Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-154/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyab r 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fikrət Qəribov (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Əli Məmmədov) 25 may 2021-ci il tarixli 1(101)-177/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1986-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, Təbriz küçəsi ev 54-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1-da yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan m əhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş əmək haqqından 15% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün müddətə islah işi cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırda təyin olunacaq cəzaya hökmlərin məcmusu üzrə toplanmaq yolu ilə, həmin Məcəllənin 68.1-ci maddəsinə görə islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 6 ay 9 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 noyabr 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum2 və Məhkum3 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, İran İslam Respublikasında yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə razılıq əldə etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun üzvü qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikasında əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikasının ərazisinə keçirmiş, bundan sonra o, həmin külli miqdarda həmin narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış və daşımış və satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikası vətəndaşı Məhkum2 təhvil vermişdir. Belə ki, Məhkum1 2019-cu ilin noyabr ayının təxminən 15-də İran İslam Respublikasında yaşayan və şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələr olan heroinin, tiryəkin, metadonun və külli miqdarda psixotrop maddə olan metamfetaminin İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə razılıq əldə etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü şəxsiyyəti istintaqa Peyman adı ilə məlum olan şəxs şəxsiyyəti istintaqa məlum olmayan cinayətkar qrupun digər üzvünə verdiyi göstəriş əsasında sonuncu qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kə nar külli miqdarda narkotik vasitələr təmiz çəkisi 20,15 (iyirmi tam yüzdə on beş) qram heroini, təmiz çəkisi 600,60 (altı yüz tam yüzdə altmış) qram tiryəki və təsiredici maddəsinin miqdarı 9,40 (doqquz tam yüzdə qırx) qram təşkil edən 235 həb metadonu, eləcə də, külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,20 (üç tam yüzdə iyirmi) qram metamfetamini qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikasında əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikasının ərazisinə keçirmiş, bundan sonra keçirdiyi qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Məhkum1 çatdırılması üçün cinayət hadisəsinə aidiyyəti olmayan Azərbaycan Respublikası vətəndaşı Şahid5 vermişdir. Bundan sonra, 17 noyabr 2019-cu il tarixdə cinayətdən məlumatsız olan Şahid 5 içərisində digər əşyalarla yanaşı qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan bağlamanı Məhkum1 çatdırılması üçün cinayət hadisəsinə aidiyyəti olmayan, Astara-Bakı avtomobil yolu istiqamətində taksi sürücüsü kimi fəaliyyət göstərən digər Azərbaycan Respublikası vətəndaşı Şahid3 verərək Bakı şəhərində Məhkum1 çatdırılmasını tapşırmış, bundan sonra Şahid3 içərisində külli miqdarda narkotik vasitələr təmiz çəkisi 20,15 (iyirmi tam yüzdə on beş) qram heroin, təmiz çəkisi 600,60 (altı yüz tam yüzdə altmış) qram tiryək və təsiredici maddəsinin miqdarı 9,40 (doqquz tam yüzdə qırx) qram təşkil edən 235 həb metadon, eləcə də, külli miqdarda psixotrop maddə hesab edilən təmiz çəkisi 3,20 (üç tam yüzdə iyirmi) qram metamfetamin olan bağlamanı həmin tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında Məhkum1 təhvil verdiyindən sonuncu həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış, daşımış və özünün həmin külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddənin satışının həyata keçirilməsi barədə əvvəlcədən cinayətkar razılaşma əldə etdiyi Məhkum2 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanın qarşısında təhvil vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Əli Seyfəliyev və Rəşad Abdulov) 1(103)-1319/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü Məhkum1 aid dəyişdirilmiş, Məhkum1 Azərb aycan Respublikası CM-in 32.5,206.3.2 maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplama yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 Cəlilabad Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş əmək haqqından 15% dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətə islah işi cəzası həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə toplamaq yolu ilə, həmin Məcəllənin 68.1-ci maddəsinə görə islah işləri cəzasına dörd gün bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Məhkum1 qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və c inayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamış və məhkumun ailəli olması, himayəsində bir azyaşlı övladının olması kimi yüngülləşdirici hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM- in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ailə vəziyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsir karın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, Məhkum1 cəza təyin edərkən onun himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum1 təqsirli bilindiyi CM-in 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə beş ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulur. Apellyasiya instansiyası məhkəm əsi Məhkum1 CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 il, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi məhkəmə Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində onun şəxsiyyətinə və işin hallarına (o cümlədən himayəsində azyaşlı uşağının olması ilə əlaqədar cəzanı yüngülləşdirən hallı nəzərə almaqla) uyğun ədalətli cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca m əqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğundur, təyin edilmiş cəzan ın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilm ədən, Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 sentyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-154/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-154/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver