Məhkəmə qərarları › İş №1(102)-1541/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1541/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1541/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Canıyev Nizami Xudaqulu oğlunun iştirakları ilə xx xxxxxx 1974-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ü nvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli 1(103)-86/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 1(101)-249/2023 nömrəli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), Ə.İ.Məmmədov və S.A.Məmmədzadə) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törət məkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 31 mart 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), Q.X.Babayev və H.H.Əhmədov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhru m etmə cəzasının müddəti 7 (yeddi) ildən 5 (beş) ilə endirilmiş, Məhkum təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirərək dələduzluq etmiş və təkrarən etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun ona olan etibarından sui-istifadə edib Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına avtomobillər gətirib satmaqla gəlir əldə edəcəklərin ə dair yalandan vəd verib, həmin işlərin görülməsi üçün ümumilikdə 200.000 ABŞ dolları məbləğində pul tələb olunduğunu bildirərək, Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi “Mir” avtosalonda 2018-ci ilin payız aylarında Zərərçəkmiş şəxs1 sürücüsü Şahid2 və kürəkəni Şahid3 vasitəsilə göndərdiyi Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 170000 (bir yüz yetmiş min) manat təşkil edən 100000 ABŞ dolları pulu, 2018-ci ilin sonlarında eyni məqsədlə həmin ünvanda yenidən yuxarıda adları qeyd edilən şəxslər vasitəsilə göndərilən Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 85000 (səksən beş min) manat təşkil edən 50000 ABŞ dolları pulu v ə 2019-cu il əvvəllərində eyni məqsədlə həmin ünvanda yenidən yuxarıda adları qeyd edilən şəxslər vasitəsilə onun qardaşı Şahid1 verilmiş Zərərçəkmiş şəxs1 məxsus milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 85000 (səksən beş min) manat təşkil edən 50000 ABŞ dolları pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla zərərçəkmış şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 340000 (üç yüz qırx min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Almaniya Federativ Respublikasından sərfəli qiymətə “BMW M8” markalı avtomobil gətirib ona satacağına yalandan vəd verib, həmin niyyətlə 02 se ntyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsində yerləşən parkın yaxınlığında Zərərçəkmiş şəxs3 onun qardaşı Şahid1 verdiyi milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 121.440 (bir yüz iyirmi bir min dörd yüz qırx) manat təşkil edən 60000 Avro pulu, 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi “Mir” avtosalonda yenidən eyni məqsədlə Zərərçəkmiş şəxs3 onun qardaşı Şahid1 verdiyi milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 170000 (yüz yetmiş min) manat təşkil edən 100000 ABŞ dolları pulu və 05 sentyabr 2020-ci il tarixdə isə Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satış ı mərkəzində yerləşən icarə əsasında işlətdiyi “Mir” avtosalonda yenidən eyni məqsədlə Zərərçəkmiş şəxs3 onun qardaşı Şahid1 verdiyi, milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 60444 (altmış min dörd yüz qırx dörd) manat təşkil edən 30000 Avro pulu nağd şəkildə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 351.884 (üç yüz əlli bir min səkkiz yüz səksən dörd) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi “Mir” avtosalona gəlmiş Zərərçəkmiş şəxs2 məxsus “İnfiniti QX80” markalı universal tipli 2014-cü il buraxılışlı qara rəngli **-ST-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini salonda satışa qoyub satdıqdan sonra əldə edilmiş məbləği tam olaraq sonuncuya verəcəyinə dair yalandan vəd verib, 06 noyabr 2020-ci il tarixdə həmin avtomobili, milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 96000 (doxsan altı min) manat təşkil edən 56000 ABŞ dollarına Şahid4 satıb tam ödənişi qəbul edərək avtomobilin sonuncunun adına rəsmiləşdirilməsinə baxmayaraq, satışdan əldə etdiyi pulun yalnız bir hissəsini, yəni 16000 ABŞ dollarını Zərərçəkmiş şəxs2 verib, yerdə qalan məbləği ələ keçirtmək niyyəti ilə avtomobili almış şəxs tərəfindən məbləğin tam ödənilmədiyini yalandan bildirib, sonuncunun inam və etibarını qazanmaq, habelə törətdiyi cinayət əməlini ört-basdır etmək məqsədi ilə 22 aprel 2021-ci il tarixdə “Zərərçəkmiş şəxs2 şəxsi ticarətini artırmaq üçün 40000 ABŞ dolları pul alması” barədə müqavilə adlı əlyazma yazıb MMC-nin möhürü ilə möhürləyib imzalayıb həmin dələduzluq niyyətini pərdələməklə, milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 68000 (altmış səkkiz min) manat təşkil edən 40000 ABŞ dolları məbləğində pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 ona yaranmış etibarından sui-istifadə edib, sonuncunun atası Zərərçəkmiş şəxs4 öz vəsaiti hesabına anası Şa hid5 adına aldığı və baş etibarnamə ilə idarə etmək üçün oğlu Kamran Mircavadzadəyə verdiyi “Mersedes Benz S350D” markalı 2019-cü il buraxılışlı qara rəngli **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini öz salonunda 100000 ABŞ dollarına satıb sərfəli qiymətə Almaniya Federativ Respublikasından 2019-cu ilin istehsalı olan “Range Rover Vogue” markalı avtomobil gətirib verəcəyini yalandan vəd verərək 2020-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi “Mir” avtosalonda satışa qoyduğu həmin avtomobili, 07 avqust 2020-ci il tarixdə milli manat məzənnəsi ilə dəyəri həmin dövrə 170000 (yüz yetmiş min) manat təşkil edən 100000 ABŞ dollarına Şahid7 satıb tam ödənişi qəbul edərək avtomobili sonuncunun adına rəsmiləşdirib, həmin avtomobilin satışından əldə edilən pulu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, faktiki sahibi olan Zərərçəkmiş şəxs4 170000 (yüz yetmiş) manat məbləğində, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 sonuncuya məxsus “Land Rover Discovery” markalı 2015-ci il buraxılışlı qəhvəyi rəngli **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 28000 ABŞ dolları dəyərində qiymətləndirilməklə həmin məbləğə satacağı və əlavə olaraq 132000 ABŞ dolları nağd pulu ona verəcəyi təqdirdə 160000 ABŞ dolları dəyərində olan 2018-ci il istehsallı “Bently Bentayga” markalı avtomobili Almaniy a Federativ Respublikasından gətirəcəyinə inandırıb yalandan vəd verərək, 2020-ci ilin noyabr ayında ünvan 2 ünvanda Zərərçəkmiş şəxs4 onun qardaşı Şahid1 həmin məqsədlə verdiyi milli manat məzənnəsi ilə dəyəri 224400 (iki yüz iyirmi dörd min dörd yüz) manat təşkil edən 132000 ABŞ dolları pulu, 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yoldakı “Badamdar maşın bazarı” adı ilə tanınan avtomobil satışı mərkəzində yerləşən icarə əsasında işlətdiyi “Mir” avtosalonda satışa qoyduğu “Land Rover Discovery” markalı həmin avtomobili, 11 dekabr 2020-ci il tarixdə milli manat məzənnəsi ilə dəyəri 51000 (əlli bir min) manat təşkil edən 30000 ABŞ dollarına Şahid8 tam ödənişi qəbul edərək avtomobilin sonuncunun adına rəsmiləşdirib, həmin avtomobilin satışından əldə edilən pu lu ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 272000 (iki yüz yetmiş iki min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini 7 (yeddi) ildən 5 (beş) ilə endirilməsini əsaslandırs a da, ona CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanı şərti tətbiq edilməsi nəticəsinə gələrkən heç bir əsaslandırma aparmamışdır. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın tərsirləndirilən şəxs tərəfindən ödənilməsi barədə məhkəməyə ərizə versə də, vurulmuş ziyanın real olaraq ödənilməsini təsdiq edən sənədləri təqdim etməmiş, digər zərərçəkmiş cəza Zərərçəkmiş şəxs1 isə ona dəymiş ziyanın ödənilmədiyini, sadəcə olaraq təqsirləndirilən şəxs Məhkum bağışladığını bildirmiş və bu barədə ərizə vermişdir. Dövlət ittihamçısının fikrincə, bu hallar Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi üçün əsas vermir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini iş mate rialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi N.Canıyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya inst ansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfi ndən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, Məhkum barəsində təyin edilən azadlıqdan məhrum etmə cəzasının hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan şərti olaraq tətbiq edilməsi mübahisə edilir. Kassasiya protestində Məhkum elan edilmiş ittihamın həcmi və təqsirliliyi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərhini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci madd ələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etm iş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61 və 70-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 200 3-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəz anı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təq sirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarak terli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilm işdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirə n halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ilk məhkumluğunu, zərərçəkmiş şəxslərlə barışması, vurduğu ziyanının ödəməsi və qalan hissəsini gələcəkdə ödəməyə çalışmasını, gənc oğlunu intihar etməsi səbəbindən itirməsini, arvadının psixi xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi və CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası sanksiyası həddindədir və həmin cəzanın CMin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi qanuna müvafiqdir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları onlara təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyy ətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsa sların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasia protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar