Məhkəmə qərarları › İş №1(102)-1534/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1534/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1534/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi – Müdafiəçi2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Ağayeva Nüşabə Fərman qızı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-713/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli (Hakimlər Qəniyev Faiq Əsəd oğlu (sədrli edən və məruzəçi),Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1957-ci ildə Zəngilan rayonu, Şayıflı kəndində doğulmuş, Azərbaycan Respub likasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Şayıflı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi 13,ev 36,mənzil 76-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 noyabr 2021-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi, iş üzrə maddi sü butlar-Bakı şəhəri Binəqədi rayon prokrorluğunda saxlanılan 01 ədəd çəkic Məhkum məxsus kofta, şalvar, yataq örtüyü və 04 ədəd pambığın məhv edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1120/2022 saylı, 17 iyun 2022-ci il tarixli (Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrli edən və məruzəçi), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) qərarı ilə məhkumun özü, müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, şəxsi münasibətlərin pozulması və qısqanclıq zəminində qisas almaq niyyəti ilə digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Məhkum 25 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları ünvan 1 ünvanında növbəti dəfə aralarında baş vermiş mübahisə zamanı ona və ailəyə qayğı göstərməməsi, eləcə də guya başqa kişi ilə ona xəyanət etməsinə dair iradlarını bildirərkən arvadı Zərərçəkmiş şəxs onun bu iradlarına kobud cavab verməsindən əsəbləşərək qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadıqları mənzilin eyvanındakı saxlanc yerindən məişətdə işlədilən, soyuq silah hesab edilməyən, dəstəyi ağac materialdan, başlıq hissəsi isə dəmirdən olan çəkici götürüb həmin vaxt yataq otağında olan Zərərçəkmiş şəxs yaxınlaşıb arxadan sağ əlindəki çəkicin dəmir hissəsi ilə sonuncunun həyat üçün vacib orqanına - baş nahiyəsinə qəfildən bir neçə dəfə ardıcıl zərbələr vurmuş, daha sonra otaqdan çıxmağa çalışan Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün onun baş nahiyəsinə həmin çəkicin dəmir hissəsi ilə zərbələr vurmaqda davam etmiş, bundan sonra isə sonuncunun xilas olmaq üçün onu itələyərək yaşadığı mənzildən çıxdığını və yataqxananın dəhlizi ilə qaçdığını görüb, Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədi ilə yataqxananın dəhlizi boyunca təxminən 7-8 metr məsafədə təqib edib ona yetişərək, əlindəki çəkicin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəs inə bir neçə dəfə ardıcıl zərbələr endirmiş, qaçaraq canını qurtarmaq istəyən, eyni zamanda, qışqırıb qonşuları köməyə çağıran Zərərçəkmiş şəxs təqib etməkdə davam edərək binanın 3- cü mərtəbəsindən 2-ci mərtəbəsinə enən pilləkənin üzərində sonuncu dəfə çəkiclə onun baş nahiyəsinə vurub Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün xarici səthinin basılmış sınığı, habelə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid olan sol gicgah, sol gicgah-ənsə, sağ və sol təpə nahiyələrinin, alın nahiyəsinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sa ğlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sağ gicgah və sağ təpə nahiyəsinin əzilmiş yaraları, sağ və sol gicgah nahiyəsinin, sol said nahiyəsinin qançırları, sağ əlin, sağ said nahiyəsinin sıyrıqlarından ibarət çoxsaylı xəsarətlər yetirmiş, lakin həmin vaxt dəhlizə çıxan qonşuları Gülarə Məmmədovanın hadisəyə fəal müdaxilə edib Məhkum qarşısını kəsməsi nəticəsində Zərərçəkmiş şəxs imkan tapıb oradan qaçmağa müvəffəq olmuş və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin dəlillər i: Məhkumun müdafiəçisi şikayətində göstərmişdir ki, məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, nəm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Cinayət işindəki sübutlara istinad edərək müdafiə tərəfi hesab edir ki, Bakı Apellyasiya məhkəməsinin qərarı düzgün tövsif edilməməsinə və cəzanın ağırlığına görə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, məhkəmə tərəfindən yalnız cinayət hadisəsinin təsdiqinə istinad edilmiş, Azərbaycan Respublikası CM-in 8, 9, 41, 58, 59-cu və CPM-in 28,125,144,145-ci maddələrinin tələbləri kobud surətdə pozularaq təqsirləndirilən Məhkum əsassız və qanunsuz olaraq ağır cinayətdə məhkum etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.3-cü maddəsində qeyd olunur ki, Az ərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Göstərilənlərə əsasən, Məhkum hökmünü dəyişdirib onun əməli Azərbaycan Respublikası CM-nin 29.120.1 maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif etməklə ona cəza təyin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 1(103)-1120\2022 saylı qərarının dəyişdirib məhkumun əməli ni CM-in 126.1-ci maddəsinə tövsif edilməklə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs və nümayəndəsi birgə verdikləri kassasiya şikayətində göstərirlər ki, təqsirləndirilən şəxsə verilmiş cəzanın adekvat olmaması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Məhkum məhkəmə tərəfindən verilmiş cəza ədalət prinsipinə uyğunluq təşkil etmir. Belə ki, o ifadələrində mənə qarşı şər-böhtan xarakterli sözlər işlədərək, mənim guya qonşum Ziya adlı şəxslə münasibətim olmasını bildirmiş, məni öncəki vaxtlarda dəfələrlə ölümlə hədələmiş, qohumlarının yuxarı vəzifələrdə çalışması səbəbindən məni öldürsə belə onu həbs etməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamın mətnində məni qısqanclıq zəminində qəsdən adam öldürməyə cəhd etməsi qeyd edilmişdir. Lakin aparılmış ibtidai və məhkəmə istintaqı dövründə və əldə edilmiş cinayət işi materiallarından görünür ki, mən heç vaxt xəyanət xarakterli hərəkətlərə yol verməmişəm və heç vaxt da belə hadisə ola bilməz. Dövlət orqanında xadimə vəzifəsində çalışan bir əxlaqlı qadına öz həyat yoldaşı tərəfindən şər-böhtan xarakterli ifadələr işlədilməsi heç bir ailə əxlaqına sığan məsələ deyildir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ailə dəyərlərinə zidd hərəkətlərə yol verərək, bu hərəkətlə məsuliyyətinin yüngülləşməsinə çalışmışdır. Məhkəmə isə buna hüq uqi qiymət verməyərək və bu halın öz təsdiqinin tapmamasma rəğmən təqsirləndirilən şəxs Məhkum adevkat cəza təyin etməmişdir. Belə ki, törətdiyi cinayət əməlinə görə şəxsə verilmiş cəza heç bir halda ədalətli hesab oluna bilməz. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan əlavə, məhkəmə Məhkum himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirici hal hesab edərək, maddənin sanksiyasında göstərilən cəzadan daha yüngü l cəza təyin etmişdir. Məhkəmə istintaqı dövründə ifadə vermiş qızım Elnarə öz ifadəsinə atasının ona heç vaxt baxmasını və atası kimi qayğıdan məhrum olunduğunu bildirməsi onun himayədə olmamasına əsasdır. Belə ki, himayədə uşağın olması hər bir halda onun qayğısına qalması ilə şərtləndirilir. Yəni, Məhkum heç vaxt qızıma ata qayğısı göstərməmişdir. Belə olan halda məhkəmə himayədə azyaşlı uşağın olmasını Məhkum məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirə bilməzdi. Təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət xarakterinə görə xüsusilə ağır cinayət hesab edilir. Belə olan halda şəxsə verilmiş cəza isə az ağır cinayətlər kateqoriyasına aid edilən cəza ilə müəyyən edilmişdir. Bu isə o anlama gəlir ki, şəxsə verilmiş cəza cinayət qanunvericiliyinə ziddir və cəzanın məqsədlərinə uyğu nluq təşkil etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkuma daha ağır cəza verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin, nümayəndəsinin və dövlət ittihamçısının, zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin, şikayətin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum müdafiəçisinin, zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir hald a, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslan dırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilm əməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. ( CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Müdafiəçinin kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması və əməlinin Cinayət Məcəlləsinin 126.1 -ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə aşağı həddə cəza təyin edilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 1766 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəlləbeyin travması və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün xarici səthinin basılmış sınığı, sol gicgah, sol gicgah-ənsə, sağ və sol təpə nahiyələrinin, alın nahiyəsinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ gicgah və sağ təpə nahiyəsinin əzilmiş yaraları, sağ və sol gicgah nahiyəsinin, sol said nahiyəsinin qançırları, sağ əlin, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Kliniki Tibbi Mərkəz” PHŞ-ə müraciət etdiyi 25 oktyabr 2021-ci il saat 16:27- dən bir qədər əvvəl əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən qapalı kəlləbeyin travması və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün xarici səthinin basılmış sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol gicgah, sol gicgah- ənsə, sağ və sol təpə nahiyələrinin, alın nahiyəsinin, ənsə nahiyəsinin 8/10 əzilmiş-cırılmış yaraları dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sağ gicgah və sag təpə nahiyəsinin əzilmiş yaraları, sağ və sol gicgah nahiyəsinin, sol said nahiyəsinin qançırları, sağ əlin, sağ said nahiyəsinin sıyrıqları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 25 oktyabr 2021-ci il tarixdə çəkiclə endirilmiş çoxsaylı zərbələrin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmə lərinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2021-ci il tarixli 1774 saylı rəyindən görünür ki, Məhkum bədən səthində aşkar olunmuş xəsarətlər - sağ və sol baldır nahiyələrinin səthi əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, 25 oktyabr 2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər həmin nahiyələrin bərk küt əşyaya və eləcə də bərk küt əşyanın həmin nahiyələrə dəyməsi nəticəsində əm ələ gələ bilərdilər. Məhkum bədən səthində aşkar olunmuş xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsin ə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadıqları mənzilin eyvanındakı saxlanc yerindən məişətdə işlədilən, soyuq silah hesab edilməyən, dəstəyi ağac materialdan, başlıq hissəsi isə dəmirdən olan çəkici götürüb həmin vaxt yataq otağında olan Zərərçəkmiş şəxs yaxınlaşıb arxadan sağ əlindəki çəkicin dəmir hissəsi ilə sonuncunun həyat üçün vacib orqanına - baş nahiyəsinə qəfildən bir neçə dəfə ardıcıl zərbələr vurmuş, daha sonra otaqdan çıx mağa çalışan Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün onun baş nahiyəsinə həmin çəkicin dəmir hissəsi ilə zərbələr vurmaqda davam etmiş, bundan sonra isə sonuncunun xilas olmaq üçün onu itələyərək yaşadığı mənzildən çıxdığını və yataqxananın dəhlizi ilə qaçdığını görüb, Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədi ilə yataqxananın dəhlizi boyunca təxminən 7-8 metr məsafədə təqib edib ona yetişərək, əlindəki çəkicin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə ardıcıl zərbələr endirmiş, qaçaraq canını qurtarmaq istəyən, eyni zamanda, qışqırıb qonşuları köməyə çağıran Zərərçəkmiş şəxs təqib etməkdə davam edərək binanın 3- cü mərtəbəsindən 2-ci mərtəbəsinə enən pilləkənin üzərində sonuncu dəfə çəkiclə onun baş nahiyəsinə vurub Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün xarici səthinin basılmış sınığı, habelə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid olan sol gicgah, sol gicgah-ənsə, sağ və sol təpə nahiyələrinin, alın nahiyəsinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları və həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sağ gicgah və sağ təpə nahiyəsinin əzilmiş yaraları, sağ və sol gicgah nahiyəsinin, sol said nahiyəsinin qançırları, sağ əlin, sağ said nahiyəsinin sıyrıqlarından ibarət çoxsaylı xəsarətlər yetirmiş, lakin həmin vaxt dəhliz ə çıxan qonşuları Gülarə Məmmədovanın hadisəyə fəal müdaxilə edib Məhkum qarşısını kəsməsi nəticəsində Zərərçəkmiş şəxs imkan tapıb oradan qaçmağa müvəffəq olmuş və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkum əməli qəsdən adam öldürməyə cəhddən ibarətdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsi barədə dəlillərini əsassız sayaraq qeyd etməyi zəruri hesab edir ki, CM-in göstərilən maddəsində ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti nə zərdə tutulmuşdur. Şərh olunan cinayət subyekiv cəhətdən qəsdlə xarakterizə olunur və yuxarıda sadalananlardan göründüyü kimi hazırki cinayət işi üzrə məhkum tərəfindən zərərçəkmiş şəxsə qəsdən öldürmək niyyəti ilə sağlamlığa ağır zərər vurulmuşdur. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır, məhkumun əməli zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd kimi qiymətləndirilə və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə g örə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələ r yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununu n izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəf li öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məmmədov Rövşən Əlifağa oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhk əmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində göstərilən xüsusatlarla bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə yuxarı həddə və ağır cəza təyin edilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cin ayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, zərərçəkmiş şəxsin və nümayəndənin kassasiya şikayətinin bu dəlillərinin də heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalar ının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və nümayəndənin kassasiya şikayətinin d əlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi N.F.Ağayeva, Zə rərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar