Məhkəmə qərarları › İş №1(102)-1536/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1536/2019

27.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1536/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum İsrəfil oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respu blikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum İsrəfil oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarından Məhkum İsrəfil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Sadıxov Rasim Əkrəm oğlu, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) xx.xx.1970-ci ildə Kəlbəcər rayonu, Əsrik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Məhkum İsrəfil oğlu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum İsrəfil oğlu təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum İsrəfil oğlu 27 avqust 2018-ci il t20 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında ev 13-ün yaxınlığında yerləşən “Ucuzluq" marketin qarşısında arabanın üzərində meyvə satan, onunla birlikdə ünvan 2 ünvanında kirayədə yaşadığı dostu Zərərçəkmiş şəxs2 yaxınlaşıb meyvəni Sarayevo küçəsində yerləşən “xxxx” klinikasının yanında satmağı təklif etmiş, Zərərçəkmiş şəxs2 ilk olaraq etiraz etsə də, sonradan onunla razı laşaraq arabanın üzərində olan meyvəni satmaq üçün həmin yerə getmiş, bir qədər sonra siqaret almaq məqsədilə getdiyi üçün yenidən gəlməyəcəyini zənn edən Zərərçəkmiş şəxs2 arabanı sürərək yaşadığı ünvan 2 ünvanına gəlmiş, Məhkum isə onun arxasınca gələrək həmin evin tinində Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədərək meyvəni onun dediyi yerdə satmaq lazım olduğunu bildirib arabanı Zərərçəkmiş şəxs2 əlindən alan zaman aralarında yaranmış mübahisə zamanı Məhkum yumruqla Zərərçəkmiş şəxs2 ağız və göz nahiyəsinə zərbələr vuraraq ona sol almacıq nahiyəsində hematoma xəsarəti ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, alt dodağın selikli qişasında əzilmiş səthi dəri yarası ilə müşayiət edilən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs2 ondan ayrılaraq yaşadığı evə gələrək əynində olan köynəyi dəyişib həyətə çıxaraq ünva 2 ünvanında olan oturacaqda oturub siqaret çəkən zaman Məhkum aralarında baş vermiş davaya aydınlıq gətirmək məqsədilə ona yaxınlaşıb söhbət etmiş, söhbət əsnasında Məhkum Zərərçəkmiş şəxs2 söydüyü üçün sonuncu da onu söyməsi səbəbindən Məhkum özü ilə gətirdiyi və arabada meyvə kəsmək üçün istifadə etdiyi mətbəx bıçağını sağ əlində tutaraq Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qarın nahiyəsinin ön səthinin sağ yarısında qarın boşluğu daxilinə nüfuz edən, nazik bağırsağın, böyük piyliyin yaralanması və daxili qanaxma ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən yetirildiyi anda insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən Məhkum İsrəfil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rəhimov Elmar Eldar oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 08 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 04 il müddətə endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, əməlin i CM-nin 126.1-ci maddəsindən CM-nin 128.1-ci maddəsinə tövsif olunmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə düzgün tövsif olunmamış və hüquqları kobud surətdə pozulmuşdur. Əməlindən peşiman olduğunu, barəsində şikayət olmadğını, əməlinin ictimai təhlükəli olmadığını bildirib göstərilənlərə əsasən, əməlinin CM-nin 128.1-ci maddəsinə tövsif olunmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayəti nin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2019-cu il qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum İsrəfil oğluna verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsin ə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum əməlinin düzgün tövsif olunmaması, onun əməlinin Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsinə tövsif edilməli və barəsində yüngül cəza təyin olunmalı olduğu iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, apel lyasiya məhkəməsi tərəfindən şikayət qismən təmin olunaraq, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilmişdir. Həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası təqsirləndirilən Məhkum apellyasiya şikayətinin təmin edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinib maddənin sanksiyası daxilində yüngül cəza verilməsinə dair təqsirləndirilən Məhkum İsrəfil oğlu və onun müdafiəçisi X2, eləcə də apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması haqqında dövlət ittiha mçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hökm dəyişdirilməli, təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Cinayət işindən görünür ki, təqsirləndirilən Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə olan cinayət əməlini törətməkdə təqsirli olması özünün özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə da tamamilə sübuta yetirilmiş və apellyasiya şikayətində də işin həmin halları mübahisələndiriiməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instan siya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum onun ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif etmiş və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməsinə hüquqi əsas müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə hökm dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Məhkum Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə uyğun olaraq könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına fəal kömək etməsini, CM-nin 59.1,12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq ə ldə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirmiş, məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 28 avqust 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, Məhkum qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməklə etmiş olduğu cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan və cəzalar sistem ində sərt cəza növünə aid edilən azadlıqdan məhrumetmə cəzasının seçilməsində birinci instansiya məhkəməsi haqlı olmuş, lakin təyin edilmiş cəzanın həddi törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, habelə cəzanı yüngülləşdirən hallara uyğun olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 8.1, 58.1, 58.3-cü maddələrinin müddəalarını, məhkumun şəxsiyyətini səciyyələndirən halları, habelə cəzanı yüngülləşdirən hallar kimi əməlini etiraf edərək səmimi peşman olduğunu, zərərin ödənilməsi üçün səylərin göstərilməsini cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası cəzalandırma təsirini təmin edən dərəcədə yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən ci nayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzər də tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən ape llyasiya instansiya məhkəməsi cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya məhkəməsinin hökm və ya qərarı dəyişdirilir. Qeyd edilməlidir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsi mühüm əhəmiyyətə malikdir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstərir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, təyin edilm iş cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına uyğun olmaması əsası ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, təqsirləndirilən Məhkum İsrəfil oğluna təyin edilən 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 04 (dörd) il müddətə endirilməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini, əməlinin düzgün tövsif olunmadığını, CM-nin 128.1-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhku m təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı iddia olunsa da, müdafiə tərəfinin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsas sızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum İsrəfil oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar