Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1537/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 311.1, 32.4,312.2 və 32.3,320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) 6 mart 2023-cü il tarixli hökmü ilə xx xxx 1988-ci ildə Cəlilabad rayonu Qasımbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Cəlilabad rayon Dövlət Arxiv İdarəsinin müdiri işləmiş, məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31 1.1, 32.4,312.2 və 32.3,320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 311.1-ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,320.1-ci maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzalar qismən toplanılm aqla cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 7 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 da məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışdığına, onlara dəymiş ziyanı tamamilə və cinayət nəticəsində vurulmuş ziyanın 25 % miqdarında dövlət bü dcəsinə ödədiyinə görə Məhkum Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət təqibinə xitam verilmiş və onlar cinayət məsuliyyətindən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İlkin Qismət oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, Elçin İsgəndər oğlu Xasməmmədovdan və Kamil Sücəddin oğlu Bəşirovdan ibarət tərkibdə) 25 may 2023-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən Məhkum Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə məhkum edilməsinə dair hi ssədə ləğv edilmiş, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Məhkum Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 32.3,320.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmış və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə məhkum edilməsinə dair müəyyən hissədə ləğv edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 mart 2023-cü il tarixli hökmü Məhkum apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ( Azərbaycan R espublikası Ali Məhkəməsinin (hakimlər: Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 9 yanvar 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 və 32.3,320.1-ci maddələri, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmişdir. Məhkum və Təqsirləndirilən şəxs1 “Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bə raət verilsin” hissəsi dəyişdirilərək, “Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibin olmadığına görə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilsin sözlər ilə əvəz edilmişdir. Hökm qalan hissədə kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, Cəlilabad rayon Dövlət Arxivinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib atası X7 1995-2005-ci illərdə rəsmi olaraq işləməsinə dair arayış və bu barədə qeydiyyatın aparıldığı əmək kitabçasın ın verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs1 guya özlərinin ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Feyruz Məmiyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun Cəlilabad rayon 35 saylı X1 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, onun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair arayış verilməsinə görə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə birlikdə birbaşa yolla maddi nemət olan 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Basqal” kafesində bildirərək, Zərərçəkmiş şəxs1 razılığını almaqla sövdələşib, həmin niyyətlə 18 avqust 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində yerləşən “Basqal” kafesində həmin məbləğdən ilkin olaraq 3.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb törətdiyi əməlləri gizlətməklə cinayət məsuliyyətindən yayınmaq və özünə olan inamı möhkəmləndirməklə yenidən eyni xarakterli əməllər törətmək məqsədilə hüquq verən rəsmi sənədin qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırılmaqla hazırlanması cinayət əməlinin törədilməsini təşkil və həmin cinayətin törədilməsinə rəhbərlik edərək, yəni əvvəllər Cəlilabad rayon 35 saylı X5 İdarəsinin direktoru işləmiş, cinayət törədilən vaxt vəzifəli şəxs olmayan Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayında müraciət edib X12 rayon 35 saylı X5 İdarəsində 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, sonuncunun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair saxta arayış və əmək kitabçasının verilməsinə görə 100 manat məbləğində pul təklif edib Təqsirləndirilən şəxs2 hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamağa razılığını alıb, bundan sonra, cinayətkar niyyətinə uyğun olaraq, 2022-ci ilin avqust ayında yaşadığı ünvan 1 ünvanında yerləşən evində məzmununa X7 guya xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X5 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə bilə-bilə yalan məlumatlar daxil edərək arayış nümunəsini hazırlayıb həmin sənədi və razılaşmalarına əsasən 100 manat pul vəsaitini həmin müddətdə Cəlilabad şəhəri ərazisində Təqsirləndirilən şəxs2 təqdim edərək sonuncu tərəfindən həmin arayışın və əlavə olaraq özündə olan əmək kitabçasına X7 xx.xx.1995-ci il tarixli 25 nömrəli əmrlə Cəlilabad rayon 35 saylı X5 İdarəsində İİ dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli, 350 nömrəli əmrlə işdən azad olunması barədə bilə-bilə yalan məlumatların daxil edilərək imzalanıb, Təqsirləndirilən şəxs2 özündə əvvəlcədən saxlamış olduğu Cəlilabad rayon 35 saylı X5 İdarəsinin möhürü ilə təsdiq ed ilməsinə nail olub, hüquq verən rəsmi sənəd hesab olunan həmin saxta arayış və əmək kitabçasını sonuncudan alıb 22 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 həmin saxta rəsmi sənədləri təqdim edib, aralarındakı razılaşmaya əsasən sonuncudan həmin vaxt qeyd edilən kafedə qalan 2.000 manat pul vəsaitini nağd qaydada almaqla, həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz olan qohumu X2 adına olan "xxxx" ASCyə məxsus 4127********7746 nömrəli plastik karta köçürmüş olduğu 500 manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə Cəlilabad şəhəri Şahid1 prospektində yerləşən bankomatdan nağdlaşdırmasından sonra əldə edib, həmin pul vəsaitlərini sonuncu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Feyruz Məmiyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmiş, Təqsirləndirilən şəxs2 hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamasını təşkil etməklə həmin cinayətin törədilməsinə rəhbərlik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayət əlaqəsinə girib qohumu Şahid2 1995-2005-ci illərdə rəsmi olaraq işləməsinə dair arayış və bu barədə qeydiyyatın aparıldığı əmək kitabçasının verilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə guya özlərinin ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəklərini yalandan bildirib, özləri barədə formala şdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun Cəlilabad rayon 35 saylı X5 İdarəsində 1995-2005-ci illərdə işləməməsinə baxmayaraq, sonuncunun qeyd edilən illərdə həmin idarədə işləməsinə dair arayış verilməsindən ötrü qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə birlikdə birbaşa yolla maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitinin özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla 2022-ci ilin avqust ayının ortalarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Basqal” kafesində bildirərək, Zərərçəkmiş şəxs2 razılığını almaqla sövdələşib, həmin niyyətlə Təq sirləndirilən şəxs1lə birlikdə qeyd edilən kafedə Zərərçəkmiş şəxs2 22 avqust 2022-ci il tarixdə 2.000 manat və 2022-ci ilin avqust ayının sonlarında 2.000 manat pul vəsaitini nağd qaydada alıb, Zərərçəkmiş şəxs2 özünün rekvizitlərini verdiyi "xxxx" ASC-yə məxsus 4169********0639 nömrəli plastik karta köçürmüş olduğu 1.000 manat məbləğində pul vəsaitini 2022-ci ilin avqust ayının sonlarında Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən bankomatdan nağdlaşdıraraq əldə etməklə, həmçinin 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs1 vasitəsilə Cəlilabad şəhəri, Qurtuluş prospektində “Okean” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 1.000 manat məbləğində pul vəsaitini almaqla, həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs1lə aralarında bölüb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs2 vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 12 may 2016-cı il tarixli ə/f 07 nömrəli əmri ilə təsdiq edilmiş vəzifə təlimatına əsasən, arxivdə olan sənədlərin mühafizəsini, uçotunu təşkil etmək, arxivin profilinə uyğun komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, milli arxiv fonduna məxsus sənədlərin tərkibinin öyrənilməsi, qanunla müəyyən olunan müddət başa çatdıqdan sonra həmin sənədlərin dövlət mühafizəsinə qəbulu işini təşkil etmək, vətəndaşları qəbul etmək və vermiş olduğu sorğuları cavablandırmaq, idarə, müəssisə və təşkilatlardan daxil olmuş müraciətləri cavablandırmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi tanışı Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi yardımda, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaiti ni əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni tanışı Şahid1 babası Sədulla Əliyevin adına “R.Axundov” adına sovxozun 1969-1971ci illərin qaytanlanmış torpaq kitabında 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmasına dair müdiri olduğu arxivdə saxlanılan zəruri sənədlərin təqdim edilməsi ilə əlaqədar özünə xx.xx.2022-ci il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 həmin görüş zamanı Zərərçəkmiş şəxs2 qeyd edilən məsələnin həllinin maddi nemət qarşılığında tez bir zamanda asanlıqla həll oluna bilməsi, veriləcək sənədlərdə heç bir yalnışlıq olmamasına dair bildirməklə onda əminlik yaratmasından sonra qeyd edilən sənədin təsdiq olunub Z ərərçəkmiş şəxs2 təqdim edilməsinə görə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Basqal” kafesində özü və Təqsirləndirilən şəxs1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini ondan rüşvət qismində istəyib, həmin niyyətlə 2022-ci ilin avqust ayının sonlarında maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən Zərərçəkmiş şəxs2 qeyd edilən kafedə rüşvət qismində Təqsirləndirilən şəxs1 köməkçiliyi ilə almaqla, həmçinin, eyni niyyətlə 2022-ci ilin avqust ayının sonlarında Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Okean” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 100 (bir yüz) manat məbləğində pul vəsaitini sonuncudan özü və Təqsirləndirilən şəxs1 üçün birbaşa yoll a sonuncu vasitəsilə almaqla, ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 köməkçiliyi ilə rüşvət qismində alıb sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, verdiyi vədə əməl edərək 2022-ci ilin avqust ayının sonlarında xx.xx.2022-ci il tarixli 298 nömrəli arayışa “R.Axundov” adına sovxozun 1969-1971-ci illərin qaytanlanmış torpaq kitabında Sədulla Əliyevin adına 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair məlumatlar daxil etməklə öz imzası və möhürü ilə təsdiq edərək həmin arayışı Zərərçəkmiş şəxs2 təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində övladlarının xəstə olduqlarını, bir övladının talassemiya xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində yaşadığını, hər 3 aydan bir Bakıya qan instit utuna yoxlanışa gətirildiyini, bununla bağlı məhkəməyə arayış təqdim etdiyini, həmçinin valideynlərinin ahıl yaşlarında olduqları üçün ona ehtiyaclarının olduqlarını, işlədiyi dövr ərzində vəzifəsini vicdanla yerinə yetirdiyini, buna görə də Cəlilabad rayon İcra Hakimiyyəti başçısının imzası ilə təsdiq etdiyi müsbət xasiyyətnamənin məhkəməyə göndərildiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsini, təyin edilən cəzanın şərti hesab edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çı xışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən et mir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkum əməlin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın şərti tətbiq edilməli olduğunu iddia edərək mübahisələndirilən qərarın dəyişdirilməli olması barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təq sirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-c i maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2 003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcr id edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəx s bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Lakin məhkəmə kollegiyası Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi 311.1-ci maddə sinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etməklə qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxs iyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyy ən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, aşağı instansiya məhkəmələri tərəfindən onun şəxsiyyətini xarakterizə edən, o cümlədən törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallar kifayət qədər nəzərə alınmamışdır. Belə ki, Məhkum himayəsində üç nəfər azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, 6 yaşında azyaşlı oğlu Rəsul İskəndərlinin "Beta Talassesmiya” xəstəliyindən əziyyət çəkməsini, 10 yaşında olan azyaşlı qızı Nəsibə İskəndərlinin "sinir kökləri və kələflərinin zədələnmələri, anadan gəlmə xəstə, bazu kələfinin zədələnməsi, sol bazı kələfinin doğuş travma səbəbli pleksiti, sol qolun kobud parezi” diaqnozu ilə anadangəlmə sağlamlıq imkanının məhdud olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi hökmdə qeyd edilsə də, məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamış, nəticədə ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb, iş üzrə müəyyən edilmiş yüngülləşdirən halları müstəsna hallar kimi qiy mətləndirərək Məhkum barəsində CM-in 62ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və mot ivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilərək, onun barəsində CM-in 62 maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin təqsirləndirildiyi 311.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və müvafiq olaraq CM-in 66.3cü maddəsi ilə təyin edilmiş qəti cəzanın həddi azaldılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli hökmü məhkuma təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-in 311.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) il 3 (üç) aya endirilsin. Bu cəza CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 32.3,320.1-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1537/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1537/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver