsi Plenmunun, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərini, habelə Azərbaycan Resprublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrini nəzərə alaraq bütün şübhələri onun xeyrinə həll etmişlər. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-14 6-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbay can Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müdd əaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayr amov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşd irməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, q anuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərar larında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməs i göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt eht imallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Bundan başqa məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, bütün şərh olunanlardan çıxış edib X3nin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi aradan qaldırılması mümkün olmayan şübhələri məhkumun xeyrinə həll edərkən həmçinin qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etmişdir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPMnin 416.1.2 və 416.1.15 maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkəmə kollegiyası müdafiəçi A.S.Abdullayevin kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün də həm cinayət işi üzrə müəyyən edilmiş faktiki hallara, həm də qanunvericiliyin tələblərinə istinad etməyi zəruri bilir. Məhkum olunm uş şəxsin yuxarıda qeyd olunan ifadələrinin, şahidlərin ifadələrinin, təsvir edilən əməliyyat-axtarış tədbirinin və məhkəmə eskpertizalarının rəylərinin fonunda görünən odur ki, X3 2 ədəd sellofon bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram, 0,339 qram olan, ümumi təmiz çəkisi 1,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinivə 2 ədəd sellofon bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,235 qram,1,177 qram olan, ümumi təmiz çəkisi 2,412 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 8 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Cinay ət işinin materiallarından göründüyü kimi, X3nin istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Cinayət işinin faktiki hallarına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmə çıxardığı hökmün əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə X3nin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, birinci və apellyasya instansiyası məhkəmələri iş üzrə müxtəlif nəticələrə gəlsələr də, işə hər iki instansiyada baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verilməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının p rinsiplərinə uyğun olaraq keçirilmişdir. X3nin şəxsi axtarış zamanı üzərində narkotik vasitənin və psixotrop maddələrin olmaması barədə iddiasına və bununla bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası ibtidai araşdırma orqanı və apellyasiya instansiya məhkəməsi kimi, bu iddiaları əsassız sayır və hesab edir ki, məhkəmə haqlı olaraq məhkum olunmuş şəxsin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin əməlinin sübuta yetirilməsi barədə düzgün nəticəyə gəlmiş, bu nəticə isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinə baxılması üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə də uyğun olmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası X3nin üzərindən aş kar edilmiş 4 bükümdə narkotik vasitə və psixotrop maddənin yalnız iki bükümdə olan hissəsinin ona məxsus olmasına dair ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrini, həmçinin apellyasiya instansiya məhkəməsində həmin ifadələrdən fərqli olaraq üzərində heç bir narkotik maddə və psixotrop maddə olmamasına dair ifadəsini onun qeyri-səmimiliyinə dəlalət edən ifadələr kimi qiymətləndirməklə, hesab edir ki, bu ifadələr şahidlərin ifadələri, ekspertiza rəyləri ilə və digər sübutlarla təkzib edildiyindən məhkum tərəfindən öz hüquqlarından istifadə edilərək özünü müdafiə etməyə, cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, müdafiəçi A.S.Abdullayev isə öz kassasiya şikayətində göstərdiyi dəlilləri təsdiq edən hər hansı bir mötəbər sübuta istinad etməmiş və bu dəlillə rin əsaslı olmasına məhkəmə kollegiyasını inandıra bilməmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi A.S.Abdullayevin kassasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır və buna görə X3nin CM-nin 234.1-ci maddəsi ilə də təqsirli bilinib məhkum olunmasını əsaslı hesab edərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını mümkün bilmir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi A.S.Abdullayevin kassasiya şikayətinin və dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiya məh kəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməməklə X3nin CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılma lıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1533/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1533/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver