Məhkəmə qərarları › İş №1(102)-1535/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1535/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1535/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(099)-105/2023 saylı hökmü ilə (hakimlər Nizami Quliyev (sədrlik edən), Vüqar Əhmədov və Nahid Hüseynovdan ibarət tərkibdə), xx xxxxx 1977-ci ildə Lerik rayonunun Livədirgə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Lerik rayonunun, Livədirgə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yaşamış, hal hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 149.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Məhəmməd Bağırovdan ibarət tərkibdə) 29 yanvar 2024-cü il tarixli 1(106)-13-2024 saylı qərarı ilə Məhk um müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 1(099)-105/2023 saylı hökmü dəyişdirilərək Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 149.2.5-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə təqsirli bilinərək ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2022-ci ilin fevral ayında, istintaqla müəyyən edilməsi mümkün olmayan günlərin birində, gecə saat təxminən 02 radələrində Bakı şəhərindən mütəmadi getdiyi Lerik rayonunun Livədirqə kəndində yerləşən, valideynləri və İİ Qarabağ müharibəsi zamanı şəhid olmuş qardaşı Davud Şirvanovun həyat yoldaşı, xx xxxxxx 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, həmçinin 2 azyaşlı uşaqların yaşadıqları evə gəlmiş, Zərərçəkmiş şəxs qapını açıb onu evə buraxdıqdan sonra Məhkum evin dəhlizində ona yaxınlaşaraq cinsi ehtirasını təmin etmək məqsədi ilə qolundan tutub dartaraq azyaşlı uşaqların yatdığı otağa saldıqdan sonra qapını bağlayaraq ayaq üstə onu qucaqlayıb dodağından və boynundan öpmüş, hərəkətləri Zərərçəkmiş şəxs pis təsir göstərdiyindən qışqırmaq istəmiş, Məhkum ona qarşı zor tətbiq edib əli ilə ağzını qapayaraq qışqırmasına imkan verməyib başındakı hicabı açaraq arxası üstə yerə uzadıb əynində olan paltarları çıxarmış, Zərərçəkmiş şəxs ona müqavimət göstərmək istəsə də, özünd ən fiziki cəhətdən güclü olan Məhkum qollarını tutub əynində olan şalvarı və tumanı çıxarıb üstünə uzanaraq təbii yolla zorla onunla cinsi əlaqəyə girmişdir. Cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA PROTESTİNİN, KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun əməllərində CM-in 149.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin mövcudluğu şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Belə ki, məhkəmə yekun qərarında həmin epizodlarla bağlı Zərərçəkmiş şəxs vaxtında nə ailə üzvlərinə, nə müvafiq hüquqmühafizə orqanlarına məlumat vermədiyindən müvafiq araşdırma aparılmamış, cinayət əməlinin baş verməsini təsdiq edən maddi sübutlar, hadisənin şahidləri müəyyən edilərək dindirilməmiş, heç bir sübut toplanılmamışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında, 2022-ci ilin aprel ayında və 2022-ci ilin iyul ayında təqsirləndirilən şəxs tərəfindən zorlandığını göstərsə də, bu barədə nə öz ailə üzvlərinə, nə birlikdə yaşadıqları təqsirləndirilən şəxsin ailə üzvlərinə məlumat verməmiş, baş vermiş cinayət hadisəsi ilə bağlı müvafiq hüquqmühafizə orqanlarına müraciət etmədiyindən vaxtında istintaq hərəkətləri icra edilərək müvafiq sübutlar toplanılmamışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında, 2022-ci ilin aprel ayında və 2022-ci ilin İyul ayında təqsirləndirilən şəxs tərəfindən zorlanması ilə bağlı yalnız zərər çəkmiş şəxsin ifadəsi vardır. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Məhkum Nuranə Sirvanovanı təkrarən zorlamasını özü ibtidai istintaqda və hər İki instansiya məhkəmələrində etiraf etmiş, lakin quya bu hadisələrin zərərçəkmiş səxsin razılığı ilə bas verdiyini bildirmişdir. Halbuki Zərərçəkmiş şəxs dəfələrlə bildirmişdir ki, Məhkum onunla cinsi əlaqəyə girməsinə hec bir razılıq verməmiş, hər dəfə Hafiz Sirvanov zorla onunla cinsi əlaqəyə girmiş, dəfələrlə onu hədələmişdir. Bund an başqa, apellyasiya instansiya məhkəməsi Məhkum yüngüllüyünə görə açıq-aşkar ədalətsiz cəza təyin edilməsini yekun qərarında heç əsaslandırmağa da çalışmamışdır. Belə ki, məhkəmə kollegiyası Məhkum cəzasını yüngülləşdirən və va ağırlaşdıran halların olmasını nəinki müzakirə etməmiş, hec qərarında bu halların mövcud olub-olmamasını geyd etməmişdir. Həmçinin məhkəmə zərər cəkmis şəxsin Hafiz Sirvanovla barısmaması, ona ağır cəza təyin edilməsi barədə bildirməsini və bu səbəbdən apellyasiya şikayəti verməsini nəzərə almadan yüngüllüyünə görə acıq-aydın ədalətsiz cəza təvin etmişdir. Beləliklə, yuxanda sadalananlardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübu tlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilərək, onun əməli CM-in 149.1-ci maddəsinə tövsif edilmiş, həmçinin Məhkum yüngüllüyünə görə ədalətsiz cəza təyin etməklə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun nəticəsini, törədilmə halını, şəraitini, məqsədini və motivini, Məhkum şəxsiyyətini, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, "CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərə findən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, nəticədə də Məhkum yüngüllüyünə görə ədalətsiz cəza təyin olunmuşdur. Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətində bildirmişdir ki, sözügedən dövrdə zərərçəkmiş şəxs tamamilə köməksiz vəziyyətdə olmuş, hətta hüquqmühafizə orqanlarına müraciət edilmə qaydası barədə məlumatsız olmuşdur. Ucqar dağ kəndində yaşamış, atası kəndin mollası olmuş və mühafizəkar olmuş, məhz bu səbəbdən də qapalı mühitdə və daha çox evdə vaxt keçirmişdir. Dəfələrlə cinsi zorakılığa məruz qalsa da, atasının kəndin mollası olmasını və uşaqlarını düşünüb susmuşdur. Nəhayət bezmiş və özünü öldürməyə cəhd etmiş, buna da nail ola bilməmişdir, çünki təqsirləndirilən şəxs onun özünə qəsd etmək məqsədi ilə açdığı qaz kranını bağlamaqla evə qazın daxil olmasına mane olmuş və o sağ qalmışdır. Utandığından bu barədə nəinki atasına, heç anasına da heç nə deməmişdir. Nəhayət məcbur olub bu barədə bacısına məlumat vermiş və bacısı da bu barədə anasına, anası isə öz növbəsində atasına bu barədə məlumat vermişdir. Yalnız bundan sonra zərərçəkmiş şəxsin atası qızının zorlanmağı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. Şəhid arvadı olmuş, heç vaxt Hafiz ilə ər-arvad kimi yaşamağa razı olmamışdır. Ümumiyyətlə, heç kim onun bu barədə fikrini soruşmamışdır. Hafiz ona qarşı zor tətbiq etməklə cinsi əlaqədə olarkən etirazını bildirsə də, ona yalvarsa da onun iyrənc hərəkətlərinin qarşısını ala bilməmişdir. Ən dəhşətli hal isə ondan ibarətdir ki, Hafizin atası Xeyrulla da onun fikrini nəzərə almadan onu qul kimi iki oğlunun yanında hərraca çıxarmış, onlara bildirmişdir ki, ikisindən biri onu qəbul etməlidir. Hafiz atasının mövqeyinə uyğun olaraq onunla zorla cinsi əlaqədə olmuş və guya ki bununla da Zərərçəkmiş şəxs özünə arvad etmişdir. Məhz bu baxımdan da Hafizin atası Xeyrullanı köməyə çağırmaq və ya ona şikayət etmək də mənasız idi deyə ona da heç nə deməmişdir. Eləcə də, atası həmin dövrlərdə onkoloji xəstə olmuş, ona əlavə dərd vermək zərərçəkmişə ağır gəlmişdir. Ona görə də narahatçılıq yaranmasın deyə susmuş və ona heç nə deməmişdir. Nuranə Məhkum sevgi mesajları yazmamış, bu mümkün də olmamış, çünki Məhkum atası yaşındadır. Ona görə də məhkəmənin mövqeyini qəbul etmir. Hafizin dəfələrlə onunla zorla cinsi əlaqədə olması faktı təkcə onun ifadəsi ilə yox, həm də Hafizin ifadəsi ilə də təsdiqini tapır. Belə ki, Məhkum özü də etiraf edir ki, onunla dəfələrlə cinsi əlaqədə olmuşdur. O, bunun guya könüllü qaydada edildiyini əsas götürməklə özünə haqq qazandırmağa çalışır. Lakin bu onun məsuliyyətdən yaxa qurtarmaq niyyəti ilə bağlıdır. Məhkəmə isə təqsirləndirilən şəxsin dəfələrlə zorla zərərçəkmiş şəxslə cinsi əlaqədə olma faktını təsdiq edən sübutların mövcud olmamasını qeyd etmişdir. Hesab edir ki, mə hkəmənin həmin mövqeyi işin faktiki halları və təqsirləndirilən şəxsin özünün ifadələri ilə təkzib olunur. Zərərçəkmiş şəxs və nümayəndəsi Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, qardaşı Davud Şirvanov 2-ci Qarabağ müharibəsində şəhid olduqdan sonra atasının təkidi ilə Nuranə ilə ər-arvad kimi yaşamış, Nuranənin razılığı ilə onunla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. 2022-ci ilin ortalarında Məhkum qızının toyu olmuş, Nuranə də həmin toyda İştirak etmiş və qonaqlarla şəkil də çəkdirmişdir. İş üzrə şahid kimi dindirilmiş təqsirləndiri lən şəxsin atası Şahid3 da məhkəmədə ifadə verərkən oğlu Davud şəhid olandan sonra digər oğlu Şirvana Nuranə ilə evlənməyi təklif etdiyini, lakin Şirvanın razılaşmadığını, bundan sonra Hafizə Nuranə ilə evlənməyi təklif etdiyini, Hafizin onun təklifi ilə razılaşdığını, Nuranə ilə ər-arvad kimi yaşadıqlarını göstərmişdir. Şahid ifadələrinə əsasən Məhkum qarşı irəli sürülmüş ittiham sübuta yetirilmir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsinə görə Məhkum 2022-ci ilin fevral ayından avqust ayına kimi, dəfələrlə, zor tətbiq etməklə, onu zorladığını göstərmişdir. Lakin nəzərə almaq lazımdır ki, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi zorlama faktı Nuranənin qaynanası və qaynatasının yaşadığı evdə baş vermişdir. Hesab edir ki, əgər Nuranəyə qarşı zor tətbiq edilirdisə, o, səs-küy salıb müqav imət göstərib digər şəxsləri köməyə çağıra, ona qarşı olan zorakılığın qarşısını ala bilərdi. Bundan başqa, birinci zorakılıq aktından sonra qohum-əqrabasına, ətrafındakılara məlumat verib sonrakı zorakılıq aktlarının qarşısını ala bilərdi. Ona görə də hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Zərərçəkmiş şəxs Məhkum tərəfindən zorlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkum Nuranə ilə ər-arvad kimi yaşadıqlarını bildirmişdir. Əgər həqiqətən də Hafiz tərəfindən zorlanmışdırsa, Nuranə bu barədə dərhal valideyinlərinə, yaxın qohumlarına məlumat verə bilərdi, qışqırıb qonşuları köməyə çağıra bilərdi. Vaxtında müvafiq orqanlara şikayət edə bilərdi. Lakin fevral ayından avqust ayına qədər Nura nənin baş vermiş zorakılıq barədə heç kimə məlumat verməməsi onun dediklərinin yalan olduğunu göstərir. Onda olan məlumata görə zərərçəkmiş şəxs qatı dindardır. X4 şəhərində dini təhsil almışdır. Onun atası da kəndin mollasıdır. Həmin adamların adətlərinə görə qadının əri ölərsə subay qala bilməz, kiminsə kəbinində olmalıdır ki, onun adına söz çıxmasın. Ona görə də Nuranə qaynı Hafiz ilə ər-arvad kimi yaşamağa razı olmuşdur. Həmçinin hesab edir ki, zərərçəkmiş şəxs aralarında olan pul məsələsinə görə pulu almaq üçün guya Hafizin onu zorlaması barədə yalan uydurmuşdur. Bundan başqa Nuranə ifadəsində polis, prokurorluq, nə olduğunu bilmədiyini, hara şikayət etmək barədə heç bir məlumatı olmadığından vaxtında şikayət edə bilmədiyini göstərir. Lakin məhkəmənin nəzərinə çatdırır ki, Nuranə bu i şdən əvvəl pul borcunun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Necə ola bilər ki, pulun qaytarılması ilə bağlı iddia qaldıra bilir, lakin zorlanması faktı ilə bağlı şikayət edə bilmir. İş materiallarından görünür ki, Məhkum 2022-ci ilin fevral ayında, 2022-ci ilin aprel ayında və 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olması faktı ibtidai araşdırma və birinci instansiya məhkəməsində toplanmış sübutlarla təsdiqini tapmır və sübuta yetirilmir. Bütün bu qeyd edilənləri rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsi qərarının ləğv edilməsini və işin baxılması üçün həmin instansiyaya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olun masını və Məhkum Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli tarixli qərarının ləğv edilməsini işin apelyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bundan əlavə zərərçəkmişin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin əsassız hesab edib təmin olunmamasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, bu hadisə həyat yoldaşı şəhid olandan sonra baş vermişdir. Məhkum sürücüdür. Ondan 22-23 yaş böyükdür. Dəfələrlə rayona gələndə məhkum ona zor tətbiq etmişdir. Elə vaxt olub ki, hətta özünə qəsd etmək həddinə də çatdırmışdır. Dövlət tərəfindən ona verilmiş pulları borc adı ilə qaynı tərəfindən əlindən alınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkiml Nümayəndə məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli tarixli qərarının ləğv edilməsini işin apelyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıx ış edərək kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin olunmasını, məhkumun müdafiəçisinin kassasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını, kassasiya protestinin dəlillərinin əsaslı olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli tarixli qərarının ləğv edilməsini işin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya müraciətlərinin dəlillərini müzakirə edib, kassasiya müraciətləri barədə cinayət prosesi tərəflərinin dəlillərini dinləyərək, işə baxmış birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya müraciətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419. 11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət v ə cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi məhkuma bəraət verilməli olmasını iddia edərək və məhkum barəsində olan məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı və zərərçəkmiş şəxsin nümayəndəsi məhkumun əməlinin tövsifini və məhkuma yüngül cəza təyin edilməsini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixl i qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun ü zrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, o nun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulması na gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya müraciətləri ilə müraciət etmiş tərəflərə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtid ai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya instansiya məhkəməsi məhkumun əməlini CM-in 149.2.5-ci maddəsindən CMin 149.1-ci maddəsinə tövsif edərkən öz mövqeyini əsaslandırmış və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Məhkum 2022-ci ilin fevral ayında, 2022-ci ilin aprel ayında və 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olması faktı ibtidai araşdırma və birinci instansiya məhkəməsində toplanmış s übutlarla təsdiqini tapmır və sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən isə ittiham hökmü ehtimallara əsaslana bilməz. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəssiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Lakin Məhkum 2022- ci ilin fevral ayında, 2022-ci ilin aprel ayında və 2022-ci ilin iyul ayında zor tətbiq etməklə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması faktı barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-in 149.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, həmin epizodlarla bağlı zərərçəkmiş şəxs N.Şirvanov vaxtında nə ailə üzvlərinə, nə müvafiq hüquq mühafiəzə orqanlarına məlumat vermədiyindən müvafiq araşdırma aparılmamış, cinayət əməlinin baş verməsini təsdiq edən maddi sübutlar, hadisənin şahidləri müəyyən edilərək dindirilməmiş, heç bir sübut toplanılmamışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında, 2022-ci ilin aprel ayında və 2022-ci ilin iyul ayında məhkum tərəfindən zorlandığını göstərsə də, bu barədə nə öz ailə üzvlərinə, nə birlikdə yaşadıqları məhkumun ailə üzvlərinə məlumat verməmiş, baş vermiş cinayət hadisəsi ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət etmədiyindən vaxtında istintaq hərəkətləri icra edilərək müvafiq sübutlar toplanılmamışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında, 2022-ci ilin aprel ayında və 2022-ci ilin iyul ayında təqsirləndirilən şəxs tərəfindən zorlanması ilə bağlı yalnız zərərçəkmiş şəxsin ifadəsi vardır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, başqa heç bir sübut olmadan yalnız zərərçəkmiş şəxsin ifadəsinə istinad etməklə şəxsi CM-in 149.2.5-ci maddəsi ilə təqsirli bilərək məhkum etmək olmaz. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, tövsiflə bağlı kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri əsassızdır. Məhkuma CM-in 149.1-ci maddəsi ilə bəraət verilməsinə dair müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum 2022-ci ilin may ayında zor tətbiq etməklə N. Şirvanova ilə cinsi əlaqədə olması faktı onun özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin ifadələri, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arası nda keçirilmiş üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə trasoloji ekspertizasının rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Məhkum CM-in 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs məhkəmələrdə verdiyi davamlı və sərbəst ifadələri, məhkəmədə tədqiq edilmiş Məhkum Zərərçəkmiş şəxs ilə 2022-ci ilin may ayında zorla cinsi əlaqədə olmaq istəyərkən onun əynindəki kofta və şalvarın dartıb əynindən çıxararkən onları zədələnməsini təsdiq edən məhkəmə kriminalistik ekspertizasının rəyi ilə və əldə olunmuş maddi sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 3/1464 saylı rəyindən görünür ki, tədqiqata təqdim edi lmiş koftanın və qara rəngli şalvarın üzərində olan zədələr fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, cırılma zədəsidir. Qeyd olunan zədələrin cinayət hadisəsinin təsvirində göstərilən şəraitdə yaranması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma CM-in 149.1-ci maddəsi ilə bəraət verilməsinə dair kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən öz təsdiqini tapmır. Məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə CM-in 149.1-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhkum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə məhkuma 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş cəzadan da görünür ki, apellyasiya instansiya məhkəməsi məhkuma onun təqsirli bilindiyi maddənin sanksiyasının orta həddinə yaxın müddətə cəza təyin etmiş, bu zaman törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, eləcə də işin hallarını nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza həm həddi, həm də növü baxımından ədalətli cəzadır və məhkumun islah olunması üçün kifayətedicidir. Həmin cəzanın növünün və ya həddinin dəyişdirilməsi, cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün hər hansı faktiki və ya hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il t arixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar