Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1533/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Tağıyev Beyrək Qurban oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 8 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyeva Ramella Allahverdi qızı və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1962-ci il tarixdə Bərdə rayonuun Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Otuzikilər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona elan edilmiş ittihamdan isə CM-nin 206.3.2-ci maddəsi xaric edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, 2019-cu ilin fevral ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma məqsədi ilə başqa şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcad an əlbir olan bir qrup şəxs təşkil edib bu məqsədlə də 08 fevral 2019-cu il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Pirallahı-Qala avtomobil yolunun Xəzər rayonu ərazisində başqa şəxsdən külli miqdarda, yəni 1.033,35 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2.017,7 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib idarə etdiyi “VAZ 2108” markalı Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətməklə həmin qaydada daşıyaraq saxlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 09 fevral 2019-cu il tarixdə saat 11:00-da o, ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və yuxarıda göstr ilən miqdarda narkotik vasitələr Məhkum əlində saxladığı torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçiləri Əliyev Novruz Əfrasiyab oğlu və B.Q.Tağıyev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm məhkum olunmuş şəxsə cəza təyini hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə) 6 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2021-ci il tarixli qərarından Məhkum müdafiəçi si B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə) 16 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin həmin qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçiləri B.Q.Tağıyev və N.Ə.Əliyev tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İb rahim Adil oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Şirinov ziya Allahverdi oğlundan ibarət tərkibdə) 16 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, həmin hökmlə ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarından müdafiəçi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Şamayev Elşad Y aquboviçdən ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, adı çəkilən qərar isə ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Hökmdən Məhkum müdafiəçiləri B.Q.Tağıyev və N.Ə.Əliyev tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə növbəti dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlxan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 21 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə t əyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti yenə də 08 (səkkiz) ilədək endirilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından müdafiəçi B.Q.Tağıyev kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir çox maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, ““Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış sübutlara və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi B.Q.Tağıyev həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin məhkum edilməsi ilə Avropa Konvensiyanın 6 və 8-ci maddələrinin, habelə prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, məhkəmələr tərəfindən işin faktiki hallarına, toplanmış və araşdırılmış sübutlara qanuna müvafq qaydada düzgün qiymət verilməmiş, iş üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamı şdır. Hüquqlarını müdafiə etdiyi Məhkum ondan narkotik vasitələrinin aşkar edilib götürülməsi barədə protokol əsasında məhkum edilmişdir ki, bu sübut da həm daxili qanunvericiliyə, həm də Konvensiyanın 8-ci maddəsinə uyğun olmayaraq əldə edilmişdir. Müdafiə tərəfi bu sübutun qanunsuzluğu ilə bağlı dəfələrlə məhkəmələrdə məsələ qaldırılsa da, müraciətlərinə effektiv və obyektiv baxılması təmin olunmamış, bütün bunların nəticəsində isə hüquqlarını müdafiə etdiyi şəxs qanunsuz və əsassız olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum edilmişdir. Odur ki, müdafiəçi B.Q.Tağıyev qeyd olunanlara və kassasiya şikayətində daha ətraflı irəli sürdüyü dəlillərə əsaslanaraq onun həmin şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasi ya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi B.Q.Tağıyevin rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayə t vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2024-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 05 noyabr 2024-cü il tarixli 3-16-17/19/2-2332/2024 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmiş dir. Məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi B.Q.Tağıyev də ərizənin təmin edilərək kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şika yətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib həmin ərizənin təmin edilərək kassasiya şikayətinin geri qaytarılması barədə məhkum olunmuş şəxsin müdafiəçisi B.Q.Tağıyevin və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 21 fevral 2024-cü il tarixli qərarından onun müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1533/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1533/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver