Məhkəmə qərarları › İş №1(102)-1540/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1540/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1540/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Qanbayev Emil Məhəmməd oğlunun iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkə məsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi E.M.Qanbayev tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mehdiyev Nəriman Hüseynqulu oğlu) Məhkum, xx xxxx 1977-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti məşğul olan, əvvəllər məhkum olunmamış, Ünvan 1-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan, CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində ayıq vəziyyətdə, texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhər m ərkəzindən Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman Ünvan 2 ünvanının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin instensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməsi, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, avtomobilinin qabaq sol hissəsi ilə yolu sağdan sola keçən p iyada Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan ona canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sidik kisəsinin travmatik cırılması, sol peritonarxası nahiyənin geniş sahəli hematoması, sol böyrək və böyrək ətrafı yumşaq toxumasının qansızması, sol dirsək sümüyünün qəlpəli yerdəyişən tam sınığı, sol təpə nahiyəsinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, alnın sağ və sol nahiyələrinin qançırları və sıyrıqları, burnun uc nahiyəsinin sıyrığı, sağ yanaq və çənə nahiyəsinin qançırları, döş qəfəsinin sol arxa səthinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, sol bel nahiyəsinin qınçır və sıyrıqları, sağ baldırın ön səthinin, sağ baldırın arxa-iç səthinin, sağ iç topuq nahiyəsinin, sol bayır topuq nahiyəsinin, sol budun arxa bayır nahiyəsinin, sol baldırın bayır səthinin sıyrıqları xəsarətləri yetirmiş, bu xəsarətlərdən gövdənin küt travması nəticəsində çanağın daxili üzvlərinin travmatik cırılması və daxili qanaxması nəticəsində yaranmış travmatik şok Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş və “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 3666 manat ziyan vurmuşdur. Hökmdən Məhkum və müdafiəçisi E.M.Qanbayev tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlun dan ibarət tərkibdə) 04 aprel 2022ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi E.M.Qanbayev birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, Məhkum barəsində çıxarılmış yekun məhkəmə aktlarına, iş üzrə toplanmış sübutlara, cinayət qanunvericiliyinin bir sıra normalarının tələblərinə istinad edən, habelə yol-nəqliyyat hadisəsinin baş verməsində heç bir günahının olmamasını bildirən məhkum və onun müdafiəçisi birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansyası məhkəməsi iş üçün vacib əhəmiyyət kəsb edən sübutları araşdırmadan və onlara hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Belə ki, cinayət işi üzrə ittiham aktının, iş üzrə çıxarılmış hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Mirzəyevin 04 dekabr 2020-ci il tarixli qərarına əsasən təyin edilərək keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 08 fevral 2021-ci il tarixli 8/32-4/13 saylı rəyi təşkil edir. Araşdırma aparılarkən əsas məqam təhlükənin yaranma anıdır və həmin an məlum olduğu kimi, piyadanın yolun hərəkət hissəsində ayağını qoyduğu vaxtdan başlayır. Buna baxmayaraq, eləcə də bu məqamın 13 noyabr 2020-ci il tarixli ekspert rəyində xüsusi qeyd edilməsinə baxmayaraq müstəntiq Orxan Mirzəyev ekspertizanın təyin edilməsi barədə 04 dekabr 2020-ci il tarixli qərarı qəbul edərkən bilərəkdən saxtakarlıq etmiş, yönəldici sual qoymuş və təhlükə yarandığı anı piyadanın ayağını ayrıcı zolağın üzərinə qoymağa başladığı vaxt kimi göstərmiş, ekspertlər isə bu halın əsasında rəy vermişlər. Halbuki 13 noyabr 2020-ci il tarixli ekspertiza rəyində, eləcə də sonrakı 08 fevral 2021-ci il tarixli ekspertiza rəyinin ilkin məlumatlar bölməsində bu məqam xüsusi qeyd edilmişdir ki, sürücünün hərəkəti üçün təhlükə yolu sağdan sola keçən piyadanın ayrıcı zolaqdan hərəkət hissəsinə daxil olduğu vaxtdan yaranmışdır. Videomateriallar üzrə ekspertiza rəyində sürücünün ayırıcı zolağa ayağını qoyduğu vaxtla, yolun hərəkət hissəsinə qoyduğu vaxt arasındakı fərq 1.24 saniyə təşkil edir. Halbuki bu videogörüntülərdə piyadanın ayağını yolun hərəkət hissəsinə qoyması dəqiq görünmür, çünki yolda olan işıq dirəyi videokameranın qarşısını kəsir. Müstəntiq isə hadisə baş verdiyi yerin düz üzərində olan TŞ videkamerasının görüntülərini götürmək əvəzinə, daha uzaqda olan TŞ üzrə videokameranın görüntülərini DİN-nin Növbətçi Hissələrinin İdarəetmə Xidmətindən tələb etmiş, alınmış görüntü isə ekspertiza rəyində göstərilən reallığı əks etdirsə belə, sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Çünki piyadanın ayağını yolun hərəkət hissəsinə qoyduğu andan vurulduğu ana qədər 1,96 saniyə keçmişdir. Bu vaxt ərzində sürücü 47 metr məsafə qət etmişdir (88 km/s: 1 saat: 1 saniyə = 24.4 metr). Deməli piyada ayağını yolun hərəkət hissəsinə qoydu ğu vaxt, sürücü ondan 47 metr aralıda olmuşdur. Hətta rəydə əsas götürülən reaksiya müddəti düzgün olsa belə, sürücü yenə də hadisənin qarşısını ala bilməzdi. Birinci instansiya məhkəməsi ilə yanaşı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfndən də işə baxılarkən vəsatətlər verilərək iş üzrə əlavə və təkrar yolnəqliyyat və videoyazıların məhkəmə-kriminalistik ekspertizalarınınq keçirilməsi və ekspertlər qarşısında bəzi sualların qoyulması xahiş edilsə də məhkəmələr vəsatətlərə əhəmiyyət vermədən, heç bir səbəb bildirmədən ekspertizaların keçirilməsindən və ətraflı araşdırmanın aparılmasından imtina etmişlər. Apellyasiya instansiyası məhkəməsi bu məqamları öz qərarında əks etdirməmiş, onlara qiymət verməmiş və əsaslandırmağa çalışmışdır ki, Məhkum hadisənin qarşısını almağa tex niki imkanı olmuşdur. Qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kolegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü m addəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, Məhkum və onun müdafiəçisi E.M.Qanbayev apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna m alikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum və müdafiəçi E.M.Qanbayevin birgə verdikləri şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni ape llyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya ko llegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına a lınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda cinayət əməlləri nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının təmin edilməsini və onlara qarşı cinayət əməli törətmiş şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada təqsirlilikləri sübuta yetirildiyi halda cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində cinayət-hüquqi xarakterli tətbirlərin tətbiq edilməsini nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəs inin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 1 25, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstəril mişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan s übutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən tam həcmdə araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Əsasən ibtidai araşdırma zamanı keçirilmiş yol-nəqliyyat ekspert izası rəylərinin düzgün olmamasına həsr olunmuş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş hüquq şəxsin nümayəndəsi Nümayəndə, şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2020-ci il tarixli 8/**** nömrəli yol-nəqliyyat ekspertizasının və 08 fevral 2021-ci il tarixli 8/**-4/** nömrəli kompleks məhkəməavtotexniki və video-texniki ekspertizasının rəyi, məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2020-ci il tarixli rəyi ilə, bir sıra istintaq hərəkətlərinin keçirilməsi haqqında protokollarla, işə əlavə edilmiş videogörüntülərlə və sübut əhəmiyyətli sənədlərlə, həmçinin ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Həmin sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibərtdir ki, Məhkum 20 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində ayıq vəziyyətdə, texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhər mərkəzindən Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman Ünvan 2 ünvanının qarşısında “Yol hər əkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin instensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməsi, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, avtomobilinin qabaq sol hissəsi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs1 vuraraq, ehtiyatsızlıqdan ona canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zər ər vurmaya aid sidik kisəsinin travmatik cırılması, sol peritonarxası nahiyənin geniş sahəli hematoması, sol böyrək və böyrək ətrafı yumşaq toxumasının qansızması, sol dirsək sümüyünün qəlpəli yerdəyişən tam sınığı, sol təpə nahiyəsinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, alnın sağ və sol nahiyələrinin qançırları və sıyrıqları, burnun uc nahiyəsinin sıyrığı, sağ yanaq və çənə nahiyəsinin qançırları, döş qəfəsinin sol arxa səthinin, sol bazunun arxa-bayır nahiyəsinin, sol dirsək nahiyəsinin, sol saidin arxa səthinin əzilmiş yaraları, sol bel nahiyəsinin qınçır və sıyrıqları, sağ baldırın ön səthinin, sağ baldırın arxa-iç səthinin, sağ iç topuq nahiyəsinin, sol bayır topuq nahiyəsinin, sol budun arxa bayır nahiyəsinin, sol baldırın bayır səthinin sıyrıqları xəsarətləri yetirmiş, bu xəsarətlərdən gövdənin küt travması nəticəsində çanağın daxili üzvlərinin travmatik cırılması və daxili qanaxması nəticəsində yaranmış travmatik şok Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuş və “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 3666 manat ziyan vurmuşdur. Kassasiya şikayətində sürücü Məhkum təsvir edilən yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl əyləci basmaq imkanının olmaması, hadisənin ani baş verməsi, Məhkum isə bu hallara görə hadisənin qarşısını almağa texnik imkanının olmaması iddia edilsə də, məhkəmə kollegiyası həmin iddia ilə razılaşmayaraq qeyd edir ki, məhkum olunmuş şəxsin yol hərəkəti qaydalarını pozması və bunun zərərçəkmiş Zərərçəkmi ş şəxs1 ehtiyatsızlıqdan ölməsinə səbəb olması istər ibtidai araşdırma orqanının, isətrsə də məhkəmələrin subyektiv mülahizələrinə əsasən deyil, məhz obyektiv həqiqəti əks etdirən sübutlar əsasında müəyyən edilmiş və bu zaman cinayət təqibi aparan orqanların və məhkəmələrin hər hansı qərəzli mövqedə olmaları, digər tərəfdən isə istər ittiham aktının və yekun məhkəmə aktlarının əsasını hər hansı qanun pozuntusu ilə, yəni CPM-nin 125.2ci maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutların təşkil etməsi iş materialları ilə, yəni araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki, CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, CPM-nin 125.2-ci maddəsinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məh kəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Yalnız bu halların olması iş materialları ilə müəyyən edildikdə alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz (CPM-nin 125.3-cü maddəsi). Məhz iş üzrə həqiqəqtin tam, hərtərəfli və obyektiv müəyyən edilməsi üçün ibtidai aradırma zamanı müstəntiq tərəfindən kassasitorların qanunsuz hesab etdikləri kompleks məhkəmə-avtotexniki və video-texniki ekspertizasının keçirilməsi barədə 04 dekabr 2020ci il tarixli qərar qəbul olunmuş, ekspertlərə isə əsaslandırılmış rəy vermələri üçün müvafiq ölçülər əks olumuş məlumatla r (bu məlumatlar barədə tərtib edilmiş sənədlər kassasiya şikayətinin müəllifləri tərəfindən mübahisələndirilməmişdir), habelə baş vermiş hadisənin görüntülərini real əks etdirən videoçəkilişlər və iş üzrə toplanmış digər təqdim edilmişdir. Məhz təqdim olunmuş bu sübutlar əsasında ekspertlər tərəfindən yenə də qanunsuz və əsassız hesab edilməsi mümkün olmayan 08 fevral 2021-ci il tarixli 8/**-4/** saylı rəy verilmişdir və həmin rəyə əsasən, “Ravon R4 LT2” markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə bundan əvvəl keçirilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 13 noyabr 2020-ci tarixli 8/1935 saylı rəyini vermiş ekspert də eyni nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, digər sübutların toplanılması və araşdırılması ilə yanaşı bu nəticələrin əsasında duran ekspertizalar keçirilərkən də hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, digər tərəfdən isə ekspertizaların keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylərin nəticələri həm biri biri ilə, həm də qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərətrəfli və obyektiv araşdırılmış başqa sübutlarla uzlaşır. Təsvir edilən rəylərin qanunsuz yolla əldə olunmuş sübutlar kimi qiymətləndirilməsi üçün əsas görməyən mə hkəmə kollegiyası həmçinin ekspertizanın aparılmasına dair CPM-nin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, habelə Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə də nəzər yetirir və hesab edir ki, ekspertizaların təyin olunması və keçirilməsi zamanı bunlara tam əməl olunmuşdur. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspe rtlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcə si isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti itidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin möt əbər, qərəzsiz, obyektiv və yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Qeyd olunan qərarda məhkəmələrə həmçinin tövsiyə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizala rın keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araş dırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üçtünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər. İş materiallarından görünür ki, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında dindirilmiş eskpert X8 verdiyi 08 fevral 2021-ci il tarixli 8/32-4/13 saylı rəyin nəticələrinin düzgünlüyünü bir daha təsdiq edərək göstərmişdr ki, Məhkum idarə etdiyi avtomaşında hərəkətdə olarkən onun üçün təhlükənin yaranma anı yolu keçmək istəyən piyadanın ayağını ayrıcı zolağa qoyduğu vaxt müəyyən edilmişdir. Bütün obyektiv göstəriciliər (müvafiq məsafələr, avtomaşının sürəti, videogörüntülər və s.) ona dəlalət edir ki, həmin an sürücü ilə piyadanın arasındakı məsafə 78,2 metr olmuş, Məhkum avtomaşının sürətini tam dayanma həddinə qədər azaltmaq üçün isə onun 71,4 metr məsafə qət etməsi kifayət idi. Bu hal, habelə vaxtından asılı olmayaraq sürücünün reaksiya müddəti - 0,8 saniyə nəzərə alınaraq o, yəni ekspert X8 belə nəticəyə gəlmişdir ki, Məhkum “Yol hərəkəti haqqında“ Qanunun 50-ci maddəsinin tələblərinə əməl etsə idi, o, hadisənin qarşısını ala bilərdi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərindən isə görünür ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə kollegiyası hesab edir ki, toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların fövqündə iş üzrə təkrar və ya əlavə yol-nəqliyyat ekspertizasının təyin edilərək keçiri lməsi, digər tərəfdən isə keçirilmiş ekspertiza rəylərinin şübhə altına alınması və qeyri-obyektiv hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, məhkəmələr tamamilə əsaslı olaraq bu haqda müdafiə tərəfinin qaldırdıqları vəsatlərini təmin etməmiş və kassasiya şikayətində göstərilənlərin əksinə olaraq məhkəmələrin, xüsusən də birinci instansiya məhkəməsinin bununla bağlı qərarları kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxan məhkəmələr iş üzrə araşdırılmış sübutları CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymətləndirib qanuni və əsaslı olaraq Məhkum CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törəməsi barədə nəticəyə gəlmiş, qəbul etdikləri yekun məhkəmə aktlarında isə yolverilməz sübutlardan istifadə etməmişlər. Məhkəm ə kollegiyasının qənaətincə Məhkum təqsirliliyinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmələrin gəldikləri nəticələr qanuni və əsaslıdır və həmin nəticələrin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş cəzanın həddindən artıq ağır olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkumun barəsində cəza tədbirinin seçilməsi zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini də yoxlamış və müəyyən etmişdir ki, birinci instansiyası məhkəməsi bu məsələni həll edərkən cəza təyinin şərtləri, prinsipləri, qaydaları və cəzanın məqsədi təsbit ed ilmiş CM-nin 2, 5, 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etmiş, onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – Məhkum ilk dəfə az ağır cinayəti hadisələrin təsadüfi axırı zəminində törətməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərəkona vurulmuş maddi ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını, habelə iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu hallara uyğun olan kifayət qədər ədalətli və qanuni əsas və əlavə cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Beləliklə, məhkəmə kollegiyası vurğulayır ki, baxılan işdə həm Məhkum təyin edilmiş cəzaların yüngülləşdirilməsi, əsas cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar, həm də CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum və müdafiəçisi E.M.Qanbayevin birgə verdikləri kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu müraciətin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, kassasiya şikayətinin təmin edilməməsini, Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarının isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi E.M.Qanbayev tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarı kassa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar