Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1536/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi6 Gülamədin oğlunun və İsgəndərov Coşqun İbad oğ lunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 188.4.2, 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Niftaliyev Zaur Gülaməddin oğlu, İsgəndərov Coşqun İbad oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2022-ci il tarixli 1(099)-139/2022 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibdə) hökmü ilə 8 iyul 1968-ci ildə x şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Cəlilabad Rayon İcra H akimiyyətinin başçısı vəzifəsində işləmiş, evli, məhkum olunmamış, xxxdə qeydiyyatda olmaqla xxx-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 188.4.2, 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsi i lə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3cü m addələri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirməklə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin başlanğıcı 7 dekabr 2020-ci il tarixdən hesablanmaqla 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum, onun müdafiəçisi İsgəndərov Coşqun İbad oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, maraqlarına toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X4 nümayəndəsi və vəkilləri Əliyev Ramin Rasim oğlu və Tağıyev Mahir Rafiq tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli 1(106)19/2023 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Məhkum və müdafiəçisi İskəndərov Coşqun İbad oğlunun apellyasiya şikayətləri qismən təmin edilmiş, hökmlə maraqlarına toxunulan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X4 nümayəndələri Əliyev Ramin Rasim oğlu və Tağıyev Mahir Rafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri Maraqlı şəxs1 münasibətdə qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 iyu l 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə ona cəza təyin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi və xüsusi müsadirənin tətbiq edilməsi hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsindən iki il keçdiyindən Məhkum həmin maddə ilə təqsirli bilinməsinə və ona bu həmin maddə ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 188.4.2, 308.2, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin edilmiş əsas cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Maraqlı şəxs1 məxsus, ünvan 1 ünvanda yerləşən mənzilin üzərindən xüsusi müsadirənin götürülməsi və həmin mənzilin həbsdən azad edilərək sahibinə təhvil verilməsi müəyyən edilmiş, hökm apellyasiya şikayətləri ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Niftaliyev Zaur Gülaməddin oğlu, İsgəndərov Coşqun İbad oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyun 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən məhkumun müdafiəçisi İsgəndərov Coşqun İbad oğlu vəsatət ilə məhkəməyə müraciət edərək, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətinin Məhkum geri götürdüyünü bildirmiş, məhkəmə iclasında Məhkum bir daha kassasiya şikayətinin geri qaytarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamç ısının, məhkum edilmiş şəxsin və müdafiəçisinin məhkəmə çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasə n və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 188.4.2, 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Niftaliyev Zaur Gülaməddin oğlu, İsgəndərov Coşqun İbad oğlu və Quliyev Elnur Ağalar oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1536/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1536/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver