Məhkəmə qərarları › İş №1(102)-1542/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1542/2018

13.12.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1542/2018 13.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “13” dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X1 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və Məhkumnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tər əfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.H.Əliyev) xx xx 1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 234.1-ci maddələri ilə 500 manat miqdarında cərimə cəzasına və 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məkəməsinin 03 mart 2015-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzadan vaxtından əvvəl azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli qərarı ilə CM-nin 44-cü maddəsinə əsasən cərimə cəzası qazancından 20% dövlət nəfinə pul tutulmaqla 02 il islah işləri cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya haqqında qərarına əsasən xx xx 2016-cı il tarixdə cəzadan azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla qazancından dövlət nəfinə 20% məbləğinə pul tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 03 il müddətinə az adlıqdan məhrumetmə cəzasına, CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza Məhkumna Sumqayıt şəhər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qazancından dövlət nəfinə 20% pul tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə, CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının üç günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hökmlərin məcmusu qaydasında qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetm ə cəzası təyin edilmişdir. Məhkum xx xx 2017-ci il tarixdən xx xx 2018-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 07 gün müddət təyin edilmiş cəzadan çıxılmış, cəza çəkmə müddətinin əvvəlinin xx xx 2018-ci il tarixdən hesablanmaqla, onun üzərində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 7 ay 23 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin hökmlə X10 Azərbaycan Respublikası CM-nin 180.2.1- ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2017ci il tarixli hökmü ilə təyin edilmiş 2500 manat məbləğində cərimə cəzası ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş və onun üzər ində cəza çəkmə müddətinin əvvəlinin xx xx 2017-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar müstəqil icra olunmaqla qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 2500 manat məbləğində cərimə cəzaları saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər H.Ə.Nəbiyev və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı İ tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəası onun c əzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müddəası ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki,o, özgə əmlakını ələ keçirmək məqsədi ilə 14 oktyabr 2017-ci il tarixdə, saat 16 radələrində tanışları X8 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ucuzluq” marketin yanında olan X2 məxsus **-GP-*** dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilə yaxınlaşmış, aralarında olan razılaşmaya əsasən o, və Natiq İsgəndərl i avtomobilin arxa hissəsində dayanaraq ətrafı müşahidə etmiş, Eldar Quliyev avtomobilin salonunda oturacağın üzərində olan Mehran Talıbova məxsus bir ədəd 200 manat dəyərində “Samsung A3” markalı mobil telefonu ələ keçirdikdən sonra birlikdə oradan uzaqlaşaraq zərərçəkmiş Mehran Talıbovun 200 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 23 dekabr 2017-ci il tarixdə, saat 16 radələrində tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Qərb Sarayı” şadlıq evinin qarşısında taksi kimi fəaliyyət göstərən X3 “Daevo Centra” markalı, 10- PS-793 dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin qismində əyləşib ailələrini Xırdalan şəhərinə aparmaq adı ilə X3 maşınını Sumqayıt şə həri, 42-ci məhəllə ərazisindəki 2 saylı binanın qarşısına sürməyini demiş, orada Elnur Feyzullayev avtomobilini saxladıqdan sonra onu zor tətbiq edəcəkləri ilə hədələyərək pul tələb etmiş, Elnur Feyzullayev qorxaraq sükanın sol tərəfində saxladığı xırda əskinaslardan ibarət 30 manat pulu çıxartmış, o, isə həmin pulları alıb açıq yolla taladıqdan sonra avtomobildən düşüb qaçaraq soyğunçuluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətində, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsini, “30 Azn pulun talanması” hissəsinin ittihamdan çıxarılmasını və ona təqsirli bilindiyi maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Məh kumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində, məhkumun azadlıqdan məhrumetmə cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müddəasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəası ilə əvəz edilməsi, məhkuma təqsirli bilindiyi maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Məhkum müdafiəçisi Müdafiəçi məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in müvafiq maddəsinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı İ tərəfindən verilmiş apellyasiya protesti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanıl mış və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı İ tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəası onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsinin çəkməsi müddəası ilə əvəz edilmişdir. Məhkum və müdafiəçisi Müdafiəçi kassasiya şikayətlərində məhkumun azadlıqdan məhrumetmə cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müddəasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəası ilə əvəz edilməsi, ona təqsirli bilindiyi maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməsi ni, “30 Azn pulun talanması” hissəsinin ittihamdan çıxarılmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin məhkumun azadlıqdan məhrumetmə cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müddəasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair müddəası ilə əvəz edilməsi barədə kassasiya tələbini müzakirə edərək, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, apellyasiya instansiyası məhkəməsinin haqlı qərar qəbul etdiyini hesab edərək, aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 234.1- ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddələri ilə 5000 manat məbləğində cərimə cəzasına, CM-nin 234.1 -ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5000 manat məbləğində cərimə və 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 01 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2016-cı il tarixli qərarı ilə cərimə cəzası Azərbaycan Respublikası CM-nin 44-cü maddəsinə əsasən qazancından 20% dövlət nəfinə pul tutulmaqla 02 il islah işləri cəzası ilə əvəz edilmişdir. xx xx 2016-cı il tarixdə Azərbaycan Res publikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya haqqında qərarına əsasən həmin cəzadan azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2017-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nın 62-ci maddəsi tətbiq olunmaqla qazancından dövlət nəfinə 20% məbləğinə pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Məhkum törətməkdə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azər baycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə yə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş qəti cəzadan xx xx 2016-cı il tarixdə azad edilmiş və onun məhkumluğu cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən normalarına müvafiq olaraq, 02 il sonra, yəni xx xx 2018-ci ildən ödənilmiş hesab edilir. Belə ki, “Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin şərh olun masına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Ona görə də apellyasiya instansiya məhkəməsi apelyasiya protestinin dəlilləri ilə razılaşaraq nəticəyə gəlmişdir ki, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2014-cü il tarixli hökmünə əsasən yaranmış və ödənilməmiş məhkumluğun olması halı onun əməlində cinayətlərin residivini yaradır və Azərbaycan Respublikası CM-n in 61.1.1 -ci maddəsinə əsasən ağırlaşdırıcı hal qismində nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə yə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsi əsassız olaraq təqsirləndirilən şəxs Məhkum əməllərində cinayətin residivinin olmamasına dair nəticəyə gəlmiş və ona cəza təyin edərkən ağırlaşdırıcı hal qismində nəzərə almadan ona azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməsi müəyyən etmiş, apellyasiya instansiya məhkəməsi haqlı olaraq, məhkuma cəza təyini zamanı onun törətdiyi cinayət əməllərində residivin olması cəzanı ağırlaşdırıcı hallar qismində nəzərə almaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkum və müdafiəçisinin məhkuma təqsirli bilindiyi maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza təyin edilməsi barədə kassasiya tələbini müzakirə edərək, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, törətdiyi cinayət əməlinin ict imai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə uyğun qanuni cəza təyin etmiş, həmçinin hökmdə məhkuma təyin edilmiş cəzanı da əsaslandırmışdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bundan başqa, kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-nin 143-146-cı maddələr inə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmiş və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının ədalətli həddi təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin ed ilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkumun “30 Azn pulun talanması” hissəsinin ittihamdan çıxarılması barədə kassasiya tələbini məhkəmə kollegiyası müzakirə edərək, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi Məhkumnun və X 7 zərərçəkmiş şəxs X4 qarşı soyğunçuluq etməmələri, onu sadəcə aldadıb qaçmaları ilə bağlı ifadələrində göstərdiklərini məsuliyyətdən boyun qaçırmağa yönələn cəhd kimi qiymətləndirmişdir. Çünki həmin xüsusat onların iştirakları ilə tam, obyektiv və hərtərəfli araşdırılmış, onların göstərdikləri iş materialları, işin halları, zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq edilməmişdir. Əksinə onların hər ikisinin qabaqcadan əlbir olaraq bir qrup şəxs halında zərərçəkmiş şəxs X4 qarşı soyğunçuluq etmələri, Məhkumnun isə eyni zamanda bu hərəkəti ilə təkrarən soyğunçuluq etməsi işdə olan sübutlarla tam təsdiq olunmuşdur. Məhkumnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi də işdə olan sübutlarla təsdiq edilmişdir. Odur ki, məhkəmə kolle giyası məhkumun və müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan (kassasiya şikayətlərində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması nəticəsində gəldiyi qənaətlə razılaşdığından və kassasiya şikayətlərində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, nə apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq, nə də ki, kassasiya şikayətlərinin dəlillərini təsvir ed ildiyindən daha ətraflı şərh etmək üçün əsas görmür. Bütün bunlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətlərində ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın əsassız və qanunsuz hesab edilməsi, ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Düzdür Ali Məhkəmənin hakimi imza imzalar Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar