Məhkəmə qərarları › İş №1(102)-1542/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1542/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1542/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “Mərkəz” Vəkil Bürosunun vəkili İsmayılova Elmira Fətulla qızının iştirakları ilə ** ***** ****-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonu Boyat kəndində qeydiyyatda olan və ünvan 1 ünv anda yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, ”Mərkəz” Vəkil Bürosunun vəkili İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Ağayev) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıq dan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 06 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), K.H.Əkbərov və F.A.Qasımov) məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 20 avqust 2020-ci il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi tanışı Zərərçəkmiş şəxs məxsus texni ki cəhətdən saz vəziyyətdə olan **-MC-*** dövlət qeydiyyat nişanlı "Nissan Bluebird" markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı-Zabrat yolu ilə Zabrat qəsəbəsi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamaqla, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən avtomobilin hərəkət zolağı ilə hərəkətini təmin edərək 1.3 üfüqi nişanlanma xəttindən hərəkətin təhlükəsizliyini təmin edən yan məsafə saxlamaqla və 50-ci maddəsinin 2-ci hissəsinə əsasən avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki im kanı olduğu halda, bunları etməyib həmin qaydaları pozaraq Kürdəxanı-Zabrat yolu, 6-cı km ünvanında yerləşən "xxxx" MMC-yə məxsus müəssisənin qarşısında əks istiqamətli hərəkət axınlarını ayıran qoşa xəttin üzərində dayanmış piyada X3 avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla Kazım Ağayarovun onurğa beyninin boyun şöbəsinin əzilməsi, İV-V boyun fəqərələrinin qapalı sınıqları, baş-beyinin və onurğa beyninin boyun şöbəsinin kəskin ödəmi, sol kürək, sağ bazu, sol qalça, sağ baldır sümüklərinin və sol baldırda hər iki topuğun yerini dəyişən qapalı sınıqları, alın və sol almacıq nahiyələrinin, yuxarı və aşağı ətrafların əzilmiş yarası və sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına və aldığı xəsarətlər fonunda inkişaf edən baş b eyinin və onurğa beyninin kəskin ödəmi səbəbindən xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni tikili ünvanında ölməsinə, həmçinin hadisə nəticəsində **-MC-*** dövlət qeydiyyat nişanlı "Nissan Bluebird" markalı avtomobil zədələndiyi üçün Zərərçəkmiş şəxs 985 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, cinayət işinə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra təqsirləndiril ən şəxs Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və sonuncu təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Həmin ərizə kassasiya şikayətinə əlavə olunmuşdur. Müdafiəçi hesab edir ki, qeyd olunan hal, habelə Məhkum hadisədən bilavasitə sonra zərərçəkmiş şəxs X3 avtomobilə əyləşdirib xəstəxanaya çatdırmasına, onun əməliyyat olunmasına və müalicəsinə kömək göstərməsini nəzərə alınmaqla məhkuma təyin olunmuş cəza yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.İsmayılovanın, kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittiha mçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti v ə ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərhinə ehtiyac görməyərək qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış məhkəmələr tərəfindən Azərbaycan Re spublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin olunması ilə bağlı kassasiya şikayətlərinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xara kterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah o lunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Məhkəmə kollegiyası qeyd edir ki, işin kassasiya instansiya məhkəməsində baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, Məhkumlə barışmış, məhkum tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onun Məhkum qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarından görünür ki, Məhkum ilk dəfə olaraq cinayət əməli törətmiş, törətmiş olduğu cinayət əməlini etiraf etmiş və əməlindən peşmandır, cinayət işi üzrə zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və onların məhkuma qarşı heç bir şikayət və tələbləri yoxdur və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci ma ddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qa lması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfi ndən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların n əzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş dah a ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməli, ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarı ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 05 (beş) il 02 (iki) aydan 04 (dörd) il 06 (altı) aya endirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisəndə cəzalarının çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM -in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kasassiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 05 (beş) il 02 (iki) aydan 04 (dörd) il 06 (altı) aya endirilsin. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar