Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1542/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 iştirakı ilə Məhkum və onun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X23 iştirakları ilə 06 avqust 1994-cü ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1, 228.2.1 və 228.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: A.Hacıyev (sədrlik edən), M.Abdullayev və E.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 228.2.1 və 228.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 120.2.1-ci maddəsi ilə 17 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə müvafiq olaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 noyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökm üzrə həmçinin X71, X32 və X46 məhkum edilmişlər, X5 ölməsi ilə əlaqədar CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar və onların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), Ə.Ə.Novruzov və R.M.Cəfərov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məh kəməsinin 13 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə X71 CM-nin 120.2.1 və 228.1-ci, X46 və X32 CM-nin 120.2.1 və 228.2.1-ci, Məhkum isə CM-nin 120.2.1, 228.2.1 və 228.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar, ona görə ki, X19 özünün və yaxın qohumlarının ünvanına nalayiq sözlər işlətmiş Şirvan şəhər sakini X6 qisas almaq üçün onu öldürmək qərarına gələrək bu məqsədlə tanışları X14, X71, X32, Məhkum, X46, barəsində axtarış elan olunmuş və şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup təşkil edərək qanunsuz olaraq odlu silah əldə edib qrup üzvlərini həmin silahla təmin etmiş və onun göstərişi, həmçinin rəhbərliyi ilə hərəkət edən X71, X32, Məhkum, X46, barəsində axtarış elan edilmiş və digər şəxsiyyətləri müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olan bir qrupda qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla daşımış və 05 noyabr 2015-ci il tarixdə Şirvan şəhərində yerləşən kafedə X15 odlu silahdan atəş açmaqla qəsdən öldürmüş, bununla da X19 qabaqcadan əlbir olan bir qrup şəxslə qanunsuz olaraq odlu silah əldə etmiş və qabaqcadan əlbir olan bir qrupda qəsdən adam öldürməyə təşkilatçılıq etməklə onda iştirak etmiş, X71, X32 və Məhkum, X46 və şəxsiyyətləri müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrupda qanunsuz olaraq odlu silah əldə edib saxlamış, daşımış və qabaqcadan əlbir olan bir qrupda qəsdən digər şəxsi həyatdan məhrum etməklə qəsdən adam öldürmüşlər. Belə ki, X2 şəhər sakini X10 24 oktyabr 2015-ci il tarixdə Şirvan şəhərində yerləşən «Oazis » kafesində tanışlarının yanında onun və yaxın qohumlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlətməsi barədə məlumat alaraq, E6 məsələyə aydınlıq gətirilməsi və qarşısında üzr istəməyə məcbur etdirilməsi, əks təqdirdə qisas alıb onu öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün X71, X14, X46, X32, Məhkum, habelə barəsində axtarış elan olunmuş və şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan razılaşmaqla əlbir olan bir qrup yaradıb, 05 noyabr 2015-ci il tarixdə saat 19 radələrində qrupun üzvləri X46, X32, X14, Məhkum, barəsində axtarış elan olunmuş və digər şəxsiyyətləri müəyyən edilməyən şəxsləri yaşadığı ünvan 3 ünvanında yerləşən evinə toplayıb onlar arasında konkret olaraq rol bölgüsü aparmaqla E6 görüşüb söhbət etmək, axırıncıdan etdiyi hərəkətə gör ə ondan üzr istəməli olmasını tələb etmək, üzr istəməyəcəyi təqdirdə isə onu öldürməklə cəzalandırmaq barədə tapşırıq vermiş, eyni zamanda qrup üzvlərinin onun tapşırığını həyata keçirməkdə alət kimi istifadə etmələri üçün Ə6 məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilmiş odlu silah hesab edilən «Makarov» kostruksiyalı tapança ilə silahlanmasını təşkil etmişdir. Bundan sonra E6 göstərişi və müəyyən etdiyi vəzifə bölgüsünə uyğun hərəkət edən qrupun üzvlərindən T6 verilmiş tapşırığı yerinə yetirmək məqsədi ilə həmin gün saat 21 radələrində istifadəsində olan mobil telefondan E6in istifadəsində olan mobil telefona zəng edib danışıqlar aparmaqla onunla Şirvan şəhəri «H6» prospekti ilə «T6» küçəsinin kəsişməsində yerləşən «Coca-Cola» adlı kafedə görüş təyin etmiş və barəsində axtarış elan olunmuş qrupun digər üzvü ilə birgə həmin kafeyə gəlib orada E6 görüşərək axırıncını E6 barışığa və ondan üzr istəməsinə çağırmış, lakin E6 buna razı olmamış, həmin söhbət ərəfəsində Tahir Məlikovla birlikdə olan qrupun digər- barəsində axtarış elan olunmuş üzvü isə, E6un tapşırığına uyğun olaraq axırıncının mobil telefonuna özünün istifadəsində olan mobil telefondan göndərmiş olduğu «SMS»-lər vasitəsi ilə görüşün gedişatı barədə müntəzəm məlumat vermiş, habelə E6 tərəfindən qrup üzvlərinin sonrakı hərəkətləri barədə ona mobil telefon vasitəsi ilə göndərilən təlimatlar və E6 aparılan söhbətin təfərrüatları barədə qrupun digər üzvlərini məlumatlandırmış və bundan sonra E6un tapşırığı ilə hərəkət edən qrupun digər üzvləri X32 və X1 şəhərinə, E6 görüş keçirilən kafeyə yollanmış, X57 istifadəs ində olmuş mobil telefondan X51 istifadəsində olan mobil nömrəyə zəng edib əlaqə saxlamaqla ona E6un tapşırığını icra etmək üçün özü ilə odlu silah götürüb kafeyə gəlməli olduğunu bildirmiş, bu məlumata, eləcə də sonradan E6un özünün onunla mobil telefon əlaqəsi saxlayıb verdiyi tapşırığa əsasən hərəkət edən Ə6 isə müəyyən edilməsi mümkün olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxladığı odlu silah hesab edilən "Makarov" konstruksiyalı tapança ilə silahlanıb onu daşıyaraq saat 22 radələrində T6 və barəsində axtarış elan olunmuş digər şəxslə E6in olduğu həmin kafeyə gəlib axırıncıya E6un ünvanına işlətdiyi nalayiq ifadələrə görə narazılığını bildirmiş, bundan az sonra isə həmin kafeyə E6un göstərişi ilə qrupun şəxsiyyətləri müəyyən edilməyən üzvləri ilə gəlmiş X14, Məhkum və X 4 görüş keçirilən otağa daxil olaraq axırıncının üzərinə hücum etmiş, bu zaman E6 qəsdən öldürmək məqsədi ilə özündəki «Makarov» kostruksiyalı odlu silahdan Z6 bir dəfə atəş açaraq onu, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən öldürmüş, bundan sonra isə X32 və Məhkum E6in üzərinə getməklə naməlum küt əşya ilə sonuncunun başının təpə, ənsə, sağ qaşüstü nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib müqavimət göstərməsi imkanını məhdudlaşdırmaqla özünü müdafiə etmə imkanını məhrum etmiş və bundan istifadə edən Ə6 üzərindəki «Makarov» kostruksiyalı tapançadan E6ə iki dəfə atəş açaraq ona sol saidin arxa səthinin yuxarı 1/3 hissəsinə yetirilməklə səhhəti qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya və döş qəfəsinin ön səthində solda döş boşluğuna keçən, ürəyi zədələyən yara olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək E6un təşkilatçılığı ilə Məhkum, X32, X46, barəsində axtarış elan olunmuş və digər şəxsiyyətləri müəyyən edilməyən şəxslərdən ibarət qabaqcadan əlbir olan bir qrupda E6i qəsdən həyatdan məhrum edib qəsdən adam öldürmüşdür. Bundan başqa Məhkum müəyyən edilməsi mümkün olmayan mənbədən təkrarən qanunsuz olaraq 9 mm kalibrli olmaqla, həmin kalibrə malik eyni növdən olan «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəş açmaq üçün yararlı olan döyüş sursatı hesab edilən 6 ədəd patronlar əldə edib yaşadığı ünvan 4 ünvanında yerləşən evində 23 noyabr 2016-cı il tarixədək saxlayarkən həmin döyüş sürsatları qeyd olunan ünvanda aparılan axtarış zamanı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2018ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya məhkəməsinin yeni baxışına təyin edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, heç bir cinayət törətməmiş, X10 qəsdən öldürüldüyü kafedə, ümumiyyətlə, olmamışdır. Həmin cinayəti törədən cinayətkar qrupun rəhbəri X11 eyni şəhərdə yaşamaları ilə əlaqədar tanımışdır. E6 da onun cinayətdə iştirakı barədə ifadə verməmişdir. Məhkum hesab edir ki, barəsində çıxarılmış hökm qanunsuz və ə sassızdır, çünki məhkəmənin gəldiyi nəticələr iş materialları ilə təkzib olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi M6, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməm əsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxslərin ifadələrinə, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və əsassız olduğu mübahisə edilir. “Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X38rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə o nu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, ekspertiza rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında prot okollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm biri nci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-nin 120.2.1, 228.2.1 və 228.2.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən topl anmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş mərhum E6in hüquqi varisi X24, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X16, şahidlər X52, X33, X25, X20, X53, X34, X26, X7, X35, X63, X39, X64, X17, X54, X36, X27, X8, X12, X18, X47, X40 ifadələri, məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş X21, X9, Ə7, Ə6, E6un dindirmə protokolları, məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 09.11.2015-ci il tarixli 541 nömrəli, 17.10.2016-ci il tarixli 529 nömrəli, 26.11.2015-ci il tarixli 23 nömrəli, 26.11.2015-ci il tarixli, 24 nömrəli rəyləri, kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji və kriminalistik soyuq silah ekspertizasının 21 dekabr 2015-ci il tarixli 24241/24242/24243/24244 nömrəli rəyi, məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-ballistik ekspertizasının 22 sentyabr 2016-ci il tarixli 19704/19705 nömrəli, 22 dekabr 2016-cı il tarixli, 27109 saylı rəyi, məhkəməmaterialşünaslıq ekspertizasının 21 dekabr 2016-cı il tarixli, 27139 nömrəli rəyi, məhkəməkimyəvi ekspertizasının 22 may 2016-cı il tarixli, 108 saylı rəyi, məhkəmə-psixiatrik ekspertizasının 02.02.2016-cı il tarixli 192 nömrəli, 28.10.2016-cı il tarixli 1683 nömrəli, 21.10.2016-cı il tarixli 1631 nömrəli, 23.12.2016-cı il tarixli 1980 nömrəli, 09.12.2016-cı il tarixli 1906 nömrəli, məhkəmə-narkoloj i ekspertizasının 29.08.2016-cı il tarixli, 1442 nömrəli rəyi, tanımaya təqdim etmə protokolları, telefon danışıqları və SMS məlumatlarını özündə əks etdirən "Azecell", "Bakcell", "xxxx" MMC-dən istintaq orqanına təqdim olunmuş arayış və CD disklərindəki məlumatlara baxış keçirilməsinə dair protokol, işdə olan 23 noyabr 2016-cı il tarixli, 21 may 2016-cı il tarixli protokollar, 08 fevral 2017-ci il tarixli qərar və arayış, habelə toplanmış digər sübutlarla Məhkum təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 03 nömrəli qərarının 3-cü bəndinə görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında həmçinin qeyd olunur ki, “qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmad an iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərə findən adam öldürmə cinayətinin törədilməsi mövcud olur.” Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 120.2.1, 228.2.1 və 228.2.2-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını, onun cinayəti odlu silahdan istifadə etməklə törətməsini CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaə tə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillə rini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 05 mart 2018-ci il tarixli
Məhkəmə qərarları › İş №1(102)-1542/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1542/2019
11.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver