Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1537/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X3 və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(104)-13/2023 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 Üzrə şö bəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bəraət almış şəxs Məhkum xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə şərti azad edilmə müddəti başa çatmışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına g örə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır.
3. Belə ki, Məhkum məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 10,128 qram çəkidə külli miqdar kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əldə etdiyi heroini bölməklə 07 ədəd bükümdə qablaşdıraraq üzərində qanunsuz saxlamaqla Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 246 ünvanının qarşısına qanunsuz daşımış, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 11 noyabr 2020-ci il tarixdə saat 19:15-də Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 246 ünvanının qarşısında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə gətirilərək Şöbədə xidməti otaqların birində həmin gün saat 20:31-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol cibindən 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,220 qram, 1,221 qram, 2,253 qram, 1,130 qram, 2,248 qram, 1,095 qram, 0,961 qram olmaqla, ümumilikdə təmiz çəkisi külli miqdar 10,128 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Dadaş İmanovun sədrliyi, hakimlər Nural Əliyev və Faiq Mahmudovdan ibarət tərkib də) 06 aprel 2022-ci il tarixli, 1(100)-48/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 11 noyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək hökmün ləğv edilməsini, Məhkum bəraət verilməsini xahiş etmişlər.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(104)-13/2023 nömrəli hökmü ilə Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(100)-48/2022 nömrəli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi hökm edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məh kəmələrində X3 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri, etirazlar:
8. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Məhkum əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(104)-13/20 23 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Hökmdən kassasiya şikayəti verilməmiş, eyni zamanda verilmiş kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər:
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelly asiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahi yyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamç ısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(104)-13/2023 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
17. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhk əməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
18. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tut an Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
20. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
21. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
22. Cinayət Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
23. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144cü maddəsinin tələblərinə uyğun olaraq yo xlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
24. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum onun məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi həm birinci instansiya məhkəməsinin araşdırdığı, həm də apellyasiya icraatı zamanı əldə edilmiş sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, M əhkum CM-in 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında ona aidiyyəti olmayan sübutların olması nəzərə alınmamış, onun barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bəraət almış şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın ona heç bir aidiyyəti olmamışdır. İttiham tərəfi isə sözügedən narkotik vasitənin Məhkum aidiyyətini təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, bununla da ittihamın əsasını sadəcə ittiham tərəfinin ehtimalları təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın ona aidiyyəti olmamasını nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – cinayətin törədilməsinə aidiyyəti olmaması, yəni Məhkum Cinayət Prosessual Məcəllənin 42.1.3-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
27. Kassasiya məhkəməsi apellyasiya məhkə məsi tərəfindən 11 noyabr 2020-ci ildə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilməsinin qanuniliyinə, Məhkum ifadəsinə, polis əməkdaşı Şahid1 ifadəsinə, sonuncuların istifadəsində olmuş mobil telefon nömrələrinə dair əldə edilmiş məlumatlara, müdafiə hüquqlarının pozulmasına dair və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlara əlaqəli şəkildə verdiyi qiymətlə razılaşır.
28. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi əlavə izah verməyə lüzum görmür.
29. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
30. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(104)-13/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(104)-13/2023 nömrəli hökmü Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.