Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1534/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, zərərçəkmiş şəxs X2 nümayəndəsi X6, zərərçəkmiş şəxsin hüquqi varisi X16 v ə onun nümayəndəsi X14, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçiləri Müdafiəçi2 və X12 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1, Quliyev Elxan Ağalar oğlu və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Roman Ələkbərli) 07 sentyabr 2022-ci il tarixli,1(100)202/2022 nömrəli hökmü ilə xx xxxx 1999-cu il tarixdə Tərtər rayonunun Sarov kəndində anadanolmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Tərtər rayonun un Sarov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, xx xxx 1998-ci il tarixdə Tərtər rayonunun Sarov kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Sarov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib, 2 (i ki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mülki iddia həm maddi, həm də mənəvi ziyanla bağlı hissədə qismən, maddi ziyanın vurulması ilə bağlı 31065 (otuz bir min altmış beş) manat, mənəvi ziyanın vurulması ilə bağlı isə 2000 (iki min) manat olmaqla, cəmi 33,065 (otuz üç min altmış beş) manat məbləğində təmin edilmiş, təqsirləndirilən şəxslərin (mülki cavabdehlərin) hər birindən müvafiq olaraq 16.532,5 (on altı min beş yüz otuz iki) manat 50 (əlli) qəpik tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxsin hüquqi varisi) R.A.Abbasova ödənilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tərəfindən zərərçəkmiş tərəfə 8000 (səkkiz min) manat məbləğində pulun ödənilməsinin nəzərə alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 09 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy Tərtər yolunun 19-cu kilometrliyinin Goranboy rayonunun Xanqərvənd kəndi ərazisindən keçən hissəsi ilə Tərtər rayonu istiqamətində hərəkət etdirərkən yaşayış məntəqəsi daxilində nəqliyyat vasitəsini 60 km/saat sürət məhdudiyyətindən yüksək olmayan sürətlə idarə etməli, ötməyə başlamazdan əvvəl özündən qabaqda gedən nəqliyyat vasitəsinin ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal verməməsinə əmin olmalı, 1.1- 1.3 xətlərini kəsib keçməməli o lduğu halda bunlara riayət etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, idarə etdiyi avtomobili yaşayış məntəqəsi daxilində müəyyən edilmiş 60 km\saat sürət həddindən artıq 120-130 km\saat sürətlə idarə edib hərəkəti istiqamətində yolun sol, yəni əks hərəkət zolağına çıxararaq hərəkətini davam etdirib onunla eyni istiqamətdə hərəkətdə olmaqla sola dönmə işığını yandıraraq sola dönmə manevrini həyata keçirən Goranboy rayonunun Əlirzalı kənd sakini X13 idarə etdiyi “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili ötməyə başladıqdan sonra yolun sol kənarından mərkəzinə doğru 3 metr məsafədə idarə etdiyi av tomobilin sağ yan hissəsi ilə “Nazlifan” markalı avtomobilin sol yan hissəsinin toqquşmasına, bundan sonra “Nazlifan” markalı avtomobilin zərbənin təsirindən sağa istiqamətlənərək yolun sağ hərəkət zolağına çıxıb orada Tərtər rayonunun Sarov kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasına və zərbənin təsirindən sola istiqamətlənərək yolun sol kənarında yerləşən ağaca dəyməsinə, nəticədə ehtiyatsızlıqdan “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilibdidilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, sol baldırın yarası ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa a ğır zərər vurmaya aid edilən xəsarətlər yetirməsinə, sonuncunun dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, daxili qanaxma nəticəsində hadisə yerində ölməsinə, həmin avtomobildə ön sərnişinin oturacağında əyləşmiş Pərviz Abbasovun arvadı xx.xx.1993-cü il təvəllüdlü X1 kürək sümüyünün sınığı, hər iki topuğun açıq sınığı, ayağın çıxığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır, həmin avtomobildə arxa oturacaqda əyləşmiş Pərviz Abbasovun övladları, xx.xx.2013-cü il təvəllüdlü X4 körpücük sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, xx.xx.2017-ci il təvəllüdlü X11 bədənin çoxsaylı kəsilmiş yaraları, sağ bazunun 1/3-nin sınığı ilə nəticələnən sağl amlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E320” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy-Tərtər yolunun Goranboy rayonunun Xanqərvənd kəndi ərazisindən keçən 19-cu kilometrliyi ilə Tərtər rayonu istiqamətində 125-130 km/saat sürətlə hərəkət etdirərkən yaşayış məntəqəsi daxilində nəqliyyat vasitəsini saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda buna riayət etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, M əhkum idarə etdiyi “Mercedes-Benz E280” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmadan sonra onun hərəkət zolağına istiqamətlənən X13 idarə etdiyi “Nazlifan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa tərəfi ilə idarə etdiyi avtomobilin sol qabaq hissəsinin toqquşmasına, bundan sonra “Nazlifan” markalı avtomobilin zərbənin təsirindən sola istiqamətlənərək yolun sol kənarında yerləşən ağaca dəyməsinə, nəticədə ehtiyyatsızlıqdan “Nazlifan” markalı, 26- BC-131 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 qarının ön divarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, sol baldırın yarası ilə nəticələnən həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya ai d edilən xəsarətlər yetirməsinə, sonuncunun dalağın və qara ciyərin əzilib- didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlılığı, daxili qanaxma nəticəsində hadisə yerində ölməsinə, həmin avtomobildə ön sərnişinin oturacağında əyləşmiş Pərviz Abbasovun arvadı xx.xx.1993-cü il təvəllüdlü X1 kürək sümüyünün sınığı, hər iki topuğun açıq sınığı, ayağın çıxığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır, həmin avtomobildə arxa oturacaqda əyləşmiş Pərviz Abbasovun övladları, xx.xx.2013-cü il təvəllüdlü X4 körpücük sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, xx.xx.2017-ci il təvəllüdlü X11 bədənin çoxsaylı kəsilmiş yaraları, sağ bazunun 1/3-nin sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Salman Hüseynov) 02 mart 2023-cü il tarixli 1(104)-37/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli,1(100)-202/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmdən Məhkum barəsində Azərbaycan RespublikasıCM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçinin apellyasiya şikayətinə əlavəsi təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlətittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(104)-37/2023 nömrəli qərarının dəyişdirilməsi və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 02 mart 2023-cü il tarixli, 1(104)-37/2023 nömrəli qərarının ləğv edilməsini və barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Quliyev Elxan Ağalar oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(104)-37/2023 nömrəli qərarının ləğv edilməsini və məhkum Təqsirləndirilən şəxs barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(104)37/2023 nömrəli qərarının ləğv edilməsini və məhkum Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam v erilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi hissəsində ədalətli qərar qəbul etməmişdir. Belə ki, Məhkum Vətən Müharibəsi əlilidir (qazidir), o sağ qolunu tamamilə itirməklə İİ qrup əlil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı özü də az ağır xəsarət almış, zərərçəkmiş şəxslərə 8000 ma nat məbləğində pul ödəməklə cinayətin zərərli nəticələrini aradan qaldırmağa səy göstərmiş və zərərçəkmiş şəxslərlə barışığa cəhd etmiş, həmçinin də törətdiyi cinayət əməlinin ehtiyatsızlıqdan baş verdiyini və buna görə də əməlindən səmimi peşman olduğunu məhkəmə proseslərində dəfələrlə bildirmişdir. Bundan başqa Məhkum mülki iddianın özünə aid hissəsində qəbul etmiş və birinci instansiya məhkəməsinin sözügedən hökmü ilə razılaşaraq ondan apellyasiya şikayəti verməmişdir. Qeyd edilən hallar onu göstərir ki, Məhkum ona təyin edilmiş cəzadan nəticə çıxarmış və islah olunmuşdur. Lakin, məhkəmə kollegiyası Məhkum cəzasını real çəkdiyi halda islah oluna bilməsi barədə gəldiyi yekun nəticəni doğru hesab etmir və ədalət prinsipinin müddəalarına zidd olaraq qəbul edilir. Apellyasiya instansiya məh kəməsi Məhkum şəxsiyyətini xarakterizə edən halları yüngülləşdirici hal kimi nəzərə almasını qərarda qeyd etsə də qərarın əsaslandırma hissəsində məhkuma təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real çəkməli olduğunu qeyd etməklə (hökmdən CM-in 70-ci maddəsinin müddəalarının tətbiq edilməsinin çıxarılması) məhkumun vəziyyətini ağırlaşdırmışdır. Halbuki cəza təyin edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayəti törədənin şəxsiyyəti, habelə həmin şəxsin cinayəti törətdikdən sonrakı davranışı, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin də təyin edilmiş cəzanın şəxsin islah olmasına kifayət etməsi nəzərə alınmalı hallardan biridir. Göründüyü kimi Məhkum cəzasını yüngülləşdirən bir çox hallar mövcud olmuş, lakin, cəzasını ağırlaşdıran heç bir hal müəyyən e dilməmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, şahidlər hadisənin təfərrüatını ifadələrində göstərməyə baxmayaraq qiymətləndirilməmiş, Məhkum sərxoşluq vəziyyətinin tibbi ekspertizasına dair rəyi məhkəmə tərəfindən mübahisələndirilməmiş onun idarə etdiyi avtomobilin sürət həddi şişirdilmişdir. Bundan başqa həmçinin hadisə baş vermə mexanizmi iş materiallarında düzgün qeyd edilməmişdir. Onun idarə etdiyi avtomobil zərərçəkmiş şəxsin avtomobili ilə deyil, Məhkum idarə etdiyi avtomobillə toqquşmuşdur. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Quliyev Elxan Ağalar oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Belə ki, hadisənin baş vermə mexanizmi düzgün müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs Pərviz Abbasovun ölümünə səbəb olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən idarə edən avtomobillə toqquşması nəticəsində alınması sübutlarla müəyyən olunmamışdır. Bundan başqa 08 may 2015-ci il tarixdə verilmiş vəsiqəyə və eyni zamanda 08 may 2023-cü il tarixli Tərtər Rayon Sarov kənd İƏD üzrə nümayəndənin verdiyi arayışa əsasən Təqsirləndirilən şəxs nənəsi X8 şəhid ailəsidir. Qanunveriçiliyinə əsasən, nənə yaxın qohum hesab edilir. Bundan başqa, Tərtər Rayon Sarov kənd İƏD üzrə nümayəndənin verdiyi xasiyyətnaməyə əsasən. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və ondan heç bir şikayət daxil olmamışdır. Bu kimi səbəbdən onun barəsində Azərbaycan Respublikası CMin 62-ci maddəsi tətbiq edilməlidir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan məhkuma bəraət verici əsaslarla xitam verilməlidir. Belə ki, iş üzrə şahidlərin ifadələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin Məhkum idarə etdiyi avtomobilə dəydiyini bildirmişlər. Həmçinin şahid ifadələrinə görə Məhkum spirtli içki sifariş vermiş və qəbul etmişdir. Həmçinin Məhkum məhkəmə istintaqının sonuna yaxın baş verən yol nəqliyyat hadisəsini idarə etdiyi nəqliyyat vasitəsilə törətməsini etiraf edərək səmimi peşman olduğunu bildirmiş və vurduğu maddi ziyandan 8000 manat pul zərərçəkənin hüquqi varisinə ödəmişdir. Lakin məhkəmələr Təqsirləndirilən şəxs münasibətdə təqsirləndirilən şəxs Məhkum hadisəni törətməklə bağlı etirafını və təqs irli olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası cinayət işini nəzərdən keçirib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili apellyasiya instansiyası tərəfindən onun barəsində tətbiq edilmiş CM-in 70-ci maddəsinin hökmdən xaric edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin e dərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etmə mişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edi lməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Odur ki, Məhkum müdafiəçinin kassasiya şikayətinin dəlili əs assızdır. Məhkum Təqsirləndirilən şəxs özünün və müdafiəçilərinin kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs təqsiri müəyyən edilməmiş, onun barəsində çıxarılmış hökm qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varis inin, şahidlərin ifadələrini, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokolu, avtomobilə baxış protokolunu, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda təqsirinin olmaması barədə onun və müdafiəçisinin birgə verilmiş apellyasiya şikayətinə əsasən baxıb, birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2 -ci maddəsi ilə təqsirli olmasına dair gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsin in tələblərinə uyğun olaraq kassasiya kollegiyası məhkəmələrin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini və Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası cinayət işinin materialları öyrənilərkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçılarının hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırki cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. C inayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs özünü yuxarıda qeyd edilən maddələr ilə təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla zərərçəkmş şəxsin, zərərçəkmş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları, məhkəmə ekspertizanın rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarına riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla və işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq no rmaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdi q edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinin dəlilləri əsaslı hesab etmir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər han sı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş tərəflə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəza müddətini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, baş vermiş yol nəqliyy at hadisəsinin bir nəfərin ölümünə, digər 1 nəfərin ağır, iki nəfərin az ağır xəsarət almasına səbəb olmasını, əməlin ictimai təhlükəliliyini, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini nəzərə almamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidm ət edir. Apellyasiya instansiya məhkəməsi məhkumlara cəza təyin edərkən yuxarıda göstərilən qanun normalarının tələblərini və Ali Məhkəmənin Plenumunun tövsiyələrini nəzərə almış və hər iki məhkuma cəza məqsədlərinə cavab verən ədalətli cəza təyin etmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən s axlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barələrində olan qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1534/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1534/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver