Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1538/2025 16.09.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və müdafiəçisi Salehzadə Ümman Tofiq oğlunun iştirakları ilə, xx xxx 1958-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı məhkumluğu olmayan, ali təhsilli, ailəli, 1-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(103)-2040/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, zərərçəkmiş şəxs X11 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(101)-92/2024 nömrəli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən), A.H.Əliyeva və V.E.Quliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 may 2018-ci il tarixdən 17 may 2018-ci il tarixədək tutulduğu və 28 fevral 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 1 (bir) il 4 (dörd) ay 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, zərər çəkmiş şəxs (mülki iddiaçı) X7 Məhkum qarşı verdiyi mülki iddia təmin edilmiş, 66237 manat məbləğdə pulun Məhkum tutularaq X9 ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu tərəfindən, zərərçəkmiş şəxs X11 və nümayəndəsi Nümayəndə tərəfindən birgə apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(101)-92/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu, zərərçəkmiş şəxs X11 və nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ k eçirmə məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 503 saylı sərəncamı ilə ona verilmiş X məhəllədə "Zövq İnşaat” MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişinin 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilini Şahid2 satdığından sonuncunun adına rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)2585/2014 saylı 14 may 2014-cü il tarixli qərarının olduğunu bildiyi halda, özününki kimi təqdim edərək X1 barədə yalan vəd verib aldadaraq, 04 noyabr 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC vasitəsi ilə 34000 manat pulu hesaba köçürmə yolu ilə, 6000 manat pulu nağd şəkildə və X6 adına olan "Mercedes Benz” markalı "Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili həmin dövrə görə milli manat məzənnəsi ilə 26237 manat 50 qəpik manat dəyərində 25000 ABŞ dollarına almağa razılaşaraq ünvan 4 ünvanda yerləşən ünvan 5rnamə verib ələ keçirməklə, ümumilikdə zərər çəkmiş şəxs X 66237 manat 50 qəpik dəyərində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi Məhkum zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməməsini, ondan şikayətçi olduğunu nəzərə almayaraq, Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcələrinə uyğun olmayan şərti məhkum etməni tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci m addələrinin tələblərini pozmuşdur. Bununla belə, həmin hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə kassasiya şikayətində Məhkum daha ağır cəzanın təyin edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini, hökmdən və qərardan Məhkum barəsində tətbiq edilmiş CM-in 70-ci maddəsinin xaric edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən ibtidai istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntularına, müxtəlif materia llar arasında olan ziddiyyətlərə (zərərçəkmiş şəxs, şahidlər və məhkum edilmiş şəxsin ifadələri onlar tərəfindən təqdim edilən digər sübutlara qarşılıqlı təhlil edilib qiymətləndirilməmiş) əhəmiyyət verilməmiş, nəticədə Məhkum əsassız olaraq zərərçəkmiş şəxs X4 miqdarda ziyan vurmaqla dələduzluq əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Halbuki cinayət işi üzrə toplanmış və məhkəmədə araşdırılmış sübutlar təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyini təsdiq etmir. Müdafiəçi Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə aidiyyətinin olmadığı üçün cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, törədilmiş cinayətə aidiyyətinin olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi birgə verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, əməlinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə təl əblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya zərərçəkmiş şəxsin və onun nümayəndəsinin birgə verilmiş və məhkumun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, müdafiəçi Salehzadə Ümman Tofiq oğlunun hazırkı qərarın “Kassasiya şikayətlərinin dəlilləri” bölməsində təs vir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə t utulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə apellyasiya məhkəməsinin hökmünü yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə sözügedən cinayət aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakının ələ keçirilməsində, əmlak hüquqlarının əldə edilməsində ifadə olunmalı, aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin obyektiv cəhəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə özgə əmlakının ələ keçirilməsini və ya əmlak hüquqlarının əldə edilməsini nəzərdə tutursa, subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Hazırkı işin xüsusiyyətlərindən çıxış edərək kollegiya qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə - "xxxx" ASC vasitəsi ilə 34000 manat pulu hesaba köçürmə yolu ilə, 6000 mana t pulu nağd şəkildə və X6 adına olan "Mercedes Benz” markalı "Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili həmin dövrə görə milli manat məzənnəsi ilə 26237 manat 50 qəpik manat dəyərində 25000 ABŞ dollarına almağa razılaşaraq ümumilikdə zərər çəkmiş şəxs Xa 66237 manat 50 qəpik dəyərində yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunduğundan, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən onun hər üç halda pul vəsaitini əldə edərkən bu hərəkətlərin hüquqa zidd və əvəzsiz olması; həqiqi niyyətinin həmin məbləği ələ keçirmək və həmin vəsait hesabına özünün əmlak kütləsini artırmaq olması; qəsdinin pul vəsaitlərinin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi; pulun qaytarılmamasının da məhz bununla şərtləndirilməsi yəni Məhkum isnad edilən cinayət tərk ibinin obyektiv və subyektiv cəhətlərinə daxil olan zəruri əlamətlər baxılan işin sübut etmə predmetini təşkil etmişlər və buna görə də onlar Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada işə aid, mümkün və mötəbər sübutların məcmusu ilə kifayət qədər (inandırıcı şəkildə) sübuta yetirilməli idi. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Məhkum dələduzluq yolu ilə zərərçəkmiş şəxsə məxsus 6000 manat pulu nağd şəkildə və X6 adına olan "Mercedes Benz” markalı "Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili həmin dövrə görə milli manat məzənnəsi ilə 26237 manat 50 qəpik dəyərində 25000 ABŞ dollarına almağa razılaşaraq əldə etməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə təd qiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilmişdir ki, hökmdə və apellyasiya instansiya məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırkı qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göründüyü kimi müdafiəçi Salehzadə Ümman Tofiq oğlu qeyd olunan pul vəsaitlərinin (zərərçəkmiş şəxsə məxsus 6000 manat pulu nağd şəkildə və X6 adına olan "Mercedes Benz” markalı "Viano” modelli ** EN *** dövlət nömrə nişanlı avtomobili həmin dövrə görə milli manat məzənnəsi ilə 26237 manat 50 qəpiyə almağa razılaşaraq əldə etməsi) Məhkum dələduzluq yolu ilə əldə edilməməsi ilə bağlı dəliləri məhkəmələrin müəyyən etdiyi işin həqiqi hallar ilə təkzib olunduğundan rədd olunmalıdır. Bununla yanaşı məhkəmə aktlarına diqqət etdikdə görünür ki, məhkəmələr Məhkum "xxxx" ASC vasitəsi ilə köçürülmüş 34000 manat pulun əldə edilməsi ilə bağlı kifayət qədər sübutlar gətirmədən, sonuncunun həm göstərilən məbləğin, həmdə həmin məbləğdən çıxış edərək ümumilikdə 66237 manat 50 qəpik dəyərində, yəni külli miqdarda zərər çəkmiş şəxs Xa ziyan vurmaqla dələduzluq etməsi barədə qənaətə gəlmişlər. Məhkəmələr tərəfindən tədqiq edilmiş Şahid1 və Məhkum arasında bağlanmış xx.xx.2015-ci il tarixli ilkin müqavilənin 1-ci bəndində müəyyən olunur ki, Məhkum özünə məxsus x yerləşən "Zövq İnşaat” MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən 2 otaqlı mənzili 40.000 manata Şahid1la razılaşmışıdr. (ehtimal olunur ki, satması barədə). Sözügedən müqavilənin 3-cü bəndində Şahid1 müqavilənin 1-ci bəndində göstərilən məbləğin 4.000 manatını beh kimi hissə-hissə, 2.000 manatını ilkin müqavilə rəsimləşən zaman nağd şəkildə ödəmiş və 34.000 manat notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə satıcı üçün ödəyir. «Muğanbank ASC» tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli orderdən görünür ki, 34000 (otuz dörd min) manat məbləğ notarius Qulu Süleymanovun «Muğanbank ASC»-də olan ********** nömrəli depozit hesabına köçürülmüşdür. Hətta «Muğanbank ASC» tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çekdən görünür ki, 34000 (otuz dörd min) manat məbləğində pulun verilməsi üçün (şəxsiyyət vəsiqəsi təqdim edildiyi halda) «Muğanbank ASC» tərəfindən çek imzalanmış və möhürlənərək təsdiq edilmişdir. Məhkəmələ r yuxarıda sadalanan sənədləri məhkəmə aktlarında sadalamaqla kifayətlənərək, Məhkum «Muğanbank ASC»yə getməsi, qeyd olunan məbləğin əldə edilməsi və ya sonuncunun şəxsi hesabına oturması ilə bağlı heç bir araşdırma aparmadan (sadalanana halları təsdiq edən hər hansı sübuta istinad etmədən) göstərilən məbləğin sonuncu tərəfindən əldə edilməsi ilə bağlı nəticəni hasil etmişlər. Halbuki hətta «Muğanbank ASC» tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çekdə belə 34000 (otuz dörd min) manat məbləğində pulun bilavasitə Məhkum tərəfindən əldə edilməsini (həmin çekdə əldə edilmə tarixi belə göstərilməyib) təsdiq hallara istinad edilməmişdir. Digər tərəfdən zərərçəkmiş şəxs Məhkum məxsus 2 otaqlı mənzili 40.000 manata əldə edilməsi ilə bağlı sonuncu ilə razılıq əldə etdiyi halda (ilkin müqavilə) Məhkum 66237 manat məbləğin ödəməsi (6000 manat + 26237 manat 50 qəpik+34000 manat) nə kassasiya şikayətinin müəllifinə nə də, məhkəmə kollegiyasına aydın deyil. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən obyektiv həqiqətin müəyyən edilməsinin təmin edilməsi istiqamətində keyfiyyətsiz və natamam araşdırma həyata keçirdiyindən yuxarıda sadalanmış halla heç birinə qiymət verilməmişdir. Halbuki müdafiəçi göstərilən məsələnin yenidən araşdırılması üçün apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini müvafiq vəsatətində apellyasiya məhkəməsindən xahiş etsə də, apellyasiya məhkəməsi müdafiəçinin göstərmiş olduğu halların ibtida istintaq və birinci instansiya məhkəməsində araşdırılmasına istinad edərə k müraciəti rədd etmiş, beləliklə də apellyasiya baxışında məhkəmə istintaqı aparmaqdan, sübutları bilavasitə tədqiq etməkdən, faktiki halları araşdırmaqdan imtina etmişdir. Əslində apellyasiya məhkəməsi verilmiş vəsatəti müdafiə tərəfinin apellyasiya şikayəti ilə birlikdə nəzərdən keçirsəydi, görə bilərdi ki, şikayətdə gətirilən (eyni ilə Məhkum 34000 manatın əldə edilməsi, ümumilikdə zərər çəkmiş şəxs Xa 66237 manat 50 qəpik dəyərində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi), ittiham üzrə işin faktiki hallarının tam, hərtərəfli, obyektiv araşdırılmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların pozulması, sübutların tədqiqindən əsassız imtina edilməsi kimi dəlillər məhz Cinayət-Prosessual Məcəllənin 392.3, 400.2, 397.3-cü maddələrində təsbit edilmiş apelly asiya baxışında məhkəmə istintaqının keçirilməsi, sübutların tədqiq edilməsi əsasları ilə əlaqəli olan dəlillər idi. Apellyasiya məhkəməsinin bu şəkildə, yəni apellyasiya şikayətində gətirilən dəlillərin xarakterinə əhəmiyyət vermədən məhkəmə istintaqının keçirilməsindən imtina etməsi, faktiki olaraq onun əsaslandırılmamış qərarla məhkəmə istintaqının keçirilməsinə dair vəsatəti rədd etməsi kimi çıxış edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir. Cinayət-prosessual qanunun 121.2-ci maddəsinə görə “vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır”. Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İns an Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müdafiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Belə ki, Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş” üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində belə şərh etmişdir: “...artıq formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X12rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Apellyasiya məhkəməsi isə məhkəmə baxışının gedişində nəinki digər sübutları və faktları bilavasitə araşdırmamış, heç təqsirli olduğunu mübahisələndirən məhkum edilmiş şəxsin özünün belə ona isnad edilmiş ittiham, bu ittihamın faktiki əsasını təş kil etmiş hallar üzrə ifadəsini almadan apellyasiya baxışını yekunlaşdırıb, Məhkum 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni müdafiə tərəfinin apellyasiya şikayətində Məhkum təqsirliliyi, birinci instansiya məhkəməsində sübutların tədqiqi, onun tərəfindən müəyyən edilmiş faktiki hallar mübahisələndirildiyi haqqında tələb irəli sürüldüyü halda apellyasiya instansiyası məhkəməsinin əsaslandırımamış qərarı ilə məhkəmə istintaqını aparmaqdan imtina etməsi, məhkəmə baxışında bilavasitə sübutları tədqiq etmədən, faktları araşdırmadan apellyasiya şikayəti ilə qaldırılan məsələlər haqqında yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı yux arıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, müdafiə tərəfinin apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedurda – məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Buna görə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsin in 09 oktyabr 2024-cü il tarixli qərarı qüvvədə saxlanıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası hazırkı kassasiya baxışının nəticələrinə görə zərərçəkmiş şəxs X11 və nümayəndəsi Nümayəndə Məhkum onun əməlinə uyğun olan daha ağır cəzanın təyin edilməsi haqqında kassasiya şikayətinin təmin edilməsini mümkünsüz bilir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə, zərərçəkmiş şəxsin və nümayəndəsinin birgə verilmiş kassasiya şikayətinin isə rədd edilməməsinə dair məhkum və müdafiəçinin, hər iki tərəfin müraciətlərinin rədd edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs X11 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(103)-2040/2024 qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs X11 və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(103)-2040/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya in stansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1538/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1538/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver