Məhkəmə qərarları › İş №1(102)-1535/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1535/2019

27.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1535/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-n in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarından məhkum X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Cavid İbadulla oğlu, İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxx 1976-cı il tarixdə Quba rayonunun 1 Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Quba rayonunun İ Nügədi kəndində qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü ilə X6 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi 8,958 qram narkotik vasitə olan heroini satış məqsədi ilə üç ədəd bükümlərdə yerləşdirib həmin bükümlərdən birini yaşadığı evində saxlamış, iki bükümünü isə bir ədəd elektron tərəzisi ilə birlikdə üzərində saxlamaqla gəzdirib daşıyarkən 13 iyul 2018-ci il tarixdə, saat 15 radələrində Quba rayonunun Quba-Qəçrəş yolunun Qəçrəş kəndi yaxınlığında Quba Rayon Polis Şöbəsinin (bundan sonra: RPŞ) əməkdaşları tərəfindən saxlanılaraq həmin yerdə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının arxa sağ cibindən iki ədəd bükümdə ümumi təmiz çəkisi 3,908 qram olmaqla (ayrı-ayrılıqda təmiz çəkiləri 1,945qr. və 1,963 qr) külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzisi aşkar edilərək götürülmüş, Quba rayon məhkəməsinin qərarı əsasında 14 iyul 2018-ci il tarixdə saat 16 radələrində onun yaşadığı Quba rayonu, 1 Nügədi kəndindəki evinə keçirilmiş axtarış zamanı yatdığı otaqdakı sobanın divardan çölə açılan boru yerindən bir bükümdə 5,050 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rzayev M əhəmmədəli Əsəd oğlu, Cəfərov Vidadi Cəfər oğlu və Zeynallı Fərmayıl Gülmalı oğlundan ibarət tərkibdə) 19 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanunsuzluqların aradan qaldırılması məqsədilə apellyasiya şikayəti versə də, apellyasiya məhkəməsi tərəfindən şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Odur ki, kassasiya şikayətinin təmin olunması, barəsindəki cinayət işinə ədalətli baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X2 təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində gö stərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən Məhkum təqsirli bilinməsi və əməlinin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində işin hərtərəfli araşdırılmaması və ədalətsiz cəza təyin edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər ap ellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası qeyd edir ki, məhkum X6 məhkəmə iclasında etdiyi çıxışında özünü ona istinad edilən cinayətlərin törədilməsində təqsirli bilməsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını v ə digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum X6 ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şa hidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib inkaredici ifadə versə də, ona verilmiş ittiham birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı sübutlarla öz təsdiqini tapmışdır. B irinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş həmin sübutlara əsaslanaraq düzgün olaraq onların həmin ifadələrinin tam təkzib olunduğu və bu ifadələrin həqiqətə uyğun olmayaraq yalnız özünü müdafiə xarakter daşıdığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin «cəzanın anlayışı və məqsədi” adlanan 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X2 yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməlləri törətməkdə təqsiri birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, h abelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallan, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiy a məhkəməsinin hökmündən görünür ki, məhkuma Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə həmin maddənin sanksiyası həddində, yəni 09 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını, məhkumun şəxsiyyətini, onun ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları tam nəzərə almış və qanuna uyğun cəza təyin etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyinin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi hallan müəyyən edilməmişdir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də, hesab edir ki, təqsirlənd irilən şəxsin apelyasiya şikayəti təmin edilməməli, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkum X4 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum X2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya d əyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar