Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1540/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli hökmü ilə Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarı ilə əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilmiş Məhkum barəsindəki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər Əhmədov Vüqar İkram oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) Məhkum, 4 avqust 1994-ci il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər İmişli Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, İmişli rayonunun Yalavac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanu nsuz olaraq külli miqdarda, yəni 2,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini özü ilə daşıyaraq yaşadığı İmişli şəhəri Melerator qəsəbəsi bina 4, mənzil 1 ünvanına gətirib orada saxlamış, 20 iyun 2022ci il tarixdə saat 16 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvana aparılan baxış zamanı yataq otağında divara tərəf döşəmənin üzərində olan xalçanın altındakı örtüyün altından 1,119 qram psixotrop maddə metamfetamin və xalça üzərində olan qəhvəyi rəngli aksesuar kamodunun divara tərəf olan hissəsində, yəni arxasında döşəmənin ü zərində külli miqdarda, yəni 2,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 17 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilmiş, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona bu maddə əsasında 3 (üç) il 6 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökmdən, Məhkum yaşadığı mənzildən aşkar edilmiş 2,124 qram çəkidə narkotik vasitə olan heroinin məhv edilməsinə dair müddəalar xaric edilmiş, həmin heroinin qanunsuz dövriyyəsində təqsirli olan şəxslərin müəyyən edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna məlumat verilməsi qət edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmı ş və məhkəmə iclaslarında araşdırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən və bununla bağlı sübutların araşdırılmasına və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş, birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi ittihama və sonuncunun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi yekun qərar qəbul edərkən nəzərə almamışdır ki, Məhkum yaşadığı mənzilə baxış keçirilərkən, narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsində polis əməkdaşlarından başqa onun anası, day ısı və hal şahidləri iştirak etdikləri üçün narkotik vasitə olan heroinin yerləşdirildiyi polietilen bükümün komodun ayaq tərəfinə, yəni aşkar görünən yerə kənar şəxs (şəxslər) tərəfindən qoyulması mümkün deyildi və həmin narkotik vasitə oraya yalnız Məhkum özü və ya mənzildə yaşayan digər şəxslər tərəfindən qoyula bilərdi. Eyni zamanda, göstərilən narkotik vasitənin aşkar edildiyi yerə polis əməkdaşları tərəfindən qoyulmasını təsdiq edən sübutlar əldə edilmədiyi və araşdırılmadığı halda, apellyasiya instansiyası məhkəməsinin bu haqda gəldiyi nəticə yalnız ehtimallara və mülahizələrə əsaslanmış və buna görə məhkəmə Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilməsi düzgün olmamış, bu zaman sübutlar qanuna müvafiq qaydada tədqiq edilməyərək, onlara düzgün qiymət verilməmiş və məhkəmənin gəldiyi nəticələr arasında ziddiyyətlər yaranmışdır. Odur ki, dövlət ittihamçısı şərh edilən dəlillərə əsaslanaraq, onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına v ə hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi dövlət ittihamçısı İ.H.Əsədov həmin protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini, onlara düzgün qiymət verilməməsini, Məhkum əməlinin tovsifində apellyasiya instansiyası məhkəməsinin səhvə yol verməsini iddia edərək bunlarla bağlı həmin məhkəmənin 17 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15- ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən hazırki cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlk i qərarlarında olduğu kimi yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri t ərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfində n qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılm ası üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərar ın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunm ası, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşa ğıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlər ə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə, həmçinin Məhkum barəsində cəza tədbiri seçilərkən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitus iyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçi nin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125 -ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəti cəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, bu konstitusion müddəa eyni zamanda iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin öz təşəbbüsü ilə də əlavə sübutların əldə olunaraq araşdırılması və qiymətləndirilməsi vəzifəsindən azad etmir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmam ası, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəx sləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin ci nayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin I-III hissələrinə uyğun olaraq cinayət mühakimə i cratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özün ün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəll ənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu M əcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırd ığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizl ik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə s əbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair i şlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutla rın məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. B elə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin t ələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün ilk növbədə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.3cü maddəsi ilə ittiham irəli sürülərək o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli hökmü ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, sonuncu istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1,119 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini özü ilə daşıyaraq yaşadığı İmişli şəhəri Melerator qəsəbəsi bina 4, mənzil 1 ünvanına gətirib orada saxlamış, 20 iyun 2022-ci il tarixdə saat 16 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədb irləri nəticəsində həmin ünvana aparılan baxış zamanı yataq otağında divara tərəf döşəmənin üzərində olan xalçanın altındakı örtüyün altından 1,119 qram psixotrop maddə metamfetamin və xalça üzərində olan qəhvəyi rəngli aksesuar kamodunun divara tərəf olan hissəsində, yəni arxasında döşəmənin üzərində külli miqdarda, yəni 2,124 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü bu ittiham üzrə təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə evdə olarkən 18-20 nəfər polis əməkdaşları evə gələrək onu küçəyə çağırıb tutmuş və üstündə narkotik vasitə olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Şöbədə ona təzyiq göstərilmiş və üzərinə baxış keçirilmiş, lakin üzərində narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Sonra ondan evinə baxış keçirilməsindən ötrü razılıq ərizəsinə imza etməsi təklif olunmuş, lakin o, həmin ərizəni imzalamaqdan imtina etmişdir. Buna baxmayaraq, polis əməkdaşları onun deyib onu həmin mənzilə aparmış, oraya çatdıqda anasından mənzilə baxış keçirilməsi haqqında razılığını aldıqdan sonra onu gətirdikləri avtomaşından düşürüb mənzilə daxil olmuş, faktiki orada heç bir baxış aparmadan özləri ilə gətirdikləri narkotik vasitəni və psixotrop maddəni mənzilə atıb guya bu əşyaların aşkar edilərək götürülməsi haqqında sənədləşmə aparmışlar. Mənzilə baxış keçirilməsini qanunsuz hesab edərək və bu baxışın nəticələri həqiqətə uyğun olmadığına görə, o, bu haqda tərtib olunmuş protokolu da i mzalamaqdan imtina etmişdir. Cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların təhlili göstərir ki, həmin sübutlar ilk növbədə 20 iyun 2022-ci il tarixdə Məhkum yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsi, 4 saylı binanın 01 saylı mənzilinə baxış keçirilməsinin nəticələrinə əsasən əldə edilmiş, əsasən məhz həmin sübutlar da sonuncuya qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmişdir. Apellyasiya icraatına aid olan materiallardan görünür ki, məhkum olunmuş şəxs Məhkum hökmdən verdiyi apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutların təkrarən tam və ya qismən araşdırılmasına ehtiyac görməmiş, əlavə hər hansı əlavə sübut əldə etməmiş, iş üzrə qəbul etdiyi 17 yanvar 2024-cü il tarixli qərarında isə istər Məhkumun mənzilinə qanunsuz olaraq baxışın keçirilməsi, bu haqda tərtib olunmuş 20 iyun 2022-ci il tarixli protokolu, protokola əlavə edilmiş video görüntüləri (CD diskə yazılmış), istərsə də qeyd olunan istintaq hərəkətinin aparılması nəticəsində əldə olunmuş digər sübutları – şahidlərin (əsasən də baxışda iştirak etmiş) ifadələrini, məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli 18/685 saylı rəyini yolverilməz sübutlar kimi qiymətləndirməmiş, lakin sonradan bunun əksinə olaraq baxış zamanı mənzildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin – 2,124 qram çəkidə heroinin Məhkum məxsus olmaması barədə nəticəyə gəlmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhz həmin istintaq hərəkəti nin aparılması nəticəsində eyni mənzildə və eyni vaxtda aşkar edilərək götürülmüş 1,119 qram çəkidə psixotrop maddə olan metamfetamini Məhkum satış məqsədilə əldə edərək daşıyıb baxış keçirilən mənzildə saxlamış və bu əməlinə görə onun bu əməli CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi bir istintaq hərəkətinin aparılmasının nəticələrini apellyasiya instansiyası məhkəməsi fərqli şəkildə dəyərləndirərək, bir tərəfdən metamfetaminin aşkar edilərək götürülməsini qanuna uyğun hesab etmiş, digər tərəfdən isə həmin istintaq hərəkətinin aparılması zamanı həm də külli miqdarda heroinin aşkar edilib götürülməsinə şübhə ilə yanaşmış, bununla da gəldiyi nəticələr üzrə ziddiyyət yaratmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu nəticələr üzrə ziddiyyətlərin aradan qaldırılmas ı və nəticə olaraq yekdil fikrə gəlməkdən ötrü apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, gəldiyi nəticəni lazımi şəkildə əsaslandırmamış, və bu nəticəni öz qərarında səthi şəkildə aşağıdakı qaydada təsvir etmişdir: “İşin hallarından görünür ki, Məhkum elan olunmuş ittihama görə 20 iyun 2022-ci il tarixdə saat 16 radələrində onun yaşadığı evdə polis əməkdaşları tərəfindən aparılan baxış zamanı külli miqdarda yəni, 2,124 qram narkotik vasitə olan heroin və 1,119 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkum apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq araşdırma aparılarkən (yuxarıda qeyd edildiyi kimi, faktiki heç bir araşdırma aparılmamışdır – m.k.) işdə olan sübutlar məhkəmə kollegiyası tərəfindən bir daha nəzərdən keçirilmiş və Məh kum yaşadığı mənzildən narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyin təsbit etdiyi prosedurlara əməl edilib-edilməməsi müəyyən edilmişdir (burada sual yaranır – edilməsi, yoxsa edilməməsii müəyyən edilmişdir?- m.k). Bu məqsədlə bütün sübutların əsasını təşkil edən yaşayış sahəsinə baxış protokolu nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, İmişli RPŞ-nin əməkdaşları 20 iyun 2022-ci il tarixdə saat 16 radələrində Məhkum yaşadığı mənzilə videoçəkiliş və eyni zamanda hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı axtarış aparılan otağın lineleumdan ibarət döşəməsinin altından bir neçə iynə başlığı və polietilen bükümdə ağ kristal maddə aşkar edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Məhkum dərhal qeyd etmişdir ki, aşkar edilən həmin iynə başlıqları və ağ rəngli maddə ona məxsusdur. Ağ maddə limon duzudur və ondan narkotik vasitələrin qəbulunda istifadə edir. Bundan sonra otaqda axtarış davam etdirilmiş, polis işçilərindən biri otaqda olan komodun alt hissəsindən polietilen büküm aşkar etmiş, onu götürüb təhqiqatçıya vermiş, sonuncu həmin bükümü Məhkum göstərdikdə o, bükümdə nə olduğunu bilmədiyini, bükümün ona məxsus olmadığını bildirmiş, eyni zamanda axtarışda iştirak edən anasından həmin bükümün nə olduğunu soruşmuşdur. Məhkum baxış zamanı aşkar edilən bükümün ona məxsus olmadığını dəfələrlə təkid etmişdir. Məhkəmə kollegiyası narkotik vasitə olan heroinin aşkara çıxarılması prosesinə diqqət yetirərkən müəyyən etmişdir ki, həmin polietilen bükümdə olan həmin heroin komodun ayaq tərəfində aşkar görünən yerdə olmuşdur. Həmin heroini aşkar edən polis əməkdaşı əvvəlcə narkotik vasitənin olduğu yerə baxmış, orada heç bir şey aşkar etməmiş, bundan sonra həmin nöqtədən ayrılaraq axtarışı komodun digər tərəfində aparmış, daha sonra birinci dəfə baxdığı yerə qayıdıb, yenidən ayaq tərəfinə baxmış və oradan polietilen bükülü olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, baxış zamanı Məhkum narkotik vasitə olan heroinin ona məxsus olmadığını dərhal qeyd etmişdir. O, otaqdan aşkar edilən ağ rəngli maddənin və iynə başlıqlarının özünə məxsus olduğunu etiraf etmişdir. Hər iki hal, yəni Məhkum metamfetaminin (sonradan ekspert rəyi ilə müəyyən olunacaq) və iynə başlıqlarının özünə məxsus olmasını, narkotik istifadəçisi olmasını etiraf etməsinə baxmayaraq heroinin ona məxsu s olmadığını təkid etməsi yönündə olan ifadəsini inandırıcı saymışdır. Kollegiyanın qənaətinə görə metamfetamindən fərqli olaraq baxış zamanı heroinin aşkar edilməsi prosesində əmələ gələn ziddiyyətlər istintaq hərəkəti olan baxış protokolunun bu hissəsinin mötəbər sübut kimi qəbul edilməsinə imkan vermir. Məlum olduğu kimi Azərbaycan Respublikası CPM-in 125-ci maddəsi sübutların mötəbərlik meyarları müəyyən edilmiş, bunun sübutun əldə edilmə mənbəyi, mənsubiyyəti və kifayət etməsi ilə əlaqəli olması təsbit edilmişdir. Lakin, işdən görünür ki, təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilməsi və oradan narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətinin nəticələrini əks etdirən protokol mötəbər sübut kimi CPM-in 125-ci maddəsinin müəyyən etdiyi əsaslı şübhədən kənar sübut standartına cavab verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən səbəblərə görə Məhkum yaşadığı mənzildən aşkar edilmiş 2,124 qram heroinin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanılması ilə bağlı ittiham, ittihamın ümumi həcmindən və hökmdən xaric edilməlidir.” Bu təsvirdən görünən odur ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yaşadığı mənzildən 2,124 qram heroinin aşkar edilərək götürülməsi faktını inkar edərkən müstəsna olaraq sonuncunun ifadələrinə, eləcə də baxışı aparan polis əməkdaşının (təhqiqatçının) həmin bu vaxt etdiyi hərəkətlərinin məntiqsiz olmasına istinad etmiş, lakin həmin narkotik vasitənin nə vaxt, kim tərəfindən və hansı məqsədlə aşkar edildiyi yerə qoyulmasını hər hansı sübut vasitə si ilə aydınlaşdırmamış, digər tərəfdən Məhkum mənzilində heç bir qanunsuz əşya saxlamaması barədə verdiyi ifadələrinin bir hissəsini (heroinə münasibətdə) inandırıcı, metamfetamini əldə edib saxlamamasına dair hissəsini isə inandırıcı olmayan ifadə kimi qiymətləndirmiş, eyni yanaşmanı məhkum olunmuş şəxsin hökmdən verdiyi apellyasiya şikayətinə də münasibətdə sərgiləmiş (apellyasiya şikayətində və həmin şikayətə məhkəmə baxışı iclasında Məhkum verdiyi ifadələrə uyğun dəlillər irəli sürmüşdür), bununla da yenə ziddiyyətli mövqedən çıxış etmişdir. Məhkəmə kollegiyası həmçinin ona da diqqət yetirməyi zəruri bilir ki, apellyasiya instansiyası məhkəməsi təhlil olunan istintaq hərəkətinin aparılmasında iştirak etmiş və ibtidai araşdırma və birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş, 20 iyun 2022-ci il tarixdə Məhkum yaşadığı mənzilə baxış keçirilərkən oradan həm psixotrop maddə olan metamfetaminin, həm də narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsini təsdiq edən polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, habelə baxışda hal şahidləri kimi iştirak etmiş Şahid4 və Şahid5 da ifadələrinə qiymət verməmiş, halbuki Məhkum qarşı ittihamın irəli sürülməsinin əsasını digər sübutlarla yanaşı, həmin ifadələr də təşkil etmiş və məhkəmə bu ifadələri yolverilməz sübut hesab etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal da, kassasiya protestində göstərildiyi kimi, yuxarıda təsvir edilmiş nöqsanlarla birlikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsinə və onların mənsubiyyəti, mötəbər liyi və mümkünlüyü üzrə qiymətləndirilməməsinə, nəticə etibarı ilə həmin məhkəmənin qərarının ləğv edilməsini şərtləndirən CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsinə dəlalət edir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında Məhkum apellyasiya şikayətinin dəlillərinin bir qismini qəbul edilən, digərlərini isə qəbul edilməz olmasına dair də hər hansı tutarlı əsaslandırma aparmamış, bu dəlillərə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etməklə inandırıcı cavab verməmiş, əsasən də onun barəsindəki cinayət işi üzrə toplanmış sübutların yolverilməz olması barədə məhkumun iddiaları üzrə sonuncunun hər hansı sübut təqdim etməməsinə nəzər yetirməmişdir. Hərçənd CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Eyni zamanda məhkəmə kollegiyası prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq onu da qeyd edir ki “hökm məhkəmə iclasında araşdırılmış sübutlara uyğun olmalı və bu sübutlar vasitəsilə əsaslandırlmalı” dedikdə təkcə birinci və ya apellyasiya instansiyası məhkəməsinin çıxardığı hökmlər deyil, həmçinin apellyasiya və ya kassasiya müraciətlərinə baxılması nəticəsində müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin qərarları da başa düşülür, və belə qər arların da qanuna müvafiq qaydada əsaslandırılması, digər tərəfdən isə apellyasiya və kassasiya müraciətlərinin bütün dəlillərinə cavab verilməsi tələb olunur. Hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarından bu tələblərə cavab verilməsi görünmür. Şərh olunanlara, yəni apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut etməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması müəyyən edildiyinə görə, bu vəziyyətdə Məhkum əməlinə münasibətdə cinayət qanunu normasının tətbiq edilməsinə, yəni onun əməlinin hüquqi tövsifinin düzgün olub-olmamasına qiymət vermək, nəticə etibarı ilə həmin məhkəmənin CPM-in 416.1.2-ci maddəsi ilə yanaşı, CPMin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verib-ver məməsi, buna görə də kassasiya protestinin bununla bağlı dəlilinin əsaslı olub-olmaması barədə nəticəyə gəlmək mümkün olmadığından məhkəmə kollegiyası hesab edir ki, bu məsələ yalnız yuxarıda göstərilən nöqsanlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanuna müvafiq qaydada həll edilə bilər. Belə qənaət isə həmçinin kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən prosessual qanunvericiliyinin tələblərindən irəli gəlir ki, həmin tələblərə görə də (CPM-in 419-cu maddəsi) özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qu ra, həmçinin maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirə bilər. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi haqqında apellyasiya müraciətində irəli sürülmüş dəlillər və bu dəlillər üzərində qurulmuş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasın ın 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün Məhkum apellyasiya şikayətində irəli sürdüyü bütün dəlillər yoxlanılmalı, yuxarıda göstərilən hallar da araşdırılmaqla həmin halları təsdiq və ya təkzib edən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini və yeni apellyasiya araşdırmalarını labüd edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi ha qqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və hazırki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməklə, cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi itt iham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: K assasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1540/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1540/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver