Məhkəmə qərarları › İş №1(102)-154/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-154/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-154/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxxxx 1973-cü il tarixdə Naxçıvan MR-nın Şahbuz rayonunun Sələsüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məsğul olan, əvvəllər məhkum olunmamış, ünv an qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: C.İ.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 il 6 ay müddətinə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.Ə.Mursaqulov, hakimlər: Q.X.Babayev və M.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum, xx xxxx 2017-ci il tarixdə, saat 06 radələrində, özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan "Nissan Qashqai" markalı, "Az-**GH-***" dövlət qeydiyyat nişanlı avtomobilli Bakı şəhərinin Heydər Əliyev prospekti ilə Mərdəkan qəsəbəsi istiqamətində 80 km/saat sürətlə hərəkət etdirərkən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 334 nömrəli ünvanda yerləşən yerüstü piyada keçidinin qarşısında olan avtobus dayanacağında “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda buna riayət etməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq heç bir əsaslı səbəb olmadan idarəetməni itirərək avtomobili yolun sağında olan çəmən örtüyünə çıxardaraq səkidəki dəmir göstəric ini vurmaqla aşırmış, avtomobil aşmış vəziyyətdə hərəkətdə olaraq dayanacaqda dayanmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və naməlum qadını vurmuş, nəticədə Zərərçəkmiş şəxs2 alın sümüyünün xətti sınığı, baş beyinin yumşaq qişalarına, qişaları altına və toxumasına qansızmaların xaric edilməsindən sonrakı vəziyyət, sol aşıq-baldır və sol əl-daraq sümüyünün açıq sınıqları, sol qulaq seyvanının hissəvi qopması, sağ-tərəfli pnevmotoraksla nəticələnən, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, aldığı xəsarətlər nəticəsində baş vermiş politravma nəticəsində inkişaf edən kəskin ürək-ağ ciyər çatışmamazlığı ilə onun ölümünə səbəb olan, naməlum qadına baş beyinin kəskin ödemi, baş beyin toxumasına, qişalarına və mədəciklərə qansızma ilə müşayiət oluna n alın nahiyəsinin qançır-şişkinliyi və səthi əzilmiş yarası, sol bazunun və sol saidin, sağ əlin arxa səthinin, hər iki diz oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, aldığı xəsarətlər nəticəsində baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma nəticəsində inkişaf edən baş beyinin ödemi ilə onun ölümünə səbəb olan, Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, X döş fəqərəsinin fəsadlaşmamış kompression sınığı və İİ-İİİ bel fəqərələrinin çıxıntılarının sınığı ilə müşayiət olunan qapalı fəqərə sütunu travması, burunun, sağ almacıq nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin arxa səthinin, q arın, kürək və bel nahiyələrinin, hər iki ayağın üst səthinin, sağ iç-topuq və sol bayır topuq nahiyələrinin sıyrıqları ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, "Nissan Qashqai" markalı, "Az-**-GH-***" dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X2 körpücük sümüyünün yerdəyişən sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sağ gözaltı nahiyənin hematoması, sağ əlin sıyrılmış-cırılmış yarası, sifətin sağ yarısının, sağ sağrı nahiyəsinin qançırları, sol dirsək oynağı nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları, üst dodağın şişkinliyi və selikli qişasının qansızması ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərə r vuran bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ona CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə yüngülləşdirici halları, o cümlədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərin hüquqi varislərinin Məhkum şikayət və tələbinin olmamasını, əməlini etiraf edib səmimi peşmanlıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə o lunmasını, müharibə veteranı olmasını, ağır ailə vəziyyətini, ailənin yeganə qazanc gətirəni olmasını, habelə iş üzrə ağırlaşdırıcı halların olmamasını məhkəmələr kifayət qədər nəzərə almayaraq təqsirləndirilən şəxsə ağır cəza təyin etmişlər. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasi ya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya ş ikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar